azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Bloombergin xəbərinə görə Türkiyə qaçqın axını yaranarsa İran ərazisinə daxil olub qaçqınlar üçün bufer zonası və düşərgələr yaradacaq.
👀19👍94
azOSINT pinned «Bloombergin xəbərinə görə Türkiyə qaçqın axını yaranarsa İran ərazisinə daxil olub qaçqınlar üçün bufer zonası və düşərgələr yaradacaq.»
6 yeni F-22 Langley AFB-dən RAF Lakenheathə doğru yola çıxıb və önümüzdəki saatlarda Böyük Britaniyaya çatacaq!

Yəqin ki, daha sonra əlavə F-22 qrupu da onlara qoşulacaq və Yaxın Şərqə yerləşdiriləcəklər.
👀17👍104
Gündə 1-2 dəfə İranın ABŞ-la razılaşmaya yaxın olduğu barədə xəbərlər buraxır dövriyyəyə İran rəsmiləri.

Unudulan bir şey var ki, hətta Trumpın dünən dediyi “İran nüvə silahına heç vaxt sahib olmayacağıq” cümləsi elə Trumpın illər öncə birtərəfli geri çəkildiyi JCPOA razılaşmasının əsas maddələrindən idi.

İndi guya ABŞ daha fərqli razılaşma əldə edə biləcək?
👍19👀1
"Biz İranın nüvə silahlarının hazırlanmasını bərpa etməyə cəhd göstərdiyinə dair sübutlar aşkar etmişik."

— JD Vance
👀14👍8
azOSINT
6 yeni F-22 Langley AFB-dən RAF Lakenheathə doğru yola çıxıb və önümüzdəki saatlarda Böyük Britaniyaya çatacaq! Yəqin ki, daha sonra əlavə F-22 qrupu da onlara qoşulacaq və Yaxın Şərqə yerləşdiriləcəklər.
6 əlavə F-22 RAF Lakenheathə az öncə eniş etdi və ümumi yeni F-22 sayı 12-yə çatdı!

Bunlar da yaxın şərqə köçürüldükdən sonra ümumi say 23 olacaq (birində yanacaq sızıntısı problemi var idi)
👍153👀1
Hill AFB-dən yeni Coronet missiyaları başlayıb.

8 tanker eyni anda havalanıb və təxmini hesablamaya görə ən azı 14 F-35 okeanı keçmək üçün (okeanları keçmə əməliyyatlarına Coronet missiyası adı verilir) bazalarını tərk ediblər.
Coronet missiyasına dəstək üçün eyni vaxtda RAF Mildenhalldan tanker təyyarələri havalanıb və Şimali Atlantikdə F-35-ləri qarşılayacaqlar.
17👀10👍2
USS Gerald R. Ford Soudada (Krit adası) logistik fasiləsini tamamlayıb və Şərqi Aralıq dənizinə doğru səyahətinə yenidən davam edir.
👀1711👍3
İsrailin Ben Gurion hava limanına xeyli sayda tanker təyyarəsi yerləşdirilir. Kommersiya hava limanı olmasından əlavə, ümumən İsrailə bu qədər tanker köçürülməsi özü qeyri-adi haldır.
🤔23👀21👍1
JD Vance:

(Loru dildə qısaca)

Əvvəl uda bilməmişik deyə o demək deyil ki bu dəfə də uda bilməyəcəyik.

——————————————
İctimai rəyi hazırlamağı JD-ə tapşırıblar kimi görünür. Artıq son günlərdə 3-cü açıqlamasıdır
👀20👍91
1) Dünən birbaşa ABŞ-dan 9 əlavə tanker təyyarəsi Ben Gurion hava limanına gəlib. Bununla da 14 tanker təyyarəsi hazırda Ben Gurionda döyüş növbəsindədir.

2) 1 saat öncə səfir Mike Huckabee səfirlik əməkdaşlarına İsrail tərk etmək istəyirlərsə bu gün çıxmalı olduqları barədə email göndərib.

3) CENTCOM rəhbəri Brad Cooper dünən Trumpla görüşüb, son vəziyyət, planlar və risklər barədə brifinq edib
👍20👀82
Dünən danışıqların müsbət keçdiyini deyən Oman xarici işlər naziri bu gün təcili olaraq Vaşinqtona uçur və JD Vance ilə “müharibənin qarşısını almaq üçün” görüşəcək.

Hər danışıqdan sonra xəbər çıxanda ki, danışıqlae müsbət keçib, eyni şeyi deyirəm:

They have reached an agreement to agree that preliminary talks regarding future talks will continue to continue
👍17👀94
Çin Xarici İşlər Nazirliyi və ölkənin İrandakı səfirlikləri vətəndaşlarına səyahətdən çəkinməyi, təhlükəsizlik tədbirlərini artırmağı və təxliyə olunmağı tövsiyə edir; uçuşlar və ya quru yolları vasitəsilə yardım göstəriləcəyi bildirilir. Reuters
👀19👍41
Al Udeid (Qətər) bazasındaki bütün tanker təyyarələr dünən etibarilə tam evakuasiya olunub.
👀14👏4🤔4
Beer Sheva şəhərinin Mer müavini bütün sığınacaqların açılması barədə göstəriş verildiyini bildirib.
👀224👍4
Ötən il ABŞ Bağdad səfirliyini evakuasiyaya başlayanda bunları yazmışdım, 2 gün sonra müharibə başlamışdı.

Az öncə yayılan xəbərlərə görə ABŞ Bağdad səfirliyinin evakuasiyasına başlayıb.
Belə görünür artıq hər şey hazırdır, sadəcə ideal zərbə anını gözləyirlər.

Belə olduqda İranın ilk zərbəni özü endirməsi özün üçün daha faydalı olardı, nəinki sakitcə oturub vurulmağı gözləmək.
17👍8👀6
azOSINT
Ötən il ABŞ Bağdad səfirliyini evakuasiyaya başlayanda bunları yazmışdım, 2 gün sonra müharibə başlamışdı. Az öncə yayılan xəbərlərə görə ABŞ Bağdad səfirliyinin evakuasiyasına başlayıb. Belə görünür artıq hər şey hazırdır, sadəcə ideal zərbə anını gözləyirlər.…
Növbədə dəniz ticarəti şirkətlərinin marşrut dəyişməsidir. Çünki onlar daha yavaşdır və daha erkən reaksiya verməli olurlar.

Hələki bu gün və ya sabah başlayacağı ilə bağlı daha qəti bir siqnal görməmişəm. Növbəti 48 saatdan danışırıqsa, məncə hələ tezdir.
👀26👍5🤔1
Rubionun İsrailə birinci gün olan səfərinin ləğv olunmaması çox normaldır. ABŞ 1 saat sonra hücum edəsi olsa belə, niyə görüşü indi ləğv etsin ki? Sabah çıxıb deyəcək ləğv olundu. Ona görə bu həftəsonu vurası olsalar, əla aldatma taktikasıdır və daim qeyri-müəyyən saxlayır İranlıları.

Yenə təkrar edim ki, təxminim yoxdur, mən də izləyirəm. Təbii ki, artıq çox-çox az qaldığı məlumdur əgər zərbə qərarı olsa. Bir ay da gözləyəcəklərini düşünmürəm (əvvəl Ramazan+Novruzun bitməsini gözləyəcəklərini düşünürdüm)
👍31👀13🤔2
Trumpın çıxışında diqqətimi çəkən hissə:

Bu döyüşdə itkilərimiz olacaq, qəhrəmanlarımız öləcək, lakin bu qaçınılmazdır və məqsədimiz gələcəkdəki amerikanları qorumaqdır.

Yəni ABŞ əməliyyatın miqyasını genişləndirmək istəyir.

Bu arada demişdim ki Rubionun səfəri xəbəri aldatma taktikasıdır, elə də çıxdı.
👀274👍4
Yaxından izləyənlər bilir ki, 2021-2023-cü illərdə 2025 də İrana hücum olacağını yazmışdım. Hətta deyirdim ki Xankəndi məsələsi də ABŞ köməyi ilə həll ediləcək ki, bu regionda İran ilə müharibə başlayanda əl-ayağa dolaşan konflikt olmasın. Hətta Suriya məsələsi belə həll edildi.

Keçən ilki hücumdan sonra isə növbəti raundun olacağını və hədəfin nə qədər inanılmaz olsa da bir-başa molla rejiminin olacağını bildirmişdim.

Bu il hələ etirazların ilk günündə demək olar dünya mediasının qeyri-adi diqqətindən məlum idi ki, nəsə planlayırlar.

Soruşsanız indi nə olacaq?

Quru əməliyyatını tam istisna edirəm. Bunun üçün bölgədə ABŞ gücü yoxdur. Maksimum ara sıra CSAR əməliyyatları olacaq bu isə adi bir şeydir.

Məqsədin isə xalq əli ilə rejim dəyişikliyi olduğunu düşünürəm - İslam inqilabını yıxmaq. Bəli nə qədər inanılmaz səslənsə də.

Hələlik zərbələr limitlidir. Amma razılaşma olsa belə o deməkdir ki, İran ballistik raket və nüvə siyasətindən əl çəkir. Bu isə onsuzda rejimin sonu deməkdir.
👏359👍8🤔2👀2