Bəli. İndi ABŞ əlində olan ən dəyərli vasitələri istifadə edərkən kənardan Çin olanları çox diqqətlə izləyir və planlaşdırdığı Tayvan hücumunu yəqin ki artıq biraz da irəli çəkib.
Xatırlayırsınızsa ABŞ-ın interseptor raket limiti haqqında daha öncə müzakirə etmişdik.

🤔17👍14❤6👀4
İraq dünyanın ən böyük ikinci neft yatağı olan Rumaila neft yatağında istehsalı dayandırıb. Bura gündə 1.5 milyon barrel neft istehsalı edir və xəbər dərhal neft qiymətlərini 6% qaldırdı.
Dünya bazarları artıq müharibənin daha uzun çəkəcəyini düşünür və birjalar buna görə bu gündən yenidən qiymətləndiriləcək.

👀23👍8❤7
Polşa özünün nüvə silahına sahib olmaq istədiyini açıqlayıb. ABŞ və ya Fransanın Rusiya işğalı zamanı onu qorumağa gələcəyinə artıq inanmadıqlarını bildirirlər. Bu son dərəcə ciddi açıqlamadır.
Bəli, dünya cəngəllik qanunları ilə idarə olunduğu bir dövrə keçib. Artıq keçmiş dünya düzəni yoxdur. Cəmi 5 il bundan qabaq dünya siyasi və tühlükəsizlik səhnəsi təmiz başqa cür idi. İndi isə yalnız güclünün sözü keçir və hələki yeni dünya nizamı yaranmayınca belə də davam edəcək.
Hər il bir öncəkindən daha pis keçir, necəki 2020 yanvar ayından belədir. Dünya tarixinin təbii axarı ilə çox standart bir tempdir. Əgər baş verən hadisələrə 30 illik yox 300 illik pəncərədən baxsanız görərsiniz ki, tarix kitablarında 2 sətirlə oxuyub keçdiyimiz hansısa beşillik, onillik müharibə dövründən keçirik. Qeyri-adi heç nə yoxdur. Daha pis dövrlər də olub.

👍48❤7👀7
azOSINT
Maersk Hörmüz boğazından keçidləri dayandırdığını bildirib. Bunun 2-3 həftədən artıq davam etməsi halında dünya tədarük zəncirində ziddi ləngimələr yaranacaq. Əgər Maersk keçidləri davam etmək üçün özünə sığorta şirkəti tapa bilməyibsə bu neft tankerlərinə…
3 gün öncə izah etmişdim ki Hörmüzdən keçidlər az da olsa davam edir, onun bağlı olması İranın hərbi təhdidi ilə bağlı deyil, sadəcə sığorta şirkətləri underwritingi dayandırırlar və “boğaz özü-özünü bağlayır”.
Görünür Trump sığorta şirkətlərinin rolunu öz üzərinə götürüb ABŞ qarantiyası vermək istəyir, lakin kommersiya şirkətlərinin buna hansı səviyyədə gedəcəyi bəlli deyil.
Trump özü də qeyri-müəyyən danışıb.
“Lazım gələrsə”, “imkan olanda”
Hamsı şərti cümlələrdir

👀16👍9❤3🤔2
Xəbərlərə görə, keçən ildən bəri ABŞ və İsrail Qərbi İranda kürd qruplara silah dəstəyi həyata keçirib və onları silahlandırıb.
Hazırda ABŞ-dan əmr gəldiyi halda quru əmliyyatına başlayaraq hakimiyyəti ələ keçirməyə çalışacaqları bildirilir. Kürd qrupların bunun üçün ABŞ-dan hava dəstəyi istədiyi deyilir, lakin bunun qarşılanacağı hələki məlum deyil.
Türkiyə Suriya-İraqda kürd problemini həll edib bitirə bilməmiş İsrail ilk fürsətdə uzun illərdir müzakirəsi gedən proyekti həyata keçirməyə can atır.

👀18❤6👎3🤔3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Artıq 2 gündür radio həvəskarları 7910 kHz tezliyində sirli, farsdilli "Rəqəm Stansiyası" (Numbers Station) aşkar ediblər. İllərdir bu dildə belə yayım getmirdi.
Bu məşhur casusluq alətidir. Kəşfiyyat orqanları (CIA, Mossad) xaricdəki gizli agentlərinə şifrəli tapşırıqlar göndərmək üçün bu siqnallardan istifadə edir.
Sistem necə işləyir?
• Efirdə rəqəm/hərf silsiləsi oxunur.
• Agent adi radio ilə dinləyib, "kod kitabı" vasitəsilə şifrəni açır.
• İnternet istifadə edilmədiyi üçün casusun yerini tapmaq qeyri-mümkündür.
Bu yayım, İranla bağlı aktiv kəşfiyyat əməliyyatına işarədir. Böyük ehtimalla, İsrail və ya ABŞ ölkədəki "yatmış hüceyrələrə" rejim dəyişikliyi planları ilə bağlı təlimat ötürür.
t.me/azOSINT

👀30👍13❤4🤔4
ABŞ senatoru Riçard Blumental az öncə İranla bağlı brifinqdən sonra bildirib:
Sadəcə demək istəyirəm ki, bu brifinqdən sonra bölgəyə quru qoşunları yeridə biləcəyimizlə bağlı əvvəlkindən daha çox qorxu hissi keçirirəm. ABŞ-ın quru qoşunlarına ehtiyac yarana bilər.
Administrasiyanın bundan sonrakı prioritetlərinin nə olduğu barədə artıq heç bir aydın təsəvvürüm yoxdur - məqsəd İranın nüvə potensialını, yoxsa sadəcə raketlərini məhv etməkdir, rejim dəyişikliyi, yoxsa terror fəaliyyətlərini dayandırmaqdır, məlum deyil.

👀20👍12❤4👎2🤔2
Diqqətli izləyicilər xatırlayar ki, 2024-cü ildə Türkiyə PKK (Öcalan) ilə yenidən danışıqlara başlayanda, regionda ciddi bir müharibə gözləməsə bu addıma getməyəcəyini bildirirdim. Bu paylaşımın ardından 1 ay sonra Suriyada Əsəd devrildi, sonrası isə məlumdur.
İndi isə İran müharibəsində kürd silahlı qrupların yenidən istifadə edilərək rejim dəyişikliyi adı altında Türkiyə sərhədlərində əlavə bir yeni kürd istablişmenti yaradılması cəhdini görürük.
Fikrimcə Türkiyənin ilk gündən təlaşla hazırlaşdığı ssenari elə bu idi. İndi həm də aydın olur ki, ABŞ niyə qəfildən YPG-ni satdı. Ola bilər sadəcə kürdlərə yeni proyekt verildiyi üçün Suriyadan əl çəkdiriliblər.
İranda baş verənləri yaşayıb görəcəyik, lakin ümid edirəm Türkiyə və Azərbaycan birlikdə kürd qruplar-Cənubi Azərbaycanlılar-Farslar arasında yaşanacaq qarşıdurmanı önləyə biləcəklər.

👍35❤12👏8👀6
"If we can have a civil war, great."
İsrail deyir, əsas odur ki, ABŞ-ı müharibəmizə çəkə bildik və İranı dağıtdıq. Gerisi vecimizə deyil.
https://www.ft.com/content/dd070ee7-7021-4f90-86ec-690fe6aa34e6

👀15👍3❤2
Son 1 saatdaki kürdlərin hücuma başladığı, SEPAH-la döyüş kontaktına girdiyi barədə xəbərləri tirajlamağa və suallara cavab axtarmağa tələsməyin. Mənə psixoloji əməliyyat kimi gəlir hələki. Ortada döyüş getdiyinu göstərən heç bir siqnal hələki yoxdur. Həm də CIA və Mossad belə bir şeyi indi başlasa qabaqcadan bu qədər PR etməzlər.
Hələki səbrli olmaqda fayda var.
Hələki səbrli olmaqda fayda var.
👍30👀5❤4🤔2
Küveyt sularında neftlə dolu tanker vurulub. Neft suya dağılıb və tanker hazırda batır.
Təkcə Hörmüzü keçən yox, eyni zamanda artıq körfəzdə olan gəmilərin də vurulması çox ciddi eskalasiyadır və ölkələrin tamamilə istehsalı dayandırmasına gətirib çıxara bilər. Çünki çox yaxında qurudaki anbarlar dolacaq və dənizdə yükləmək üçün boş tanker olmayacaq.

👀21👍6❤3
azOSINT
Küveyt sularında neftlə dolu tanker vurulub. Neft suya dağılıb və tanker hazırda batır. Təkcə Hörmüzü keçən yox, eyni zamanda artıq körfəzdə olan gəmilərin də vurulması çox ciddi eskalasiyadır və ölkələrin tamamilə istehsalı dayandırmasına gətirib çıxara…
Körfəzdə neft sızıntısının danışılmayan daha bir yanı odur ki, ciddi hal alarsa ərazidəki desalinasiya zavodlarının fəaliyyəti dayanmalı olacaq. Çox zavodun qəbuledici boruları dərində deyil. Və bu su krizisinə yol aça bilər.
👀17👍4❤2
Şəmkirdən 1-2 gün öncədən olan videoda gördüyünüz (yenidən paylaşmayacam) qalıq, S-125 Neva Pechora HHM raketinin qalığıdır. Nəyi vurduğunu isə bilə bilmərik.
👍20👀15❤2
Azərbaycan NOTAM elan edərək əməliyyat şaraiti ilə bağlı ölkənin cənub hava sahəsini uçuşlara bağlayıb.
t.me/azOSINT
t.me/azOSINT
👀41👍11❤8
Maliyyə bazarları mənim öz sahəmdir. Enerji və əmtəə bazarları isə çox uzun illər həm çalışdığım, həm də əsas tələb/təklif əyrisindən və geopolitik faktorlarından kifayət qədər anlayışım olduğu bir sahədir, yəqin ki, ara-sıra paylaşımlarından da anlayırsınız.
Hazırda neft fyuçerslərinin necə $120+ olmadığına heyrətlənirəm.
Covid dövründə pik tələb azalması ~25-30 mln barrel idi. Və panika ilə də birlikdə neft qiymətləri az qala 0 ətrafında idi (hətta May kontraktları mənfi qiymətlərə belə düşmüşdü).
İndi isə əksinə bazarda təklif şoku yaşanır. Hörmüz biraz da bağlı qalsa, olan quru anbarları və sudakı boş tankerlər də dolsa, körfəz ölkələri istehsalı dayandırmalı olacaqlar ki, hazırda da bəziləri buna hazırlaşdıqlarını rəsmi elan ediblər. Bunları nəzərə aldıqda təklif tərəfdə hazırda ~20 mln barrel bir azalma yaşanacaq.
Bununla belə neft yalnız %25 bahalanıb.
Bazar hələ də ümid edir ki, ABŞ dayanacaq. Çinin də hələ də müdaxilə etməməsi bu ümidlədir. Lakin Trumpın iqtisadi vəziyyətə görə məcbur olub nə vaxt dayanacağı hələki bəlli deyil. Necə deyərlər, milyon dollarlıq sualdır.

👍35❤16🤔4