azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Çox təhlükəli açıqlamalardır.
👀243
Və budur, Langley AFB-dən qalxan döyüş təyyarələrini Atlantik Okeanından keçirmək üçün tanker təyyarələri hərəkətə başlayıblar.

Langley F-22-lərə ev sahibliyi edir. Hazırda minimum 12 F-22 Avropaya doğru hərəkət edir.
👀25👍104👎1🤔1
Son 48 saat ərzində ABŞ hava qüvvələrinin Yaxın Şərqə göndərdiyi döyüş vasitələri:

18xF-35A
36xF16
12xF-22
2xE-3
18xF-15E
👍186👀6👎1
Operation Midnight Hammer zamanı F-22lər Yaxın Şərqə göndərildikdən 4 gün sonra əməliyyat başlamışdı. Normalda F-22 ABŞ-ın ən mürəkkəb və dəyərli döyüş təyyarələrindəndir (deyərdim F-35lərdən də çox).

F-22-lər 1-2 ay gözləmək üçün döyüş bölgələrinə göndərilmir. Buna görə də danışıqların uğurlu getməsi haqqında xəbərlər fonunda həm F-22 həm AWACSların bölgəyə göndərilməsi ziddiyət təşkil edir.
👍27👀95👎1👏1🤔1
Hazırda həyata keçirilən köçürmələr ABŞ-ın Körfəz Müharibələrindən bu yana Yaxın Şərqə etdiyi ən böyük əməliyyatdır. Quru qoşunları komponentini çıxsaq bu intensivlikdə USAF hərəkəti olmayıb
👍25👀53
Gecə boyunca misli görünməmiş intensivlikdə ABŞ-dan Yaxın Şərqə döyüş təyyarələri və nəqliyyat təyyarələrinin daşınması davam edib. 20-dən çox tanker, bir o qədər nəqliyyat təyyarəsi və əlavə bir dənə də AWACS (ümumi say 7-ə çatdı).
👀31👍6🤔62
Hazırda C-2A Greyhound təyyarəsindən Mərakeş sahillərində ADS-B siqnalları alınır.

Bu da o deməkdir ki, yaxın saatlarda USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin Cəbəllütariq boğazından keçdiyini görəcəyik.

0 saatı get gedə yaxınlaşır.
👍25👀15🤔21
Son günlərdəki köçürmələrlə birlikdə ABŞ Yaxın Şərq üçün hazırda 100 tanker təyyarəsini bölgəyə yerləşdirib.

Əlavə olaraq 6 E-3 AWACS (demək olar ABŞ-ın əlində aktiv olan döyüşəyararlı bütün vasitələr) bölgəyə çatıblar və müvafiq bazalarda gözləyirlər.
👀265👍2
CSAR (Combat Search and Rescue) qüvvələri də yavaş-yavaş İran ətrafına yerləşməyə başlayıb.

F-22, ardınca E3 indi isə CSAR-ların əraziyə gəlməsi ilə bütün indikatorlar artıq yerinə oturub. Bir qalıb USS Gerald R. Fordun bölgəyə daxil olması, lakin zərbələr ondan öncə də başlaya bilər.

Qeyd edim ki, bu dəfə standart olaraq həftəsonu olacaq gözləntim yoxdur. Çünki, 2-3 günlük əməliyyat olmayacaq.

İranın danışıqlarda təslim olmaması isə çox aydındır. “Şeytanla” gözlədikləri döyüş 40 il sonra axır ki, çatıb. Özlərinə güvəndikləri bəllidir
👀2711👍5👏1
2025-ci ildə Operation Midnight Hammer zamanı ABŞ cəmi 125 hərbi təyyarədən istifadə etmişdi.

Hazırda isə İran ətrafına 105 tanker, 20 kəşfiyyat, 130 döyüş təyyarəsi və təyyarədaşıyan gəmilərdə əlavə 130 döyüş təyyarəsi olmaqla 3 dəfədən daha artıq sayda hərbi güc toplanıb.
👍17👀106
Bolqarıstanın Sofia Beynəlxalq Hava Limanına enən ABŞ-a məxsus tanker təyyarələri bir neçə gündür gözləyirlər.

Eyni zamanda Yunanıstanın Korfu hava limanında da ABŞ-a məxsus tanker təyyarələri və döyüş təyyarələri görüntülənib.

ABŞ fərqli-fərqli sivil hava limanlarına təyyarələri yığaraq dislokasiyanı bölüşdürüb.

Bu hava limanları sivil trafikə bağlandıqda artıq bu bir siqnal olacaq ki, döyüşə hazırlıq gedir və yolları boşaldırlar.
👍13👀131👎1👏1
Lajes aviabazasında hazırda 15 tanker təyyarəsi yerləşdirilib və burada gözləyirlər. Bura tankerlər üçün daimi baza deyil və müvəqqəti yerləşmə üçün bu çox böyük rəqəmdir.

Xəritədə Lajesin yeinə baxsanız önəmini görəcəksiniz - bombardmançıları okeandan keçirmək üçün.
👍24👀131
Dünən axşam ABŞ-dan Yaxın Şərqə daşımalar son onilliklərdə görünməmiş həddə davam edib. Əsasən nəqliyyat təyyarələrindən ibarət olan qruplar Souda Körfəzi kimi stratejik ərazilərə yeni daşımalar ediblər (yəqin ki, HHM)

ABŞ qısamüddətli hərbi əməliyyata hazırlaşana oxşamır.
👀24👍87
New York Times-in verdiyi xəbərə görə, Xameyni yaxınlaşan mümkün müharibə zamanı şəhid olmağı gözə alıb və ölkənin faktiki idarərtməsini, xüsusən də hazırki hərbi hazırlıqları Əli Laricaniyə tapşırıb.
Laricani hazırda ölkəni faktiki olaraq idarə edir və səlahiyyətləri Pezeşkianı üstələyir.
👀31🤔74👍4
azOSINT
Operation Midnight Hammer zamanı F-22lər Yaxın Şərqə göndərildikdən 4 gün sonra əməliyyat başlamışdı. Normalda F-22 ABŞ-ın ən mürəkkəb və dəyərli döyüş təyyarələrindəndir (deyərdim F-35lərdən də çox). F-22-lər 1-2 ay gözləmək üçün döyüş bölgələrinə göndərilmir.…
Langley AFB-dən (ABŞ) RAF Lakenheath (Böyük Britaniya) bazasına yerləşdirilən 12 F-22 bəzi tanker problemlərini həll etdikdən sonra bu gün Yaxın Şərqə doğru hərəkətə başlayır.
Bazadan aprondan canlı yayım da var həvəskarları üçün.
👏19👍8👀21
Tamamilə spekulyasiya edirəm:

Bu gün Marko Rubio Senata İranla bağlı brifinq edəcək.

Ondan dərhal sonra isə Trumpın State of the Union çıxışı olacaq. Çox kiçik də olsa ehtimal var ki, Trump müraciətini zərbələr haqda xalqı məlumatlandırmaq üçün istifadə etsin.

Dediyim kimi, bunun olma ehtimalı olsa da çox azdır.

Əsas indikatorlatdan biri mənim üçün İsrailin mülki müdafiə qurumunun (Home Front Command) xalqa ehtiyat tədbirləri ilə bağlı çağırış etməsi olacaq.
İsrail hakimiyyəti üçün sivil xalqın normal yaşam tempini pozmaq həmişə ən sonuncu addımdır. Buna yalnız müharibə vəziyyətlərində gedirlər. Nə vaxt ki, Home Front Command xalqa öncədən xəbərdarlıq edəcək, bu yəqin ki, ən sonuncu addım olacaq. Eləcə də təbii ki Qərb aviaşirkətlərinin təhlükəsizlik bölmələri kəşfiyyat qurumlarından uçuşları dayandırmaqla bağlı xəbərdarlıq aldıqda bu da sonuncu indikatorlardan olacaq və hamımız görəcəyik.

Bu addımlar yaxın günlərdə də ola bilər həftələrdə də. Məncə isə çox az qalıb.
24🤔12👍8👀3
11 F-22 İsrailin Ovda hərbi bazasına eniş edib. 1 F-22 texniki problemə görə RAF Lakenheatha geri qayıdıb.

Qrupun başqa ABŞ bazalarına yox İsraildə Ovdaya yerləşdirilməsi çox maraqlıdır.
11👀11👎1
F-22 lər dronlara qarşı istifadə üçün deyil. F-22 nin rolu Growlerslər SEAD missiyasını tamamladıqdan sonra döyüşə daxil olan bomberləri müşaiyət etmək üçündür. Sadəcə İsrailə yerləşdirilməsi çox-çox maraqlıdır.
👀12👍42