azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
https://t.me/shedevrplus/28416

Şedevrdəki məlumatda paylaşılan ərazi düzgün deyil. (Paylaşımdaki vizual Land of Fire kanalı tərəfindən təqdim edilib, amma kanalda tapa bilmədim, hərhalda yanlış olduğu üçün siliblər onlar da)

Şəkil bazanın bu nöqtəsindən çəkilib və perspektiv belədir.

Dumanların haradan qalxdığı tam məlum deyil. Yaxın ərazi olduğu məlumdur, lakin içəridənmi çöldənmi qalxır bu aydın deyil.

Mənim az güvəndiyim lakin mümkün hesab etdiyim ehtimalım ikinci şəkildə işarələdiyim 1200 metr uzaqda olan erməni ərazisidir.
👍21
👍28
Keçmiş gözləntilər, indiki reallıq və gələcəyə yenidən baxış.

Hərbi əməliyyatların olacağı aylardır gözlənilirdi və bu baş verdi. Bundan sonra ciddi miqyaslı hərbi əməliyyat bir də gözləmirəm, əgər regionda gözlənilməz geopolitik dəyişikliklər yaşanmasa. Bu il mütləq hərbi əməliyyat olacağını düşünməyimin səbəblərini sadalayanda birini qeyd etmişdim ki, son 2 ilin döyüşsüz və inteqrasiya yönündə addımlarla keçirilib, Rusiyanı vaxtı gələndə bəhanəsiz çıxara bilməkdir. Əlavə olaraq da son həftələrdə Rusiya ilə ortaq idarənin təşkil edilərək polisin Xankəndiyə girməsini düşünürdüm.

İlk düşüncəmdə hələ də qalıram və yanılmamışam, məncə. İkincisi üçün isə qəti demək üçün azı 3-4 həftə də gözləmək lazımdır, lakin məncə yanılmışam. Fərid Şəfiyevin də müsahibəsindən aydın olur ki, Bakı polisi əraziyə yeritmək istəmir. Həm tam olaraq edə bilmir, həm də etmək istəmir. Əvəzində ilk aylar daha çox çıxışlar, planlar və s. ilə insanlara seçim veriləcək və əməli addımlar sonda atılacaq. Ona kimi Xankəndi ruslarda olacaq. Şəfiyev prezident tərəfindən təyin olunmuş şəxsdir, eyni zamanda fövqəladə və səlahiyyətli səfirdir, onun fikri hakimiyyət dəhlizlərində olan planları ifadə edir. Düşünürəm ki, biraz da lazımından çox detal verərək pis vəziyyətdə qalıb və istefası da istisna etmirəm.

Ordu yüksək itkilər bahasına maksimum hərbi olaraq irəli ona görə getdi ki, özü də bilirdi ki, yenə əməliyyat dayanan yerdən irəli güc strukturu gedə bilməyəcək. Buna görə də Sərsəng, Kərkicahan və Qarakənd kimi çox strateji ərazilər tez geri alındı, ki davam esən köç prosesinə də əlavə dəstək olsun. Sırf təmassız döyüşlə də təslimiyyət əldə edilə bilərdi, lakin dediyim kimi, rusiya imkan verən deyildi bizdə olmayan ərazilərə girməyə.

Mən yenə də Qarabağ məsələsinin (vs ermənilər) artlq bitdiyini düşünürəm. Çünki miatsum da, müstəqillik də, daxili muxtariyyət də tam olaraq keçmişdə qaldı və bunu heç kim sorğulamır. Ordu da ləğv oldu, Laçın da bizdədir və yol da bizimdir. Qarabağ məsələsinin yalnız 2 il sonra Rusiya ilə də yekunlaşdırılıb, tarixin arxivinə göndərilməsi qalıb. Bu da çox çətin görünmür çünki Ukraynada hər gün biraz daha zəifləyən bir dövlətdir Rusiya. Etnik nifrət isə həmişə qalacaq, onu əsas gətirib problemin davam etməsini demək mənə məntiqsiz gəlir.

İndi yalnız bir təhlükə var, hansı ki Bakı bundan yayınmağa çalışır. Ermənistanın və Rusiyanın Qarabağ ermənilərini təhrik edərək Qarbaağdan çıxmağına çalışması, etnik təmizləmə faktının yaranması və beynəlxalq bir mexanizmin və ya daha güclü Rusiya mövcudiyyətinin yenidən ortaya çıxarılması. Eyni zamanda digər təhlükə Ermənistanla sülh müqaviləsi bağlamamış, Paşinyanın hakimiyyətdən getməsidir. Bu da yeni təhlükələr vəd edir. Məsələn Rusiyanın dəstəyilə Köçəryana yaxın qüvvələr Qarabağda sakit çevriliş etdilər, Arayiki devirdilər və yeni seçki elan etməklə bununla da Azərbaycana şərait yaratdılar ki, əməliyyatlar keçirilsin və Paşinyan cəzalansın. Paşinyan getsə yeni gələn mükafatlandırılması ehtiyacı yarana bilər.
👍50🤔1210👏3👀1
azOSINT
Keçmiş gözləntilər, indiki reallıq və gələcəyə yenidən baxış. Hərbi əməliyyatların olacağı aylardır gözlənilirdi və bu baş verdi. Bundan sonra ciddi miqyaslı hərbi əməliyyat bir də gözləmirəm, əgər regionda gözlənilməz geopolitik dəyişikliklər yaşanmasa.…
Yuxarıdaki paylaşıma əlavə edim ki, mən Xankəndiyə polisin və ya administrativ idarələrin daxil ola bilməsini əvvəl düşündüyüm kimi dərhal yox, 3-4 ay içində ola biləcəyini düşünürəm. Baxmayaraq ki, Şəfiyevin fikirləri 2025 ə işarə edir. Mən həmişəki kimi optimistəm.
👍42
İzləyicilər də bildirdilər ki, dünəndən artıq videonun Xankəndi olduğu təsdiq edilib, əvvəlki paylaşımı silirəm təkrar olmasın. Buradan görə bilərsiniz
https://t.me/AZ_Land_Of_Fire/7889


Necə təyin etdiyimi izah edəcəkdim ondan davam edim, çünki buradan əvvəl də video olduğunu bilmirdim, sırf bir ev vasitəsilə təyin etmişəm.

Hərəkət küçədə yoxuş aşağı davam edir deyə deməli üzü şimala davam edirlər, çünki relyef əsasən şimala alçalır. Təmiz, enli və səliqəli küçə isə bizə mərkəzi axtarmağa sövq edir. Şimala hərəkət var deyə küçələrin yalnız sol tərəfini axtarırırq, və evləri birbaşa səkiyə bitişik olan, hasarsız küçələrə fokuslanırıq. Ağaclar vasitəsilə ilkin təxmin etdikdən sonra Tumanyan küçəsinin videolarını taparaq təsdiq edirik.

Sağ əlim əməliyyatlı olduğu üçün 24 saat geridən izləyirəm deyəsən hadisələri :)
👏63👍156
azOSINT
İzləyicilər də bildirdilər ki, dünəndən artıq videonun Xankəndi olduğu təsdiq edilib, əvvəlki paylaşımı silirəm təkrar olmasın. Buradan görə bilərsiniz https://t.me/AZ_Land_Of_Fire/7889 Necə təyin etdiyimi izah edəcəkdim ondan davam edim, çünki buradan əvvəl…
2 ildir ki, belə çətin bir təyinetməyə çalışmamışdım. Yalnız bir ev və sabit çox dar bir perspektiv. Prosesi ona görə izahlı yazdım ki, maraqlı olar, bəlkə. Təxmini 1 saat aldı. Heç nəyi izləyə bilmədiyim üçün burada şərhlərdə məni də eksklüziv videolardan xəbərdar etsəz köməklik etmiş olarsınız.
👍6115
👍16👏1
Həm Qarabağ müharibəsinin 3 illik son tarixinə, Rusiyanın 2021dən başlayan müharibə hazırlığını anbaan izləməyimə, ümumən isə 4-5 illik müşahidə təcrübəmə əsasən o qənaətə gəlirəm ki, deyəsən Serbiya Kosovoya hücumda ciddidir. Hansı ağılla buna gedəcəklər anlamıram. İnanıram ki, NATO bu fikirlərindən onları daşındıracaq. Qeyri-adi bəyənatlar oxuyuram neçə gündür, bu siqnalların xarakteristikası gərginliyin mesajıdır.
👀52👍7🤔1
👍4110
Sentyabrın 17-də İstanbulda gizli görüş keçirilib: ABŞ-dan Luis Bono, AB-dən Tovi Klaar, Rusiyadan İqor Xovaev.
Qərbin öz prinsipini çeynəyib Rusiya ilə diplomatik danışığa getməsinin səbəbi isə “lənətəgəlmiş yükmaşınlarını hərəkət etdirmək” olub. Təbii ki, Azərbaycan sözündən dönməyib.

Şəxsi söhbətlərdə də həmişə demişəm, burda da yazmışdım: 2020 döyüşləri başlayandan sonra Azərbaycana yaşıl işıq verildi: çox səs küy eləmədən bu məsələni kökündən həll et. Bir dəfə də şübhəm olmamışdı ki, sanksiya və s kimi nəsə ciddi bir söhbət gedər. 100 min erməni Qarabağdan çıxdı və bir kəlmə söz deyən yoxdur. Çünki Qərb də bu problemdən təmiz bezmişdi. Azərbaycan prezidenti də vaxtını gözləyib Rusiyanı da razı salıb kökündən həll etdi məsələni.

Konspirologiyalara birmənalı qarşıyam, amma bir “niche” rus mənbəsində oxumuşdum ki, həmin Qərb və Rusiya Ermənistanı ümumiyyətlə failed state olaraq görür və ilk tarixi geopolitik fürsətdə onu ləğv edəcəklər, Qarabağı da təmizləyəcəklər. Zəngəzur və s məsələləri də öz yerində. Yenə deyirəm, buna konspirologiya kimi yanaşın, ciddiyə almayın, amma fikirdir də, deyirəm:).
Hadisələrə 100-150 illik geniş perspektivdə baxanda daha maraqlı görünür proseslər.

İndi isə yalnız sülhü arzulayıb dövlət və xalq olaraq rifah və inkişafa çalışmalıyıq. Tarix arxa planda davam edir.
99👍22🤔5
:)
👍70👏7
Şahramanyanı buraxmağın ziyanı yoxdur, onsuzda erməni millətçiləri güllələyəcək onu böyük ehtimal. Yaxşı halda başqa dövlətə sığınar. İnanmıram rahatlıqla Ermənistanda yaşaya. Görək.
👍48👎1
İranın əvvəlki 2 ildəki xəbərdarlıqlarının tonun dəyişdiyi çox aydın hiss olunur. Arxa planda Ermənistan tərəfdən İrana sərf etməyən hansısa hərəkətlər edildiyi aydın olur. Bu da regionda güc və söz sahibi olan Azərbaycana sərf edir. Erməni dövlətçiliyi iflic olub, düzgün qərarlar verə bilmir kimi görünür.

İranın dəyişən mövqeyini daha aydın təhlil etmək lazımdır. Əvvəl sərhədlərin toxunulmazlığından danışan İran, indi regionun geopolitik mənzərəsinin onun qırmızı xətti olduğunu deyir. Bu, ciddi dəyişiklikdir. Ermənistanın planlarını daha da yaxından izləmək lazımdır.
👍64
Xüsusi sənəd və ya yer adları yoxdur.

Bəyənatla buradan tanış ola bilərsiniz, hamı nəyəsə istinad edir amma sənədin özü qalıb qıraqda. Qazaxın kəndləri və s isə yəqin ki delimitasiya başlananda qaytarılar.

https://www.consilium.europa.eu/en/press/press-releases/2023/10/05/statement-by-prime-minister-nikol-pashinyan-of-armenia-president-michel-of-the-european-council-president-macron-of-france-and-chancellor-scholz-of-germany/
👍233
Qazaxın kəndləri əgər cari xəritələrə əsasən qayıtsa və Qubadlıdaki kimi öz istəyimizə uyğun mövqelənsək, İcevan Gürcüstan əsas magistralı nəzarətimizə keçəcək.

2 il öncəki xəritəm
👍58🤔51👀1
İsrailin cənubunda vəziyyət çox gərginləşib. Yenidən quru əməliyyatlarına gedəcək qədər gərginlik yaşanır.

Mən bunların hamısına gələcək İsrail-İran münaqişəsi kontekstində baxıram. O gün gəlib çatanda Zəngəzurla bağlı da yeniliklərə şahid olacağıq. Qarabağın təmizlənib problemin vaxtında birdəfəlik həll olunması da çox dairələrə buna görə sərf edirdi: ən azından bölgədə problemlərdən biri azalsın, əl-ayağa dolaşmasın.
👍45🤔4👀1
Fələstinli qruplar Sderot şəhərində qətliam edirlər. Qabaqlarına çıxan istənilən mülkini vəhşicəsinə güllələyirlər. Küçələr meyidlərlər doludur.
Müharibə dəqiqdir kimi görünür.
🤔25👎11👍5👀3
İsraildə baş verənlər Yom Kippurdan sonra baş vermiş ən dəhşətli haldır. Bundan sonra Qəzza zolağının tamamilə İsrail tərəfindən ələ keçirilməməsi təəccüb doğurardı. İsrailin yekun reaksiyası yaxın saatlarda tam bilinəcək.

Dünən İsrailin İranı vurma ehtimalı barədə yazı yazıb yarım saxladım, bu gün bu hadisələr baş verdi. Deyəsən o gün də yaxınlaşır.
İndi baş verənlər İsrail kəşfiyyatının böyük uğursuzluğudur.
👍40👎1👀1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Eləbil oyundur
👀207👎5👍1🤔1