AzadlıqRadiosu
9.05K subscribers
1.56K photos
580 videos
3.65K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
https://www.azadliq.org/a/etibar-məmmədov-bu-əli-i̇nsanovun-hüququdur-/29831868.html

Qərbi Azərbaycandan olan, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov keçmiş səhiyyə nazirinin siyasətə qayıtması haqda nə düşünür? Ona siyasi dəstək verməyə hazırdırmı? E.Məmmədov AzadlıqRadiosuna xaricdə olduğunu söyləsə də, qısaca bəzi sualları cavablandırıb. Azadlıq Radiosunun veb saytına daxil olmaq üçün: radioaz.info
https://www.youtube.com/watch?v=s4P6PQy6yFM

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonu ərazisində yanğın baş verib. Yanğın paytaxtın «8-ci kilometr» adlanan ərazisindəki «Diqlas» ticarət mərkəzində qeydə alınıb.
Siyasi şərhçilər Azərbaycanda konkret bələdiyyə seçkilərinə marağın olmamasını sözügedən yerli özünüidarəetmə qurumunun səlahiyyətlərinin məhdudluğu ilə bağlayırlar.

https://www.azadliq.org/a/azərbaycanda-türkiyədəki-seçkilərə-marağın-səbəbi-nədir/29854746.html
Azərbaycan mediası aprelin 4-də Bakıdakı 162 saylı məktəbdə VIII sinif şagirdlərindən birinin intihara cəhdi barədə xəbərlərə diqqət çəkib. Yayılan bilgilərə görə, həmin şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. O, daha sonra 1 saylı Klinik Xəstəxanaya yerləşdirilsə də, aprelin 6-da, günorta saatlarında yaşamını itirib.

https://www.azadliq.org/a/bir-məktəblinin-intiharı-/29867600.html
Bakıda 100 il öncə başlanan qadınların qiyamı, M.Ə.Rəsulzadənin geriyə addımı və Azərbaycanın xilas edilməsi,
o dövrün şahidlərinin xatirələri və yüz yaşı tamamlanan Cümhuriyyətin doğulması...

AzadlıqRadiosu Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırladığı sənədli-bədii film.

https://www.youtube.com/watch?v=fd0ctrT9Wsc&feature=share
BU link Bakida acilirsa - blokdan yayinmaq uucun denemeniz yeter!
https://www.azadliq.org/a/ramiz-mehdiyevin-yerinə-təyinat-oldu-/30247803.html

Samir Nuriyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.

Samir Nuriyev 1975-ci ildə Bakı şəhərində doğulub.

O, 1996-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən öncə Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyinə rəhbərlik edib.
Almaniyadan Azərbayana 61 nəfər qaytarılıb

2019-cu il noyabrın 14-də Almaniyadan Azərbaycana çarter reysi ilə 61 nəfər Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin noyabrın 15-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, bu “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin icrası çərçivəsində baş tutub.

“Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.

Readmissiya olunan Azərbaycan vətəndaşları Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb”, məlumatda belə yazılıb.
Amma ölkyə qaytarılan şəxslərin adı açıqlanmır.
Yağışdan sonra çökən Bibiheybət yolu.
Gunduz Aghayevin kartikaturası