Son 1 saatdaki kürdlərin hücuma başladığı, SEPAH-la döyüş kontaktına girdiyi barədə xəbərləri tirajlamağa və suallara cavab axtarmağa tələsməyin. Mənə psixoloji əməliyyat kimi gəlir hələki. Ortada döyüş getdiyinu göstərən heç bir siqnal hələki yoxdur. Həm də CIA və Mossad belə bir şeyi indi başlasa qabaqcadan bu qədər PR etməzlər.
Hələki səbrli olmaqda fayda var.
Hələki səbrli olmaqda fayda var.
👍30👀5❤4🤔2
Küveyt sularında neftlə dolu tanker vurulub. Neft suya dağılıb və tanker hazırda batır.
Təkcə Hörmüzü keçən yox, eyni zamanda artıq körfəzdə olan gəmilərin də vurulması çox ciddi eskalasiyadır və ölkələrin tamamilə istehsalı dayandırmasına gətirib çıxara bilər. Çünki çox yaxında qurudaki anbarlar dolacaq və dənizdə yükləmək üçün boş tanker olmayacaq.

👀21👍6❤3
azOSINT
Küveyt sularında neftlə dolu tanker vurulub. Neft suya dağılıb və tanker hazırda batır. Təkcə Hörmüzü keçən yox, eyni zamanda artıq körfəzdə olan gəmilərin də vurulması çox ciddi eskalasiyadır və ölkələrin tamamilə istehsalı dayandırmasına gətirib çıxara…
Körfəzdə neft sızıntısının danışılmayan daha bir yanı odur ki, ciddi hal alarsa ərazidəki desalinasiya zavodlarının fəaliyyəti dayanmalı olacaq. Çox zavodun qəbuledici boruları dərində deyil. Və bu su krizisinə yol aça bilər.
👀17👍4❤2
Şəmkirdən 1-2 gün öncədən olan videoda gördüyünüz (yenidən paylaşmayacam) qalıq, S-125 Neva Pechora HHM raketinin qalığıdır. Nəyi vurduğunu isə bilə bilmərik.
👍20👀15❤2
Azərbaycan NOTAM elan edərək əməliyyat şaraiti ilə bağlı ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb.
t.me/azOSINT
t.me/azOSINT
👀41👍11❤8
Maliyyə bazarları mənim öz sahəmdir. Enerji və əmtəə bazarları isə çox uzun illər həm çalışdığım, həm də əsas tələb/təklif əyrisindən və geopolitik faktorlarından kifayət qədər anlayışım olduğu bir sahədir, yəqin ki, ara-sıra paylaşımlarından da anlayırsınız.
Hazırda neft fyuçerslərinin necə $120+ olmadığına heyrətlənirəm.
Covid dövründə pik tələb azalması ~25-30 mln barrel idi. Və panika ilə də birlikdə neft qiymətləri az qala 0 ətrafında idi (hətta May kontraktları mənfi qiymətlərə belə düşmüşdü).
İndi isə əksinə bazarda təklif şoku yaşanır. Hörmüz biraz da bağlı qalsa, olan quru anbarları və sudakı boş tankerlər də dolsa, körfəz ölkələri istehsalı dayandırmalı olacaqlar ki, hazırda da bəziləri buna hazırlaşdıqlarını rəsmi elan ediblər. Bunları nəzərə aldıqda təklif tərəfdə hazırda ~20 mln barrel bir azalma yaşanacaq.
Bununla belə neft yalnız %25 bahalanıb.
Bazar hələ də ümid edir ki, ABŞ dayanacaq. Çinin də hələ də müdaxilə etməməsi bu ümidlədir. Lakin Trumpın iqtisadi vəziyyətə görə məcbur olub nə vaxt dayanacağı hələki bəlli deyil. Necə deyərlər, milyon dollarlıq sualdır.

👍35❤16🤔4
azOSINT
Körfəzdə neft sızıntısının danışılmayan daha bir yanı odur ki, ciddi hal alarsa ərazidəki desalinasiya zavodlarının fəaliyyəti dayanmalı olacaq. Çox zavodun qəbuledici boruları dərində deyil. Və bu su krizisinə yol aça bilər.
Hazırda Körfəz ölkələri üçün daha önəmli krizis neft ixracından da çox, şirin su ehtiyatlarıdır. Desalinasiya zavodları sıradan çıxarsa bu dövlətlər normal fəaliyyət göstərə bilməzlər.
Az öncə Araqçi ABŞ-ın İrana məxsus desalinasiya zavodunu vurmasından sonra, eynisini özlərinin edə biləcəyi ilə bağlı təhdid edib.

🤔21👍10❤5👀2👎1
Xəbər baxımından sakitlikdir və həftəsonudur deyə fürsətdən istifadə etmək istədim:
~6 ildir kanal mövcuddur və kontentin dəst-xətti az çox bəllidir.
~ Qarabağ müharibəsi bitmısindən sonra 2 illik fasilədən sonra bundan sonraki illərdə paylaşımlar yəqin ki, daha da artacaq, çünki yeni dünya düzəninə giririk və müzakirə ediləsi çox maraqlı mövzular var.
Məsələn mən konflikt videoları, onsuzda paylaşılan mediaları demək olar heç vaxt paylaşmıram çünki məzmun kirliliyidir. Son dövrlər konfliktlərdən doğan maraqlı iqtisadi aspektləri də paylaşıram. Bu əlavə etdiyim yenilikdir.
Sualım isə odur ki, nələri bəyənirsiz, nələri bəyənmirsiz, nəyin dəyişməsini istəyərdiniz? Daha çox ya neqativ fikirləri ya da təklifləri yazın ki, məhsuldar müzakirə olsun.
Bir də, hamı üçün xahişim: nə copy paste etmək nə də paraphrase edib paylaşmaq xoş bir şey deyil. Bu məni çox qıcıqlandırır və hörmətsizlik kimi qəbul edirəm.

👍95❤46👏14👀2
Keçən ay müharibədən qabaq artıq ölkəni Laricani idarə edirdi və bu haqda yazmışdım (linkə keçid esə bilərsiz) https://t.me/azOSINT/1401
Hərbi əməliyyatlar baxımından mozaik idarəetmə üsuluna keçilsə də, ümumi siyasi rəhbərlik Laricanidədir.

👀18👍14❤5🤔2
Bu həftəsonu müharibənin dayanması ilə bağlı heç bir addım atılmadı və, əksinə, Pezeşkianın kövrək de-eskalasiya açıqlamaları Trump tərəfindən kənara atıldı əlavə təhdidlər edildi.
Belə görünür ki, ikinci həftəsində müharibə daha da qızışa bilər. Həm sivil infrastruktura (desalinasiya zavodları haqda öncədən danışmışdıq), həm enerji infrastruktruna (həm İran, həm Körfəz ölkələri tərəfində) həm də öncə hədəf alınmamış hərbi obyektlərə zərbələr arta bilər. İranın əlində zərbə üçün resurslar azdır, ona görə sivil və enerji infrastrukturuna vurulan zərbələrin daha effektiv olmasına çalışır, məqsəd isə Körfəz ölkələrinin tam neytrallığına nail olmaqdır.
Müharibə başlayan gün ABŞ-ın taktikası barədə pilləli eskalasiyadan danışmışdıq.
https://t.me/azOSINT/1442
Düşünürəm ki, ABŞ Hörmüz boğazının effektiv olaraq bağlanacağını nəzərə ala bilməmişdi. Ona görə də hələ də bazar da bu düşüncədədir və reallığı qəbul etmək istəmir. Bir həftə də vəziyyət belə davam etsə neft qiymətləri 120-150 dollar həddinə kimi qalxacaq və artıq burada ABŞ enerji bazarlarını nəzərə almalı olacaq və eskalasiya buna uyğun idarə olunmall olacaq

👍25❤11👀7👎1
Rejimin devrilməməsi, müharibənin bu şəkildə dayanması və ya uzanması, İsrail üçün məğlubiyyətdir. ABŞ üçün də məğlubiyyət saymaq olar, çünki Körfəz ölkələri bu yaşananları unutmayacaqlar.
Biraz da belə davam etsə Ukrayna variantında olduğu kimi hücuma başlayan tərəfin “exit ramp”, yəni çıxış imkanlarının tükəndiyi bir müharibəyə çevriləcək və uzun müddət davam edəcək.
Keçən ilki müharibə 12 gün çəkmişdi. Lakin məsələ Körfəz ölkələrinə sıçramamışdı və enerji bazarları tam fasiləsiz işləyirdi. İndi isə ölüm-qalım savaşıdır. Hər üç tərəf 40 ildir gecə-gündüz hazırlaşdığı əsas müharibəni vuruşurlar.
Mart ayının sonunda Xi-Trump görüşü olacaq Pekində. O görüşə kimi müharibə davam edərsə (məncə davam edəcək), görüşün nəticələrinin müharibəyə təsiri çox olacaq. Çin hansısa yolla (siyasi, iqtisadi və s) müdaxilə üçün o vaxtı gözləyir.

👀23👍15🤔6❤5👏1
Bu arada, İran dağların altında olan buraxılış məntəqələrindən raket atışlarını davam etdirir. ABŞ/İsrail nə qədər vursa da, daxildən (çöldən yox) həmin girişləri təmizləmək üçün İranın vasitələri var və proses bitdikdə yenidən atəş aça bilirlər.
Buraları təmizləməyin tək yolu “boots on the ground”, yəni ki quru qoşunlarıdır, daha doğrusu xüsusi təyinatlılar. Amma hazırda ABŞ üçün çox riskli addımdır.

❤24👍10👀9🤔3👏2
Xarq adasının ABŞ tərəfindən işğalı mümkün olsa da, göründüyü qədər asan deyil.
Hələ prezident Carter 1979-cu ildə əsir krizisi zamanı adanı ələ keçirmək planları ilə tanış olmuş, lakin yüksək risk səbəbindən bu plan həyata keçirilməmişdi.
Adaya enmək üçün xüsusi təyinatlıları daşıyacaq helikopterləri yerdə cəmi 100-200 MANPADS daşıyan İran qoşunları rahatlıqla hədəf ala bilərlər. Necəsə adaya enməyə nail olan qoşunları isə cəmi 20-30 km məsafədə olan quruda yerləşən Qrad tipli yaylım atəşi sistemləri ilə hədəf alıb ABŞ qoşunlarına ciddi itki verdirmək olar.
Digər alternativ variant sürət qayıqları və hovercraftlar ilə adaya basqın etməkdir lakin bu daha da təhlükəlidir, çünki o qruplar özlərinə istehkam qurana kimi qurudan zərbə riski yenə də böyükdür.
XTQ üçün itkilərə siyasi dözümlülük ən aşağı həddədir, buna görə də ABŞ-ın buna gedəcəyi biraz şübhəlidir. Lakin belə bir spekulyasiyanın ortaya atılması belə ciddi siqnaldır və yaxından izləmək lazımdır.

👏23👀11👍8❤3
azOSINT
Körfəzdə neft sızıntısının danışılmayan daha bir yanı odur ki, ciddi hal alarsa ərazidəki desalinasiya zavodlarının fəaliyyəti dayanmalı olacaq. Çox zavodun qəbuledici boruları dərində deyil. Və bu su krizisinə yol aça bilər.
Birləşmiş Ərəb Əmirlikləri İranda desalinasiya zavoduna zərbələr endirib. Bu BƏƏ-nin müharibəyə hərbi yolla ilk dəfə qoşulmasıdır, əgər iddialar doğrudursa.
Əlavə: BƏƏ mənbələri xəbərləri inkar edirlər

👀30👍16❤3🤔1
azOSINT
Xarq adasının ABŞ tərəfindən işğalı mümkün olsa da, göründüyü qədər asan deyil. Hələ prezident Carter 1979-cu ildə əsir krizisi zamanı adanı ələ keçirmək planları ilə tanış olmuş, lakin yüksək risk səbəbindən bu plan həyata keçirilməmişdi. Adaya enmək üçün…
Mövzu ilə bağlı birbaşa oxu etmək istəyənlər ABŞ-ın dövlət arxivlərindən 1979-cu il 6 noyabr tarixli Milli Təhlükəsizlik Şurasının stenoqramını oxuya bilərlər.
https://history.state.gov/historicaldocuments/frus1977-80v11p1/d8

👍30❤4👀1
azOSINT
Maliyyə bazarları mənim öz sahəmdir. Enerji və əmtəə bazarları isə çox uzun illər həm çalışdığım, həm də əsas tələb/təklif əyrisindən və geopolitik faktorlarından kifayət qədər anlayışım olduğu bir sahədir, yəqin ki, ara-sıra paylaşımlarından da anlayırsınız.…
Bu həftə ABŞ administrasiyasının nə düşündüyünü daha aydın bilə biləcəyik, belə görünür.
Həm də belə görünür ki, bu ssenarini kifayət qədər war gaming etməyiblər.

👍20❤3
Struktursuz da olsa şəxsi fikirlərim:
1) Enerji qiymətlərinin belə davam etməsi Trumpı küncə sıxışdırır. Amma onun digərlərindən fərqi odur ki, hər an çıxıb “İranı məğlub etdik, hədəfə çatdıq, qalibik” deyib dayana bilər. Bu şərtlərdə ABŞ Netanyahunun müharibəsini nə qədər apara bilər, bilmirəm.
2) İranda yeni liderin də seçilməsi iıə birlikdə, rejim dəyişikliyi artıq çətin görünür. 86 yaşında ahıl bir kişini öldürməklə onsuzda nəsə dəyişəsi deyildi, indi isə elə bir vəziyyət yarandı ki, kimi öldürsən yerinə yenisini seçəcəklər. Rejim öz yerində qalacaq
3) Xalq ayaqlanana oxşamır. Əksinə, tamamilə şəxsi düşüncəmdir ki, biraz da infrastruktura zərbə dəysə, insanlar rejim ətrafında birləşə də bilərlər. Teokratik bir lider ətrafında yadelli işğalçılara qarşı birləşmək, digər ərəb ölkələrindəki diktatorlar ətrafında birləşməkdən, məncə, daha asandır
4) İran dayanmaqda maraqlı deyil. Çünki son dəfə dayananda 8 ay sonra bu günkü hadisələr yaşandı. Bir daha yaşanmaması üçün İran “deterrence” yaratmalıdır ki bir də bu işə girişməsinlər. Yəni müharibənin xərcini daha da artırmaqda maraqlıdırlar
5) Rejim dəyişmədən müharibə bitsə yəqin ki, Bibinin vəziyyəti çox çətin olacaq siyasi baxımdan. Bəlkə də sonu oldu elə.

👍64❤13👀3👎2👏1🤔1