azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
İrana bu həftəsonu hücum olacağı ilə bağlı müəyyən siqnallar var. Böyük havayolları şirkətləri Yaxın Şərqə uçuşları ləğv edirlər.
👀20👍6
azOSINT
İrana bu həftəsonu hücum olacağı ilə bağlı müəyyən siqnallar var. Böyük havayolları şirkətləri Yaxın Şərqə uçuşları ləğv edirlər.
Bu xəbəri paylaşandan sonra oxumuşdum ki, CENTCOM rəhbəri Brad Cooper sabah İsrailə gedəcək. Düşünürdüm ki, hücum gələn həftəyə qaldı. Amma bayaq xəbər yayıldı ki, Cooper hazırda İsraildə görüşlər keçirir. Təbii ki, bu, hələ qəti bir şey demək deyil. Lakin hazırlıqlar yekunlaşır. Abraham Lincoln təyyarədaşıyan gəmisi növbəti 48 saat ərzində regiona çatacaq.
👀21👍32
Nüfuzlu qərb medialarında yayılan, İran hökumət mənbələrinə əsaslanan son hesabatlara görə 2 günlük (8-9 yanvar) etirazlar zamanı 35 mindən artıq insan öldürülüb.
👀33👍7🤔21👏1
İrana hücumla bağlı ABŞ da yaşanan qar fırtınasına görə daşımalarda müəyyən fasilə yaranmalı oldu həftəsonu. Amma bu gündən aktiv şəkildə son hazırlıqlar tam sürətlə davam edir.

Abraham Lincoln təyyarədaşıyan gəmisi də dünən etibarilə CENTCOM bölgəsinə daxil olaraq döyüş hazırlıqlarına başlayıb.

Görək bundan sonra nə olacaq.
👍17👀121
Washington Postda İranda baş verənlərin Azərbaycana təsiri ilə bağlı paylaşılan məqalə Michael Doran tərəfindən paylaşılan adi köşə yazısıdır. Doran Bush administrasiyasında 20 il əvvəl 2 illik önəmli vəzifədə olub. Lakin hazırda o sadəcə radikal İsrail tərəfdarı, qatı İran düşməni, və məncə bu kontekstdə Azərbaycan üçün lobbiçilik etdiyi kifayət qədər aydın olan bir ictimai fiqurdur (Luke Coffey kimi).
Ona görə də açığı heç o məqaləni oxumadım, fikrimi soruşsanız.
👍412👀1
Yəni ki, danışıqlarda maraqlı deyilik, şərtlərimizi rədd edin boşuna vaxt itirməsin heç kim.
👀21👍82
Ciddi açıqlamadır.
👀24👍31
azOSINT
Yaxşı qurtardıq. Mənə elə gəlir İran bu qədər qorxaq davam etsə, yaxın aylarda Xameyniyə qarşı əməliyyat da görə bilərlər. Görək hazırki gərginlik nə vaxt bitir.
ABŞ-da həftəsonu yaşanan qar fırtınasından sonra son 4-5 gündə regiona HHM qüvvələrinin daşınmasının davam etməsi nəticəsində regionda İsrail-ABŞ qüvvələrinin ilkin müdafiəsi üçün lazımi hazırlıq səviyyəsinə çatıldığını düşünürəm. Abraham Lincoln zərbə qrupunun da regiona yerləşməsindən sonra ilkin zərbə gücü də hazırdır deyə bilərik. Artıq sadəcə olaraq yekun yerdəyişmələr ediləcək (son açıqlanan təlim bunun üçündür) və bununla da İrana zərbə üçün sadəcə bu 1-2 gün içində artıq tam hazır olunacaq. Gerisi İranın edəcəyi kompromislərdən asılıdır, lakin bunun olacağına çox ehtimal vermirəm.

2025 döyüşləri 12 gün çəkmişdi. Artıq məsələ rejimin varlığı olduğu üçün bu dəfə daha sərt və daha uzun çəkəcəyi hardasa dəqiqdir.

Cəmi bir il əvvəl ABŞ-İsrail cütlüyünün birbaşa rejimi devirməyi hədəflədiyini deyəndə bu çoxlarına real gəlmirdi. Amma belə bir perspektiv heç olmadığı qədər yaxındır.
👍379🤔3👏2👀2
İran İslam İnqilabı Keşikçiləri korpusu Avropa Birliyi tərəfindən yekun qərarla terror təşkilatı siyahısına alınır. Qərara yekun imza 1-2 həftə ərzində atılacaq.
👀2013👍7🤔1
Düz 20 ədəd C-17 Yaxın Şərqə daşımaları davam etdirir. Əsasən THAAD batareyaları və Patriotlar daşınır.
👀23👍13👎1
ABŞ-ın Fort Hood Texasda yerləşən Robert Gray aviabazasından (69-cu Hava Müdafiə Briqadası - THAAD batareyalarına ev sahibliyi edir) havalanan və Ramsteində fasilə verən C-5M SuperGalaxy hazırda Yaxın Şərqə uçuşu davam etdirir. THAAD batareyaların daşınması davam etdirilir.
👍22👀8
Görünən odur ki, Trump İrana kompromislər üçün son bir şans verib. Regiona cəmləşdirilən qüvvələrdən sonra İranın qorxacağı aydındır, bu ayrı, amma İran istənən güzəştlərə (kapitulyasiya) getməyəcəyi də hardasa az-çox bəllidir. ABŞ ya tələblərdə kapitulyasiya ya da rejimin yıxılmasını istəyir. Ortada anlaşmaqları nəsə mənə real gəlmir - heç İsrail buna imkan verməz.
👍27🤔42👀1
Diego Garciaya hələki çox yavaş və az sayda da olsa, müəyyən logistik daşımalar başlayıb. İlkin olaraq bir neçə tanker təyyarəsi və C-17 lər adaya doğru səfərlər edirlər.
👀19👍41🤔1
azOSINT
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq…
Keçən il iyunda 12 günlük müharibə başlamamışdan 3 ay öncə hələ mart ayında Diego Garciada olan hərəkətlənməni sezib kanalda məlumat vermişdim.

Bu dəfə ABŞ-ın hədəfi fərqli olduğu üçün B-52ləri hələki Guama qədər göndərib orada saxlayıblar. Danışaqların (və ya imitasiyasının) necə davam edəcəyindən asılı olaraq son mərhələdə bu adada yenə strateji bomardmançı təyyarələri görə bilərik.
👀15👍104🤔1
Köhnə taktika. 2025-də Martdan İyuna kimi elə xəbərlər buraxırdılar ki, guya, Trump İrana qarşı zərbəyə qarşıdır və Netanyahunu sıxır.

Eyni söhbətləri yenə atırlar ortaya.
👏26👍72👀2🤔1
Yaxın Şərqə daşımalar davam edir.

Mən deyərdim ABŞ artıq tam hazırdır. Geriyə qalıb danışıqların imitasiyasının yekunlaşması.
👏18👀12👍4
İmitasiya danışıqları ləğv edildi. Allah regiondaki günahsız hamının köməyi olsun. Ümid edək qısa müddət çəkər hər şey.
👀4519
ABŞ-ın Ramstein və Spangdahlem aviabazaları var. Bu gündən 7/24 rejimə keçiblər, çünki ABŞ-dan dayanmadan gələn C-17-lərin temposunu qarşılaya bilmirlər adi rejimdə.

Dislokasiyaların son fazası artıq tamamlanmaq üzrədir.

Heç bir böyük hərbi qüvvə, nə Rusiya, nə ABŞ bu qədər böyük mövqeləndikdən sonra heç nə etməyə bilməz.

ABŞ-ın İrandan tələbləri isə İranın perspektivindən kapitulyasiyaya bərabərdir buna görə düşünmürəm ki qəbul edələr. Lap qəbul etsələr də, inanmıram ki, ABŞ/İsrail inanır ki İran şərtlərə əməl edəcək. Hər iki tərəf də vaxta oynayır.
👍24👀6
İran səhərki blefini ABŞ qəbul edən kimi qorxudan birtəhər yalvar-yaxar razı saldıra biliblər ABŞ-ı.

Amma diqqət edirsinizsə, “nuclear talks” yazılıb. Yəni hələ də “nüvədən başqa bir şey müzakirə etmirik” mövqeyidir.
🤔12👀10👍21
26👀12👏4👍1