AzadlıqRadiosu
9.06K subscribers
1.57K photos
582 videos
3.84K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
10 manata səhərdən axşama biyan yığan qadınlar. Dərdləri açılıb. 10 manatın 10 dərdi varmış. İmişlidən Azadlıq Radiosunun reportajı. Sizcə, bu əməyin qarşılığı nə qədər olmalıdır?

https://www.youtube.com/watch?v=cWENUKvcqmQ
Son illər keçmiş nazirlər, yüksəkvəzifəli məmurlardan bəziləri ya Azərbaycan Milli Elmlər Akademiyasında yüksək vəzifələr tutur, ya da müxtəlif universitetlərdə, ali məktəblərdə dərs deyir, elmi araşdırma apardıqlarını bildirirlər.

https://www.azadliq.org/a/misir-mərdanov-ali-məktəbdə-dərs-demək-elə-sadə-məsələ-deyil-/29573119.html?fbclid=IwAR2pLlOQo0-803yBS1FDDY4mMsnx0ehKSTrZujh3-xWgz3ACRGM1OkGMSeI
Məsələn, bugünlərdə Ağcabədinin Hindarx kəndinə prezidentin səfəri zamanı ona bildirilib ki, bir pambıqçı ailəsi gündə evə 100 manat apara bilir. İlham Əliyev özü də pambığın 1 kq-nı 65 qəpikdən hesablayır:

“2016-cı ildə bu rəqəm 41 qəpik idi, sonra qaldırdıq 50 qəpiyə, bu il də qaldırmışıq 65 qəpiyə. Ona görə edirik ki, siz daha da çox pul qazanasız”.

Amma məsələn, İmişlidə pambıqçı Şəfiqə Mustafayeva deyir ki, onun gündəlik qazancı 8-9 manat olur:

https://www.azadliq.org/a/pambiqciliq-qazanc/29592071.html?fbclid=IwAR3A80OJSqshCE34Nxx0M9feMZ5SZ2tmV7SvpP1P29A-k2T5-Dh4DtmbjHI
Bu gün, dekabrın 3-də ötən ilin mayında vətənə xəyanətdə ittiham olunub həbs edilən hərbçilərin bəzilərinin ailə üzvləri Prezident Administrasiyasının qarşısına toplaşıblar.

Onların dediyinə görə, bəzilərinin övladları həbsdədir, bəzilərinki isə öldürülüb. Onlar iddia edirlər ki, övladları haqqında 2017-ci ildə açılan cinayət işi qurama olub. Valideynlər deyirlər ki, prezidentin köməkçisi Fuad Ələsgərovla görüşməkdən ötrü administrasiyanın qarşısına toplaşıblar. Ancaq Fuad Ələsgərov onları qəbul etməyib. Bu şikayətlərdə yer alan iddialara, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

https://www.youtube.com/watch?v=szX8xtJZn5k&feature=youtu.be
Nikol Paşinian-ın “Mənimim addımım” alyansı seçkilərdə səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxlunu ala bildi. Bəs, bu seçkilərin nəticəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə vəd edir? Ermənistanın yeni hakimiyyəti azı 20 ildir davam edən münaqişə ilə bağlı danışıqları yeni müstəviyə çıxara biləcəkmi?

https://www.azadliq.org/a/pashinian-azerbaycan-qarabag/29648332.html
C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qardaşı ilə nə görüşə bilir, nə də telefonla danışır: «Səkkiz ay 13 Saylı Cəzaçəkmə Müəssisəsində görüşməyə qoymadılar. Fevralın 8-də beş ay olacaq ki, Kürdəxanı təcridxanasında görüşə bilmirik. Heç kimə qarşı belə davranmırlar. Nə olub? Cahangirdən nə istəyirlər, bilmirəm».



https://www.azadliq.org/a/əminə-hacıyeva-bilmirəm-cahangirdən-nə-istəyirlər-/29736053.html
Amma iqtisdaçı Qubad İbadoğlu düşünür ki, sərəncamla əhalinin təkcə gəlirləri yox, həm də xərcləri artır. Onun fikrincə, bu sərəncamdan 600 min nəfər udacaqsa, 2,5 milyon nəfər də uduzacaq. Qazananlar daha çox minimum əmək haqqı ilə elm, səhiyyə, sosial təminat, mədəniyyət və digər sahələrdə çalışanlardır. Bəs, uduzanlar kimlər olacaq?

https://www.azadliq.org/a/emekhaqqi-artimi-vergi-artimi/29763968.html?fbclid=IwAR3RdQLZzKXW-GOhacq65M1W16UqbEj01dHULRvNPxFEUhWgBhnj9d9P54U
Fevralın 10-da XIX əsrdə Rusiya ilə İran arasında “Türkmənçay” müqaviləsinin imzalanmasından 191 il ötdü. Bu müqavilə Azərbaycanda “iki xalqın parçalanması, ona məxsus torpaqların işğalı” kimi dəyərləndirilir.

Amma bu müqavilə haqqında fərqli düşünənlər də az deyil. Məsələn, sosial şəbəkələrdə “xalqın bəxti gətirən gün” deyənlər də tapılır. Onların bununla bağlı öz arqumentləri var.

https://www.azadliq.org/a/turkmencay-muqavilesi-olmasaydı/29764053.html?fbclid=IwAR1WVn64slYcE8egmoGuoM0_OZuBnTasHbr8Ay21F86ynV9Qc-GNQ_BVrCI
2 manata qədər olan siqaretlərin hər qutusunda 20 qəpik, 2 manatdan baha olan siqaretlərin qutusunda isə 30 qəpik artım olduğu bildirilir.

https://www.azadliq.org/a/29776199.html
Dəyişən nədir? Hakimiyyət başçısını yerli telekanala müsahibə verməyə, xalq arasına daha çox çıxmağa, daha çox ünsiyyətdə olmağa vadar edən, bəzi qadağaları götürməsinə, məsələn, kinorejissor, yazıçı, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun ölkəyə gəlişinə razılıq verilməsinə səbəb nədir? Bunlar islahatın başlanğıcı sayıla bilərmi?

AzadlıqRadiosunun suallarını siyasi şərhçi Rauf Mirqədirov cavablandırır:

https://www.azadliq.org/a/prezidenti-xalq-arasına-çıxmağa-vadar-edən-nədir-/29778696.html