Görünən odur ki, Trump İrana kompromislər üçün son bir şans verib. Regiona cəmləşdirilən qüvvələrdən sonra İranın qorxacağı aydındır, bu ayrı, amma İran istənən güzəştlərə (kapitulyasiya) getməyəcəyi də hardasa az-çox bəllidir. ABŞ ya tələblərdə kapitulyasiya ya da rejimin yıxılmasını istəyir. Ortada anlaşmaqları nəsə mənə real gəlmir - heç İsrail buna imkan verməz.
👍27🤔4❤2👀1
Diego Garciaya hələki çox yavaş və az sayda da olsa, müəyyən logistik daşımalar başlayıb. İlkin olaraq bir neçə tanker təyyarəsi və C-17 lər adaya doğru səfərlər edirlər.
👀19👍4❤1🤔1
azOSINT
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq…
Keçən il iyunda 12 günlük müharibə başlamamışdan 3 ay öncə hələ mart ayında Diego Garciada olan hərəkətlənməni sezib kanalda məlumat vermişdim.
Bu dəfə ABŞ-ın hədəfi fərqli olduğu üçün B-52ləri hələki Guama qədər göndərib orada saxlayıblar. Danışaqların (və ya imitasiyasının) necə davam edəcəyindən asılı olaraq son mərhələdə bu adada yenə strateji bomardmançı təyyarələri görə bilərik.

👀15👍10❤4🤔1
İmitasiya danışıqları ləğv edildi. Allah regiondaki günahsız hamının köməyi olsun. Ümid edək qısa müddət çəkər hər şey.
👀45❤19
ABŞ-ın Ramstein və Spangdahlem aviabazaları var. Bu gündən 7/24 rejimə keçiblər, çünki ABŞ-dan dayanmadan gələn C-17-lərin temposunu qarşılaya bilmirlər adi rejimdə.
Dislokasiyaların son fazası artıq tamamlanmaq üzrədir.
Heç bir böyük hərbi qüvvə, nə Rusiya, nə ABŞ bu qədər böyük mövqeləndikdən sonra heç nə etməyə bilməz.
ABŞ-ın İrandan tələbləri isə İranın perspektivindən kapitulyasiyaya bərabərdir buna görə düşünmürəm ki qəbul edələr. Lap qəbul etsələr də, inanmıram ki, ABŞ/İsrail inanır ki İran şərtlərə əməl edəcək. Hər iki tərəf də vaxta oynayır.

👍24👀6
ABŞ səfirliyinin İranla bağlı xəbərdarlığı yeni deyil. Həmişə beləcə kimsə köhnədən olan xəbərdarlığı yeni kimi yayır sosial medialar da tirajlayır.
👍31👀1
Omanda danışıqlara CENTCOM rəhbəri də qoşulub. Bu isə ABŞ-ın nüvə mövzusundan əlavə tələb və ultimatumlarının olmasını (ballistik raket və proksi qüvvələrinə dəstək) bildirir. İranın isə bu tələbləri qəbul edəcəyi düşünülmür.
👀22❤2👍2🤔1
Yanvar ayının əvvəlindən ABŞ Hava Qüvvələri Yaxın Şərqə 115 logistik uçuş həyata keçirib.
Əsas təyinat bazaları:
Muwaffaq Salti: 70
Al Udeid: 13
Prince Sultan: 13
Ali Al Salem: 7
Diego Garcia: 9
İsa AB: 3
Keçən il də 1 ay ərzində təxmini elə bu qədər uçuş kifayət etmişdi hazırlaşmağa - yəni bu çox ciddi rəqəmdir.
Qeyd edim ki, bu rəqəmə yalnız C-17/C-5 uçuşları daxildir və bunlar əsasən THAAD və Patriot batareyaları daşıyırlar. Bunlardan əlavə tanker təyyarələri, onların daşıdığı döyüş təyyarələri və s. var.
Əlavə olaraq isə ötən il mart-may ayları ərzində yerləşdirilən bəzi THAAD və Patriot batareyaları isə bölgəni tərk etməmişdilər.
Bu qədər hazırlıqdan və Trampın milyonlarla insanı küçəyə çağırıb, 30-40 min insanın iki gecədə ölümünə səbəb olduqdan sonra geri çəkiləcəyini düşünmək biraz çətindir.
Danışıqlar prosesi davam edir. Mənə elə gəlir hansısa razılaşma təbii ki olacaq, lakin zərbələrdən sonra. Bu hücum prosesində isə ABŞ hansı zərəri vurmaq istəyir və ya strateji məqsədi güdür, bunu demək hələki çətindir.

❤26👍3👀1
Xeyli şərhlərdə yazılır, birlikdə cavab verim:
Türkmənistana endiyi iddia edilən ABŞ hərbi təyyarələri ilə bağlı xəbərlər hamsı feykdir.
Türkmənistana endiyi iddia edilən ABŞ hərbi təyyarələri ilə bağlı xəbərlər hamsı feykdir.
👍25❤2👀1
+ səfərə başlaması üçün də 2 həftəyə yaxın vaxt lazımdır, və bu 1 ay edir. 1 ay sonra isə həm Ramazan ayı dövrüdür həm də Novruz ərəfəsi.
1 aya yaxın gözləmə periodu var qarşımızda belə çıxır ki.
Trump bu prosesi çox pis idarə etdi. Nümayişçilərə kömək yoldadır deyib 30-40 min insanı qırdırmaq…
Bu qədər hazırlıq 3 günlük əməliyyay planlaşdırılmadığına işarədir.
Görək.

👍27❤7👎1👀1
azOSINT
+ səfərə başlaması üçün də 2 həftəyə yaxın vaxt lazımdır, və bu 1 ay edir. 1 ay sonra isə həm Ramazan ayı dövrüdür həm də Novruz ərəfəsi. 1 aya yaxın gözləmə periodu var qarşımızda belə çıxır ki. Trump bu prosesi çox pis idarə etdi. Nümayişçilərə kömək…
USS George H.W Bush əvəzinə, hazırda Karib dənizində aktiv olan dünyanın ən böyük təyyarədaşıyan gəmisi USS Gerald R. Ford dərhal Yaxın Şərqə yola düşmək üçün tapşırıq alıb və səfərə başlayıb.
Səfər təxminən 2 həftə çəkəcək. Lakin SOUTHCOM-un AOR (məsuliyyət ərazisi) az qala Kabo Verdeyə qədər uzanır və 10 günə yaxındır ki USS Forddan yeni bir xəbər yoxdur. Yəni ola bilər ki, o səfərə çoxdan başlayıb və 2 həftədən də az müddətə CENTCOM-a çatsın.

👍25👀1