azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Şahramanyanı buraxmağın ziyanı yoxdur, onsuzda erməni millətçiləri güllələyəcək onu böyük ehtimal. Yaxşı halda başqa dövlətə sığınar. İnanmıram rahatlıqla Ermənistanda yaşaya. Görək.
👍48👎1
İranın əvvəlki 2 ildəki xəbərdarlıqlarının tonun dəyişdiyi çox aydın hiss olunur. Arxa planda Ermənistan tərəfdən İrana sərf etməyən hansısa hərəkətlər edildiyi aydın olur. Bu da regionda güc və söz sahibi olan Azərbaycana sərf edir. Erməni dövlətçiliyi iflic olub, düzgün qərarlar verə bilmir kimi görünür.

İranın dəyişən mövqeyini daha aydın təhlil etmək lazımdır. Əvvəl sərhədlərin toxunulmazlığından danışan İran, indi regionun geopolitik mənzərəsinin onun qırmızı xətti olduğunu deyir. Bu, ciddi dəyişiklikdir. Ermənistanın planlarını daha da yaxından izləmək lazımdır.
👍64
Xüsusi sənəd və ya yer adları yoxdur.

Bəyənatla buradan tanış ola bilərsiniz, hamı nəyəsə istinad edir amma sənədin özü qalıb qıraqda. Qazaxın kəndləri və s isə yəqin ki delimitasiya başlananda qaytarılar.

https://www.consilium.europa.eu/en/press/press-releases/2023/10/05/statement-by-prime-minister-nikol-pashinyan-of-armenia-president-michel-of-the-european-council-president-macron-of-france-and-chancellor-scholz-of-germany/
👍233
Qazaxın kəndləri əgər cari xəritələrə əsasən qayıtsa və Qubadlıdaki kimi öz istəyimizə uyğun mövqelənsək, İcevan Gürcüstan əsas magistralı nəzarətimizə keçəcək.

2 il öncəki xəritəm
👍58🤔51👀1
İsrailin cənubunda vəziyyət çox gərginləşib. Yenidən quru əməliyyatlarına gedəcək qədər gərginlik yaşanır.

Mən bunların hamısına gələcək İsrail-İran münaqişəsi kontekstində baxıram. O gün gəlib çatanda Zəngəzurla bağlı da yeniliklərə şahid olacağıq. Qarabağın təmizlənib problemin vaxtında birdəfəlik həll olunması da çox dairələrə buna görə sərf edirdi: ən azından bölgədə problemlərdən biri azalsın, əl-ayağa dolaşmasın.
👍45🤔4👀1
Fələstinli qruplar Sderot şəhərində qətliam edirlər. Qabaqlarına çıxan istənilən mülkini vəhşicəsinə güllələyirlər. Küçələr meyidlərlər doludur.
Müharibə dəqiqdir kimi görünür.
🤔25👎11👍5👀3
İsraildə baş verənlər Yom Kippurdan sonra baş vermiş ən dəhşətli haldır. Bundan sonra Qəzza zolağının tamamilə İsrail tərəfindən ələ keçirilməməsi təəccüb doğurardı. İsrailin yekun reaksiyası yaxın saatlarda tam bilinəcək.

Dünən İsrailin İranı vurma ehtimalı barədə yazı yazıb yarım saxladım, bu gün bu hadisələr baş verdi. Deyəsən o gün də yaxınlaşır.
İndi baş verənlər İsrail kəşfiyyatının böyük uğursuzluğudur.
👍40👎1👀1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eləbil oyundur
👀207👎5👍1🤔1
Belə biabırçı false-flag olmur. Özü də Yom Kippurun 50-ci il dönümündə. Mossad çox hazırlıqsız yaxalanıb
👍37👀2
Hazırda Fələstinli qrupların sızdığı ərazilər
👍18👎8👀7
👎22👍5
İsrail Qəzza zolağı ətrafını tam evakuasiya edir. Gecədən başlayaraq ordunu döyüş mövqelərinə yerləşdirir. Arxa planda isə tam mobilizasiya həyata keçirilir. Ordu start mövqeyini tam tutuqdan sonra hücuma keçiləcək. Amma şimal sərhədlərini də Hizbullah ilə döyüşə tam hazır vəziyyətə gətirməyə məcbur olduğu üçün iş bir qədər çətindir. Buna görə səfərbərliyi tez bir zamanda həyata keçirməyə çalışırlar. Yaxın günlərdə bölgəni çox böyük döyüşlər gözləyir…
👀46👍15🤔3👎2
Və budur, İsrail rəsmi olaraq müharibədədir. IDF artıq bütün addımları sərbəst ata bilər. Yaxın Şərq yenidən qan çanağına dönür.
Qarabağ məsələsi əl-ayağa dolaşmadan vaxtında həll edildi.
👀37👍317🤔1
6 martdaki və daha öncəki fikirlərimin üzərində qalıram. İsrail-İran müharibəsinə kimi ölkəmiz tam problemlərdən təmizlənməlidir. Hətta o vaxt çatandan Zəngəzur məsələsi yenidən aktuallıq qazanacaq, özü də tarixi kontekstdə.

Amma unutmayın ki, dünən də gördüyümüz kimi, İsrail də ölümsüz və toxunulmaz deyil. İran isə çox güclüdür, deməyə ehtiyac yoxdur.
👀33👍29👎1
Ssenarini düşünün:

İsrail Qəzzanı bombardman edir (bu artıq başlayıb) minlərlə insan artıq ölür.

İsrail quru əməliyyatına başlayıb əlavə minlərlə insanı öldürür, özü də bir o qədər itirir.

Qonşu dövlətlərdən biri də artıq döyüşə qoşulur, regional müharibə başlayır.

İran da bir neçə ballistik raketlərlə zərbələr vurur və ABŞ İsrail üçün dəstək zərbələri başladır, və beləcə bütün Yaxın Şərq qan çanağına dönür. Azərbaycanın cənub sərhədlərindən isə amansız qaçqın dalğası riski yaranır.

Hadisələr inanılmaz şəkildə kontroldan çıxmaq həddindədir, təcili atəşkəs arzulamaqdan başqa düzgün şey yoxdur. “Fanatlıq” etməyin, nəylə qarşı qarşıya olduğumuzun fərqində deyilsiniz. İranda hansısa istənilən cür müharibə bir Azərbaycanlının istəyəcəyi ən ən ən son şey olmalıdır.
Ümid edirəm tezliklə dayanarlar. Türkiyənin də buna çalışacağından əminəm.
👍102👀108👎2
Dəqiq olan budur ki, yaxın müddətdə Qəzza tamamilə məhv ediləcək. Təhlükləli olan hadisələrin İordan çayının qərb sahilinə (West Bank - Qüds) keçməsidir.
🤔25👍12👎5
ABŞ-ın Livanı tərk etmə çağırışı barədə olan xəbərlər feykdir. Hizbullahın hücumu barədə xəbərlər feykdir.
Ehtiyatlı olun dezinformasiyalardan.
👍181
Hələki, Hizbullah müharibəyə qoşulmaqda istəksiz kimi görünür. Günlər irəlilədikcə sözsüz ki vəziyyət dəyişə bilər.

İsrail isə Qəzza zolağında ABŞ-ın da tam açıq dəstəyi ilə soyqırım etməkdə qərarlı görünür. Hələki quru qoşunlarını komplektləşdirib səfərbərliklə qoşulanların logistik və təchizat işlərini həll edirlər.

Ümumi isə bunu deyim ki, İsrail bugünəqədərki görülməmiş bütün gücünü, potensialını ortaya qoyacaq və açıq rəsmi dillə deyirlər ki, dəqiqliyə çox fikir vermirik, əsas dağıtmağa baxırıq.
Amma unutmayın ki, necə ki, 7 oktaybrda minlərlə Həmas qüvvəsinin sərhədi keçib hücum etməsinə yuxuda yaxalandılarsa, eləcə də IDF qarşısıalınmaz güc deyil. 2006/2014 də bu açıq şəkildə görünüb.
Lakin bu dəfə çox aqresiv və qərarlı, qəzəbli və ABŞ tam arxalarında hərəkət edirlər. Tək Hizbullah qarışmasa, yəqin ki Qəzza tam işğal ediləcək. Hizbullah qarışsa, onsuzda, məsələ İsrail-Fələstin məsələsi olmaqdan çıxacaq və böyüyəcək, çox faktorlar yaranacaq
👍49👀53
IDF dislokasiyanı yekunlaşdırıb. Əmr gözləyir. BMT-yə Qəzzanın şimalındaki 1.1 milyon əhalini 24 saat içərisində cənuba evakuasiya edilməsini xəbərdarlıq edib. BMT isə mümkünsüz olduğunu bildirib yalvarır ki qərarı ləğv etsinlər.
Bir Qarabağa baxın, bir bura…
👏44👍9👎4
IDF bu gün yerli saatla 10 və 4 arası bu yolları vurmayacağını və “canını sevən hərkəsin” (1 milyon insan) şimalı tərk etməsi barədə çağırış edib.
👍19👎10