AzadlıqRadiosu
9.06K subscribers
1.57K photos
582 videos
3.84K links
Azadlıq Radiosunun Telegram kanalına xoş gəlmisiniz. Hər gün senzurasız azad, dəqiq və tərəfsiz xəbər və araşdırmaları oxumaq üçün kanalımıza abunə olun.

Youtube kanalımızı izləmək üçün: https://www.youtube.com/AzadlıqRadiosu
Download Telegram
Vəkillər Kollegiyasına üzv olmaqdan ötrü test imtahanında uğur qazansa da, şifahi müsahibə mərhələsindən keçə bilməyən bir sıra hüquqşünas namizədlər məsələni məhkəmə müstəvisinə çıxarıblar. Hələ bu imtahanlardan öncə fəaliyyətlərində prinsipial davranışları, tənqidi çıxışlarıyla əlaqədar sifarişlə vəkilliyə buraxılmadığını iddia edən hüquqşünaslar Vəkillər Kollegiyasını məhkəməyə veriblər. Hesab edirlər ki, Kollegiya rəhbərliyinin qərəzi nəticəsində onların vəkil olmaq imkanları məhdudlaşdırılıb.


https://www.azadliq.org/a/elə-vəkillər-var-öz-adını-yaza-bilmir-/29459203.html
25 nəfərin ölümü, daha 29-unun xəsarət almasına səbəb olan olayın necə baş verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə önünə təqsirləndirilən şəxs qismində dörd nəfər çıxarılıb – alkoqolizmdən əziyyət çəkdiyinə görə orada saxlandığı iddia olunan Məhəmməd Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, əməyin təhlükəsizliyi üzrə mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədova.

https://www.azadliq.org/a/narkodispanseri-yandırmaqda-suçlanan-adamım-yox-idi-deyə-yüklədilər-mənim-üstümə-/29459027.html
Rusiyanın hüquq-mühafizə orqanları iki gün öncə – avqustun 28-də orada yaşayan azərbaycanlı Taleh Orucovu saxlayıb. Onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Rusiyaya müraciəti əsasında saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Orucovun yaxınları məlumat verib. Deyirlər ki, o, Azərbaycana təhvil verilib-verilməməsi məsələsinin həlli üçün məhkəmə qarşısına çıxarılacaqdı. Amma, hələlik, məhkəmənin nəticəsi barədə onlarda da xəbər yoxdur.

https://www.azadliq.org/a/29461092.html
Məmurlar və turistlər keçən tərəfdə - parkda şırhaşırla şlanqdan otluğu sulayırlar. Hasarın arxasında isə camaat susuzluqdan əziyyət çəkir - “vodovoz”dan su alır. Siz də belə “unikal” abadlıq nümunələri tanıyırsız?

https://www.youtube.com/watch?v=LjJSXL7sXKw
Azərbaycanda orta məktəblərdə rus bölməsinin pullu olması təklifinin müəllifi, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyevadır.

Məsələ bundadır ki, son günlər bəzi valideynlər rus bölməsində sıxlıq olduğundan uşaqlarının yaxınlıqdakı məktəblərə qəbul edilməməsi ilə bağlı narazılıqlarını həm KİV-də, həm də sosial mediada müzakirəyə çıxarıblar.


https://www.azadliq.org/a/məktəblərdə-rus-bölməsi-pullu-olsunmu/29461556.html
Rusiyanın tanınmış estrada müğənnisi, deputat Iosif Kobzon 80 yaşında dünyasını dəyişib. O, Moskvanın Ukraynaya müdaxiləsi səbəbindən Qərbin sanksiya siyahısına da düşmüşdü.

Kobzon xərçəng xəstəliyindən əziyyət çəkirdi, ötən ay vəziyyətinin ağırlaşdığı xəbəri yayılmışdı.

O, Rusiya parlamentində hakim Vahid Rusiya partiyasından deputat idi.
https://www.azadliq.org/a/29461680.html
“Ermənistanın baş nazirinin Moskvada Dağlıq Qarabağı Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir”.

Bunu, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasını şərh edərkən xarici işlər nazirinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

https://www.azadliq.org/a/pashinyanin-achiqlamasina-azerbaycandan-tepki/29479729.html
N.Ədilovun sözlərinə görə, qardaşı haqqında çıxarılmış hökm və qərarlara etiraz olaraq, bu etiraz formasını seçib:

“Murad artıq beşinci ildir ki, heç bir günahı olmadan həbsdə saxlanılır. Bu müddətdə səhhətində, özəlliklə əsəsb sistemində çox ciddi problemlər yaranıb. Son məhkəmə qərarı səbr kasasını daşıran damla oldu”.

https://www.azadliq.org/a/murad-edilovun-hebsxanada-acliq-aksiyasina-başladiqi-bildirilir/29478533.html
Almaniya, Danimarka, İsveç, Finlandiya, Luksemburq, Norveç, Niderland, Cənubi Koreya və Birləşmiş Ştatların pasportu isə 165 balla ikinci yeri tutub. Bu ölkələrin vətəndaşları 116-126 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan pasportu 193 ölkə içində 60-cı yerdədir, 72 balı var, 35 ölkəylə vizasız getmək imkanı verir, 37 ölkəyə daxil olan kimi viza verilir.

Gürcüstan pasportu 114 balla 39-cudur, 73 ölkəyə vizasız getmək olur.

https://www.azadliq.org/a/29481664.html
Ermənistan baş naziri Nikol Paşinyanın Putinlə görüşündə önəmli məqamlar hansılar olub?

Paşinyan Putinlə Moskvada sentyabrın 8-də görüşüb.

Bakıda politoloq, Azərbaycanın keçmiş səfiri olmuş Hikmət Hacızadə deyir ki, bu səfərin əsas məqsədi Rusiyaya göstərmək idi, Ermənistan əvvəlki kimi Rusiyanın tərəfdaşıdır.

https://www.azadliq.org/a/hikmet-hacizade-pashinyanin-beyanatindan-narahat-olmaqa-deymez/29482198.html
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirləndirilən Yunis Səfərovun vəkili Elçin Sadıqovun onun müdafiəsindən kənarlaşdırıldığı bildirilir.

https://www.azadliq.org/a/29483832.html
Dünya bazarında neftin başı üzərindəki qara buludlar çəkilib. Neftin qiyməti sabitləşib. Bəs iqtisadiyyatı neftdən asılı dövlətlərdə niyə sabitlik yaranmır? İlin sonunadək inflyasiyanın 9%-ə çatacağı gözlənilir. Rəsmi məlumat isə əhalinin gəlirinin artdığını bildirir. Bəs əslində vəziyyət necədir?

https://www.youtube.com/watch?v=cVqU3Ltr-Z8
salam
Danimarkanın ən böyük bankı milyardlarla avronun Rusiya və keçmiş sovet ölkələri ərazisindən necə çıxarılmasına dair hesabat açıqlayacaq. Söhbət bankın Estoniyadakı filialı vasitəsilə çirkli pulyumadan gedir.

https://www.azadliq.org/a/29497641.html
Xəzər Rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov Mərdəkan qəsəbəsində yaşayan Eldar Mansurovu məhkəməyə verib. Səbəb isə vətəndaşın çoxlu it saxlamasıdır. İcra başçısının iddia ərizəsinə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.

https://www.azadliq.org/a/i̇cra-başçısı-vətəndaşı-it-saxlamağa-görə-məhkəməyə-verib/29506911.html