azOSINT
Son günlərdəki köçürmələrlə birlikdə ABŞ Yaxın Şərq üçün hazırda 100 tanker təyyarəsini bölgəyə yerləşdirib. Əlavə olaraq 6 E-3 AWACS (demək olar ABŞ-ın əlində aktiv olan döyüşəyararlı bütün vasitələr) bölgəyə çatıblar və müvafiq bazalarda gözləyirlər.
Səudiyyə Ərəbistanı Prince Sultan Airbasedə ABŞ-a məxsus bir ədəd E-3 Sentry AWACS təyyarəsi İrana məxsus dron tərəfindən birbaşa radar hissəsindən vurularaq məhv edilib. Eləcə də bir neçə KC-135 tanker təyyarəsi də vurulub.
ABŞ-ın CENTCOM-EUCOMda 6 ədəd, Yaponiyada 1 ədəd, Alyaskada 1 ədəd aktiv AWACS təyyarəsi var. Bu itki ilə döyüş bölgəsində yalnız 5 i qalır, və bu ABŞ qırıcılarının döyüş uçuşları intensivliyinə təsir edəcək.
t.me/azOSINT

👏28👍6👎4❤3👀3
Washington Postun verdiyi məlumata görə, ABŞ İranda “bir neçə həftə” çəkəcək quru əməliyyatlarına hazırlaşır.
Buna cavab olaraq Ağ Ev sözcüsü, hazırlıqların olduğunu, lakin bunun yalnız prezidentə seçimlər təklif edə bilmək üçün edildiyini və hansısa qərarın hələ verilmədiyini bildirib.

👀24👍8❤3
azOSINT
Səudiyyə Ərəbistanı Prince Sultan Airbasedə ABŞ-a məxsus bir ədəd E-3 Sentry AWACS təyyarəsi İrana məxsus dron tərəfindən birbaşa radar hissəsindən vurularaq məhv edilib. Eləcə də bir neçə KC-135 tanker təyyarəsi də vurulub. ABŞ-ın CENTCOM-EUCOMda 6 ədəd…
Bu təyyarələri açıqda park edib itirən ABŞ rəhbərliyinin davranışlarına baxdıqda sual olunur:
ABŞ cəmiyyəti FPV dronları tərəfindən ovlanarkən qaçan “dəniz piyadaları”nın həyatının son anlarını əks etdirən videolara baxmağa hazırdırmı? İranın quru əməliyyatları başlayarsa Rusiyanın da dəstəyi ilə bunu etməyəciyinə ABŞ əmindirmi?

1👀33👍23❤5🤔2👏1
The Bulletin of the Atomic Scientists nəşrinin hesabatı göstərir ki, keçən iyunun hava zərbələrindən əvvəl Tehran yüksək dərəcədə zənginləşdirilmiş uran (HEU) ehtiyatlarını uğurla köçürüb. Peyk görüntüləri Natanzdan mavi rəngli, "Type B" qoruyuculu xüsusi silindrik konteynerlərin çıxdığını təsdiqləyir. Bu ağır tonnajlı, qurğuşun örtüklü çənlər həm radiasiyanı, həm də istilik izini bloklayaraq yükün tərkibini gizli saxlayır. Həmçinin zərbəyə və qəzaya dözümlü olan bu qablar uranı hər hansı hücumdan qoruyur.
Uran Natanzdan İsfahandakı daha dərin və bunkerdağıdan bombalara qarşı davamlı yeraltı tunellərə daşınıb. İyun hücumundan sonra Natanzda radioaktiv sızıntının olmaması uranın artıq orada olmadığına işarə etdi. İran indi "Modul Saxlama" taktikasına keçərək uranı sabit çənlər əvəzinə mobil "göy konteynerlərdə" saxlayır və kəşfiyyatı çaşdırmaq üçün onlarla boş (dummy) qabdan istifadə edir. Nəticədə, infrastruktur zərər görsə də, İran nüvə yanacağını xilas edərək bomba hazırlamaq potensialını qoruyub saxlayıb.

👍38👀14❤9👏3
2003-cü ilin fevral ayından (İraqın işğalının başlamasından bir ay əvvəl) olan məqalədə deyilir:
ABŞ-ın Müdafiə naziri Donald Ramsfeld cümə günü Avropa səfərinə başlayarkən hərbçilərə İraqla hər hansı bir münaqişənin yəqin ki, bir neçə ay ərzində başa çatacağını bildirib.
O, bu proqnozu İtaliyanın şimalındakı Aviano şəhəri yaxınlığında yerləşən aviabazada, anqarın daxilində yüzlərlə ABŞ hərbi qulluqçusu qarşısında çıxışı zamanı səsləndirib.
Ramsfe onlara müraciətlə deyib: "Bu münaqişənin nə qədər davam edəcəyini dəqiq bilmək mümkün deyil. Altı gün, altı həftə çəkə bilər. Altı ay çəkəcəyinə isə şübhə edirəm."
ABŞ/İsrail-İran müharibəsi başlamazdan öncə də ABŞ-ın bir neçə həftəyə əməliyyatları bitirəcəyi deyilirdi. Hazırda 5-ci həftədəyik və Donald Trump həm müharibəni hər an bitirməkdən danışır, paralel olaraq da bölgəyə quru qoşunları və desant qüvvələri yığılır.
Hörmüzün yenidən açılacağı isə hər iki ssenaridə şübhəlidir.
Müharibə bir qədər də davam edərsə, ABŞ üçün “exit ramp” bir qədər də daralacaq. Çünki həm Körfəz ölkələri azğınlaşmış bir İran rejimi ilə qarşı-qarşıya qalmaq istəməyəcək, həm də stratejik qələbəsini cəmiyyətə təqdim edə bilməyən ABŞ hakimiyyətinin işi çətin olacaq.
Yuxarıda WSJ-dən linkini yerləşdirdiyim bugünki xəbərdə isə Donald Trumpın Hörmüzün bağlı qalma bahasına da olsa müharibəni dayandırma istəyi olduğu deyilir.

CBC
War likely wouldn't last long: Rumsfeld | CBC News
U.S. Defense Secretary Rumsfeld tells troops any war with Iraq probably won't last more than six months
👍17👀13❤3🤔3👎1
Səhər paylaşdığım WSJ məqaləsində yazılanları təxminən doğrulayacaq bir yeni paylaşım edən Donald Trump, Britaniya timsalında digər ölkələri “istəyirlərsə gəlib Hörmüzü özləri açsınlar”deyərək təhdid edib.
Görünür Trumpın komandası Hörmüzü həll həll etmədən münaqişədən çəkilmək variantını ciddi olaraq nəzərdən keçirir.
Amma hər ehtimala bölgəyə yığılan desant və xüsusi təyinatlı qüvvələrin sayı, tərkibi və dislokasiya dinamikasını diqqətdə saxlamaqda fayda var. Çünki son qərarın verilib-verilmədiyi dəqiq deyil.
15 dəqiqə sonra Pentagon yeni bir brifinq keçirəcək. Uzun müddət sonra ilk brifinq olacaq.

👀21❤4🤔2
azOSINT
Səhər paylaşdığım WSJ məqaləsində yazılanları təxminən doğrulayacaq bir yeni paylaşım edən Donald Trump, Britaniya timsalında digər ölkələri “istəyirlərsə gəlib Hörmüzü özləri açsınlar”deyərək təhdid edib. Görünür Trumpın komandası Hörmüzü həll həll etmədən…
Əgər belə bir ssenari gerçəkləşərsə, indiki şərtlər altında (hər an hər şey dəyişə bilər) bu İran üçün çox ciddi üstünlük gətirər.
Avropa ölkələri nə müharibəyə qoşuldular, nə də ciddi geopolitik, siyasi təhdidlər səsləndirdilər (müharibədən öncə SEPAH-ın terror təşkilatı hesab edilməsi istisna, bu önəmli addım idi).
Hətta önəmli Avropa ölkələri, Britaniya daxil öz ərazilərindən yalnız “defensive” əməliyyatlara (təbii ki cəfəngiyyatdır, çünki müharibəni başladan ABŞ-dır) icazə verirlər.
Belə olduğu təqdirdə ABŞ müharibəni dayandırırsa onsuzda pasifist olan avropa dövlətləri dərhal qaçaraq İranla Hörmüz üçün ayrılıqda razılaşmalar edə, İrana ödənişlər və sanksiya yumşaldılamaları qarşılığında neft məhsulları tankerlərinin keçidini əldə edə bilərlər.
Görək proseslər necə davam edir. Bu həftə sonu ABŞ-da 3 günlük tətil müddətidir. Artıq bəllidir ki, Trump bu müddətləri həm deeskalasiya həm də eskalasiya üçün istifadə etməyi sevir. Ciddi yeniliklər üçün bir həftə də gözləməli ola bilərik.

👍27🤔6❤4👀2
Media is too big
VIEW IN TELEGRAM
Ohio sinifi SSGN dənizaltısı Cəbəllütariq boğazını keçərək Aralıq Dənizinə daxil olub.
Qeyd edim ki, bu dənizaltılar 154 ədəd Tomahawk qanadlı raketi daşıyır və hazırda bölgəyə göndərilən SSGN-in 66 SEAL xüsusi təyinatlı qüvvəsini sahilə çıxara bilən DDS (Dry Dock Shelter) ilə təchiz olunduğunu görmək mümkündür.
Müharibənin bitməsi yönündə spekulyasilar davam etdiyi bir vaxtda ABŞ hər keçən gün bölgədəki xüsusi aktivlərinin sayını artırmaqda davam edir.

1👀21👍9❤5👎2
azOSINT
Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…
POLITICO nəşrinə danışan Fransa Müdafiə Nazirinin müavini bildirib ki, “Fransa Rusiyanın 2028-2029-cu illərdə NATO-nu test edəcəyini mümkünsüz saymır.”
Rusiyanın Baltikyanı ölkələrdə növbəti 3-4 ildə gərginlik yaradacağını ötən bir ildə bir neçə dəfə yazmışam, ən sonuncu dəfə yeni il yazımda müzakirə etmişdik.
Növbəti həftələrdən İranla bağlı yazıları azaldıb, köhnə rejimə qayıtdıqda bu məsələyə daha çox diqqət ayıracam. Hazırda Çinin Tayvan hazırlıqları ilə bağlı kiçik bir yazı hazırlayıram.

👏41👍24👀10❤2👎1
Müharibənin bitməsi üçün İranın şərti yenidən bir də zərbə olmaması üçün qarantyorun olmasıdır.
Pakistan rəsmiləri Çinə səfər edərək diplomatik həllər tapmağa çalışırlar. Təbii ki, bunu ABŞ və İranın öncədən razılığı olmadan etməzlər. ABŞ Çinin qarantyorluğuna razı olsa, müharibənin bitmə perspektivi yaranacaq. Bu barədə yəqin ki, yaxın günlərdə mediaya sızan xəbərlərdən öyrənərik.

👀37👍4❤2
BƏƏ BMT Təhlükəsizlik Şurasına müraciət edərək ölkələri Xartiyanın 7-ci maddəsini (güc tətbiqetmə) işə salmağa və Hörmüzün açılması üçün təcili birgə tədbirlər görməyə çağırıb (təbii ki, BMT-nin hazırda elə də bir ciddiyəti qalmayıb)
Körfəz ölkələri müharibənin hazırki vəziyyətdə bitməsinə qətiyyən razı olmazlar.

👀33👍6❤1👎1
Böyük Britaniyanın RAF Lakenheath aviabazasında hazırda ABŞ ordusuna məxsus 16 ədəd MC-130 xüsusi təyinatlı aviasiya vasitələri yerləşdirilib. Bu təyyarələr Britaniyaya son 1 ay ərzində çox sakit şəkildə cəmləniblər.
MC-130 AFSOC (Air Force Special Operations Command) tərəfindən idarə olunur və ABŞ xüsusi təyinatlı qüvvələri, SEAL qüvvələri və s. kimi qrupları əməliyyat bölgəsinə xüsusi radarlarından istifadə edərək həddindən artıq çox alçaqdan uçaraq daşıya bilir. Beləcə əsas HHM radarlarından yayınmağı bacarır. Əlavə olaraq bu təyyarələr xüsusi uçuş zolağı olmadan torpaq ərazilərə də eniş etməyi bacarırlar.
Bu qədər çox MC-130-un əməliyyat bölgəsi üçün hazırlanması uzun zamandır spekulyasiya edilən zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirib qaçırma əməliyyatının planlanmasının bir parçası ola bilər.
Mediyaya sızdırılan məlumatlara görə, Trumpa bu əməliyyatla bağlı variantlar artıq təklif olunub.

👀20👍8❤7👎2
azOSINT
Böyük Britaniyanın RAF Lakenheath aviabazasında hazırda ABŞ ordusuna məxsus 16 ədəd MC-130 xüsusi təyinatlı aviasiya vasitələri yerləşdirilib. Bu təyyarələr Britaniyaya son 1 ay ərzində çox sakit şəkildə cəmləniblər. MC-130 AFSOC (Air Force Special Operations…
Bu planın çətin tərəfi ondadır ki, əgər deyildiyi kimi zənginləşdirilmiş uran yer altındadırsa, həmin tunellərin ağzı artıq bağlanıb. Oraya giriş əldə etmək üçün ABŞ ordusu mühəndis qüvvələrini (ekskavatorlar və s.) desant qüvvələri ilə bir yerdə havadan atmalıdır və həm də sivil nüvə ekspertləri də XTQ-in yanına təhkim edilməlidir. Çox-çox kompleks görünən bir əməliyyatdır belədirsə. İşdir, ABŞ o və ya bu şəkildə uranı İrandan kənara çıxara bilsə, dünya tarixinə keçən bir əməliyyat olacaq və ABŞ-ın qüdrəti dəfələrlə artacaq.
Təbii ki, bunlar hamısı sadəcə olaraq ehtimallardır və real əməliyyat şəraitini əks etdirməyə bilər.

❤34👍6👀6
Ötən ilin oktyabr ayında SOUTHCOM rəhbəri istefaya göndərilmişdi və bu Venezuela əməliyyatı ilə əlaqələndirilmişdi.
Az öncə yayılan xəbərlərə görə Hegseth ABŞ ordusu Baş Qərargah rəisi Randy Georga istefa verməsi və dərhal təqaüdə çıxması ilə bağlı göstəriş verib.
Ola bilər ki, səbəb yaxınlaşan yeni eskalasiya mərhələsinə (quru əməliyyatları) ordu rəhbərliyinin mümkün etirazıdır.
ABŞ dövlətini və ordusunu qüdrətli edən onun kəşfiyyat və ordu liderlərinin müstəqil düşünməsi və çox güclü stratejik zəkaya sahib olmaları olub.
Trump sürətlə ətrafına “yes man” insanları yığaraq özünü əks fikirlərdən izolyasiya edir.

Telegram
azOSINT
Ötən günlərdə SOUTHCOM komandiri admiral Alvin Holseyin istefa verdiyi xəbəri yayıldı.
Bu haqda xəbərləri detallı oxumamışam, amma, məncə, ola bilər ki, hansısa əmrə tabe olmamaq üçün bunu etməli olsun, məsələn Venezualaya mümkün hücum ssenarisi ilə bağlı.…

👍41👀12❤3
ABŞ ordusunun göndərdiyi və sonradan məhv etdiyi MC-130J-in kordinatlarına baxdıqda onun İranın kifayət qədər dərinliyində, İsfahanda xüsusi əməliyyatlar aparma qabiliyyəti bəlli olur.
Maraqlıdır ki, zənginləşdirilmiş uran materiallarının da İsfahan tunellərində olduğu daha öncə bildirilirdi. Belədirsə ABŞ həm də gələcəkdə o məqsəd üçün bir əməliyyat planlanarsa onun logistikasını da yaxşı məşq etmiş oldu.

❤32👍14🤔4👎2👀2
MC-130J ilə bərabər ABŞ-ın məhv etdiyi helikopter MH-6M (Little Bird) normalda həmin MC-130J-in yük bölməsində karqo kimi daşınır, havada yanacaq doldura bilmir (İsfahana da elə yük kimi gətirilmə ehtimalı çoxdur).
Belədirsə, yük bölməsində qanadları bağlı şəkildə daşınan helikopter (sürətlə yenidən açılıb uçuşa hazır vəziyyətə gətirilir) artıq təyyarənin özü geri qayıda bilmədiyi üçün faydasız vəziyyətə düşür və o da təyyarə ilə birlikdə məhv edilir.

👍53❤5👀1
ABŞ-a məxsus F-15E-nin qəzaya uğradığı yerin geolokasiyası.
Xilasedicilərin eniş etdiyi bölgədən 25 km məsafədə yerləşir.

👍24👀7❤4