İrandan Fateh-110 ballistik raketləri ilə ABŞ-ın İraq bazasına zərbələr endirib. Gərginliyi bir qədər də artıracaq gəlişmədir.
👀20👍8❤3👎2
Belqorodda bu gün qəzaya uğrayan İL-76 təyyarəsini çox gümən ki, yenə səhvən Rusiyanın öz HHM qüvvələri vurub. Videoda havada raketlə təmasın izləri görünür, əlavə olaraq, qəzadan bir müddət öncə mümkün Ukrayna hücumu ilə bağlı HHM xəbərdarlıqları əhaliyə göndərilib. Çox güman həyəcan vəziyyətinə qaldırılan HHMlər səhvən öz təyyarələrini vurublar.
👍24👀4
Ola bilsin ki, bu gecə və ya yaxın günlərdə ABŞ-ın İrana zərbə endirsin. Düzdür, inanmıram ki, eskalasiya nəzarətdən çıxsın, lakin Süleymaninin öldürülməsindən sonraki ən gərgin günlərdən biridir. ABŞ daxilində Bayden hökumətinə İrana birbaşa və təsirli zərbə ilə bağlı çağırışlar hər keçən dəqiqə artır. Baydenin hazırki Milli Təhlükəsizlik komandası daim ciddi gərginliklərdən qaçır və ABŞ perspektivindən baxdıqda, bir qədər qətiyyətsiz və qorxaq addımlar atır.
Bu dəfəki reaksiya yaxın illərin vəziyyətini indidən təsvir edəcək. Zəif cavab İranı gələcəkdə daha da həvəsləndirəcək, güclü cavab isə vəziyyəti elə hazırki anda daha da riskli edəcək.
Bu dəfəki reaksiya yaxın illərin vəziyyətini indidən təsvir edəcək. Zəif cavab İranı gələcəkdə daha da həvəsləndirəcək, güclü cavab isə vəziyyəti elə hazırki anda daha da riskli edəcək.
🤔25👍8
ABŞ B-1B bombardmançı təyyarələrlə Suriya və İraqda İran dəstəkli qrupları vurmağa başlayıb. Bir həftə xəbərdarlıqdan və az qala hədəfləri dedikdən sonra gələn bu zərbələrin ardından İranla ciddi gərginliyin olmayacağını demək mümkündür. Bunlar yalnız İranın gələcəkdə əl qolunu açmasına kömək edir. Amma yenə də iki tərəfindən ciddi qarşıdurmada maraqlı olmaması region üçün yaxşıdır.
👍22❤1👎1
ABŞ-da qəribə hadisə baş verir. ABŞ milli təhlükəsizliyinə çox ciddi təhülkə yarandığı barədə konqresmenlərə məlumar verilib. Sullivan sabah kəşfiyyat komitəsi üzvlərinə bu barədə xüsusi brifinq veriləcəyi barədə jurnalistlərə məlumat verib. Ehtimal edilir ki, Rusiyanın Amerikanın təhlükəsizliyinə ciddi təhdid törədəcək hansısa imkana malik olması barədədir.
Reportyorların “ABŞ vətəndaşlarının təhlükədə olmadığını deyə bilərsinizmi?” sualına cavab olaraq Sullivan “buna hə demək mümkün deyil, amma Biden əlindən gələni edir” cavabı verib.
Söhbətin nədən getdiyi yaxın saatlarda mediyaya sızdırılar yəqin ki.

👀23👍7
azOSINT
ABŞ-da qəribə hadisə baş verir. ABŞ milli təhlükəsizliyinə çox ciddi təhülkə yarandığı barədə konqresmenlərə məlumar verilib. Sullivan sabah kəşfiyyat komitəsi üzvlərinə bu barədə xüsusi brifinq veriləcəyi barədə jurnalistlərə məlumat verib. Ehtimal edilir…
Nüfuzlu mənbələrin xəbərlərinə görə Rusiya peyk əleyhinə nüvə silahını kosmosa çıxarmağa hazırlaşır (və ya artıq çıxarıb).
Hələki ən çox tirajlanan və çəkiyə malik versiya budur.
Hələki ən çox tirajlanan və çəkiyə malik versiya budur.
🤔23👍4
10 gün öncə ABŞ kəşfiyyatının Moskvada terror olacağı ilə bağlı xəbərdarlığı özünü tam doğrultdu. ABŞ hücumla bağlı kəşfiyyat məlumatlarını Rusiya ilə də paylaşmışdı.
Onlarla şəxs öldürülüb. Mərkəz isə yanır
Onlarla şəxs öldürülüb. Mərkəz isə yanır
👍15
Terror baş verən Crocus səhv xatırlamıramsa azərbaycanlılara məxsus idi (Ağalarov).
👍18
Demək olar ki, istisnasız bütün etibarlı analitiklər İranın konsulluq binasının vurulmasına çox sərt cavab verəcəyini, ciddi eskalasiya yaşanacağını ehtimal edirlər.
🤔32👍9👀5
IDF bildirib ki, vəziyyətin yenidən qiymətləndirilməsindən sonra rezervistləri hava hücumundan müdafiə təlimlərinə çağırıb.
Yəqin ki, İranın birbaşa İsrailə zərbə endirə biləcəyi ilə bağlı məlumat alınıb.
Yəqin ki, İranın birbaşa İsrailə zərbə endirə biləcəyi ilə bağlı məlumat alınıb.
🤔18👀4❤1👍1👎1
İranın Ramazan ayının son cümə günündə İsrailin hücumuna qarşılıq verəcəyi barədə ehtimal oxumuşdum. Ümumən yaxın 3 gün ərzində müəyyən bir eskalasiya gözlənilir.
🤔18👀8👍1👎1
Belə görünür ki, yaxın vaxtlarda sərhəddə toqquşmalar yaşanacaq. Amma soruşsanız, Azərbaycanın məqsədini tam anlaya bilmirəm. Sərhədə qoşun yığılması İran-İsrail gərginliyindən başlamışdı, ona görə də əlaqəni əsasən istisna edirəm.
🤔26👍3
Əl-Cəzirəyə danışan ABŞ rəsmisi, İran və ya onun proksi qruplarının İsrailə zərbə endirəcəyi halda İsrail ilə birgə İrana zərbə endirməyi istisna etmədiklərini bildirib.
Bloomberg: İran və ya proksi qrupların İsrailin hərbi və hökumət hədəflərinə raket və ya dron zərbələri endirməsi qaçılmazdır (attack is imminent) - ABŞ kəşfiyyatı mənbələri
Bloomberg: İran və ya proksi qrupların İsrailin hərbi və hökumət hədəflərinə raket və ya dron zərbələri endirməsi qaçılmazdır (attack is imminent) - ABŞ kəşfiyyatı mənbələri
👍18👀5
Düşünürəm ki, 3 ildir İsrailin İrana zərbə endirəcəyinə tam əmin olduğumu bildirdiyim ssenari artıq yaxınlaşır. Düzdür, bunun çox daha irəliyə gedəcəyini hesab etmirəm, amma bu dəfəki eskalasiya həmin regional katastrofik müharibəni biraz da yaxınlaşdırır. Və vəziyyət elə inkişaf edir ki, bu onilliyin ikinci yarısında Çin Tayvana hücum etdiyi ərəfədə İsraillə İran, Rusiya ilə Baltik ölkələri arasında gözlənilən müharibə də eyni vaxta təsadüf edəcək.
👍27🤔4👀1
CENTCOM rəhbəri general Erik Kurilla İranın mümkün hücumu zamanı İsrailin cavabını koordinasiya etmək üçün sabah İsrailə səfər edəcək.
👍18👎2
İranın Mehr agentliyi Müdafiə Nazirinə istinadən xəbər verir ki, Tehran üzərindən bütün uçuşlar yerli vaxtla 00:00 da təlim mqəsədilə dayandırılacaq - Reuters
Düzəliş:
Reutersin xəbəri Mehr tərəfindən yalanlandı
Düzəliş:
Reutersin xəbəri Mehr tərəfindən yalanlandı
👀16👍4
İsrail İranın diplomatik təmsilçiliyini yerlə bir edib, generallarını öldürüb sonra da “İran bizi vursa, cavab verəcəyik” deyib qurban roluna girməsi (Fələstindəki bu qədər vəhşilikdən sonra) həqiqətən də üzsüzlüyün ən gözəl misalıdır. Dünya düzəni, siyasəti təmiz pozulub və görünür ki yenidən qurulmağa ehtiyacı var.
İran rejiminin hadisələri nəzarətdən çıxaracaq tərzdə cavab verəcəyini düşünmürəm, ehtiyatlı olacaqlar. Amma itirməyə başladığı Qərb dəstəyini qazanmaq üçün qəsdən İranı küncə sıxışdıran İsraildən hər şey gözləmək olar.
Sionizmin gəldiyi son nöqtə
Gərginlik baş versə daha çox paylaşım edəcəyim üçün indidən bildirim ki, yuxarıda İsrailə münasibətim necədirsə, İrana da elədir, bilənlər bilir. Qeyd edim buraya.

👍66👎10👀3❤1
İsrailə hücumun bu həftə sonu olacağı artıq əsas kəşfiyyat dairələrinə məlumdur deyəsən. Səyahət xəbərdarlıqları, təxliyyə məlumatları ard-arda gəlməkdə davam edir. Marko Rubio da hücumun qəti olduğu barədə az öncə yenidən məlumat verib.
👍39👀4👎2
İordaniya hava sahəsini bütün uçuşlara bağlayıb.
İsrail 1000 nəfərdən artlü bütün toplantıları bu gecədən ləğv edib.
Joe Biden təcili istirahətdən Ağ Evə qayıdıb.
İsrail XİN səfərlərini ləğv edib, təhlükəsizlik şurası təcili toplanır.
İsrail Səhiyyı Nazirliyi təcili yoxlanışlar və toplantılar keçirir.

👀25👍3