azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Rubionun İsrailə birinci gün olan səfərinin ləğv olunmaması çox normaldır. ABŞ 1 saat sonra hücum edəsi olsa belə, niyə görüşü indi ləğv etsin ki? Sabah çıxıb deyəcək ləğv olundu. Ona görə bu həftəsonu vurası olsalar, əla aldatma taktikasıdır və daim qeyri-müəyyən saxlayır İranlıları.

Yenə təkrar edim ki, təxminim yoxdur, mən də izləyirəm. Təbii ki, artıq çox-çox az qaldığı məlumdur əgər zərbə qərarı olsa. Bir ay da gözləyəcəklərini düşünmürəm (əvvəl Ramazan+Novruzun bitməsini gözləyəcəklərini düşünürdüm)
👍31👀13🤔2
Trumpın çıxışında diqqətimi çəkən hissə:

Bu döyüşdə itkilərimiz olacaq, qəhrəmanlarımız öləcək, lakin bu qaçınılmazdır və məqsədimiz gələcəkdəki amerikanları qorumaqdır.

Yəni ABŞ əməliyyatın miqyasını genişləndirmək istəyir.

Bu arada demişdim ki Rubionun səfəri xəbəri aldatma taktikasıdır, elə də çıxdı.
👀274👍4
Yaxından izləyənlər bilir ki, 2021-2023-cü illərdə 2025 də İrana hücum olacağını yazmışdım. Hətta deyirdim ki Xankəndi məsələsi də ABŞ köməyi ilə həll ediləcək ki, bu regionda İran ilə müharibə başlayanda əl-ayağa dolaşan konflikt olmasın. Hətta Suriya məsələsi belə həll edildi.

Keçən ilki hücumdan sonra isə növbəti raundun olacağını və hədəfin nə qədər inanılmaz olsa da bir-başa molla rejiminin olacağını bildirmişdim.

Bu il hələ etirazların ilk günündə demək olar dünya mediasının qeyri-adi diqqətindən məlum idi ki, nəsə planlayırlar.

Soruşsanız indi nə olacaq?

Quru əməliyyatını tam istisna edirəm. Bunun üçün bölgədə ABŞ gücü yoxdur. Maksimum ara sıra CSAR əməliyyatları olacaq bu isə adi bir şeydir.

Məqsədin isə xalq əli ilə rejim dəyişikliyi olduğunu düşünürəm - İslam inqilabını yıxmaq. Bəli nə qədər inanılmaz səslənsə də.

Hələlik zərbələr limitlidir. Amma razılaşma olsa belə o deməkdir ki, İran ballistik raket və nüvə siyasətindən əl çəkir. Bu isə onsuzda rejimin sonu deməkdir.
👏359👍8🤔2👀2
Donald Trump:

Biz bitirəndə, sizin növbənizdir - hakimiyyəti öz əlinizə keçirin. Bu, yəqin ki, sizin nəsillər boyu əlinizə düşən yeganə şans olacaq.
🤔22👍163👎3👀3
Müdhiş Qəzəb Əməliyyatı (Operation Epic Fury)

Əməliyyat zamanı yəqin ki növbəti hədəf Bəndər Abbas limanı və ərazidəki hücum vasitələri hədəf alınacaq ki, İran Hörmüz boğazını minalaya bilməsin və enerji bazarlarına ilkin təhlükə aradan qalxsın.
👍18👎3👀31
Bu qədər səssizlik və ilkin zərbədən sonra fasilə qəribədir. Bəlkə də ilk zərbə dalğasında rejim başçılarından çoxunu öldürə biliblər.

İsrailin belə bir əməliyyat öncəsi rəhbərliyin harada olduğunu bilməməsinə inanmaq gülüncdür. Bəlkə də ilk cəhd buna görə gündüz saatlarında edildi.

Yaxın saatlarda öldürülən şəxslərin dəqiq siyahısı yayılmağa başlayar.
👍31👀64
İran Ali Milli Təhlükəsizlik Şurası xalqa təcili çağırış edib:

Sakitçiliyinizi qoruyaraq, təhlükəsizliyiniz üçün xahiş edirik Tehranı tərk edib digər şəhərlərə gedin.
12🤔7👍5👀2👎1
📸 İran dini lideri Ayətullah Əli Xamaneyinin iqamətgahı zərbələrdən sonra.
👀1813👍3
monitoring the situation
👀224👍1
İsrail rəsmilərinin məlumatına görə, İran dini lideri Ayətullah Əli Xamneyiyə qarşı əməliyyat uğurlu olub və o öldürülüb.

Bildirilir ki, rəsmi məlumat davam edən saatlarda veriləcək.
👀349🤔7👍4👎1
Mən biraz da gözləyərdim, hələ tam dəqiq görünmür vəziyyət necədir
👍20👀74👏1
Modern tarixdə Hörmüz boğazının bağlanması hələ olmamışdı.

İran gəmilərə VHF vasitəsilə Hörmüzdən keçidin qadağan edildiyini bildirib.

Bizi çox uzun gecə gözləyir.
👀19👍115🤔4
İlk gəmilər Hörmüz boğazından U dönüşü edib geri qayıtmağa başlayıblar. Blokada yavaş-yavaş həyata keçirilməyə başlayıb.
👀158👍1
Dünya neftinin 20%-i hər gün Hörmüz boğazından keçir və bu neftin 80%-i Asia bazarlarına gedir.

Hörmüz bir neçə gündən daha artıq bağlı qalarsa bazarlarda ciddi təklif şoku yaranacaq. Onda artıq Çinin reaksiyasını görə biləcəyik.
👍19👀72
Mən belə şərh edirəm ki, ABŞ müharibəyə başlayanda pilləli eskalasiya yolunu seçib, və hər mərhələdən sonra müəyyən çıxış planı var. Məsələn Rusiya-Ukrayna müharibəsində Rusiyanın ilk gündən tam hərbi güclə hücuma keçməsi ona çıxış variantı verməmişdi.

ABŞ isə hər dəfə esklasiyanın səviyyəsini müəyyən qədər artırmaqla “controlled escalation” prosesi aparmağa çalışır.

Ona görə hazırda gözlədiyinizdən daha “sakit” müharibənin getməsi sizə qəribə gəlməsin.
👍315👀4
Son olaraq, ABŞ-ın düşündüyünüz qədər sonsuz resursu yoxdur. Raketlərə və interseptorlara qənaət etməlidir. Həm müharibənin uzanma variantına, həm də INDOPACOM-da Çin qarşısında hazırda dayanan qüvvələrin ehtiyatlarına çox gimək istəmirlər.

ABŞ Rusiya kimi müharibə vəziyyətində istehsal prosesində deyil hazırda - bütün sursatlar sürətlə azalır, xüsusən də, Husilərlə qarşıdurmaya getdikdən sonra.
👍20👀9👏43
Bu adam

1) Tarixin ən böyük strateji səhvini etdi, ya da
2) İsrail agenti idi

Hansı olmasından asılı olmayaraq, İranın 50 illik bütün gücünü 2 ilə bitirdi.
👍29🤔15👎2👀2
Mənə elə gəlir əməliyyatın gündüz qəfil başlamasının səbəbi, Xameyninin yeri barədə dəqiq məlumat əldə olunub və fürsətdən dərhal yararlanaraq zərbələrə başlayıblar.
👍27👀118🤔4👏2
Çox güman bu axşam B-2 ləri görə bilərik. Strateji zərbələr üçün ehtimal böyükdür.
👀18👍82