AZAL: Xəbərlər və yeniliklər
12.6K subscribers
368 photos
21 videos
212 links
Azərbaycan Hava Yollarının rəsmi Telegram kanalı. Bütün yeniliklərdən dərhal xəbərdar olun.

Stikerlərimiz: https://t.me/addstickers/AzerbaijanAirlinesPlane
Download Telegram
💡 Sizin rəyiniz bizim üçün çox önəmlidir!

Hörmətli dostlar və sərnişinlər!

Əgər aviaşirkətimizlə səyahət etmisinizsə və təyyarədə təqdim olunan menyumuzdakı yeməklərin dadına baxmısınızsa, nəyi təkmilləşdirə biləcəyimiz barədə fikirlərinizi bildirə bilərsiniz.

🍛 İsti yeməklərin və içkilərin çeşidi, təqdim olunan təamlar sizi qane edirmi?

⌛️ 2 dəqiqə vaxt ayırıb və aşağıdakı keçid vasitəsilə anketi doldurun: https://forms.gle/6yQSCWhg4o4CFu1TA

Anketin sonuncu sətrində əlavə şərhlərinizi də qeyd edə bilərsiniz. Bütün cavablarınızı diqqətlə oxuyaraq, gələcək reyslərdə onları nəzərə alacağıq.

Öncədən təşəkkür edirik! 🙏
🇦🇪💡 İki aviabilet alındıqda üçüncü aviabilet ödənişsiz* təqdim ediləcək!

“Azərbaycan Hava Yolları”nın Dubay istiqamətində və geriyə yerinə yetirdiyi reyslərdə yeni əlverişli aksiya. İki aviabilet əldə edin və üçüncü aviabiletin bizdən hədiyyəniz olsun!

Aksiya 2022-ci il iyul ayının 5-i daxil olmaqla həyata keçirilən reyslərə həm bir istiqamətdə, həm də “gediş-dönüş” aviabileti alınarkən tətbiq edilir.

Qeyd edilən istiqamətdə uçuşlar "Boeing-767" tipli genişfüzelyajlı komfortlu laynerdə yerinə yetirilir.

Bundan əlavə, aksiya çərçivəsində bütün aviabiletlər bir təxsislə rəsmiləşdirilməlidir, biletlərin dəyişdirilməsi və ya yenidən təxsis edilməsi eyni vaxtda həyata keçirilə bilər. Aksiya çərçivəsində bütün aviabiletləri AZAL aviaşirkətinin Azərbaycandakı, həmçinin Birləşmiş Ərəb Əmirliklərindəki bütün akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

* Hədiyyə olunan aviabiletin bütün vergi və yığımları ödənilir.
🇬🇪✈️ "Azərbaycan Hava Yolları" aviaşirkəti marşrut şəbəkəsini inkişaf etdirməyə davam edərək, iyul ayında Bakıdan Gürcüstanın paytaxtı Tbilisi şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə reyslər aviaşirkət tərəfindən həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. İlk reys 1 iyul tarixində baş tutacaq.
🇹🇷💡 Türkiyəyə əlverişli şərtlərlə uçuş həyata keçirin - AZAL-ın daha bir yay aksiyası!

Aviaşirkətin Bakı-İstanbul və ya İstanbul-Bakı istiqamətində reyslərinə iki aviabilet alın və üçüncü aviabileti ödənişsiz əldə edin* !

Aksiya AZAL-ın 2022-ci il iyul ayının 5-dək müddətdə (iyulun 5-i daxil olmaqla) həyata keçirilən J2-077/078 nömrəli reyslərinə şamil olunur.

Təklif aviaşirkətin bu istiqamətdə tətbiq edilən bütün tarifləri üçün aktualdır.
Uçuşlar Boeing-787 (Dreamliner) tipli genişfüzelyajlı rahat laynerdə hər gün yerinə yetirilir.
Aksiya çərçivəsində bütün aviabiletlər bir təxsislə rəsmiləşdirilməlidir, biletlərin dəyişdirilməsi və ya yenidən təxsis edilməsi eyni vaxtda həyata keçirilə bilər.

Aksiya çərçivəsində bütün aviabiletləri AZAL aviaşirkətinin Azərbaycandakı, həmçinin Türkiyədəki bütün akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.

* Hədiyyə olunan aviabiletin bütün vergi və yığımları ödənilir.
🇦🇪🎉Yaxın zamanda Dubaya səyahət etməyi planlaşdıran şəxslər üçün daha bir xoş xəbər!

İyul ayının 5-dək AZAL-ın Bakı-Dubay və Dubay-Bakı istiqamətində bütün reyslərində AZAL-Miles bonus proqramının iştirakçıları ikiqat artıq bonus milləri qazana biləcəklər.

Səyahətinizi artıq bu gün planlaşdırın və əgər bonus proqramımıza hələ qoşulmamısınızsa, saytımızda qeydiyyatdan keçə bilərsiniz.

Aviabilet alarkən bonus kartının nömrəsini daxil etməyi unutmayın. Bu zaman bonus balları uçuşunuzdan bir neçə gün sonra hesabınıza avtomatik şəkildə əlavə ediləcək.

Kifayət qədər bonus mili topladıqdan sonra siz həmin milləri aviaşirkətimizin reyslərinə pulsuz aviabiletlə dəyişə bilərsiniz. Bu zaman yalnız vergi və rüsum ödəməli olacaqsınız.
✈️ AZAL sərnişinlərin rahatlığı üçün İstanbul və Dubay istiqamətləri üzrə həyata keçirilən reyslərə genişgövdəli hava gəmilərini ayırıb.

Nərmin Xəlilova bu səfər böyük təyyarələr ilə səfər etməyin üstünlüklərindən danışacaq.

Səyahətinizin rahat keçməsi üçün bu videoda qeyd olunan məqamlardan faydalanmağı tövsiyə edirik.
🇦🇿 Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub.

Dövlətimizin başçısına hava limanında görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Daha ətraflı buradan oxumaq olar.
🇺🇿 ✈️ AZAL Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.

“Azərbaycan Hava Yolları” iyulun 25-dən başlayaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan Özbəkistanın paytaxtına həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə başlayacaq.
Qeyd edilən tarixdən etibarən Bakı-Daşkənd-Bakı marşrutu üzrə aviareyslər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Biletləri aviaşirkətimizin saytında və kassalarda əldə edə bilərsiniz.
“Səyahət etmək, azadlığı yaşamaq kimidir” deyir səyahətçilər. 🕊

Indi “Azal Club” tətbiqini yükləyərək siz Millər toplaya, topladığınız Milləri "AZAL"dan Pulsuz Aviabiletlərə dəyişə bilərsiniz!

Tətbiqi yükləmək üçün smartfondan bu linkə daxil olun:
👉 https://onelink.to/azalclub_a

“Azal Club” ilə səyahətə daha da yaxın olun! ✈️

🌐 www.azalclub.az
📩 support@azalclub.az
📞 *8881
📣 İş Var!

✈️ "Azərbaycan Hava Yolları" təyyarə bələdçisi vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:
- Hava gəmisinin göyərtəsində sərnişinlərin xoş qarşılanması üçün gözəl şərait yaratmalı
- Sərnişinlərə qarşı xeyirxah olmalı və onlara qayğı göstərməli
- Hava gəmisində sərnişinlərin düzgün məlumatlandırılması və davranış qaydalarına riayət etməli
- Hava gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini və yüksək səviyyəli xidməti təmin etməlidir.

Vakansiya üzrə tələblər:
- Orta ixtisas təhsilli
- Məsuliyyətli olmalı
- Ünsiyyətcil
- Komandada işləmək bacarığı
- Stresə davamlı olmalı

❗️ Xüsusi tələblər: 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan xanımlara üstünlük verilir.
İş qrafiki: Daxili intizam qaydalarına əsasən
🌍 Dil bilikləri: Azərbaycan dili - əla, İngilis dili - yaxşı, Rus dili - yaxşı

💡 Bizim komandaya qoşulmaq istəyən və yuxarıdakı tələblərə uyğun olan namizədlər “Azərbaycan Hava Yolları”nın İnsan Resursları Baş idarəsinə həftə içi saat 15:00-dan 17:00-dək yaxınlaşa bilərlər. Şəxsiyyət vəsiqəsini və onun surətini özünüz ilə gətirməyi unutmayın.

📍 Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2 ("köhnə terminal" kimi tanınan bina), Şimal girişi, 2-ci mərtəbə, İşə qəbul şöbəsi.
❗️🇬🇧 Bakıdan Londona və əks istiqamətdə səyahət edən sərnişinlərin nəzərinə!

Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar AZAL aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.

Belə ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.

Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin callcenter@azal.az ünvanına müraciət edə bilərlər.
💡 Hörmətli dostlar və sərnişinlər! Xatırladırıq ki, hazırda aviaşirkətimiz onlayn-sorğu keçirir.


Əgər aviaşirkətimizlə səyahət etmisinizsə və təyyarədə təqdim olunan menyumuzdakı yeməklərin dadına baxmısınızsa, nəyi təkmilləşdirə biləcəyimiz barədə fikirlərinizi bildirə bilərsiniz.

🍛 İsti yeməklərin və içkilərin çeşidi, təqdim olunan təamlar sizi qane edirmi?

⌛️ 2 dəqiqə vaxt ayırıb aşağıdakı keçid vasitəsilə anketi doldurun: https://forms.gle/6yQSCWhg4o4CFu1TA

Anketin sonuncu sətrində əlavə şərhlərinizi də qeyd edə bilərsiniz. Bütün cavablarınızı diqqətlə oxuyaraq gələcək reyslərdə onları nəzərə alacağıq.

Öncədən təşəkkür edirik! 🙏
✈️ "Azərbaycan Hava Yolları" aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu çərçivəsində baş tutub.

Qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.
🇮🇳 AZAL ilə yenidən Dehli şəhərinə!

9 avqust tarixindən etibarən həftədə iki dəfə uçuşlarımız olacaq.

AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını “Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir.

Ətraflı: ➡️ https://www.azal.az/az/article/707
🇦🇿 Zəngilanda yeni inşa edilən hava limanına ZZE - üçhərfli beynəlxalq kodu təyin edilib.

Müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında qəbul edilmişdir. Hava limanına təyin edilmiş unikal kod şəhərin (Zəngilan) və yerləşdiyi regionun (Şərqi Zəngəzur) adından istifadə edilərək yaradılmışdır.

Xatırladaq ki, daha əvvəl ICAO Zəngilandakı beynəlxalq hava limanına UBBZ - dördhərfli kodu təyin etmişdir.
📣 Füzuli Hava Limanında vakansiya var!

Rəsmi şəxslərə, Nümayəndələrə və VİP sərnişinlərə xidmət üzrə Baş İdarəsinin Füzuli Beynəlxalq Hava Limanında mütəxəssisi

🔷 Vəzifə öhdəlikləri:

Azərbaycanın VİP rəsmi nümayəndə heyətlərinə xidmət göstərilməli;
Sərnişinləri ayaq üstə və gülərüz qarşılamalı, sərnişinin qeydiyyatını və baqajın rəsmiləşdirilməsi xidmətini sona qədər yerinə yetirməli;
Qeydiyyat duracaqlarının qarşısında qeydiyyatdan keçmək istəyən sərnişinlərin növbəsini idarə etməli;
Sərnişinlərin qeydiyyatı və baqajın rəsmiləşdirilməsi zamanı sərnişinləri sorğu etməli və aviasiya təhlükəsiziliyi üzrə sorğunu həyata keçirməli;
Sərnişinin baqajı gəlmədikdə dərhal əlaqədar işçiləri dəvət etmək və sərnişinin iştirakı ilə gəlməyən baqaj üçün lazımi sənədləri hazırlamalı.

🔷 Tələblər:

Ali təhsil
Səlis danışıq qabiliyyəti
Ünsiyyət və komandada işləmək bacarığı
Kompüter bilikləri: Word, Excel, Outlook

Namizədlər aşağıdakı bu linkə daxil olaraq müraciətlərini göndərə bilərlər.
🇺🇿 Daşkənd reyslərində yeni aksiya!

İndi gözəl Özbəkistandan təkcə gözəl təəssüratlar deyil, həm də daha çox hədiyyələr və suvenirlər gətirmək mümkündür.

🛄 Avqustun 16-dək həyata keçiriləcək bütün Bakı-Daşkənd-Bakı reyslərində ekonom sinifdə səyahət zamanı əlavə 23 kq pulsuz baqajın daşınması mümkün olacaq. Qeyd edək ki, biznes sinifdə bütün reyslərdə hər biri 32 kq olmaqla iki baqaj yeri götürmək mümkündür.

🗓 Xatırladaq ki, Daşkəndə reyslər həftədə 3 dəfə yerinə yetirilir.

🔗 Biletləri bron etmək üçün: azal.az
📹 Qısa və maraqlı videolar indi TikTok-da.

Aviasiya və səyahət ilə maraqlanırsınızsa, çox güman ki, videolarımızı kəşf et bölməsində görəcəksəniz. Lakin dəqiq qaçırmamaq üçün abunə olmağınızı tövsiyə edirik.

Səyahət qaydaları, uçuş heyəti ilə müsahibələr və faydalı məsləhətlər bir arada:
👉 tiktok.com/@azerbaijanairlines
❗️ “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatı

Son zamanlar AZAL-ın adından böyük pul uduşları barədə şübhəli məlumatlar yayılır.

Bu cür məlumatlar xüsusilə mesencerlər, sosial şəbəkələr və ya elektron poçt vasitəsilə ötürülür.

AZAL vətəndaşları diqqətli olmağa və şübhəli istinadlardan istifadə etməməyə çağırır.

AZAL-ın bütün rəsmi məlumatları aviaşirkətin rəsmi saytında (www.azal.az), eləcə də sosial şəbəkələrdəki səhifələrində yerləşdirilir.

Həmçinin xatırlatmalıyıq ki, son vaxtlar AZAL adından hüquqi və fiziki şəxslərə əməkdaşlıq, işə qəbul və s. haqqında müxtəlif təkliflər daxil olur.

AZAL-ın adından istifadə edərək dələduzluqla məşğul olan bu kateqoriyalı şəxslərin aviaşirkətə heç bir aidiyyəti yoxdur.

“Azərbaycan Hava Yolları” QSC qeyri-rəsmi mənbələrdə onun adından verilən vədlərə görə heç bir məsuliyyət daşımır.

Belə hallarla rastlaşan vətəndaşlardan dərhal hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.