Əlavə olaraq, məncə, yaşayan bütün keçmiş dövlət və hərbi rəsmilər ölməyincə israil dayanmayacaq. Qızğın faza dayansa belə suiqəsdlər davam edəcək ən pis halda
👍34👎3❤2👀2
Maersk Hörmüz boğazından keçidləri dayandırdığını bildirib.
Bunun 2-3 həftədən artıq davam etməsi halında dünya tədarük zəncirində ziddi ləngimələr yaranacaq.
Əgər Maersk keçidləri davam etmək üçün özünə sığorta şirkəti tapa bilməyibsə bu neft tankerlərinə də təsir edə bilər (hələki keçidləri davam edən tankerlər çoxdur).

👀15❤4🤔1
azOSINT
Əlavə olaraq, məncə, yaşayan bütün keçmiş dövlət və hərbi rəsmilər ölməyincə israil dayanmayacaq. Qızğın faza dayansa belə suiqəsdlər davam edəcək ən pis halda
Mahmud Əhmədinecat öldürüldü.
Düzəliş: xəbərlər qeyri-müəyyəndir, hələki gah elə, gah belə deyilir

👀18❤1👏1
azOSINT
Lajes aviabazasında hazırda 15 tanker təyyarəsi yerləşdirilib və burada gözləyirlər. Bura tankerlər üçün daimi baza deyil və müvəqqəti yerləşmə üçün bu çox böyük rəqəmdir. Xəritədə Lajesin yeinə baxsanız önəmini görəcəksiniz - bombardmançıları okeandan…
Dünən gecə 4 ədəd B-2A Spirit bombardmançıları (PEDRO 41-44 missiyaları) Lajes aviabazasından qalxan tankerlərin dəstəyi ilə İranda hədəflərə zərbə endiriblər və hazırda ABŞ-a geri qayıdırlar.
👍22❤3👀2
Birləşmiş Krallıq Baş Naziri Starmer xalqa müraciət edərək, ABŞ-ın onun hərbi bazalarından istifadəsinə qoyduğu qadağanı ləğv etdiyini bildirib. Beləliklə ABŞ bombardmançıları RAF Fairford və Diego Garciadan havalana biləcəklər.
Eyni vaxtda isə İspaniyanın Moron və Rota aviabazalarında olan ABŞ tankerləri kütləvi şəkildə İspaniyanı tərk edir və Ramsteinə yerdəyişmə edirlər. Ola bilsin ki, İspan höküməti bənzər qadağanı ABŞ-a qoyub və buna görə yerdəyişmə həyata keçirilir.
Son olaraq, Fransa onun dəniz qüvvələri bazasına endirilən zərbədən sonra döyüşlərə qoşulmaq üçün Charles de Gaulle təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərir.
düzəliş: Fransa CDGni bölgəyə göndərdiyi xəbərlərini təkzib etdi

👀13👏9❤3👍1
ABŞ-a məxsus F-15E-lərin Küveytdə vurulması ilə bağlı bizim media İran/Çin/Rusiya texnologiyasından danışmamış deyim ki, bunlar friendly-fire (ABŞ-ın öz Patriot sistemləri) nəticəsində vurulublar.
Patriotların dost atəşi açması bilinən bir problemdir və öncəki konfliktlərdə də sıx-sıx yaşanıb. Hətta 2003 müharibəsindən sonra bir deyim var ki, “USAF pilots fears from friendly fire more than enemy fire”

👏21👍10🤔5❤3👀2👎1
QatarEnergy, dünyanın LNG istehasılın 20%-ini həyata keçirən şirkət, tam istehsalat fəaliyyətini dayandırdığını açıqladı!
Avropa enerji bazarı yenidən dağılacaq, fasilə davam etsə.

👍18👀7❤3
azOSINT
Birləşmiş Krallıq Baş Naziri Starmer xalqa müraciət edərək, ABŞ-ın onun hərbi bazalarından istifadəsinə qoyduğu qadağanı ləğv etdiyini bildirib. Beləliklə ABŞ bombardmançıları RAF Fairford və Diego Garciadan havalana biləcəklər. Eyni vaxtda isə İspaniyanın…
İspaniyanın ABŞ-a onun ərazisindən istifadəni qadağan etdiyi rəsmi olaraq Sançez tərəfindən təsdiqləndi. Qeyd edim ki, İspaniya normalda da İsrailin əleyhinə siyasi mövqe sərgiləyir.
👍44👀8❤4
B-2, ardınca B-1, sonda B-52 lərin ilkin olaraq döyüşə qoşulması, indi isə əlavə onlarla yeni tankerin yaxın şərqə göndərilməsindən sonra aydın olur ki, yaxın günlərdə bombardmançı missiyaları kəskin artacaq. Yəqin ki Diego Garciya və UK ərazisinə bəzi bomberlər dislokasiya ediləcək sürətli əməliyyatlar üçün.
👍25👀9❤3👎1
Marco Rubionun bu açıqlaması şok effekti yaratmalıdır. Dolayı yolla etiraf edir ki, İsrailin diktəsi ilə hərəkət edirlər.
Axşam rəhbərliyin başqa bir açıqlama ilə bu səhvi düzəltməyə çalışacağını düşünürəm.
Tərcüməsi:
İsrailin hücum edəcəyini və cavabında İranın ABŞ qoşunlarına zərbə endirəcəyini bildiyimiz üçün, özümüz öncədən hücuma başladıq.
Yəni ki, İsraili hücum fikrindən daşındırmaq əvəzinə, onun müharibələrinə istəkli şəkildə qoşuluruq.

👏19👀10❤4👍2
ABŞ vətəndaşlarına bütün Yaxın Şərq ölkələrindən çıxmaqla bağlı təcili göstəriş verib. Problem ondadır ki, əksər aeroportlar artıq bağlıdır. ABŞ normalda belə göstərişləri daha öncədən verir. Belə çıxır ki:
1) ABŞ münaqişənin digər ölkələrə bu səviyyədə sıçrayacağını gözləmirdi
2) Uzun davam edəcəyini gözləmirdi
Bəlkə də bu demək üçün hələki tezdir, lakin belə görünür işlər planlaşdırıldığı kimi getmir. Çünki rejim dəyişikliyi olmasa (İslam İnqilabının ləğvi), ABŞ üçün məntiqli exit ramp görünmür.

👍24👀10❤2
azOSINT
Son olaraq, ABŞ-ın düşündüyünüz qədər sonsuz resursu yoxdur. Raketlərə və interseptorlara qənaət etməlidir. Həm müharibənin uzanma variantına, həm də INDOPACOM-da Çin qarşısında hazırda dayanan qüvvələrin ehtiyatlarına çox gimək istəmirlər. ABŞ Rusiya kimi…
Marco Rubio:
“İran hər ay yüzlərlə raket istehsal edir, heç minlərlə drondan danışmıram - biz isə ayda 6-7 interseptor [HHM raketi] istehsal edirik.
Bir il də gözləsəydik, əlavə 1200 raketləri və on minlərlə dronları olacaqdı”

❤16👍11👀2👎1
Bəli. İndi ABŞ əlində olan ən dəyərli vasitələri istifadə edərkən kənardan Çin olanları çox diqqətlə izləyir və planlaşdırdığı Tayvan hücumunu yəqin ki artıq biraz da irəli çəkib.
Xatırlayırsınızsa ABŞ-ın interseptor raket limiti haqqında daha öncə müzakirə etmişdik.

🤔17👍14❤6👀4
İraq dünyanın ən böyük ikinci neft yatağı olan Rumaila neft yatağında istehsalı dayandırıb. Bura gündə 1.5 milyon barrel neft istehsalı edir və xəbər dərhal neft qiymətlərini 6% qaldırdı.
Dünya bazarları artıq müharibənin daha uzun çəkəcəyini düşünür və birjalar buna görə bu gündən yenidən qiymətləndiriləcək.

👀23👍8❤7
Polşa özünün nüvə silahına sahib olmaq istədiyini açıqlayıb. ABŞ və ya Fransanın Rusiya işğalı zamanı onu qorumağa gələcəyinə artıq inanmadıqlarını bildirirlər. Bu son dərəcə ciddi açıqlamadır.
Bəli, dünya cəngəllik qanunları ilə idarə olunduğu bir dövrə keçib. Artıq keçmiş dünya düzəni yoxdur. Cəmi 5 il bundan qabaq dünya siyasi və tühlükəsizlik səhnəsi təmiz başqa cür idi. İndi isə yalnız güclünün sözü keçir və hələki yeni dünya nizamı yaranmayınca belə də davam edəcək.
Hər il bir öncəkindən daha pis keçir, necəki 2020 yanvar ayından belədir. Dünya tarixinin təbii axarı ilə çox standart bir tempdir. Əgər baş verən hadisələrə 30 illik yox 300 illik pəncərədən baxsanız görərsiniz ki, tarix kitablarında 2 sətirlə oxuyub keçdiyimiz hansısa beşillik, onillik müharibə dövründən keçirik. Qeyri-adi heç nə yoxdur. Daha pis dövrlər də olub.

👍48❤7👀7
azOSINT
Maersk Hörmüz boğazından keçidləri dayandırdığını bildirib. Bunun 2-3 həftədən artıq davam etməsi halında dünya tədarük zəncirində ziddi ləngimələr yaranacaq. Əgər Maersk keçidləri davam etmək üçün özünə sığorta şirkəti tapa bilməyibsə bu neft tankerlərinə…
3 gün öncə izah etmişdim ki Hörmüzdən keçidlər az da olsa davam edir, onun bağlı olması İranın hərbi təhdidi ilə bağlı deyil, sadəcə sığorta şirkətləri underwritingi dayandırırlar və “boğaz özü-özünü bağlayır”.
Görünür Trump sığorta şirkətlərinin rolunu öz üzərinə götürüb ABŞ qarantiyası vermək istəyir, lakin kommersiya şirkətlərinin buna hansı səviyyədə gedəcəyi bəlli deyil.
Trump özü də qeyri-müəyyən danışıb.
“Lazım gələrsə”, “imkan olanda”
Hamsı şərti cümlələrdir

👀16👍9❤3🤔2
Xəbərlərə görə, keçən ildən bəri ABŞ və İsrail Qərbi İranda kürd qruplara silah dəstəyi həyata keçirib və onları silahlandırıb.
Hazırda ABŞ-dan əmr gəldiyi halda quru əmliyyatına başlayaraq hakimiyyəti ələ keçirməyə çalışacaqları bildirilir. Kürd qrupların bunun üçün ABŞ-dan hava dəstəyi istədiyi deyilir, lakin bunun qarşılanacağı hələki məlum deyil.
Türkiyə Suriya-İraqda kürd problemini həll edib bitirə bilməmiş İsrail ilk fürsətdə uzun illərdir müzakirəsi gedən proyekti həyata keçirməyə can atır.

👀18❤6👎3🤔3👍1