Azərbaycan dili - Validə Vəliyeva
12.1K subscribers
785 photos
63 videos
102 files
667 links
"Mənim dilim - mənim varlığım"

Müəllim: Validə Vəliyeva | 050-666-81-80

Abituriyent | Olimpiada | MİQ | Sertifikasiya

İş birliyi/əməkdaşlıq - 0506668180

Qarşılıqlı reklam edilmir.

Ədəbiyyat kanalı: @edebiyyat_valide_muellim

© Kanal qorunur.
Download Telegram
Araqçın [araxçın] isim
Qiymətli parçadan, çox vaxt tirmədən və s.-dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. □ Araqçın orta əsrlərdə geniş yayılmış tipik ənənəvi baş geyimi idi.
#doğrusunədir
Krater [k'rater] isim
1. Geologiya. Vulkan zirvəsində püskürtü zamanı lavanın çıxdığı kasa və ya qıf şəklində çökəklik. □ Sönmüş vulkan krateri.
2. Geologiya. Yer səthinə meteoritin düşməsi və ya güclü süni partlayış nəticəsində əmələ gələn çökəklik. #doğrusunədir

🟢Azərbaycan dilindən ödənişsiz vatsap kanalımız
https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Ekstremist [ek′stremis] isim
Siyasətdə ifrat tədbirlər tərəfdarı. □ Ekstremistlər icazəsiz nümayişi. #doğrusunədir
Dispetçer [dispeçer] isim
Tənzimləyici, nəqliyyatın hərəkətini, müəssisə və ya idarə işlərini müxtəlif əlaqə vasitələri ilə nizama salan işçi. □ Dispetçer məntəqəsi. #doğrusunədir

Vatsap kanalı | Azərbaycan dili: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Stimul [stimul] isim
Təkanverici amil, bir işə sövq edən həvəsləndirici səbəb; maddi və ya mənəvi maraq. □ Stimul vermək. #doğrusunədir

Vatsap kanalı | Azərbaycan dili: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Ruzigar [ru:zigar] isim
1. Külək, yel. □ ..Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. (M.S.Ordubadi).
2. Məcazi mənada: təşbehlərdə iti, sürətli mənasında. □ Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! (Ə.Cəmil).
3. Hava mənasında. □ Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı.
4. Məcazi mənada: dövran, zəmanə; tale, fələk. □ Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. (S.Ə.Şirvani).
5. Məcazi mənada: ömür, yaşayış, həyat, gün. □ Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. (M.P.Vaqif).
6. Güzəran, vəziyyət, gün, hal. □ Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. (Q.Zakir). #doğrusunədir

Vatsap kanalı | Azərbaycan dili: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Narın [na:rın] sifət
1. Son dərəcə xırda, toz kimi. □ Narın torpaq. Narın qar.
2. Məcazi mənada: zərif, incə, nazik. □ Narın tük. Narın söz.
3. Zərf kimi məcazi mənada: zərif, incə, nazik. □ Narın danışmaq. Narın yerimək. #doğrusunədir

🔴Məcazi mənasına xüsusi diqqət yetirin.
Delta [delta] isim
Coğrafiya. Çayların mənsəb hissəsində (dənizə töküldüyü yerdə) əmələ gətirdiyi qollar və onların arasında çöküntüdən ibarət sahə, çay töküntülərindən əmələ gələn düzənlik. □ Kür çayının deltası. #doğrusunədir

Vatsap kanalı | Azərbaycan dili: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00
Təşəxxüs [təşəxxüs] isim #doğrusunədir
Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. □ ..ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. (S.M.Qənizadə).
#doğrusunədir

Tribun [tribun] isim latın
1. Tarix. Qədim Romada müxtəlif vəzifəli şəxslərin adı. □ Xalq tribunu. Hərbi tribun.
2. Görkəmli natiq və publisist olan ictimai xadim; natiq. □ İnqilab tribunu.

Tribuna [tribuna] isim lat. tribunus – hərf. üçlüyün rəhbəri
1. Mühazirə və ya nitq söyləmək üçün xüsusi yer; xitabət kürsüsü. □ Tribunaya söykənmək.
2. Stadionlarda, meydançalarda tamaşaçılar və ya parad qəbul edənlər və b. üçün düzəldilmiş hündür sıralı yerlər. □ Mərkəzi tribuna.
3. Məcazi mənada: siyasətçilərin, vətəndaş cəmiyyəti fəallarının, publisistlərin və b.-nın ictimai fəaliyyətlərinin həyata keçirildiyi yer, meydan, şərait, mühit. □ Gənclərə tribuna vermək.
Vatsap kanalı | Azərbaycan dili: https://whatsapp.com/channel/0029Va7cGI472WTp10Xh8U00