Trumpın hələ 3 ildə hakimiyyətdə qalacağını, daha sonra da Rubio və ya Vance cütlüyündən birinin onu davam etdirəcəyini nəzərə alaraq, yeni yaradılan Board of Peace qurumunun BMT-ni əvəzləmək cəhdi olduğu görünür. Yəni buna adi bir proyekt kimi baxmaq məncə düzgün deyil - ilk başda Qəzza ilə bağlı bir proyekt olsa da, görünür Trump lideri ABŞ olan yeni dünya qütbünü artıq formalaşdırmağa başlayır - yəqin ki, Çinə qarşı.
👀14👍10❤3🤔3
İrana bu həftəsonu hücum olacağı ilə bağlı müəyyən siqnallar var. Böyük havayolları şirkətləri Yaxın Şərqə uçuşları ləğv edirlər.
👀20👍6
azOSINT
İrana bu həftəsonu hücum olacağı ilə bağlı müəyyən siqnallar var. Böyük havayolları şirkətləri Yaxın Şərqə uçuşları ləğv edirlər.
Bu xəbəri paylaşandan sonra oxumuşdum ki, CENTCOM rəhbəri Brad Cooper sabah İsrailə gedəcək. Düşünürdüm ki, hücum gələn həftəyə qaldı. Amma bayaq xəbər yayıldı ki, Cooper hazırda İsraildə görüşlər keçirir. Təbii ki, bu, hələ qəti bir şey demək deyil. Lakin hazırlıqlar yekunlaşır. Abraham Lincoln təyyarədaşıyan gəmisi növbəti 48 saat ərzində regiona çatacaq.
👀21👍3❤2
azOSINT
İran. F-15 lərin yaxın şərqə yerləşdirilməsindən sonra (əsasən İsrailin müdafiəsi üçün), indi də tanker hərəkətləri başlayıb və mümkün hücum qrupları üçün tankerlər müvafiq bazalarda öz yerini tutmağa başlayıb.
F-15 və tanker daşımalarından sonra, indi də Hava Hücumundan Müdafiə vasitələri (Patriot və THAAD) regiona daşınmağa başlayıb.
👀20🤔10👍4
Nüfuzlu qərb medialarında yayılan, İran hökumət mənbələrinə əsaslanan son hesabatlara görə 2 günlük (8-9 yanvar) etirazlar zamanı 35 mindən artıq insan öldürülüb.
👀33👍7🤔2❤1👏1
İrana hücumla bağlı ABŞ da yaşanan qar fırtınasına görə daşımalarda müəyyən fasilə yaranmalı oldu həftəsonu. Amma bu gündən aktiv şəkildə son hazırlıqlar tam sürətlə davam edir.
Abraham Lincoln təyyarədaşıyan gəmisi də dünən etibarilə CENTCOM bölgəsinə daxil olaraq döyüş hazırlıqlarına başlayıb.
Görək bundan sonra nə olacaq.
Abraham Lincoln təyyarədaşıyan gəmisi də dünən etibarilə CENTCOM bölgəsinə daxil olaraq döyüş hazırlıqlarına başlayıb.
Görək bundan sonra nə olacaq.
👍17👀12❤1
Washington Postda İranda baş verənlərin Azərbaycana təsiri ilə bağlı paylaşılan məqalə Michael Doran tərəfindən paylaşılan adi köşə yazısıdır. Doran Bush administrasiyasında 20 il əvvəl 2 illik önəmli vəzifədə olub. Lakin hazırda o sadəcə radikal İsrail tərəfdarı, qatı İran düşməni, və məncə bu kontekstdə Azərbaycan üçün lobbiçilik etdiyi kifayət qədər aydın olan bir ictimai fiqurdur (Luke Coffey kimi).
Ona görə də açığı heç o məqaləni oxumadım, fikrimi soruşsanız.
Ona görə də açığı heç o məqaləni oxumadım, fikrimi soruşsanız.
👍41❤2👀1
azOSINT
Yaxşı qurtardıq. Mənə elə gəlir İran bu qədər qorxaq davam etsə, yaxın aylarda Xameyniyə qarşı əməliyyat da görə bilərlər. Görək hazırki gərginlik nə vaxt bitir.
ABŞ-da həftəsonu yaşanan qar fırtınasından sonra son 4-5 gündə regiona HHM qüvvələrinin daşınmasının davam etməsi nəticəsində regionda İsrail-ABŞ qüvvələrinin ilkin müdafiəsi üçün lazımi hazırlıq səviyyəsinə çatıldığını düşünürəm. Abraham Lincoln zərbə qrupunun da regiona yerləşməsindən sonra ilkin zərbə gücü də hazırdır deyə bilərik. Artıq sadəcə olaraq yekun yerdəyişmələr ediləcək (son açıqlanan təlim bunun üçündür) və bununla da İrana zərbə üçün sadəcə bu 1-2 gün içində artıq tam hazır olunacaq. Gerisi İranın edəcəyi kompromislərdən asılıdır, lakin bunun olacağına çox ehtimal vermirəm.
2025 döyüşləri 12 gün çəkmişdi. Artıq məsələ rejimin varlığı olduğu üçün bu dəfə daha sərt və daha uzun çəkəcəyi hardasa dəqiqdir.
Cəmi bir il əvvəl ABŞ-İsrail cütlüyünün birbaşa rejimi devirməyi hədəflədiyini deyəndə bu çoxlarına real gəlmirdi. Amma belə bir perspektiv heç olmadığı qədər yaxındır.

👍37❤9🤔3👏2👀2
İran İslam İnqilabı Keşikçiləri korpusu Avropa Birliyi tərəfindən yekun qərarla terror təşkilatı siyahısına alınır. Qərara yekun imza 1-2 həftə ərzində atılacaq.
👀20❤13👍7🤔1
Görünən odur ki, Trump İrana kompromislər üçün son bir şans verib. Regiona cəmləşdirilən qüvvələrdən sonra İranın qorxacağı aydındır, bu ayrı, amma İran istənən güzəştlərə (kapitulyasiya) getməyəcəyi də hardasa az-çox bəllidir. ABŞ ya tələblərdə kapitulyasiya ya da rejimin yıxılmasını istəyir. Ortada anlaşmaqları nəsə mənə real gəlmir - heç İsrail buna imkan verməz.
👍27🤔4❤2👀1
Diego Garciaya hələki çox yavaş və az sayda da olsa, müəyyən logistik daşımalar başlayıb. İlkin olaraq bir neçə tanker təyyarəsi və C-17 lər adaya doğru səfərlər edirlər.
👀19👍4❤1🤔1
azOSINT
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq…
Keçən il iyunda 12 günlük müharibə başlamamışdan 3 ay öncə hələ mart ayında Diego Garciada olan hərəkətlənməni sezib kanalda məlumat vermişdim.
Bu dəfə ABŞ-ın hədəfi fərqli olduğu üçün B-52ləri hələki Guama qədər göndərib orada saxlayıblar. Danışaqların (və ya imitasiyasının) necə davam edəcəyindən asılı olaraq son mərhələdə bu adada yenə strateji bomardmançı təyyarələri görə bilərik.

👀15👍10❤4🤔1
İmitasiya danışıqları ləğv edildi. Allah regiondaki günahsız hamının köməyi olsun. Ümid edək qısa müddət çəkər hər şey.
👀45❤19
ABŞ-ın Ramstein və Spangdahlem aviabazaları var. Bu gündən 7/24 rejimə keçiblər, çünki ABŞ-dan dayanmadan gələn C-17-lərin temposunu qarşılaya bilmirlər adi rejimdə.
Dislokasiyaların son fazası artıq tamamlanmaq üzrədir.
Heç bir böyük hərbi qüvvə, nə Rusiya, nə ABŞ bu qədər böyük mövqeləndikdən sonra heç nə etməyə bilməz.
ABŞ-ın İrandan tələbləri isə İranın perspektivindən kapitulyasiyaya bərabərdir buna görə düşünmürəm ki qəbul edələr. Lap qəbul etsələr də, inanmıram ki, ABŞ/İsrail inanır ki İran şərtlərə əməl edəcək. Hər iki tərəf də vaxta oynayır.

👍24👀6