azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
azOSINT
Ballistik raketlər də İsrailə doğru hərəkət edir. Yaxın 1 saat ərzində zərbələri (və ya havada zərərsizləşdirmə) görə bilərik artıq
Ballistik raketlərlə bağlı çıxan xəbərlər qeyri-dəqiqdir kimi görünür, çünki bu vaxta kimi zərbələr və ya havada zərərsizləşmə olmalı idi
👍152
Maraqlı açıqlamadır
🤔14👍3👎21👀1
Bu günlər ərzində ABŞ maksimum çalışacaq ki, İsrail İrana cavab zərbəsi endirməsin və məsələ burada bitsin. Amma müharibənin böyüməsi üçün Netanyahu hər şeyi edər.

Düşünürəm ki, ABŞ prosesi nəzarətdə saxlaya biləcək
👍11
Gecə boyunca İranın göndərdiyi dronlar, qanadlı raketlər və atdığı ballistik raketlər demək olar hamısı zərərsizləşdirildi ABŞ və İsrail tərəfindən. Bəzi hərbi infrastruktura minimal zərər dəydi hədəfə çatan ballistik raketlərdən.

İranın və ABŞ-ın da hədəfi bu idi - İran öz gücünü göstərmək və cavab verə bilmək üçün nəzarət edilə bilən hücum təşkil etsin. Bundan sonrası Netanyahunun müharibə iştahından asılıdır
👍213
azOSINT pinned «Gecə boyunca İranın göndərdiyi dronlar, qanadlı raketlər və atdığı ballistik raketlər demək olar hamısı zərərsizləşdirildi ABŞ və İsrail tərəfindən. Bəzi hərbi infrastruktura minimal zərər dəydi hədəfə çatan ballistik raketlərdən. İranın və ABŞ-ın da hədəfi…»
Bir də həmişəki kimi bizim mediada xeyli feyk xəbərlər tirajlanırdı axşam, məsələn, Azərbaycanın hava sahəsinə əlavə yüklənmənin olması və s. ilə bağlı.

Məs. haqqın.az

Bu insanların adi bir araşdırma qabiliyyəti yoxdur ki bir öncəki heçolmasa 2 günün eyni saatda olan datasına baxaraq görsün ki, həmin saatda qərbdən Asiyaya çıxan uçuşlar bu dəhlizdən keçir və həmişə gecə yarısı sıxlıq olur.
👍2311
Xatırlayanlar bilər ki, hələ ilk gündən mən Xankəndinin qayıdacağını, Rusiyanın da buranı tərk edəcəyini əminliklə demişəm. Düşündüyüm kimi də oldu.

Lakin insanlar bir yerdə yanılır. Rusiyanın çıxmasına görə digərlərinə acıq verənləri və s. görürəm. Sanki Rusiya qeyd-şərtsiz sakitcə çıxıb gedir və biz tam azad oluruq.

Son iki ildə Ermənistanın Qərbi, Azərbaycanın da Rusiyanı və onun idarəetmə dəyərlərini seçməsinin qarşılığıdır bu gün olanlar.

Qərb ikiüzlüdürmü? Hə. Onların sözünə və vədlərinə inanmaq olarmı? Yox. Yenə də Rusiyanın müttəfiqi olmaqmı yaxşıdır? Əlbəttə ki, yox. Amma artıq seçim edilib.

Bundan sonra Ermənistanla sərhədi dəqiqləşdirib sülh bağlamasaq, yenidən Rusiyadan və bu dəfə əlavə olaraq Qərbdən asılı qalacağıq. Müharibə ritorikası bitirilib inkaşafa köklənməsək bundan sonra heç nə yaxşıya getməyəcək
👍9217🤔6
İki nöqtəyə toxunum:

1) Bu qəzada hansısa kənar əl axtaranların arqumentləri gülməli görünür. 1994 istehsalı olan, ehtiyat hissələri olmayan, Visual Only - yəni, yalnız vizual görüş vasitəsilə uçan, müasir radarları və s. olmayan bir helikopterlə qatı duman şəraitində dağllq ərazidə uçmaq özü intihardır elə.

2) Akıncı dronunun üzərində olan, qalıqları aşkar edən optik kamera Kanada istehsalı Wescam-mx20 dir. Düzdür Türkiyənin öz istehsalı ASELFLIR də istifadə olunur amma bu səviyyəyə hələ gəlib çatmayıb.

3) Mənim ehtimalım budur ki (99% belədir), getdiyi yerdə önünü görmədiyi üçün təpənin üstünə çırpılıb sadəcə. Bu helikopterlərin hərəkət qabiliyyəti çox aşağıdır kəskin trayektoriya dəyişikliyi edə bilmir. Təpəni görüb reaksiya verənə kimi çırpılıblar.
👍6511👎1👏1
Çinin Tayvanı tam mühasirəyə alaraq təlimlər keçirməsi, məncə, 3-4 ildir dediyim 2020-ci illərin sonlarında gözlənilən işğal əməliyyatının hazırlığıdır və bu planın reallığını bir qədər də artırır. Bunun üçün Çinə hələ bir neçə il də lazım olduğunu düşünürəm. Dəniz qüvvələrini bu sürətlə artırmağa davam etsələr istədiklərini səviyyəyə qısa müddətdə çatacaqlar. Hazırki geopolitik mənzərə də Çin üçün əlverişli hazırlıq mühiti yaradır.
👎13👍7👀2
Yuxarıdaki paylaşımda işğal sözünə sual verənlər üçün:.

Invasion və occupation dilimizdə tərcüməsi nədir? Ümumiyyətlə bu ifadələrin fərqini araşdırmağı tövsiyyə edirəm. Çin hərbi olaraq adaya nəzərət etmir. Hüquqi olaraq da konsensus bir nəticəyə varılmayıb. Kənardan ordu ilə bir ərazini tutursansa bu şərtlərdə bu invasion sayılır.

Belə deyim:
Çinin Tayvanı hərbi yolla unification etməyi üçün birinci onu invade etməyi lazımıdır.

Məsələn D-Day də müttəfiü qüvvələri Normandiyanı işğal etmişdilər (invasion of Normandy), sonradan Fransaya təhvil vermək. Burda da Çin adanı birinci işğal etməlidir ki özünə qatsın.
👍25
azOSINT pinned «Yuxarıdaki paylaşımda işğal sözünə sual verənlər üçün:. Invasion və occupation dilimizdə tərcüməsi nədir? Ümumiyyətlə bu ifadələrin fərqini araşdırmağı tövsiyyə edirəm. Çin hərbi olaraq adaya nəzərət etmir. Hüquqi olaraq da konsensus bir nəticəyə varılmayıb.…»
İddia etdiyi 2 Həmas rəhbərini hədəf almaq üçün İsrail yenə 50-dən çox sivili, uşaqları öldürüb. Rəfahda qaçqınların qaldığı çadır şəhərciyi bombalanıb. Ətraf başı qopmuş uşaqlar, tamamilə yanmış bədənlərlə doludur.

Netanyahu vəhşidir. Beynəlxalq Cinayət Məhkəməsində faşistlərin cəzalandırıldığı kimi məhkəmə qarşısına çıxarılmalıdır bu əmri verənlər.
👍107👏73👎3
Gördüyüm qədərilə, İsrail Hizbullah müharibəsi yaxınlaşır. Yaxın müddətdə güclü toqquşma gözlənilir. Amma Hizbullahın zəif olmamasını (atəş gücü çoxdur) nəzərə alsaq, çox uzun müddətli sürməməlidir. Amma birinci hücümü İsrailin edəcəyini güman edirəm. Hizbullah 1 saat qabaq əmin də olsa risk etməz ilk zərbəni endirməyə.
👀16👏10👍7🤔3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Donald Trumpın Pensilvaniyadaki mitinqində atəş açılıb. Trump ərazidən uzaqlaşdırılarkən qulağından qan açıldığı görünür. Atış səsi gələn anda qulağını tutmasından qulaqdan zərbə aldığını demək olar.
👀18👍2
Suiqəsd zamanı qulağından zərbə alıb.
👍16
👍18
azOSINT
Gördüyüm qədərilə, İsrail Hizbullah müharibəsi yaxınlaşır. Yaxın müddətdə güclü toqquşma gözlənilir. Amma Hizbullahın zəif olmamasını (atəş gücü çoxdur) nəzərə alsaq, çox uzun müddətli sürməməlidir. Amma birinci hücümü İsrailin edəcəyini güman edirəm. Hizbullah…
Dünənki Majdal Shams hücumunun Hizbullah tərəfindən edilməsi artıq dəqiqdir kimi görünür. Netanyahu ABŞ-dan qayıtdıqdan sonra, qaçınılmaz olan genişmiqyaslı İsrail-Hizbullah döyüşlərinə daha da yaxın olacağıq.
👍23
İsrail təcili şəkildə şimal xəstəxanalarına rezervist həkimlərin (xüsusən cərrahların) toplanışına başlayıb. Bunu həkim-anastezioloq olan rezervistlərin (hansı ki, mən izləyirəm) sosial şəbəkədən bir müddətlik uzaqlaşmağa başlamağından anlamaq olar.

Döyüşün miqyası böyük olsa da, tam miqyaslı bir müharibəyə çevriləcəyini zənn etmirəm.
👍27👀6
azOSINT pinned «İsrail təcili şəkildə şimal xəstəxanalarına rezervist həkimlərin (xüsusən cərrahların) toplanışına başlayıb. Bunu həkim-anastezioloq olan rezervistlərin (hansı ki, mən izləyirəm) sosial şəbəkədən bir müddətlik uzaqlaşmağa başlamağından anlamaq olar. Döyüşün…»
Elan edilmiş NOTAM-lara baxdıqda İranın (və Hizbullah) bu gün İsrailə zərbə endirmə ehtimalı yüksəkdir.
👍24👀7👎2👏1