azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Dəqiq hesab tutmamışam, amma səhv etmirəmsə hər bazarertəsi günü çıxan sülh spekulyasiyalarının hamsını Axios nəşri ortaya atır. Nə təsadüfdürsə ancaq bazar ertəsi səhəri xəbər yayılır. Çərşənbə gününə doğru da Trump nəsə yeni deadline qoyur söhbət itir batır.

Hazırda hansısa kompromisə gedərək süıh bağlamaq İrana sərf etmir. Gedəcəkləri tək kompromis nüvə silahı əldə etməməkdir, ki bunu uzun illərdir həmişədən deyiblər. ABŞ ona görə bunu kompromis kimi qəbul edəsi deyil, daha çox şey istəyir.
👏28👍165👀4
👍122
Trump İranın “elektrik obyektlərinin bombalanması” barədə sabah üçün ultimatum verib.

Bu tipli obyektlərin bombalanması, eksklüziv olaraq hərbi obyektlər deyilsə, müharibə cinayəti sayılır. Lakin əgər həqiqətən də hücum baş tutarsa, bu klasik mənada bombalamaqdan fərqlənə bilər.

ABŞ daxil olmaqla bir neçə ölkə “qrafit bombaları”ndan istifadə edir (BLU-114/B). Bunlar sizin düşündüyünüz mənada bombalar deyil; onların kiçik partlayıcı yükü olur, lakin hədəfi kobud güclə məhv etmirlər.

Bunun əvəzinə, bombadan uzun qrafit lifləri xaric olunur. Onlar elektrik xətlərinin üzərinə yayılaraq qısaqapanma yaradır. Nəticədə ya hər hansı bir mühafizə sistemi xəttin enerjisini kəsir, ya da xətt sonda sıradan çıxır. Bu proses zamanı qrafit buxarlanır və geridə heç nə qalmır.
Nəticə etibarilə elektrik enerjisi kəsilir. Bunlara bəzən “yumşaq bombalar” və ya “blackout (qaranlıq) bombs” da deyilir.
ABŞ bunlardan əvvəllər də istifadə edib. Qrafit bombaları "Desert Storm" əməliyyatında istifadə olunsalar da, sonradan real bombalardan istifadə edildi və tez bir zamanda bərpa olunmayacaq dərəcədə böyük zərər vuruldu. Bu, bir səhv hesab olunur. Əsas məqsəd hərbi əməliyyatlar dayandıqda mülki əhalinin əziyyətini minimuma endirmək üçün elektriki sürətlə bərpa edilə biləcək şəkildə kəsməkdir. Elektrik enerjisi olmadan su və kanalizasiya sistemləri işləmir, bu isə ictimai sağlamlıq problemlərinə yol açır.

ABŞ 1999-cu ildə Yuqoslaviya əməliyyatında qrafit bombalarından istifadə edərək ölkənin elektrik enerjisinin təxminən 70%-ni söndürmüşdü. Sonradan ardıcıl hücumlar olsa da, onlar enerjini təxminən 24 saat ərzində bərpa edə bilirdilər.

Hər halda, əgər ABŞ-da İranın elektrik şəbəkəsi haqqında yaxşı məlumat varsa, digər hissələrə toxunmadan onun müəyyən hissələrini hədəf ala bilər. Məsələn, şəbəkənin yalnız hərbi obyektləri qidalandıran hissəsini, hərçənd təcrübədə, baza tamamilə izolyasiya olunmayıbsa, bu, çox güman ki, bəzi qeyri-hərbi obyektlərə də təsir edəcək.

t.me/azOSINT
👍433👎2👀2
Trumpın təhdidlərinin içi boş olub-olmamasından, “madman” rolunu oynayıb-oynamamasından asılı olmayaraq, onun ABŞ prezidenti olmaq üçün lazımi mental vəziyyətdə olmadığı aydındır.

Dünya hər keçən gün daha pis xaotik bir yerə çevrilir.
👍699👀9
"New York Times" qəzetinin yeni hesabatı, Donald Trampın öz komandası daxilindəki dərin ixtilaflara rəğmən, İsrailin qapalı qapılar arxasındakı təklifindən sonra İranla müharibəyə necə qərar verdiyini üzə çıxarıb.

Fevralın 11-də Ağ Evin Məxfi Əməliyyatlar Otağında (Situation Room) keçirilən gizli iclasda İsrail Baş naziri Benyamin Netanyahu rejim dəyişikliyi ilə bağlı dörd mərhələli plan təqdim edib. Təqdimata Rza Pəhləvi kimi potensial alternativ liderlərin kadrlarından ibarət video-montaj da daxil edilib. Vitse-prezident JD Vance həmin vaxt Azərbaycanda olduğu üçün görüşdə iştirak edə bilməyib.
"Mossad" rəhbəri David Barnea və hərbi rəsmilərlə birlikdə çıxış edən Netanyahu aşağıdakı iddiaları irəli sürüb:

* İranın ballistik raket proqramı bir neçə həftə ərzində məhv edilə bilər.
* Rejim Hörmüz boğazını bağlamaq üçün kifayət qədər güclü olmayacaq.
* "Mossad"ın dəstəyi ilə qızışdırılan küçə etirazları üsyana çevrilə bilər.
* İraqdakı kürd döyüşçülər şimal-qərbdən quru cəbhəsi aça bilərlər.

Trampın bu təklifə reaksiyası qısa olub: “Yaxşı təklifdir, münasib görünür.”

Növbəti gün ABŞ kəşfiyyatı bu plana kəskin etiraz edib. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff rejim dəyişikliyi ssenarisini “cəfəngiyyat” adlandırıb. Dövlət katibi Marko Rubio isə daha sərt ifadə işlədərək, bunu "bullshit" hesab edib. General Den Keyn prezidentə xəbərdarlıq edərək bildirib: “Mənim təcrübəmə görə, bu, israillilərin standart iş üsuludur. Onlar imkanları həddindən artıq şişirdirlər və planları həmişə tam təkmilləşdirilmiş olmur.”

Tramp rejim dəyişikliyi məsələsini “onların [İsrail] problemi” adlandıraraq kənara qoysa da, İranın rəhbərliyini və hərbi infrastrukturunu hədəf almaq fikrindən daşınmayıb.

Fevralın 26-da keçirilən yekun iclasda komanda daxilindəki parçalanma daha da qabarıq büruzə verib. Vitse-prezident JD Vance müharibənin nəzarətdən çıxa biləcəyi və ABŞ-ın resurslarını tükəndirəcəyi barədə xəbərdarlıq etsə də, sonda “Bunun pis fikir olduğunu düşünürəm, amma sizi dəstəkləyəcəyəm” deyib.
Müdafiə naziri Pit Heqset müharibənin ən böyük tərəfdarı kimi çıxış edərək dərhal hərəkətə keçməyə çağırıb. Hərbi rəhbərlik sursat çatışmazlığı və Hörmüz boğazına olan təhdidlər kimi riskləri qeyd etsə də, plana birbaşa qarşı çıxmaqdan çəkiniblər. Maraqlıdır ki, mümkün fəsadların idarə olunmasına məsul olan Maliyyə naziri Bessent və Milli Kəşfiyyat direktoru Tulsi Qabbard iclasda iştirak etməyiblər.

Məsləhətçilərinin rəyini soruşan Tramp yekun qərarını belə açıqlayıb:
“Hesab edirəm ki, biz bunu etməliyik.”

Bu qərardan iki gün sonra hərbi zərbələr başlayıb.
👀31👍207👎3
İranın təktərəfli açıqladığı 10 maddədə ABŞ-ın heç bir problemi həll edilmir. Hətta qəbuledilməz kimi görünən maddələr də var.
ABŞ-ın açıqlamalarındaki nəticələr isə İrana uyğun deyil. Gözləyək görək hansısa orta nöqtədə görüşə biləcəklərmi?
👀31👍52
Şərq-Qərb boru kəmərinin nasos stansiyalarına İran tərəfindən hücum olduğu deyilir.
👀24👍42
Belə mətnlər bütün tərəflərlə razılaşdırılmamış yayılmır.

Atəşkəsin Livanı da əhatə etməsi açıq-aydın bildirilmişdi.

Bir nəfərin qırğın istəyi bitmir ki, bitmir.
👍479🤔6👀2
🤷🏼‍♂️🤷🏼‍♂️🤷🏼‍♂️

Uzun uzadı yazmağıma ehtiyac yoxdur məncə. Keçən ay ətraflı fikrimi yazmışdım.

https://t.me/azOSINT/1507

Xatırladım ki, Joe Kent keçən aya qədər ABŞ konterrorizmlə mübarizə idarəsnin rəhbəri idi və müharibəyə görə istefa vermişdi.
👍19👀93🤔2
İslamabadda aparılan son danışıqların uğursuzluğu İranın danışıqlar masasına zəifləmiş və ya çarəsiz vəziyyətdə əyləşməməsindən qaynaqlanır. Əksinə, Tehran özünəinamlı, hətta üstünlük hissi ilə gəlmişdi və buna uyğun da davrandı.

Belə görünür ki, həftələrdir ABŞ-ın siyasəti belə bir fərziyyəyə əsaslanırdı ki, davamlı kinetik təzyiqlər İranın mövqeyini kifayət qədər sarsıdıb və onu xüsusilə uranın zənginləşdirilməsi və Hörmüz boğazında naviqasiya azadlığı məsələlərində ciddi güzəştlərə məcbur edəcək.
Lakin danışıqlar tək obyektiv reallıqla deyil, həm də qavrayışla formalaşır. İranın qavrayışı isə kökündən fərqlidir.

Tehranın nöqteyi-nəzərindən o, təzyiqlərə tab gətirib, zərbələri dəf edib və müxtəlif cəbhələrdə cavab vermək qabiliyyətini nümayiş etdirib. Bu, kompromisə hazırlaşan bir rejimin düşüncə tərzi deyil. Amerikanın gözləntiləri ilə İranın özünüqavrayışı arasındakı bu uçurum hazırda böyüyən strateji çıxılmaz vəziyyətin mərkəzində dayanır.

Vaşinqtonun qarşısında duran variantların hamısı "problemlidir":

A. Danışıqların yenidən bərpası sadəcə eyni dinamikanı təkrarlaya bilər: İran güzəştə getmək istəmir, ABŞ isə azı ilə razılaşmır.
B. Qarşıdurmanı razılaşma olmadan bitirmək zəiflik siqnalı vermək və çəkindirmə gücünü sarsıtmaq riski daşıyır. Gərginliyin artırılması (eskalyasiya) isə bütün variantlar arasında ən böyük risklərə malikdir.
C. Yüksək intensivlikli münaqişəyə qayıdışın həlledici nəticələr verəcəyi ehtimalı azdır. İranın infrastrukturuna zərbələr və ya daha iddialı hərbi addımlar rejimə real itkilər vursa da, bunlar demək olar ki, mütləq daha genişmiqyaslı cavab reaksiyasına səbəb olacaq. İran münaqişəni genişləndirmək, ABŞ-ın maraqlarını, İsraili və regional tərəfdaşları hədəf almaq imkanına və iradəsinə malikdir. Nəticə sürətli həll deyil, qlobal enerji bazarları və iqtisadi sabitlik üçün birbaşa fəsadları olan daha geniş bir müharibə olar.

Başqa sözlə, hərbi gərginlik rıçaqları yenidən bərpa etmək istəyini təmin edə bilər, lakin strateji sıçrayış gətirməsi ehtimalı azdır (ABŞ üçün).

Bu, Vaşinqtonu çətin, lakin qaçılmaz bir nəticə ilə üz-üzə qoyur: strategiyanın yenidən nəzərdən keçirilməsi yükü əsasən ABŞ üzərinə düşür. Bu, İranın tələblərinə boyun əymək demək deyil. Lakin bu, təzyiqin təkbaşına nəyə nail ola biləcəyinə dair daha ayıq bir qiymətləndirmə və eskalyasiyada gizlənən risklərin daha aydın dərk edilməsini tələb edir.

Alternativ isə son hadisələrin artıq ifşa etməyə başladığı "təsir rıçaqlarına sahib olma" illüziyası altında fəaliyyət göstərməyə davam etməkdir.

Vaşinqtonun üzləşdiyi siyasi və strateji məhdudiyyətlər vəziyyəti daha da mürəkkəbləşdirir. Prezident Tramp və Çin lideri Si Cinpin arasında mühüm görüşün yaxınlaşması, Dünya Futbol Çempionatı kimi qlobal diqqət mərkəzində olan hadisənin qapıda olması və ara seçkilərin yaxınlaşması fonunda, ABŞ-ın uzunmüddətli hərbi kampaniya üçün nə həvəsi, nə də kifayət qədər vaxtı var.

Quru işğalı kimi irimiqyaslı variantların icrası və davam etdirilməsi aylar tələb edərdi və həlledici nəticəyə zəmanət verməzdi. İran infrastrukturuna endirilən genişmiqyaslı zərbələr ağrılı olsa da, "nokaut" zərbəsi vuracağı ehtimalı azdır. Əksinə, onlar münaqişəni daha da dərinləşdirmək və müxtəlif cəbhələrdə qisas əməliyyatlarına zəmin yaratmaq riski daşıyır.

Bütün bunlar daha dərin bir həqiqəti vurğulayır: Birləşmiş Ştatlar yalnız taktiki dilemma ilə deyil, həm də hərbi variantların baha başa gəldiyi, diplomatik rıçaqların məhdud olduğu və vaxtın getdikcə onun əleyhinə işlədiyi strateji bir dolaşıqlıqla üz-üzədir.

Bu arada İran dikbaşlıq nümayiş etdirməyə davam edir. Rejim nə təzyiq altında, nə də hazırkı mərhələdə geri çəkilməyə hazır olduğuna dair heç bir işarə vermir.

Buna diplomatik dildə “Strategy deadlock” deyilir

Müəllifin yazısına birbaşa istinad- Dennis Citrinowicz

t.me/azOSINT
👍4311🤔6👏5👎3👀3
Növbəti eskalasiya raundları yəqin ki, hansısa quru müharibəsindənsə, İranın enerji infrastrukturlarının vurulması, və hətta hazırki danışıqlar komandasının öldürülməsi belə ola bilər. Ondan sonra bir raund da danışıqlara gedilə bilər. Yəni bunlar ABŞ-ın çox asanlıqla edə biləcəyi addımlardır.

Lakin nəzərə alsaq ki əsas məqsəd uranın zənginləşdirilməsidir, bu məqsədə çatmaq biraz qəliz görünür.

ABŞ dünyanın ən güclü ordusuna sahibdir və diplomatlarının və tarixçilərinin stratejik zəkası dünyada ən yaxşılardandır, bunlara şübhə yoxdur.

Həmin ən güclü ordu planı artıq istifadəyə verilib.
Diplomatiyada stratejik zəka isə şübhəlidir, çünki danışıqlara Trumpın kürəkəni və daşınmaz əmlak maqnatı gedir.

Uran məsələsinə gəldikdə isə, İran özü təslim olmadığı müddətcə burda çözüm çətin görünür.

“You can bomb the nuclear facilities, but you can’t bomb the knowledge”

Bəli, İsrail nüvə alimlərini də bombalayır, lakin insan ölüb getdikdən sonra belə minillərdir hansısa elmi bilik itməyib.

İran kapitulyasiya etmədikcə bu məsələnin kökündən həlli çox çətindir.
👍403👀3🤔2
Məsələn Çinə məxsus gəmi İrana ödəniş edib Hörmüzü keçsə, ABŞ o gəmini saxlayacaq?

Çox maraqlı eskalasiya mərhələsinə qədəm qoyuruq.
👀39👍10🤔32
azOSINT
İranın Hörmüz boğazını bağlamağı, hələki, real görünmür. 1) Hörmüz ABŞ-dan çox Çin üçün önəmlidir. Və İran Çinə o qədər zərər verəcək addımdan, hələki, çəkinəcək. 2) Əsas neft tankerləri Omana aid olan sulardan keçir. İran Hörmüzü bağlasa Oman sularını da…
Bloombergdə hazırda bu son dəqiqə başlıqları keçir və istinad adı çəkilməyən İran rəsmilərinədir.

Cavabladığım keçən ilin yazısında Hörmüzün Omanla bağlı olan hissəsinə İranın bir şey edə bilməyəcəyini bildirmişdim. Təbii ki, bu ilki eskalasiya bütün tabuları ötdü və həm İran GCC ölkələrini vurdu həm də de fakto Hörmüz özü-özünü blokladı (sığorta mövzusunda bu haqda əvvəldən danışmışam).

İndi isə Omanın ərazi suları barədə mövzu yenidən aktuallaşır və İran bu formada hekayəni özünə sərf edən şəkildə satmağa çalışacaq.
1👀223
azOSINT
Gündə 1-2 dəfə İranın ABŞ-la razılaşmaya yaxın olduğu barədə xəbərlər buraxır dövriyyəyə İran rəsmiləri. Unudulan bir şey var ki, hətta Trumpın dünən dediyi “İran nüvə silahına heç vaxt sahib olmayacağıq” cümləsi elə Trumpın illər öncə birtərəfli geri çəkildiyi…
Trump dünən bildirib ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə razılaşıb və zənginləşdirməyə 20 illik pauza verilməsindən söhbət gedir (təbii ki, iddiasının doğruluğunu zaman göstərəcək).

Məsələ odur ki Trump illər çəkən və 2015-də razılaşdırılan JCPOA-dan hakimiyyətə gələn kimi 2018-də çıxmasa idi, İranın onsuzda uranı zənginləşdirməyi həmin razılaşma ilə qadağan idi və ciddi nəzarət var idi AEBA tərəfindən. Və bugündən sonra hələ yaxın 5-10 il ərzində də İranın zənginləşdirilmiş uran ehtiyatı olmayacaqdı.

Müharibədən öncə düşünürdüm ki, JCPOA-dan daha yaxşı nə razılaşdırıa bilər ki, indiki İran rejimi ilə? Belə davam edərsə eyni şey olacaq.

Özü problem yaradıb indi də onu həll edir.


Bir də ki, baxmayaraq ki, atəşkəsə əməl edilir, mənə elə gəlir kinetik zərbələrə davam edilməsi ehtimalı çoxdur. Hələ bir raund da danışıqlar olmalıdır və deyəsən Trump özü iştirak etmək istəyir.
👀21👍73
Hörmüz boğazında Hindistana məxsus neft tankeri SEPAH qüvvələri tərəfindən atəşə məruz qalıb və geri dönməyə məcbur edilib. İranın öz nəzarəti altında boğazı açıq elan etməsindən sonra ABŞ-ın blokada təhdidlərini geri çəkməməsinin ardından İran yenidən naviqasiyanı təhdid edərək boğazı de-fakto bağlayıb.
1👀32👍132
BƏƏ-nin OPEC-dən ayrılması çox ciddi və tarixi bir hadisədir, müəyyən qədər də gözlənilməz oldu.

Görünür İrana qarşı daha sərt addımların tərəfdarı olan BƏƏ hətta özü də müharibəyə daha açıq şəkildə qoşulmaq üçün siqnallar verməyə başlayacaq.
Səudiyyə Ərəbistanı ilə münasinətlərinə də zərbə olacağı gözlənilir.
👀36👍9🤔72
Keçən ilin sentyabrında, Venezuela əməliyyatından aylar öncə vəziyyətin ciddiliyini göstərən və bu barədə ilk dəfə paylaşım etməyimə əsas səbəblərdən biri MV Ocean Trader gəmisinin Vircin Adaları yaxınlığında görülməsi idi.

ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin dənizdəki komanda məntəqəsi rolunu oynayan bu gəmi standart Ro-Ro tipli sivil gəmilərə bənzəyir və sakitcə dünya okeanında və dənizlərdə əməliyyat fəaliyyətlərini həyata keçirir.

Bu nəhəng kəşfiyyat gəmisinin ən son qəfil peyda olması halları 2025 may ayında Bəhreyndə (12-günlük müharibədən öncə) və Venezuela əməliyyatından öncə Karib Dənizində olub.

İndi isə 7 May tarixindən bəri sirli MV Ocean Trader gəmisi Diego Garcia adası yaxınlığında peyda olub, və bu müharibədəki uzun fasilədən sonra onun döyüşlər başladıqdan bəri ilk dəfə İran əməliyyat teatrında peyda olmasıdır.

Bu nəzərçarpan yenilik döyüşlərin yeni fazası ilə bağlı müəyyən bir siqnal ola bilər.
👍50👀106👏1
azOSINT
Və budur, Langley AFB-dən qalxan döyüş təyyarələrini Atlantik Okeanından keçirmək üçün tanker təyyarələri hərəkətə başlayıblar. Langley F-22-lərə ev sahibliyi edir. Hazırda minimum 12 F-22 Avropaya doğru hərəkət edir.
Bu səhərdən etibarən Langley AFB-dən F-22 Raptor döyüş təyyarələri Avropaya doğru uçuşlara başlayıblar.

Bu haqda fevraldakı əlavə qeydimi də yenidən paylaşım.
https://t.me/azOSINT/1389
1👀27👍92👎1👏1
Son saatlarda ABŞ rəhbərliyinin uzun həftəsonu tətili üçün (Memorial Day) olduqları yerlərdən Ağ Evə təcili gəlmələri müşahidə olunur. Üç səbəb ola bilər:

1) İranla bağlı razılaşma anonsu
2) İranla bağlı eskalasiya qərarı
3) Rusiya-Ukrayna müharibəsində yenilik

1 və 3 cü variantların ehtimalı daha çoxdur.
1👀311
azOSINT
Son saatlarda ABŞ rəhbərliyinin uzun həftəsonu tətili üçün (Memorial Day) olduqları yerlərdən Ağ Evə təcili gəlmələri müşahidə olunur. Üç səbəb ola bilər: 1) İranla bağlı razılaşma anonsu 2) İranla bağlı eskalasiya qərarı 3) Rusiya-Ukrayna müharibəsində yenilik…
Deyəsən elə birinci variant gəlir.

Bu müharibə bitsəydi Çin və Baltikə geri qayıdardım, bir də 2 aydan bir olan paylaşım sıxlığına:)

Amma nəzərə alsaq ki, əgər hansısa razılaşma olarsa bu ABŞ üçün müharibədə məğlub olmaq deməkdir, hələ də son anadək mən skeptik olaraq qalıram. Görək necə olacaq.
🤔24👀85👎1