azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
ABŞ SOUTHCOM tərəfindən USS Gerald R. Ford (CVN-78) təyyarədaşıyan gəmisinin Venezuela sahillərinə göndərilməsi barədə qərar verilib.
👍12👎5👀2
azOSINT
Qarabağ gündəmindən kənar: Dəyərli izləyicilər, Mediamızda və sosial şəbəkələrdə çox yer tutmasa da, hazırda gündəmdə olan bir nömrəli mövzu Rusiyanın yeni hərbi əməliyyatlara (birbaşa) başlamağa hazırlaşmasıdır. Aprel dislokasiyalarında ilk gündən mən də…
2021-ci il oktyabr ayının sonlarına doğru Rusiyanın qeyri-adi şəkildə hərbi yerdəyişmələr etməsi müşahidə olunurdu. Hətta Noyabr əvvəllərində CIA direktorunun Moskvaya gizli səfər etməsi və Rusiyanı işğal fikrindən daşındırmağa çalışması barədə xəbərlər çıxmışdı. Noyabrın ortalarına doğru isə prosesi izləyənlər üçün Rusiyanın yaxın aylarda Ukraynanı işğal etmək üçün hücum edəcəyi dəqiq idi. Mediamızın bu haqda ümumiyyətlə xəbəri olmadığı bir dövrdə bu haqda 2021in payızında bildirmişdim. Təbii ki bu ehtimala inanlar dəhşət az idi (qeyd edim ki, mən özüm Rusiyanın indikindən xeyli daha üstün nəticə əldə edəcəyini düşünürdüm)

Bayden hakimiyyəti Dekabr ayından etibarən fərqli stratrgiya seçərək, ABŞ-ın əlində olan kəşfiyyat məlumatlarını - əsasən, peyk şəkilləri və s. tipli məlumatları mediayaya “sızdırmağa” başladı. Beləcə, müharibədən əvvəlki 2 ay ərzində dünya ictimaiyyəti Putinin niyyətini açıq görə bildi və hansısa bir müharibəyə başlamaq üçün yalançı bəhanə (rus xalqının qırılması və s) uydurmağa imkan verilmədi. Məqsəd tək idi və bu gün də elə qalır - Ukrayna müstəqil dövlət kimi mövcud olmamalıdır. Putinin niyyətinin başqa olduğunu düşünənlər sadəcə özlərini aldadırlar. Bu münaqişənin hansı səviyyəfə donduralacağından asılı olaraq, yaxın illərdə Rusiyanın Baltikyanı ölkələrə də öncə daxildən qarışdıraraq, sonra isə hərbi yolla müdaxilə edəcəyi düşünülür. Bu ssenari avropanın da davranışları nəzərə alınanda qaçılmaz kimi görünür.

Digər cəbhədə isə Çinin Tayvana müdaxilə ehtimalı daha da artıb. 2021də verdiyim 10 illik proqnozun artıq az qala 5 ili geridə qalır və Çin gözləniləndən də sürətli şəkildə ordusunu komplektləşdirməyə və müasirləşdirməyə davam edir. Yaxın 3-4 ildə də orada hansısa hərəkətlilik mümkün görünür artıq.

Trump hakimiyyətinisə hansısa səbəbdən bunlardan narahat kimi görünmür.
23👍14👏3👀2
2 ədəd B-1 Venezuela sahillərində güc nümayişi həyata keçirir.
👀15👎2
azOSINT
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
Miami Herald nəşrinin əldə etdiyi məlumatlara görə ABŞ Venezualaya endirəcəyi zərbələrin hədəflərini və vaxtını artıq dəqiqləşdirib bu hər an baş verə bilər. Maduronun taleyi ilə bağlı qərarın verilib verilməməsi isə hələki qeyri-müəyyəndir
👎11👀103🤔2
Zəfər Günü və Qarabağın azadlığı bayramınız mübarək!

O günlərin dinamikliy, gedişatı, sadəcə müşahidə edənlər üçün belə ağlasığmaz idi. Qələbənin miqyası hər keçən il daha aydın olur. İlk həftə ciddi tərəddüdlərim və hətta məyusluğum var idi. Lakin qısa müddət sonra böyük rəsmə baxdıqda Qarabağın tamamilə azad olacağı, dövlət başçısının niyyəti çox aydın idi. Elə 2022-nin sonlarından bu sonun yaxın olduğu aydın olurdu.

İndi isə qarşıda daha da ciddi sınaqlar durur. Heç bir dövlət hələki bu sonluq üçün tam yekun mövqelənmiş kimi görünmür - Azərbaycan daxil. Yalnız Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə sıx müttəfiqlik şaraitində 5 il ərzində baş tutacaq ABŞ-Çin hərbi qarşıdurmasından minimal ziyanla çıxa bilərik (burada qalib tərəfin olacağını düşünmürəm).

Lakin hələki, Qarabağın azadığının xalq olaraq dadını çıxarmalı, dövlət olaraq isə orada dayanaqlı iqtisadiyyat və demoqrafik şərait qurmağa köklənməliyik.

Xatirə üçün o günlərdə anbaan yenilədiyim qrafikanı da bölüşmək istədim

Bayramınız mübarək!
65👍6👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gəncədən qalxan Türkiyə Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi qalxışdan qısa müddət sonra Tbilisi yaxınlığında qəza edib. Uçuşun son anlarında nə sürət nə də hündürlükdə anormallıq görünür.

Axtarış tədbirlərinin davam etdiyi deyilir.
6🤔5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəza anına qədər stabil sürətdə və hündürlükdə qalxışa davam etdiyi görülür. Görəsən anidən belə parçlanmağa nə səbəb olub?
👎14🤔52
Vurulma izləri də görünmür. Daxildən təzyiq problemi və ya hansısa daşınan sursatdan ola bilər. Yəqin ki, ancaq rəsmi açıqlama olan zaman bilə biləcəyik
🤔142👍1
azOSINT
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
ABŞ-ın Venezuelaya mümkün hərbi müdaxiləsi ilə bağlı ölkənin siyasi dairələrindən daha qəti mesajlar gəlməyə başlayıb. Belə görünür ki, Maduro son dəqiqədə hansısa şəkildə Trampı razı bilməsə (son günlər neft yataqlarının ABŞ-a verilməsindən danışılır), ABŞ bu ölkəyə hücum edəcək.
👍11👎5
ABŞ-ın Venezuela sahillərinə yığdığı qüvvələrlə bağlı detallı infoqrafika hazırlanıb.
👍17👎31👏1
Ukrayna təəssüf ki, kapitulyasiyaya məcbur edilir. Avropa çox zəifdir, ABŞ buna məcbur etsə, edəcəkləri bir şey yoxdur.

Amma yenə də son bir ümidlə Avropanın hansısa formada buna mane olmağa çalışıb-çalışmayacağı hələki dəqiq deyil. Ukrayna çox çətin seçim qarşısındadır.
👎34🤔13👍7
azOSINT pinned «ABŞ-ın Venezuelaya çox yaxın zamanda zərbələr endirəcəyi ilə bağlı son dəqiqə xəbərləri yayılmağa başlayıb. Görünür, hazırlıqlar tamamlanıb. https://www.reuters.com/world/americas/us-launch-new-phase-venezuela-operations-sources-say-2025-11-22/?utm_sourc…»
azOSINT
Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…
Rusiya ABŞ ilə apardığı Ukrayna danışıqlarını maksimum uzadaraq, ABŞ ilə eyni düşündüyünü imitasiya etməyə çalışır. Bunu edərək həm də Avropa Birliyini Amerikanın gözündə zəif, gücsüz və səhv olaraq görülməsini təmin edirlər. Məqsəd isə bəllidir: bir neçə il sonra Baltikyanı ölkələrin işğalına başldadıqları zaman özlərini haqlı göstərmək.
👍26👎5
🤔164👍2👀1
azOSINT
Suriyada HTŞ müxalif qüvvələri dünən səhərdən Hələb istiqamətində ciddi əks-hücuma başlayıblar. Hizbullahın və İranın zəifləməsi ilə birlikdə bu sürətlərini qorusalar Hələb müxaliflərin əlinə keçə bilər. Hələbi itirsə Əsədin taleyi də sual altına düşəcək.…
Keçən il Suriyada noyabr ayının bu günləri başlayan hərəkətlilik zamanı hələ elə ilk gündə həmin temp davam edərsə Əsədin devriləcəyini yazmışdım. Nəinki Əsəd günlər sonra devrildi, hətta Colani ABŞ prezidenti ilə dost da oldu.

Dünyada geopolitik dəyişikliklərin baş vermə sürəti çox artıb - elə Azərbaycan da Qarabağın və regionun taleyini sıfırdan cəmi 4 ay içində dəyişdi.
26👍14👏1
Avropa Parlamentinin Polşalı deputatı, Venezualaya bu axşam B-2-lərlə vurulacağı barədə xəbərdarlıq edib.

Məlumatın real olması həm də ona görə mümkündür ki, Avropa ABŞ-ın Ukrayna məsələsində mövqeyinə görə ona əsəbidir və əlinə keçən kəşfiyyat məlumatını bu formada paylaşaraq sanki qisas almağa çalışır. Sırf bu sadaladığım səbəbə görə, bu paylaşıma bir qədər ciddi yanaşıram. Ümumən götürdükdə isə, hələki heçnə dəqiq deyil zamanlama baxımından.
👀21👍9🤔42
Öncə peyk şəkillərində, ardınca isə kənardan çəkilən görüntülərdə Dominikan Respublikasının Las Americas aeroportuna ABŞ HQ-a məxsus ən azı 10 ədəd KC-135 tanker təyyarəsi cəmləşdirildiyi görülür.
👀16👍8👎21