azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
azOSINT
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa…
Dünən qeyd etdiyim kimi, hələki Britaniyaya edilən dislokasiyaların məqsədi qaçaq BELLA 1/ MARINERA tankerini ələ keçirmək üçün olub. Bu barədə ABŞ rəsmilərinin açıqlamalarından belə anlamaq olar.

Hazırda görünən budur.
👏20
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
Əlavə olaraq ABŞ/İsrailin hansısa formada İrandakı etirazlara müdaxilə edəcəyi haqqında söhbətlər gəzməkdə davam edir. Amma bunun hansı formada olacağını təxmin etmək olmur hələki.
👍18🤔3
Qrenlandiya üstündə ABŞ ilə Avropa Birliyi arasında ciddi diplomatik krizis yaşanır. Makronun illər öncə dediyi kimi, NATO-nun beyin ölümü yaşanıb. Hadisələrin NATO-nun mövcudluğuna necə təsir edəcəyi hələki çox qeyri-müəyyəndir. ABŞ hansısa zor tətbiq etməyə cəhd etsə AB ölkələrinin dərhal NATO-dan çıxacağı barədə söhbətlər ortaya atılır.
👀19👍4🤔3
azOSINT
Dünən qeyd etdiyim kimi, hələki Britaniyaya edilən dislokasiyaların məqsədi qaçaq BELLA 1/ MARINERA tankerini ələ keçirmək üçün olub. Bu barədə ABŞ rəsmilərinin açıqlamalarından belə anlamaq olar. Hazırda görünən budur.
Boş tanker üçün Şimali Atlantik okeanında qızğın ov davam edir. Tanker qitə sularında yaxınlaşır və Rusiya tankeri qarşılamaq üçün əraziyə sualtı qayıq göndərir.

Boş neft tankerinin əslində boş olmadığını düşünürəm. İrandan Venezuelaya gedən, ABŞın ilkin dayandırma cəhdində istiqamətini dəyişib kəskin manevrlarla geri qayıdan və yolda həm adını həm bayrağını dəyişən (eyni zamanda da gəminin gövdəsinə Rusiya bayrağı rəngləri çəkilib) gəmini Rusiya ordu ilə qarşılamağa çalışırsa, ABŞ 160th SOAR(A) Night Stalkerləri təcili Britaniyaya dislokasiya edib xüsusi əməliyyat hazırlayırsa bu gəmi məncə “boş” deyil. Amma orduların qarşı-qarşı gələcəyi qədər önəmli nə daşıdığı hələki spekulyasiya edilir.
👀21👍6
MARINERA hazırda İslandiya sularına daxil olub.
👀19👍42
Deyəsən ABŞ qüvvələri bazalardan yavaş-yavaş yola düşərək şimala doğru hərəkət edirlər. Ola bilsin gəmini bu gün ələ keçirməyə çalışdılar.

Teorilardan biri belədir ki, Rusiya sualtı qayığı gəmini batırmağa göndərir. Amma sadəcə spekulyasiyadır təbii ki.
👀234👍1
MARINERA gəmisi yarım saat öncə qəfil cənuba manevr edib və sürəti azaldıb. Ola bilsin gəmini ələ keçirmə əməliyyatına start verilib.
👀14👏4👍2
ABŞ qüvvələri MARINERA gəmisini ələ keçirmək üçün əməliyyata başlayıblar.

Görək sonu diplomatik olaraq necə bitəcək.
👀24👍84
azOSINT
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa…
Nəzərə alsaq ki, BELLA-1 (MARINERA) gəmisinin ələ keçirilməsi yekunlaşdı, gəmidə nə olduğu dəqiq bilinənə kimi bu mövzuda aktiv paylaşım etməyi dayandırıram. İlk gün Britaniyaya hərbi daşımalar həyata keçiriləndə çoxları bunların Yaxın Şərq və ya Qrenlandiya üçün olduğunu desə də, tanker variantını heç bir yerli sosial şəbəkə və ya mediada olmasa da doğru bir şəkildə təxmin edə bildik.

Növbəti yeni geopolitik məsələyə kimi hələlik :)
40👍19👏6👀3
Bu paylaşımdan yalnız ciddi böhran, müharibə hazırlığı mənası çıxarmaq olar. Vəziyyət ciddidir. Yəqin ki, elə Çin üçün hazırlıqdır.
👀22👍5
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
İranla bağlı çox qeyri-adi situasiya davam edir. Xeyr, qeyri-adi olan nümayişlərin ölçüsü və ya qarşıdurma deyil.

Qərb mediasının diqqəti bu dəfə qeyri-adidir. Sanki kordinasiyalı bir tapşırıq ilə önəmli sosial media hesabları və media orqanları nümayişləri qeyri-adi adlandırırlar (hansı ki əvvəlki illərdə bundan da qat-qat böyük etirazlar olub).

Görək İran İslam İnqilabını həqiqətən bu dəfə təhdid edə biləcəklərmi.
👍27👏4🤔42👎1
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
Məncə ABŞ/İsrail cütlüyünün tam qəti planı və hazırlığı artıq var. Ola bilsin sadəcə bu dəfə OPSECi çox güclü saxlaya bilirlər deyə mətbuata heç nə sızmır - əksinə, sızan məlumatlardan sanki ABŞ-ın hələ də hazır olmadığı, qərar vermədiyi və s təsəvvürü yaradılır.

ABŞ-ın İrana ciddi hücumu üçün regionda hazırda hansısa aləti yoxdur. Nə təyyarədaşıyan gəmi var (hansı ki bu regionda bir dənə belə təyyarədaşıyan gəminin olmaması nadir hallarda baş verir), nə də ciddi tanker təyyarəsi dislokasiyası olub.

Ola bilsin hərbi zərbədənsə, ABŞ/İsrail kəşfiyyat qurumları birbaşa kinetik əməliyyatlar keçirəcəklər rəhbərliyə qarşı. İsrailin bunda usta olduğunu çox yaxşı bilirik.

Lakin bu zərbələr elə qəfil və sarsıdıcı olmalıdır ki, hərbi qərarvermə zənciri pozulsun və İsrailə və ya ABŞ qüvvələrinə İran zərbə endirməyə macal tapmasın.
👍42👀147
Həftəsonu yaxınlaşır, bu həftə də İranla nəsə etməsələr, sonra çətin. Yəqin ki sabaha doğru hərəkətlənmələr ola bilər. Həm də İranda cümə namazının necə keçəcəyinni müşahidə etmək istəyə bilərlər.
👍187👀2
Evakuasiya uçuşları başlayıb 🧐
🤔8👏7👍1
Ona görə çox aktiv nəsə paylaşmıram çünki ya qəsdən ya da həqiqətən təbii olaraq çox qeyri müəyyən danışırlar. İlk başdan da dediyim kimi, hansısa strateji plan görünmədiyi üçün nə edə biləcəklərini təxmin etmək də olmur.

Hava zərbələri - ehtimal azdır çünki mitinqə hava zərbəsi ilə necə dəstək verəsən? Hərbi rəhbərliyi öldürməklə? Sonra? Hələ onsuzda hava zərbələri üçün lazımi qüvvələr regionda yoxdur, bu da ayrı.

Tomahawk zərbələri- bu da onun kimi. Tomahawkla vurmaqla molla rejimi dəyişəsi deyil

Daha məntiqlisi kəşfiyyay əməliyyatları ilə kinetik zərbələrdir lakin hər keçən gün sürpriz elementi azaldığı üçün buna rejim daha hazırlıqlı olur. Bunun da sonu görünmür belə baxanda.

Bunlara görə də bir məntiqli variant gəlmir ağıla
👀26🤔53
Qətərdən qalxan tankerlərlə eyni anda, Hawaiidən də hərbi təyyarələr hərəkətlənməyə başlayıb. Eyni zamanda ABŞ-da da tanker bazalarında hərəkətlilik var. Hansısa zərbə dəstəsi üçün havalanıb pozisiya alsalar yəqin ki bilməyəcəyik, lakin hazırlıqları müəyyən qədər anlamaq olur.
👍22👀91
Başqa vaxt olsa deyərdim tramp fikir yayındırmağa çalışsa da bu çox bəlli olar və boşuna cəhddir. Amma neft qiymətlərindən belə görünür ki, sözləri ciddiyə alınıb. Yəni geri çəkildiyi qənaətinə gəlinib. Belədirsə onda fikir yayındırma məqsədinə çatmış olur, var idisə. Bu həftəsonu əməliyyat ehtimalı artır
🤔19👀1
sorry but not sorry :D
👀3311👍6🤔1
Düzdü indiki dövrdə hərbi hazırlığı filmlərdəki kimi tam gizli aparmaq mümkün deyil - lakin 1 ci gün ABŞ birjalarının bağlı olacağını nəzərə alsaq, bu gün və sabah əməliyyat üçün mümkün tarixlərdir.

Tramp kömək yoldadır deyib sonra geri addım atacaq adam deyil. Bu həftə olmasa amma yavaş yavaş olacaq dəqiq, hardasa 1 ay kimi bir müddətə yəqin ki (səhv çıxsam qınamayın 🙂) . Amma yalançı diplomatik krizislərlə, dalana dirənən danışıqlarla və s.
👍303🤔3👀1
Yəqin ki, oxuyursunuz. Son 10-15 gündür Suriyada YPG-nin sonuna çıxırlar. ABŞ-da dəstəyini geri çəkib, və Türkiyənin kordinasiyası ilə Şaaranın ordusu bir-bir bütün PKK/YPG ərazilərini azad edir.
28👍14🤔3👀1