azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
New York Times-in verdiyi xəbərə görə, Xameyni yaxınlaşan mümkün müharibə zamanı şəhid olmağı gözə alıb və ölkənin faktiki idarərtməsini, xüsusən də hazırki hərbi hazırlıqları Əli Laricaniyə tapşırıb.
Laricani hazırda ölkəni faktiki olaraq idarə edir və səlahiyyətləri Pezeşkianı üstələyir.
👀31🤔74👍4
azOSINT
Operation Midnight Hammer zamanı F-22lər Yaxın Şərqə göndərildikdən 4 gün sonra əməliyyat başlamışdı. Normalda F-22 ABŞ-ın ən mürəkkəb və dəyərli döyüş təyyarələrindəndir (deyərdim F-35lərdən də çox). F-22-lər 1-2 ay gözləmək üçün döyüş bölgələrinə göndərilmir.…
Langley AFB-dən (ABŞ) RAF Lakenheath (Böyük Britaniya) bazasına yerləşdirilən 12 F-22 bəzi tanker problemlərini həll etdikdən sonra bu gün Yaxın Şərqə doğru hərəkətə başlayır.
Bazadan aprondan canlı yayım da var həvəskarları üçün.
👏19👍8👀21
Tamamilə spekulyasiya edirəm:

Bu gün Marko Rubio Senata İranla bağlı brifinq edəcək.

Ondan dərhal sonra isə Trumpın State of the Union çıxışı olacaq. Çox kiçik də olsa ehtimal var ki, Trump müraciətini zərbələr haqda xalqı məlumatlandırmaq üçün istifadə etsin.

Dediyim kimi, bunun olma ehtimalı olsa da çox azdır.

Əsas indikatorlatdan biri mənim üçün İsrailin mülki müdafiə qurumunun (Home Front Command) xalqa ehtiyat tədbirləri ilə bağlı çağırış etməsi olacaq.
İsrail hakimiyyəti üçün sivil xalqın normal yaşam tempini pozmaq həmişə ən sonuncu addımdır. Buna yalnız müharibə vəziyyətlərində gedirlər. Nə vaxt ki, Home Front Command xalqa öncədən xəbərdarlıq edəcək, bu yəqin ki, ən sonuncu addım olacaq. Eləcə də təbii ki Qərb aviaşirkətlərinin təhlükəsizlik bölmələri kəşfiyyat qurumlarından uçuşları dayandırmaqla bağlı xəbərdarlıq aldıqda bu da sonuncu indikatorlardan olacaq və hamımız görəcəyik.

Bu addımlar yaxın günlərdə də ola bilər həftələrdə də. Məncə isə çox az qalıb.
24🤔12👍8👀3
11 F-22 İsrailin Ovda hərbi bazasına eniş edib. 1 F-22 texniki problemə görə RAF Lakenheatha geri qayıdıb.

Qrupun başqa ABŞ bazalarına yox İsraildə Ovdaya yerləşdirilməsi çox maraqlıdır.
11👀11👎1
F-22 lər dronlara qarşı istifadə üçün deyil. F-22 nin rolu Growlerslər SEAD missiyasını tamamladıqdan sonra döyüşə daxil olan bomberləri müşaiyət etmək üçündür. Sadəcə İsrailə yerləşdirilməsi çox-çox maraqlıdır.
👀12👍42
Bloombergin xəbərinə görə Türkiyə qaçqın axını yaranarsa İran ərazisinə daxil olub qaçqınlar üçün bufer zonası və düşərgələr yaradacaq.
👀19👍94
azOSINT pinned «Bloombergin xəbərinə görə Türkiyə qaçqın axını yaranarsa İran ərazisinə daxil olub qaçqınlar üçün bufer zonası və düşərgələr yaradacaq.»
6 yeni F-22 Langley AFB-dən RAF Lakenheathə doğru yola çıxıb və önümüzdəki saatlarda Böyük Britaniyaya çatacaq!

Yəqin ki, daha sonra əlavə F-22 qrupu da onlara qoşulacaq və Yaxın Şərqə yerləşdiriləcəklər.
👀17👍104
Gündə 1-2 dəfə İranın ABŞ-la razılaşmaya yaxın olduğu barədə xəbərlər buraxır dövriyyəyə İran rəsmiləri.

Unudulan bir şey var ki, hətta Trumpın dünən dediyi “İran nüvə silahına heç vaxt sahib olmayacağıq” cümləsi elə Trumpın illər öncə birtərəfli geri çəkildiyi JCPOA razılaşmasının əsas maddələrindən idi.

İndi guya ABŞ daha fərqli razılaşma əldə edə biləcək?
👍19👀1
"Biz İranın nüvə silahlarının hazırlanmasını bərpa etməyə cəhd göstərdiyinə dair sübutlar aşkar etmişik."

— JD Vance
👀14👍8
azOSINT
6 yeni F-22 Langley AFB-dən RAF Lakenheathə doğru yola çıxıb və önümüzdəki saatlarda Böyük Britaniyaya çatacaq! Yəqin ki, daha sonra əlavə F-22 qrupu da onlara qoşulacaq və Yaxın Şərqə yerləşdiriləcəklər.
6 əlavə F-22 RAF Lakenheathə az öncə eniş etdi və ümumi yeni F-22 sayı 12-yə çatdı!

Bunlar da yaxın şərqə köçürüldükdən sonra ümumi say 23 olacaq (birində yanacaq sızıntısı problemi var idi)
👍153👀1
Hill AFB-dən yeni Coronet missiyaları başlayıb.

8 tanker eyni anda havalanıb və təxmini hesablamaya görə ən azı 14 F-35 okeanı keçmək üçün (okeanları keçmə əməliyyatlarına Coronet missiyası adı verilir) bazalarını tərk ediblər.
Coronet missiyasına dəstək üçün eyni vaxtda RAF Mildenhalldan tanker təyyarələri havalanıb və Şimali Atlantikdə F-35-ləri qarşılayacaqlar.
17👀10👍2
USS Gerald R. Ford Soudada (Krit adası) logistik fasiləsini tamamlayıb və Şərqi Aralıq dənizinə doğru səyahətinə yenidən davam edir.
👀1711👍3
İsrailin Ben Gurion hava limanına xeyli sayda tanker təyyarəsi yerləşdirilir. Kommersiya hava limanı olmasından əlavə, ümumən İsrailə bu qədər tanker köçürülməsi özü qeyri-adi haldır.
🤔23👀21👍1
JD Vance:

(Loru dildə qısaca)

Əvvəl uda bilməmişik deyə o demək deyil ki bu dəfə də uda bilməyəcəyik.

——————————————
İctimai rəyi hazırlamağı JD-ə tapşırıblar kimi görünür. Artıq son günlərdə 3-cü açıqlamasıdır
👀20👍91
1) Dünən birbaşa ABŞ-dan 9 əlavə tanker təyyarəsi Ben Gurion hava limanına gəlib. Bununla da 14 tanker təyyarəsi hazırda Ben Gurionda döyüş növbəsindədir.

2) 1 saat öncə səfir Mike Huckabee səfirlik əməkdaşlarına İsrail tərk etmək istəyirlərsə bu gün çıxmalı olduqları barədə email göndərib.

3) CENTCOM rəhbəri Brad Cooper dünən Trumpla görüşüb, son vəziyyət, planlar və risklər barədə brifinq edib
👍20👀82
Dünən danışıqların müsbət keçdiyini deyən Oman xarici işlər naziri bu gün təcili olaraq Vaşinqtona uçur və JD Vance ilə “müharibənin qarşısını almaq üçün” görüşəcək.

Hər danışıqdan sonra xəbər çıxanda ki, danışıqlae müsbət keçib, eyni şeyi deyirəm:

They have reached an agreement to agree that preliminary talks regarding future talks will continue to continue
👍17👀94
Çin Xarici İşlər Nazirliyi və ölkənin İrandakı səfirlikləri vətəndaşlarına səyahətdən çəkinməyi, təhlükəsizlik tədbirlərini artırmağı və təxliyə olunmağı tövsiyə edir; uçuşlar və ya quru yolları vasitəsilə yardım göstəriləcəyi bildirilir. Reuters
👀19👍41
Al Udeid (Qətər) bazasındaki bütün tanker təyyarələr dünən etibarilə tam evakuasiya olunub.
👀14👏4🤔4