azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Əli Laricaninin bu gün Tehranın mərkəzində yürüşdə nümayişkəranə şəkildə iştirakı mənə 2022-də Rusiya işğalı zamanı Zelenskinin digər rəhbərlərlə birlikdə Kiyev mərkəzindən video müraciətini xatırlatdı.
👀31👍139
Ötən aylarda müzakirə çevrələrində gedən təxminlər özünü doğruldur.

Sırf vaxt öldürmək üçün İranla danışıqlar aparan ABŞ rəsmiləri (Witkoff və Kuşner) İran tərəfindən təklif olunan, əvvəlkilərdən daha çox kompromislərə gedən variantların heç birini anlamayıblar - çünki, özləri ilə nüvə ekspertləri aparmayıblar görüşlərə.

Buna görə də, məsələn, Oman rəsmiləri müharibədən bir gün öncə tələsik ABŞ-a JD Vance ilə görüşə qaçmışdılar ki, ona vəziyyəti izah etsinlər və Witkoffun sadəcə olaraq heç nə anlamadığını, İranın ciddi güzəştlərə hazır olduğunu bildirsinlər. Təbii ki xeyri olmadı. Çünki görüşlər razılaşma üçün edilmirdi. Witkoff isə sadəcə olaraq daşınmaz əmlak maqnatıdır. İran tərəfdə isə danışıqlarda diplomatlardan əlavə İranın nüvə alimləri iştirak edirdilər.

Təsəvvür edin Şərurlu İsfəndiyarla uran zənginləşdirməsi prosesinə qoyulacaq limitlərlə bağlı danışıqlar aparırsınız.
1👀46👍4211🤔6👎1
Pentagon 2500 dəniz piyadasından ibarət qrupu Yaxın Şərqə göndərmək barədə qərar qəbul edib.

-WSJ
1👀59👍8👎41
Hörmüz boğazını açmaq üçün Qəşm adasını ələ keçirmək ABŞ-a kömək edərdi. Təbii ki, risk odurki qurudan daimi YARS zərbəsinə məruz qala bilər lakin ada böyükdür və qoşunlar səpələnib müəyyən müqavimət göstərə bilərlər.

Çox riskli mərcdir ABŞ adına, görək necə olacaq. Yenidən bu mövzuya qayıdacam.
1🤔38👍14👀101👎1👏1
İran Səudiyyə Ərəbistanında yerləşən Prince Sultan Airbase-ə endirdiyi zərbələr nəticəsində ABŞ-a məxsus 5 tanker təyyarəni sıradan çıxara bilib. Bununla da ABŞ-ın müharibədə tanker itkisi 7-ə çatıb.
4👍55👀105👎4
Məlum olduğu kimi, ABŞ növbəti iki həftə ərzində 31-ci Dəniz Piyadaları Ekspedisiya Bölməsi (31st MEU) və Tripoli Amfibiya Hazırlıq Qrupu (Tripoli ARG) daxil olmaqla, ümumilikdə 5,000 nəfərlik şəxsi heyəti, eləcə də müvafiq zirehli texnika və aviasiya vasitələrini Fars körfəzi regionuna göndərir.

Dəniz piyadaları bölməsinin məhz "Tripoli" amfibiya qrupuna təhkim olunması strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Amfibiya qrupları sahilə desant çıxarmaq, ərazidə mühəndis-istehkam qurğuları qurmaq, artilleriya atəşinə qarşı müdafiə sistemləri yerləşdirmək və bir neçə həftə ərzində tam avtonom şəkildə əməliyyat aparmaq üçün nəzərdə tutulub. Məsələn, qoşunların təhlükəsiz su təminatı üçün bu qrupların tərkibində xüsusi duzsuzlaşdırma (desalinasiya) qurğuları belə mövcuddur.

Dəniz piyadalarının digər birləşmələrə deyil, məhz "Tripoli"yə yerləşdirilməsi göyərtədəki F-35B qırıcıları sayəsində "Güc Proyeksiyası" (Power Projection) niyyətini daha qabarıq şəkildə nümayiş etdirir. Texniki baxımdan bu qrup Xarq adasını işğal edib əldə saxlaya bilər, lakin bu, qurudan gələcək artilleriya zərbələri kimi ciddi risklər hesabına başa gələ bilər. Digər tərəfdən, bu, yalnız qısamüddətli həll yoludur. Çünki Xarq adasının ələ keçirilməsi tək bir məqsədə xidmət edir: "Mən sənə neftini qaytarım, sən də mənə zənginləşdirilmiş uranı ver".

Sual olunur: Bəs İran bu şərtləri qəbul etməsə necə olacaq? Əgər rejim onsuz da müharibə şəraitində olan və iqtisadiyyatı çökən bir ölkə kimi neft gəlirlərindən müvəqqəti imtina etsə, ABŞ-ın növbəti addımı nə olacaq? İran daha da aqressivləşərək, indiyə qədər məhdud çərçivədə hədəf aldığı qonşu ərəb ölkələrinin neft infrastrukturuna daha dağıdıcı zərbələr endirsə, vəziyyət necə dəyişəcək?

Bu sualları ona görə verirəm ki, ABŞ-ın bu ssenariləri kifayət qədər dərindən analiz etmədiyi və "wargaming" (hərbi oyunlar) prosesini düzgün aparmadığı təəssüratı yaranır. Səyahət müddətini nəzərə alsaq, "Tripoli" qrupunun bölgəyə müharibə başladıqdan bir ay sonra çatması elə bunun göstəricisidir. Niyə bu qüvvələr hələ fevral ayında bölgəyə yerləşdirilmirdi? Venesuela əməliyyatından sonra Karib dənizində boş qalan "Iwo Jima" qrupunu çoxdan ən azı Şərqi Aralıq dənizinə göndərmək mümkün idi.
Qeyd etdiyim kimi, təkcə Xarq və ya Qeşm adasını ələ keçirmək Hörmüz boğazını açmağa kifayət etməyə bilər. Çünki İranın Hörmüzü atəş altında saxlamaq imkanları yüz minlərlə kvadrat kilometr əraziyə yayılıb. Bütün bu sahəyə daimi kontr-batareya atəşi ilə nəzarət etmək olduqca mürəkkəb tapşırıqdır.

Yekun olaraq, ABŞ hazırda dünyanın ən güclü ordusuna sahib olsa da, ordunu real gücə çevirən onun rəhbərliyinin strateji zəkası və düzgün hesablamalarıdır. Lakin hazırkı administrasiyada strateji baxışın çatışmadığı görünür; xüsusilə Hegseth kimi fiqurların qərarlarına baxanda bunu sezmək çətin deyil. Odur ki, ABŞ-ın addımlarını təhlil edərkən qarşı tərəfin mümkün əks-həmlələrini də nəzərə alaraq mülahizələr yürütməyə dəyər, çünki Vaşinqtonun özü bu riskləri doğru hesablamamış ola bilər.
2👍6412👏3👀3
“Nolar bizə kömək edin Hörmüzü açaq”

Trump Çin, Hindistan, Avropa Birliyi ölkələrindən Hörmüzü açmaq üçün son bir neçə paylaşımında dəstək istəyir.
5👀29👍7👏32👎1🤔1
Trump 1 həftə qabaq Britaniyanın dəniz qüvvələrini göndərəcəyi xəbərinə belə reaksiya vermişdi :)
5👀28👍5🤔3👏1
azOSINT
4-cü bənd üçün - İranın əlində daha kəskin bir alət də var - Hörmüz boğazına hazırda qismən alternativ olan quru kəmərlərini hədəf almaq. Bu dəhşətli iqtisadi təsiri olan bir hücum olar əgər nasos stansiyalarını hədəf ala bilsələr.
Hələ bir həftə öncə müzakirə etdiyimiz alternativ quru neft kəmərlərindən biri olan BƏƏ-nin Fujairah xəttinə İran zərbələr endirməyə başlayıb.

Qeyd edim ki, Səudiyyə Ərəbistanının Şərq-Qərb boru xəttinə hələlik bir hücum olmayıb.

Eynilə Husilər də (Ənsarullah) hələlik Bab əl-Məndəb boğazına hücum etməyiblər.
1👀19👍82👏1
azOSINT
Əli Laricaninin bu gün Tehranın mərkəzində yürüşdə nümayişkəranə şəkildə iştirakı mənə 2022-də Rusiya işğalı zamanı Zelenskinin digər rəhbərlərlə birlikdə Kiyev mərkəzindən video müraciətini xatırlatdı.
İddialar var ki, İsrail ötən gecə Laricanini hədəf alan zərbələr endirib. Nə qədər doğru olduğunu zaman keçdikcə öyrənəcəyik. Lakin, müharibə başlayandan sonra uğurla gizlənə bilmiş Laricaninin mitinqlər zamanı üzə çıxmasından sonra yenidən İsrail kəşfiyyatının gözündən kənar qalmamağı da mümkündür.
Məsələn xeyli Hizbullah liderini İsrail yas mərasimlərinə qatılarkən yer üzünə çıxdıqdan sonra hədəf ala bilmişdi.

Araqçi, Pezeşkian ilə bağlı vəziyyət bir qədər fərqlidir. Onların gizləndiyini də düşünmürəm.

SEPAH rəhbərliyi və dini rəhbərliyi ABŞ/İsrail terrorist hədəf kimi qəbul edirlər, lakin digərləri tam olaraq elə deyil və müharibə zamanı diplomatları öldürməmək kimi bir qayda var və hüquqdan əlavə həm də praktiki bir zərurətdir (yüzillər boyu bu belədir). “Do not kill the messenger”
28👍18👀3
Bəsic rəhbərliyi, ardınca Laricani və s. digər önəmli şəxslərin öldürülməsindən sonra, Ramazan və Novruz bayramının ardınca İsrail tərəfindən xalqı ayaqlandırmağa yönələn addımlar görmək olar deyə düşünürəm.

Müharibənin ilk günündə Trump xalqa vaxtı gələndə ayağa qalmalı olduqlarını bildirmişdi. Hələki o çağırışın davamını eşitməmişik.

Yanvar mitinqləri də başdan xarici təkanlarla yaradılmışdı, hücumlara bəhanə üçün. Bu indi kifayət qədər aydın olur. İndi yenidən xalqı ayağa qaldırmağa çalışmamaqları ciddi strateji zəiflik olardı.

Hörmüzün açılması üçün sahil ərazisinə çox böyük həcmli amfibik desant əməliyyatı lazımdır. Buna getməkdənsə birinci daxildən çevrilişi niyə də yoxlamasınlar.

Hörmüzün açılması müharibənin məqsədinə, rejim dəyişikliyinə, onsuzda çatdırmır.
1👀26👍129👎1🤔1
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
Geriyə dönüb baxdıqda, yanvar iğtişaşlarının elə sonradan güc yolu ilə dağıdılması üçün qəsdən yaradıldığı (bundan müharibəyə bəhanə kimi istifadə etməkdən ötrü) fikri artıq məndə elə də şübhə doğurmur.
1👍334👀3
Bunlar Khorramshahr-4 ballistik raketindən buraxılan kaset bombalarıdır (cluster munitions). Çatdırılma sistemi ballistik raket olduğu üçün, bombalar buraxılmazdan əvvəl atmosferə yenidəndaxilolma zamanı yüksək temperatur üzündən qızma yaranır və digər qısa-mənzilli raketlərdə gördüyümüzdən fərqli olaraq parlaq yanan obyektlər görünür.

https://t.me/shedevrplus/43475
👍244👎3👏3🤔2👀1
Hörmüz Boğazında Malta bayraqlı Misirə məxsus Safeen Prestige karqo gəmisini vurduqdan sonra ərazidən uzaqlaşan İrana məxsus sürət qayıqlarını peyk görüntülərində görmək mümkündür.
1👀24👍134
Dünən İranın İsrailin Cənubi Pars qaz yatağına zərbəsinə cavab olaraq regionun (əsasən Qətər) enerji infrastruktura endirdiyi zərbələrdən sonra eskalasiyanın nəzarətdən çıxacağı barədə panikaya düşən Trump uzun bir post paylaşıb və bildirir ki, zərbələrdən xəbəri olmayıb və İsrailə qəti şəkildə tapşırıb ki, bir də belə şey etməsin.

Təbii ki, ABŞ-ın zərbələrdən öncədən məlumatı olmaması tam cəfəngiyyatdır, lakin İranın hələ də istəyəndə çox təsirli zərbələr endirmə qabiliyyətini saxlaması görünür Trumpı artıq qorxudur, o dərəcə ki, bu barədə uzun postlar yazmağa başlayıb.
135👍17👀6👎1🤔1
Hörmüz Boğazı bağlandıqdan sonra Səudiyyə Ərəbistanı ixracı Şərq-Qərb alternativ boru kəməri vasitəsilə Qırmızı Dənizə daşımışdı. Bu kəmərin tutumu 7 milyon bareldir.

Dünən İran bu kəmər vasitəsilə daşınan neftin emal olunduğu Yanbu terminalına zərbə endirib.

Ərazidə yanğın olsa da, Yanbu və Al Muajjiz terminallarında tankerlərə yükləmə hələlik davam edir.

Lakin növbəti zərbədə bura yenidən uğurla hədəfə alınarsa, enerji bazarlarında vəziyyət nəzarətdən çıxa bilər. Hazırda xəbərlərdən sonra neft qiymətləri (Brent) %10 artaraq 119 dollara qədər bahalaşıb.

Dünənki pilləki eskalasiya raundunu İran qələbə ilə başa vurdu və zərbə qabiliyyətini ortaya qoya bildi.
26👀8👏7👍2
ABŞ-a məxsus F-35 aldığı zərbədən sonra Yaxın Şərqdəki bazalardan birinə təcil qəza enişi edib. CENTCOM-dan bildirilib ki, hadisə təyyarə döyüş tapşırıqlarını yetirirkən baş verib.

Rəsmi mənbələrdən CNN-ə verilən məlumata görə təyyarənin İran tərəfindən vurulduğu düşünülür, lakin pilot uğurla qəza enişi etməyə nail olub. Qeyd edilir ki, İran müharibə başlayandan ilk dəfədir döyüş təyyarəsini vura bilib.
👏23👀191👍1👎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
F-35 əvvəlki illərdə testlərin birində RPG tipli silahla vurulmuş, yalnız quyruq zədəsi ilə testi bitirə bilmişdi.

Bugünki zərbə videosu realdırsa, ki elə də görünür, eyni şey baş verib və istiliyə tuşlanan raket motorun yanında partlayır və F-35 yalnız quyruq hissədə olan zədə ilə sonradan qəza enişi edə bilir.

İranın zərbəsi onlar üçün ciddi uğurdur, lakin bu hadisə F-35-in necə dözümlü olduğunu nümayiş etdirə bilib.
👏346👍3
Danimarkanın DR ictimai kanalının bu gün dərc etdiyi xəbər Avropa mediasında əks-səda yaradıb. Məlum olub ki, 2026-cı ilin yanvar ayında rəsmi Kopenhagen ABŞ-ın Qrenlandiyanı hərbi yolla ələ keçirmə ehtimalını o qədər ciddi qəbul edib ki, adaya gizli şəkildə xüsusi təyinatlı qüvvələr, partlayıcı maddələr və donor qanı ehtiyatları göndərib.

Məxfi hərbi əməliyyat planına əsasən, Danimarka hərbçilərinə paytaxt Nuuk və Kangerlussuaqdakı strateji uçuş-eniş zolaqlarını partlatmaq əmri verilib. Bu, ABŞ hərbi nəqliyyat təyyarələrinin adaya enişinin qarşısını almaq üçün nəzərdə tutulmuş "son çarə" ssenarisi olub. Rəsmi olaraq "Arctic Endurance" adlı NATO təlimi kimi təqdim edilən bu hərəkətliliyin arxasında əslində real müdafiə hazırlığının dayandığı bildirilir.

Gərginliyin pik nöqtəsi yanvar ayında ABŞ-ın Venesueladakı əməliyyatından sonraya təsadüf edib. Danimarka rəsmiləri Vaşinqtonun "əvvəlki kimi proqnozlaşdırıla bilən olmadığını" əsas gətirərək, Fransa, Almaniya, İsveç və Norveç kimi müttəfiqlərin də iştirakı ilə Qrenlandiyada çoxmillətli bir hərbi qalxan yaradıblar. Məqsəd, ABŞ müdaxilə edəcəyi təqdirdə qarşısında təkcə Danimarkanı deyil, bütün Avropanı görməsini təmin etmək olub.

Hazırda vəziyyət yanvarın sonundakı Davos razılaşması ilə sabitləşsə də, bu sızan məlumatlar Trump hakimiyyəti ilə Avropa arasında etimadın nə dərəcədə sarsıldığını ortaya qoyur.
1👀4018👍7