Azərbaycan dili - Validə Vəliyeva
12.1K subscribers
785 photos
63 videos
102 files
667 links
"Mənim dilim - mənim varlığım"

Müəllim: Validə Vəliyeva | 050-666-81-80

Abituriyent | Olimpiada | MİQ | Sertifikasiya

İş birliyi/əməkdaşlıq - 0506668180

Qarşılıqlı reklam edilmir.

Ədəbiyyat kanalı: @edebiyyat_valide_muellim

© Kanal qorunur.
Download Telegram
#omonimlər✅️

✅️Boz [boz] sifət
1. Kül rəngli, qara rənglə ağ rəngin qarışmasından əmələ gələn (rəng). □ Boz torpaq. Boz at. Boz qurd.
2. Tutqun, dumanlı, çiskin. □ Sabah, Allah qoysa, qurtarrıq, hava da bozdur; bu dəxi yaxşıdır. (N.Vəzirov).
3. Bitkisiz, çılpaq. □ Boz çöllər. Boz yerdə ot bitməz.
4. Məcazi mənada: utanmaz, nəzakətsiz, həyasız, çəkinməyən, sərt, qaba danışan. □ Boz adam.

✅️Boz [boz] isim
Qırqovulun dişisi.

✅️Boz [boz] isim
Tibb. Dəmrova oxşar dəri xəstəliyi, keçəllik.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Qeyd [qeyd] isim
1. Qısa surətdə yazma. □ Kitabçada qeyd etmək.
2. Kitab və s. haşiyəsində, yaxud altında edilən işarə və ya yazılan yazı. □ Səhifənin altında qeyd var.
3. Bir şeyi hesaba almaq və ya qanuni şəklə salmaq üçün onu müəyyən qaydada dəftərə və s. yazma. □ Rəsmi qaydada qeyd olunmaq.
4. Bir şey haqqında şifahi və ya yazılı qısa fikir. □ Qeydləri bildirmək.

✅️Qeyd [qeyd] isim
Fikir, qayğı, narahatlıq, əndişə. □ Ah, bilməm neyləyim, qurtulmaq olmaz qeyddən. (M. Füzuli).
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Maddə [maddə] isim
1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey; cisim, şey. □ Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
2. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
3. Məcazi mənada: keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik. □ Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. (Ə.Haqverdiyev).
4. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. □ Zirək maddədir. O elə bir maddədir ki...

✅️Maddə [maddə] isim
1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. □ Cinayət kodeksinin beşinci maddəsi.
2. Maliyyə. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. □ Gəlir maddəsi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
✅️#omonimlər

✅️Sürmək [sürməx'] feil
1. Qabağına qatıb irəli hərəkət etdirmək, aparmaq, istiqamətləndirmək. □ Qoyunları sürmək. Naxırı çölə sürmək.
2. Arabaya və s.-yə qoşulmuş heyvanı yeriməyə təhrik etmək, məcbur etmək, haylamaq. □ Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi. (C.Məmmədquluzadə).
3. Hərəkət edən şeyi (avtomaşını, təyyarəni, gəmini və s.-ni) idarə etmək. □ Kombayn sürmək. Velosiped sürmək. Tramvay sürmək.
4. Qovmaq, sürgün etmək, cəza olaraq uzaqlara göndərmək. □ ...A kişi, indi danışanda bizi sürməyəcəklər ki, sözdür. (Y.V.Çəmənzəminli).

✅️Sürmək [sürməx'] feil
1. Davam etmək, çəkmək. □ Külək üç gün sürdü. İclas iki saat sürdü. Xəstəliyi uzun sürdü.
2. Vaxt keçmək, zaman keçmək. □ Heç bir saat sürmədi ki, özü gəldi.

✅️ Validə Vəliyeva
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Tər [tər] isim
1. Xüsusi dərialtı vəzilərin ifraz etdiyi şəffaf maye. □ İgid ya tər altda, ya yer altda. (Atalar sözü).
2. Daha yüksək temperaturu olan hava mühiti ilə təmas etdikdə əşyaların üzərində əmələ gələn yaşlıq.

✅️Tər [tər] sifət
Hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında). □ Bu meşə gül meşəli; Altı tər bənövşəli; Bir kişinin min oğlu; Hamısı bir peşəli. "Bal arısı" (Tapmaca).
2. Zərf kimi: hələ solmamış, təzə, təravətli (gül, göyərti və s. haqqında).
3. Məcazi mənada: cavan, təravətli. □ Əziziyəm, tər sinə; Tər əndamdı, tər sinə; Namərd bələdçi olsa; Yol göstərər tərsinə. (Bayatı).
4. Zərf kimi məcazi mənada: cavan, təravətli.

HƏMÇİNİN BAX:
frazeologizm alın təri ilə
frazeologizm tər basmaq
frazeologizm tər tökmək
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Batareya [batareya] isim
1. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahid. □ Tapdıq söhbətə .. minasaçan batareyasını susdurmağa necə getdiyindən başladı. (Ə.Əbülhəsən).
2. Hərb. Bir neçə top və minaatandan ibarət taktik vahidin yerləşdiyi istehkam. □ Dəmir-beton özül üstündə qurulmuş batareya.

✅️Batareya [batareya] isim
1. Fizika. Bir-birinə bənd edilmiş bir neçə akkumulyator, yaxud qalvanik element. □ Elektrik batareyası. Akkumulyator batareyası.
2. Buxar ilə qızdırılan binaların içində qoyulan və içərisində isti su olan bir-birinə yapışıq borular sistemi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Bulamaq [bulamax] feil
1. Mayenin içinə qaşıq və s. salıb onu qarışdırmaq. □ Dovğanı bulamaq. Südü bulamaq
2. O tərəf-bu tərəfə tərpətmək, yellətmək. □ İt sahibini görüb quyruğunu bulamağa başladı.

✅️Bulamaq [bulamax] feil
Sürtüb ləkələmək, bulaşdırmaq, batırmaq. □ Üst-başını palçığa bulamaq. Əllərini mürəkkəbə bulamaq.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Ləpə [ləpə] isim
1. Coğrafiya. Dalğa, kiçik dalğa. □ Dənizdə ləpə gözə dəymirdi.
2. Məcazi mənada: izdiham, insan axını, kütlə. □ Ləpələr bu pilləkənləri saxsı qab kimi vurub qırır. (Mir Cəlal).

3. Qüvvətlə təzahür edən şey haqqında. □ ..Mən də məğlub oldum, vətən məhəbbətinin aşıb-coşan ləpəsi məni arxasına aldı. (A.Divanbəyoğlu).

✅️Ləpə [ləpə] isim
Qoz, fındıq, badam kimi qabıqlı meyvələrin, həmçinin paxlalı bitkilərin içi. □ Badam ləpəsi. Qoz ləpəsi. Paxla ləpəsi.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər✅️

✅️Kürək [kürəx'] isim
1. Fiziologiya. Bədənin arxa hissəsinin yuxarısında olan üçkünc şəkilli yastı sümüklərdən hər biri. □ ..Güllə arxasından, kürəkləri arasından dəyib keçmişdi. (H.Nəzərli).
2. Anatomiya. İnsan bədəninin həmin hissəsi. □ Kürəyini divara söykəmək. Kürəyini ovuşdurmaq.
3. Paltarın kürəyi örtən hissəsi. □ Pencəyin kürəyinə astar tikmək.

✅️Kürək [kürəx'] isim
1. Torpaq və s. atmaq üçün ağacdan qayrılmış uzundəstəkli alət. □ İstəyirsən bal çörək - al əlinə bel, kürək. (Atalar sözü).
2. Qayığı sürmək üçün avar, qayıqçı avarı. □ Kürək çəkmək.

😜 Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
#omonimlər ✅️

✅️Kar [kar] sifət
1. Eşitmək qabiliyyətini tamamilə və ya qismən itirmiş. □ Kar kişi. Bir qulağından kar. Anadangəlmə kar. Kar eşitməz, yaraşdırar, kor görməz, quraşdırar. (Atalar sözü).
2. İsim kimi: qulağı eşitməyən adam. □ Karın könlündəki. Kar iki dəfə gülər. (Atalar sözü). Kar özünə sərf eləyəni eşidər. (Atalar sözü).
3. Məcazi mənada: laqeyd, heç bir şey eşitmək istəməyən adam haqqında. □ Elə bil kardır, söz eşitmir. Bar vaxtı bağbanın qulaqları kar olar. (Atalar sözü).

✅️Kar [kar] isim
İş, peşə, məşğələ, gəlir. □ Nə karın sahibidir? Hansı kar yiyəsidir? Kim harda doğuldu – orda da kara gəldi. (Atalar sözü).

✅️Kar [kar] isim
Təsir. □ Arsıza bir sillə kar eləməz. (Atalar sözü). Dəliyə ağıl, qaraya sabun kar eləməz. (Atalar sözü).
Please open Telegram to view this post
VIEW IN TELEGRAM