azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
IDF bildirib ki, vəziyyətin yenidən qiymətləndirilməsindən sonra rezervistləri hava hücumundan müdafiə təlimlərinə çağırıb.

Yəqin ki, İranın birbaşa İsrailə zərbə endirə biləcəyi ilə bağlı məlumat alınıb.
🤔18👀41👍1👎1
İranın Ramazan ayının son cümə günündə İsrailin hücumuna qarşılıq verəcəyi barədə ehtimal oxumuşdum. Ümumən yaxın 3 gün ərzində müəyyən bir eskalasiya gözlənilir.
🤔18👀8👍1👎1
Belə görünür ki, yaxın vaxtlarda sərhəddə toqquşmalar yaşanacaq. Amma soruşsanız, Azərbaycanın məqsədini tam anlaya bilmirəm. Sərhədə qoşun yığılması İran-İsrail gərginliyindən başlamışdı, ona görə də əlaqəni əsasən istisna edirəm.
🤔26👍3
Əl-Cəzirəyə danışan ABŞ rəsmisi, İran və ya onun proksi qruplarının İsrailə zərbə endirəcəyi halda İsrail ilə birgə İrana zərbə endirməyi istisna etmədiklərini bildirib.

Bloomberg: İran və ya proksi qrupların İsrailin hərbi və hökumət hədəflərinə raket və ya dron zərbələri endirməsi qaçılmazdır (attack is imminent) - ABŞ kəşfiyyatı mənbələri
👍18👀5
Düşünürəm ki, 3 ildir İsrailin İrana zərbə endirəcəyinə tam əmin olduğumu bildirdiyim ssenari artıq yaxınlaşır. Düzdür, bunun çox daha irəliyə gedəcəyini hesab etmirəm, amma bu dəfəki eskalasiya həmin regional katastrofik müharibəni biraz da yaxınlaşdırır. Və vəziyyət elə inkişaf edir ki, bu onilliyin ikinci yarısında Çin Tayvana hücum etdiyi ərəfədə İsraillə İran, Rusiya ilə Baltik ölkələri arasında gözlənilən müharibə də eyni vaxta təsadüf edəcək.
👍27🤔4👀1
CENTCOM rəhbəri general Erik Kurilla İranın mümkün hücumu zamanı İsrailin cavabını koordinasiya etmək üçün sabah İsrailə səfər edəcək.
👍18👎2
İranın Mehr agentliyi Müdafiə Nazirinə istinadən xəbər verir ki, Tehran üzərindən bütün uçuşlar yerli vaxtla 00:00 da təlim mqəsədilə dayandırılacaq - Reuters

Düzəliş:

Reutersin xəbəri Mehr tərəfindən yalanlandı
👀16👍4
İsrail İranın diplomatik təmsilçiliyini yerlə bir edib, generallarını öldürüb sonra da “İran bizi vursa, cavab verəcəyik” deyib qurban roluna girməsi (Fələstindəki bu qədər vəhşilikdən sonra) həqiqətən də üzsüzlüyün ən gözəl misalıdır. Dünya düzəni, siyasəti təmiz pozulub və görünür ki yenidən qurulmağa ehtiyacı var.

İran rejiminin hadisələri nəzarətdən çıxaracaq tərzdə cavab verəcəyini düşünmürəm, ehtiyatlı olacaqlar. Amma itirməyə başladığı Qərb dəstəyini qazanmaq üçün qəsdən İranı küncə sıxışdıran İsraildən hər şey gözləmək olar.

Sionizmin gəldiyi son nöqtə

Gərginlik baş versə daha çox paylaşım edəcəyim üçün indidən bildirim ki, yuxarıda İsrailə münasibətim necədirsə, İrana da elədir, bilənlər bilir. Qeyd edim buraya.
👍66👎10👀31
İsrailə hücumun bu həftə sonu olacağı artıq əsas kəşfiyyat dairələrinə məlumdur deyəsən. Səyahət xəbərdarlıqları, təxliyyə məlumatları ard-arda gəlməkdə davam edir. Marko Rubio da hücumun qəti olduğu barədə az öncə yenidən məlumat verib.
👍39👀4👎2
İordaniya hava sahəsini bütün uçuşlara bağlayıb.

İsrail 1000 nəfərdən artlü bütün toplantıları bu gecədən ləğv edib.

Joe Biden təcili istirahətdən Ağ Evə qayıdıb.

İsrail XİN səfərlərini ləğv edib, təhlükəsizlik şurası təcili toplanır.


İsrail Səhiyyı Nazirliyi təcili yoxlanışlar və toplantılar keçirir.
👀25👍3
İsrailin öz mənbələrinin verdiyi məlumata görə, Netanyahu bu həftəsonunu Qüdsdə amerikan milyarder Simon Falicin evində keçirib. Səbəb: Falicin malikanəsinin çox irəli səviyyədə təhlükəsiz bunkerinin olması. Oktyabrın əvvəlində Bibi yenə raketlər atılan zaman Falicin Qüdsdəki evində qalmışdı
🤔17👍4👎1
İranın göndərdiyi PUA-lar çox güman ki, xeyli hissəsi İraq üzərində ABŞ qırıcıları tərəfindən zərərsizləşdiriləcək. Ehtimal edirəm ki gecəyə doğru da ballistik raket və qanadlı raketlərdən hücumlar olsun. Bunlara cavabın nə olacağı ancaq səhər saatlarında bilinəcək
👀18👍32
İranın planı İsrail HHM-lərini kütləvi dronlarla məşğul etmək, sonra ballistik raketlərlə hücum etməkdir. Ən uyğunun görünən plan budur. Amma gərginlik o həddə artsa, İsrail də əks hücum edəcək, yəqin ki.
9👀8👍2👎1
Qanadlı raketlər İsrailə doğru hərəkət edir. Videolar yayılmağa başlayır
👍14👀5👎2🤔2
Ballistik raketlər də İsrailə doğru hərəkət edir. Yaxın 1 saat ərzində zərbələri (və ya havada zərərsizləşdirmə) görə bilərik artıq
👍14👎2
Əsas ilkin zərbənin Negev çölündəki aviabazaya endirələcəyi gözlənilir.
👍16👎1👀1
azOSINT
Ballistik raketlər də İsrailə doğru hərəkət edir. Yaxın 1 saat ərzində zərbələri (və ya havada zərərsizləşdirmə) görə bilərik artıq
Ballistik raketlərlə bağlı çıxan xəbərlər qeyri-dəqiqdir kimi görünür, çünki bu vaxta kimi zərbələr və ya havada zərərsizləşmə olmalı idi
👍152
Maraqlı açıqlamadır
🤔14👍3👎21👀1
Bu günlər ərzində ABŞ maksimum çalışacaq ki, İsrail İrana cavab zərbəsi endirməsin və məsələ burada bitsin. Amma müharibənin böyüməsi üçün Netanyahu hər şeyi edər.

Düşünürəm ki, ABŞ prosesi nəzarətdə saxlaya biləcək
👍11
Gecə boyunca İranın göndərdiyi dronlar, qanadlı raketlər və atdığı ballistik raketlər demək olar hamısı zərərsizləşdirildi ABŞ və İsrail tərəfindən. Bəzi hərbi infrastruktura minimal zərər dəydi hədəfə çatan ballistik raketlərdən.

İranın və ABŞ-ın da hədəfi bu idi - İran öz gücünü göstərmək və cavab verə bilmək üçün nəzarət edilə bilən hücum təşkil etsin. Bundan sonrası Netanyahunun müharibə iştahından asılıdır
👍213
azOSINT pinned «Gecə boyunca İranın göndərdiyi dronlar, qanadlı raketlər və atdığı ballistik raketlər demək olar hamısı zərərsizləşdirildi ABŞ və İsrail tərəfindən. Bəzi hərbi infrastruktura minimal zərər dəydi hədəfə çatan ballistik raketlərdən. İranın və ABŞ-ın da hədəfi…»