azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
4-cü bənd üçün -

İranın əlində daha kəskin bir alət də var - Hörmüz boğazına hazırda qismən alternativ olan quru kəmərlərini hədəf almaq. Bu dəhşətli iqtisadi təsiri olan bir hücum olar əgər nasos stansiyalarını hədəf ala bilsələr.
👀33👍126
Prezident Tramp CBS News-a telefon müsahibəsində müharibənin tezliklə bitə biləcəyini deyərək qeyd edib: “Məncə, müharibə artıq demək olar ki, tamamlanıb. Onların donanması yoxdur, rabitəsi yoxdur, Hərbi Hava Qüvvələri yoxdur”. O əlavə edib ki, ABŞ özünün ilkin 4-5 həftəlik qrafikindən “çox irəlidədir”

t.me/azOSINT
👀348🤔5👎3👍1
Mən müharibənin belə tez bitəcəyinə əmin ola bilmirəm.

Əvvəl dediyim kimi, rejim dəyişikliyi olmadan müharibənin tam dayanması şəxsən Netanyahu üçün məğlubiyyətdir. Sual odur ki, məğlubiyyəti qəbul edəcəklərmi? Axır əvvəl etməli olacaq, o heç, çünki hava zərbəsi ilə rejim dəyişən deyil. Amma bu qədər tez? Sadəcə olaraq, əmin deyiləm.

14 yanvar gecəsi hücum əmrini verməzdən dəqiqələr öncə planı yarımçıq saxlayan ABŞ düşündüki daha yaxşı hazırlaşıb raket arsenalını da məhv edə bilər, və rejim dəyişikliyi də qarantiya olmuş olar.

https://t.me/azOSINT/1338

Amma keçən 6 həftə ərzində heç bir strategiya və ya “endgame” düşünə bilmədilər.

Bəli İranın hərbi potensialına inanılmaz zərbə dəydi və hələ illər alacaq ki, bərpa olalar. Amma Körfəzə yaratdığı təhdidi bircə ilə yenidən geri qazana bilər.

Əvvəl dediyim kimi, Tramp çıxıb rahatlıqla “udduq” deyə bilər. Onu başqalarından fərqləndirən budur.

Bu arada, hazırda indiki dəqiqələrdə İran ciddi bombardman altındadır və zərbələr davam edir.
👍39👀93👎2
SEPAH: İsrail və ABŞ səfirlərini öz ərazisindən qovan istənilən ərəb və ya Avropa ölkəsi sabahdan etibarən Hürmüz boğazından keçmək üçün tam səlahiyyət və azadlığa sahib olacaq - Dövlət Mediası

t.me/azOSINT
👍30👀165
Enerji bazarlarını, ABŞ daxili şərhləri, müharibənin hazırkı gedişini, və Körfəz ölkələrinin yaranan problemə görə bağlı qapılar arxasında (yəqin ki) etdiyi etirazı nəzərə aldıqda, əsas da neft qiymətlərini, gəldiyim qənaət budur ki, məncə Trump dünənki tipli açıqlamaları ilə, G7 ölkələrini ehtiyat neft rezervlərini bazara buraxmaqla və Rusiya üzərindən sanksiyaları müvəqqəti götürməklə özünə sadəcə vaxt qazanır. Bu isə məncə aylarla yox, yaxşı halda həftələrlə ölçülə bilər. Müharibənin aprel ayına keçməsi məncə şübhəlidir.

ABŞ-ın hərbi hazırlığı və başdaki məqsədləri onun hələ bir müddət də davam edəcəyini deyir əslində. Lakin müharibənin xərci (iqtisadi, siyasi və hərbi) gözlənilənin çox üzərindədir.

Əks arqument də İran tərəfindən var. Məsələn, parlamentin sədri müharibəni dayandırmayacaqlarını bildirir. Əsaslandırma isə odur ki, əvvəlki atəşkəslərin hər biri yeni müharibə ilə əvəz olunub. Ona görə də birdəfəlik məsələ həll olunmalıdır.
Laricani də az öncə Trumpı şəxsən həyatı ilə hədələyib.
👍289👀8👏1
Bir neçə gün öncə The Wall Street Journalda Türkiyə ilə bağlı çox maraqlı müəllif məqaləsi yayımlanıb. Açıq-aşkar İsrail tərəfindən sifarişlə yazıldığı bəlli olan məqalədə birbaşa Türkiyə hədəfə alınır. İrandan sonra güc boşluğunu Türkiyənin doldurmağa çalışacağı bildirilir və bunun önünə keçməyin zəruriliyi təbliğ olunur.

Təbii k, bu tip yazılar müəyyən aralıqlarla həmişə yazılır ve ideya yeni deyil. Amma bu məqalələr boşuna yazılmır və çəkisi də aşağı deyil.
Bəli, İran çöksə hədəf Türkiyədir, hardasa 10-15 il sonraki dövr üçün. Bu sizə uzaq və qeyri-real gəlirsə sadəcə bu prizmadan baxın:

Birinci Dünya Müharibəsindən (Atatürk dövrü) sonra türk xalqı faktoruna qarşı mübarizə aparıla bilməyəciyini anlayan, və İkinci Dünya Müharibəsində yenidən formalaşan dünya düzənində Türkiyəyə ehtiyacı olduğu üçün onunla birlikdə işləyən Qərb dünyası arxa planda açıq qarşıdurma əvəzinə 1960-cı illərdə dövləti içəridən çürütmək üçün sonradan FETÖ adlandırdığımız plan işə salındı və düz 50 il paralel bir dövlət qurulmağa çalışıldı. Ərdoğan hakimiyyəti buna çox-çox gec ayıldı. 2016-cı ildəki çevriliş cəhdi (daha doğrusu, Türkiyənin işğalı) Atatürk dövründə olduğu kimi, xalq faktoruna görə alınmadı. Düz 50 il səbrlə işlənilən plan bir gecədə gözlənilmədən çökdü.

Və ya İsrail-İran müharibəsinə baxın. Netanyahu şəxsən tam 30 ildir, İsrail isə ümumi hardasa 40 ildir İranda rejimi devirmək üçün yekun İran-ABŞ müharibəsinə hazırlaşıb. Düz 40 ildir bu günkü müharibəyə hazırlaşılır. Buna görə də həm İsrail həm İran üçün bu saat existential bir müharibə gedir.

Ya da öz misalımız -25 il çəkdi uyğun məqamı gözləmək.

İndi isə İranı həll edəcəyinə əmin görünən İsrail, yavaş-yavaş ictimai fikri formalaşdıraraq, arxa planda bilmədiyimiz fərqli cür işlər görərək Türkiyəni zəiflətməyə çalışırlar (illərdir) və 10-15 illik bir dövrdə bu eskalasiyanən zirvə nöqtəsinə yəqin ki yenidən çatarıq.

Hadisələrə həmişə 100-200 illik pəncərədən baxmaq lazımdır. Onda planlar daha yaxşı aydın ola bilir. Buna görə də İran-İsrail-ABŞ müharibəsində kimin qalib gəlməsini istəməyimiz, və ya bizim İranı daha da zəiflədəcək hansısa addımımız Türkiyə tərəfindən narahatlıqla, Türk publik şəxslər tərəfindən isə qıcıqla qarşılanır. Qeyri-adi nəsə yoxdur. Türkiyə də özünə ən böyük düşmən kimi İsraili boşuna seçməyib. Bu gün yaşananların hamısını Türkiyə illərdir deyirdi. Sadəcə o müzakirələrin getdiyi efirlər və müzakirələri aparan şəxslər çayxana səviyyəsində olduğu üçün bəzən ciddiyə almırıq.

Yazdıqlarım mənim tamamilə şəxsi fikrimdir, və əsas məqsədim baş verənlərə daha böyük tarixi pəncərədən baxmağa çalışmaqdır.
51👍9723👀5👎2
Əli Laricaninin bu gün Tehranın mərkəzində yürüşdə nümayişkəranə şəkildə iştirakı mənə 2022-də Rusiya işğalı zamanı Zelenskinin digər rəhbərlərlə birlikdə Kiyev mərkəzindən video müraciətini xatırlatdı.
👀31👍139
Ötən aylarda müzakirə çevrələrində gedən təxminlər özünü doğruldur.

Sırf vaxt öldürmək üçün İranla danışıqlar aparan ABŞ rəsmiləri (Witkoff və Kuşner) İran tərəfindən təklif olunan, əvvəlkilərdən daha çox kompromislərə gedən variantların heç birini anlamayıblar - çünki, özləri ilə nüvə ekspertləri aparmayıblar görüşlərə.

Buna görə də, məsələn, Oman rəsmiləri müharibədən bir gün öncə tələsik ABŞ-a JD Vance ilə görüşə qaçmışdılar ki, ona vəziyyəti izah etsinlər və Witkoffun sadəcə olaraq heç nə anlamadığını, İranın ciddi güzəştlərə hazır olduğunu bildirsinlər. Təbii ki xeyri olmadı. Çünki görüşlər razılaşma üçün edilmirdi. Witkoff isə sadəcə olaraq daşınmaz əmlak maqnatıdır. İran tərəfdə isə danışıqlarda diplomatlardan əlavə İranın nüvə alimləri iştirak edirdilər.

Təsəvvür edin Şərurlu İsfəndiyarla uran zənginləşdirməsi prosesinə qoyulacaq limitlərlə bağlı danışıqlar aparırsınız.
1👀46👍4211🤔6👎1
Pentagon 2500 dəniz piyadasından ibarət qrupu Yaxın Şərqə göndərmək barədə qərar qəbul edib.

-WSJ
1👀59👍8👎41
Hörmüz boğazını açmaq üçün Qəşm adasını ələ keçirmək ABŞ-a kömək edərdi. Təbii ki, risk odurki qurudan daimi YARS zərbəsinə məruz qala bilər lakin ada böyükdür və qoşunlar səpələnib müəyyən müqavimət göstərə bilərlər.

Çox riskli mərcdir ABŞ adına, görək necə olacaq. Yenidən bu mövzuya qayıdacam.
1🤔38👍14👀101👎1👏1
İran Səudiyyə Ərəbistanında yerləşən Prince Sultan Airbase-ə endirdiyi zərbələr nəticəsində ABŞ-a məxsus 5 tanker təyyarəni sıradan çıxara bilib. Bununla da ABŞ-ın müharibədə tanker itkisi 7-ə çatıb.
4👍55👀105👎4
Məlum olduğu kimi, ABŞ növbəti iki həftə ərzində 31-ci Dəniz Piyadaları Ekspedisiya Bölməsi (31st MEU) və Tripoli Amfibiya Hazırlıq Qrupu (Tripoli ARG) daxil olmaqla, ümumilikdə 5,000 nəfərlik şəxsi heyəti, eləcə də müvafiq zirehli texnika və aviasiya vasitələrini Fars körfəzi regionuna göndərir.

Dəniz piyadaları bölməsinin məhz "Tripoli" amfibiya qrupuna təhkim olunması strateji baxımdan böyük əhəmiyyət kəsb edir. Amfibiya qrupları sahilə desant çıxarmaq, ərazidə mühəndis-istehkam qurğuları qurmaq, artilleriya atəşinə qarşı müdafiə sistemləri yerləşdirmək və bir neçə həftə ərzində tam avtonom şəkildə əməliyyat aparmaq üçün nəzərdə tutulub. Məsələn, qoşunların təhlükəsiz su təminatı üçün bu qrupların tərkibində xüsusi duzsuzlaşdırma (desalinasiya) qurğuları belə mövcuddur.

Dəniz piyadalarının digər birləşmələrə deyil, məhz "Tripoli"yə yerləşdirilməsi göyərtədəki F-35B qırıcıları sayəsində "Güc Proyeksiyası" (Power Projection) niyyətini daha qabarıq şəkildə nümayiş etdirir. Texniki baxımdan bu qrup Xarq adasını işğal edib əldə saxlaya bilər, lakin bu, qurudan gələcək artilleriya zərbələri kimi ciddi risklər hesabına başa gələ bilər. Digər tərəfdən, bu, yalnız qısamüddətli həll yoludur. Çünki Xarq adasının ələ keçirilməsi tək bir məqsədə xidmət edir: "Mən sənə neftini qaytarım, sən də mənə zənginləşdirilmiş uranı ver".

Sual olunur: Bəs İran bu şərtləri qəbul etməsə necə olacaq? Əgər rejim onsuz da müharibə şəraitində olan və iqtisadiyyatı çökən bir ölkə kimi neft gəlirlərindən müvəqqəti imtina etsə, ABŞ-ın növbəti addımı nə olacaq? İran daha da aqressivləşərək, indiyə qədər məhdud çərçivədə hədəf aldığı qonşu ərəb ölkələrinin neft infrastrukturuna daha dağıdıcı zərbələr endirsə, vəziyyət necə dəyişəcək?

Bu sualları ona görə verirəm ki, ABŞ-ın bu ssenariləri kifayət qədər dərindən analiz etmədiyi və "wargaming" (hərbi oyunlar) prosesini düzgün aparmadığı təəssüratı yaranır. Səyahət müddətini nəzərə alsaq, "Tripoli" qrupunun bölgəyə müharibə başladıqdan bir ay sonra çatması elə bunun göstəricisidir. Niyə bu qüvvələr hələ fevral ayında bölgəyə yerləşdirilmirdi? Venesuela əməliyyatından sonra Karib dənizində boş qalan "Iwo Jima" qrupunu çoxdan ən azı Şərqi Aralıq dənizinə göndərmək mümkün idi.
Qeyd etdiyim kimi, təkcə Xarq və ya Qeşm adasını ələ keçirmək Hörmüz boğazını açmağa kifayət etməyə bilər. Çünki İranın Hörmüzü atəş altında saxlamaq imkanları yüz minlərlə kvadrat kilometr əraziyə yayılıb. Bütün bu sahəyə daimi kontr-batareya atəşi ilə nəzarət etmək olduqca mürəkkəb tapşırıqdır.

Yekun olaraq, ABŞ hazırda dünyanın ən güclü ordusuna sahib olsa da, ordunu real gücə çevirən onun rəhbərliyinin strateji zəkası və düzgün hesablamalarıdır. Lakin hazırkı administrasiyada strateji baxışın çatışmadığı görünür; xüsusilə Hegseth kimi fiqurların qərarlarına baxanda bunu sezmək çətin deyil. Odur ki, ABŞ-ın addımlarını təhlil edərkən qarşı tərəfin mümkün əks-həmlələrini də nəzərə alaraq mülahizələr yürütməyə dəyər, çünki Vaşinqtonun özü bu riskləri doğru hesablamamış ola bilər.
2👍6412👏3👀3
“Nolar bizə kömək edin Hörmüzü açaq”

Trump Çin, Hindistan, Avropa Birliyi ölkələrindən Hörmüzü açmaq üçün son bir neçə paylaşımında dəstək istəyir.
5👀29👍7👏32👎1🤔1
Trump 1 həftə qabaq Britaniyanın dəniz qüvvələrini göndərəcəyi xəbərinə belə reaksiya vermişdi :)
5👀28👍5🤔3👏1
azOSINT
4-cü bənd üçün - İranın əlində daha kəskin bir alət də var - Hörmüz boğazına hazırda qismən alternativ olan quru kəmərlərini hədəf almaq. Bu dəhşətli iqtisadi təsiri olan bir hücum olar əgər nasos stansiyalarını hədəf ala bilsələr.
Hələ bir həftə öncə müzakirə etdiyimiz alternativ quru neft kəmərlərindən biri olan BƏƏ-nin Fujairah xəttinə İran zərbələr endirməyə başlayıb.

Qeyd edim ki, Səudiyyə Ərəbistanının Şərq-Qərb boru xəttinə hələlik bir hücum olmayıb.

Eynilə Husilər də (Ənsarullah) hələlik Bab əl-Məndəb boğazına hücum etməyiblər.
1👀19👍82👏1
azOSINT
Əli Laricaninin bu gün Tehranın mərkəzində yürüşdə nümayişkəranə şəkildə iştirakı mənə 2022-də Rusiya işğalı zamanı Zelenskinin digər rəhbərlərlə birlikdə Kiyev mərkəzindən video müraciətini xatırlatdı.
İddialar var ki, İsrail ötən gecə Laricanini hədəf alan zərbələr endirib. Nə qədər doğru olduğunu zaman keçdikcə öyrənəcəyik. Lakin, müharibə başlayandan sonra uğurla gizlənə bilmiş Laricaninin mitinqlər zamanı üzə çıxmasından sonra yenidən İsrail kəşfiyyatının gözündən kənar qalmamağı da mümkündür.
Məsələn xeyli Hizbullah liderini İsrail yas mərasimlərinə qatılarkən yer üzünə çıxdıqdan sonra hədəf ala bilmişdi.

Araqçi, Pezeşkian ilə bağlı vəziyyət bir qədər fərqlidir. Onların gizləndiyini də düşünmürəm.

SEPAH rəhbərliyi və dini rəhbərliyi ABŞ/İsrail terrorist hədəf kimi qəbul edirlər, lakin digərləri tam olaraq elə deyil və müharibə zamanı diplomatları öldürməmək kimi bir qayda var və hüquqdan əlavə həm də praktiki bir zərurətdir (yüzillər boyu bu belədir). “Do not kill the messenger”
28👍18👀3
Bəsic rəhbərliyi, ardınca Laricani və s. digər önəmli şəxslərin öldürülməsindən sonra, Ramazan və Novruz bayramının ardınca İsrail tərəfindən xalqı ayaqlandırmağa yönələn addımlar görmək olar deyə düşünürəm.

Müharibənin ilk günündə Trump xalqa vaxtı gələndə ayağa qalmalı olduqlarını bildirmişdi. Hələki o çağırışın davamını eşitməmişik.

Yanvar mitinqləri də başdan xarici təkanlarla yaradılmışdı, hücumlara bəhanə üçün. Bu indi kifayət qədər aydın olur. İndi yenidən xalqı ayağa qaldırmağa çalışmamaqları ciddi strateji zəiflik olardı.

Hörmüzün açılması üçün sahil ərazisinə çox böyük həcmli amfibik desant əməliyyatı lazımdır. Buna getməkdənsə birinci daxildən çevrilişi niyə də yoxlamasınlar.

Hörmüzün açılması müharibənin məqsədinə, rejim dəyişikliyinə, onsuzda çatdırmır.
1👀26👍129👎1🤔1
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
Geriyə dönüb baxdıqda, yanvar iğtişaşlarının elə sonradan güc yolu ilə dağıdılması üçün qəsdən yaradıldığı (bundan müharibəyə bəhanə kimi istifadə etməkdən ötrü) fikri artıq məndə elə də şübhə doğurmur.
1👍334👀3
Bunlar Khorramshahr-4 ballistik raketindən buraxılan kaset bombalarıdır (cluster munitions). Çatdırılma sistemi ballistik raket olduğu üçün, bombalar buraxılmazdan əvvəl atmosferə yenidəndaxilolma zamanı yüksək temperatur üzündən qızma yaranır və digər qısa-mənzilli raketlərdə gördüyümüzdən fərqli olaraq parlaq yanan obyektlər görünür.

https://t.me/shedevrplus/43475
👍244👎3👏3🤔2👀1
Hörmüz Boğazında Malta bayraqlı Misirə məxsus Safeen Prestige karqo gəmisini vurduqdan sonra ərazidən uzaqlaşan İrana məxsus sürət qayıqlarını peyk görüntülərində görmək mümkündür.
1👀24👍134