azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Dünya neftinin 20%-i hər gün Hörmüz boğazından keçir və bu neftin 80%-i Asia bazarlarına gedir.

Hörmüz bir neçə gündən daha artıq bağlı qalarsa bazarlarda ciddi təklif şoku yaranacaq. Onda artıq Çinin reaksiyasını görə biləcəyik.
👍19👀72
Mən belə şərh edirəm ki, ABŞ müharibəyə başlayanda pilləli eskalasiya yolunu seçib, və hər mərhələdən sonra müəyyən çıxış planı var. Məsələn Rusiya-Ukrayna müharibəsində Rusiyanın ilk gündən tam hərbi güclə hücuma keçməsi ona çıxış variantı verməmişdi.

ABŞ isə hər dəfə esklasiyanın səviyyəsini müəyyən qədər artırmaqla “controlled escalation” prosesi aparmağa çalışır.

Ona görə hazırda gözlədiyinizdən daha “sakit” müharibənin getməsi sizə qəribə gəlməsin.
👍315👀4
Son olaraq, ABŞ-ın düşündüyünüz qədər sonsuz resursu yoxdur. Raketlərə və interseptorlara qənaət etməlidir. Həm müharibənin uzanma variantına, həm də INDOPACOM-da Çin qarşısında hazırda dayanan qüvvələrin ehtiyatlarına çox gimək istəmirlər.

ABŞ Rusiya kimi müharibə vəziyyətində istehsal prosesində deyil hazırda - bütün sursatlar sürətlə azalır, xüsusən də, Husilərlə qarşıdurmaya getdikdən sonra.
👍20👀9👏43
Bu adam

1) Tarixin ən böyük strateji səhvini etdi, ya da
2) İsrail agenti idi

Hansı olmasından asılı olmayaraq, İranın 50 illik bütün gücünü 2 ilə bitirdi.
👍29🤔15👎2👀2
Mənə elə gəlir əməliyyatın gündüz qəfil başlamasının səbəbi, Xameyninin yeri barədə dəqiq məlumat əldə olunub və fürsətdən dərhal yararlanaraq zərbələrə başlayıblar.
👍27👀118🤔4👏2
Çox güman bu axşam B-2 ləri görə bilərik. Strateji zərbələr üçün ehtimal böyükdür.
👀18👍82
Əlavə olaraq, məncə, yaşayan bütün keçmiş dövlət və hərbi rəsmilər ölməyincə israil dayanmayacaq. Qızğın faza dayansa belə suiqəsdlər davam edəcək ən pis halda
👍34👎32👀2
Əlavə tankerlər İsrailə doğru hərəkət edir.
👀196👍2
Maersk Hörmüz boğazından keçidləri dayandırdığını bildirib.

Bunun 2-3 həftədən artıq davam etməsi halında dünya tədarük zəncirində ziddi ləngimələr yaranacaq.

Əgər Maersk keçidləri davam etmək üçün özünə sığorta şirkəti tapa bilməyibsə bu neft tankerlərinə də təsir edə bilər (hələki keçidləri davam edən tankerlər çoxdur).
👀154🤔1
azOSINT
Əlavə olaraq, məncə, yaşayan bütün keçmiş dövlət və hərbi rəsmilər ölməyincə israil dayanmayacaq. Qızğın faza dayansa belə suiqəsdlər davam edəcək ən pis halda
Mahmud Əhmədinecat öldürüldü.

Düzəliş: xəbərlər qeyri-müəyyəndir, hələki gah elə, gah belə deyilir
👀181👏1
azOSINT
Lajes aviabazasında hazırda 15 tanker təyyarəsi yerləşdirilib və burada gözləyirlər. Bura tankerlər üçün daimi baza deyil və müvəqqəti yerləşmə üçün bu çox böyük rəqəmdir. Xəritədə Lajesin yeinə baxsanız önəmini görəcəksiniz - bombardmançıları okeandan…
Dünən gecə 4 ədəd B-2A Spirit bombardmançıları (PEDRO 41-44 missiyaları) Lajes aviabazasından qalxan tankerlərin dəstəyi ilə İranda hədəflərə zərbə endiriblər və hazırda ABŞ-a geri qayıdırlar.
👍223👀2
Birləşmiş Krallıq Baş Naziri Starmer xalqa müraciət edərək, ABŞ-ın onun hərbi bazalarından istifadəsinə qoyduğu qadağanı ləğv etdiyini bildirib. Beləliklə ABŞ bombardmançıları RAF Fairford və Diego Garciadan havalana biləcəklər.

Eyni vaxtda isə İspaniyanın Moron və Rota aviabazalarında olan ABŞ tankerləri kütləvi şəkildə İspaniyanı tərk edir və Ramsteinə yerdəyişmə edirlər. Ola bilsin ki, İspan höküməti bənzər qadağanı ABŞ-a qoyub və buna görə yerdəyişmə həyata keçirilir.

Son olaraq, Fransa onun dəniz qüvvələri bazasına endirilən zərbədən sonra döyüşlərə qoşulmaq üçün Charles de Gaulle təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizinə göndərir.

düzəliş: Fransa CDGni bölgəyə göndərdiyi xəbərlərini təkzib etdi
👀13👏93👍1
ABŞ-a məxsus F-15E-lərin Küveytdə vurulması ilə bağlı bizim media İran/Çin/Rusiya texnologiyasından danışmamış deyim ki, bunlar friendly-fire (ABŞ-ın öz Patriot sistemləri) nəticəsində vurulublar.

Patriotların dost atəşi açması bilinən bir problemdir və öncəki konfliktlərdə də sıx-sıx yaşanıb. Hətta 2003 müharibəsindən sonra bir deyim var ki, “USAF pilots fears from friendly fire more than enemy fire”
👏21👍10🤔53👀2👎1
QatarEnergy, dünyanın LNG istehasılın 20%-ini həyata keçirən şirkət, tam istehsalat fəaliyyətini dayandırdığını açıqladı!

Avropa enerji bazarı yenidən dağılacaq, fasilə davam etsə.
👍18👀73
azOSINT
Birləşmiş Krallıq Baş Naziri Starmer xalqa müraciət edərək, ABŞ-ın onun hərbi bazalarından istifadəsinə qoyduğu qadağanı ləğv etdiyini bildirib. Beləliklə ABŞ bombardmançıları RAF Fairford və Diego Garciadan havalana biləcəklər. Eyni vaxtda isə İspaniyanın…
İspaniyanın ABŞ-a onun ərazisindən istifadəni qadağan etdiyi rəsmi olaraq Sançez tərəfindən təsdiqləndi. Qeyd edim ki, İspaniya normalda da İsrailin əleyhinə siyasi mövqe sərgiləyir.
👍44👀84
Gecə boyunca əlavə 20-dən çox KC-135 tankerləri (bu reyslər silah daşıması deyil) Yaxın Şərq ətrafına göndəriliblər.

ABŞ döyüş missiyalarının sayında (sorties) artıq Operation Desert Stormu keçmək üzrədir. Cəmi 3-4 gün ərzində.
👍157👀2👎1
Dünən artıq B-52 bombardmançıları da döyüşlərə qoşulublar və yəqin ki, bu gün təsdiqlənəcək rəsmi. Dünən Lajesdən Cəbəllütariqə doğru tanker missiyası həyata keçirilirdi.
👍198👀5👎2
B-2, ardınca B-1, sonda B-52 lərin ilkin olaraq döyüşə qoşulması, indi isə əlavə onlarla yeni tankerin yaxın şərqə göndərilməsindən sonra aydın olur ki, yaxın günlərdə bombardmançı missiyaları kəskin artacaq. Yəqin ki Diego Garciya və UK ərazisinə bəzi bomberlər dislokasiya ediləcək sürətli əməliyyatlar üçün.
👍25👀93👎1
Marco Rubionun bu açıqlaması şok effekti yaratmalıdır. Dolayı yolla etiraf edir ki, İsrailin diktəsi ilə hərəkət edirlər.

Axşam rəhbərliyin başqa bir açıqlama ilə bu səhvi düzəltməyə çalışacağını düşünürəm.

Tərcüməsi:

İsrailin hücum edəcəyini və cavabında İranın ABŞ qoşunlarına zərbə endirəcəyini bildiyimiz üçün, özümüz öncədən hücuma başladıq.

Yəni ki, İsraili hücum fikrindən daşındırmaq əvəzinə, onun müharibələrinə istəkli şəkildə qoşuluruq.
👏19👀104👍2
Bill Klinton 1996 da Netanyahu ilə görüşündən sonra bu ifadələri işlətmişdi.

30 ildir fasilələrlə hakimiyyətdə olan Bibi, axır ki, onun üçün İrana müharibə edəcək ABŞ prezidenti tapa bildi.
👍436👀6
ABŞ vətəndaşlarına bütün Yaxın Şərq ölkələrindən çıxmaqla bağlı təcili göstəriş verib. Problem ondadır ki, əksər aeroportlar artıq bağlıdır. ABŞ normalda belə göstərişləri daha öncədən verir. Belə çıxır ki:

1) ABŞ münaqişənin digər ölkələrə bu səviyyədə sıçrayacağını gözləmirdi
2) Uzun davam edəcəyini gözləmirdi

Bəlkə də bu demək üçün hələki tezdir, lakin belə görünür işlər planlaşdırıldığı kimi getmir. Çünki rejim dəyişikliyi olmasa (İslam İnqilabının ləğvi), ABŞ üçün məntiqli exit ramp görünmür.
👍24👀102