azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Bu mesajı bildirişsiz paylaşıram - görəsən bu kanalın niyə izləyicisi heç vaxt çoxalmır)) sayımız nə azalır nə artır
👀57🤔28👍2422
ABŞ Qərb Yarımkürəsini tamamilə öz nəzarətinə keçirərək, öz iqtisadiyyatını isə Çindən maksimum uzaqlaşdıraraq özü üçün yeni dünya düzəni qurur. Təbii ki, hamısı Çindən tam uzaqlaşmağına gətirib çıxaracaq hadisələrə hazırlıq üçündür. Vaxtları az olduğunu özləri də bilirlər.
👏36👍81
Hazırda heç bir yeni zərbə yoxdur Venezuelada. Tam sakitlikdir bir saatdan artıqdır.
👀191
Amerika Rusiyaya 3 saatlıq xüsusi hərbi əməliyyatın necə keçirildiyini öyrətdi :)
👍7110👎1
azOSINT
Bu il İran-İsrail-ABŞ münaqişəsinin ikinci raundu olacaq kimi görünür. Hələ tam aydın siqnallar olmasa da, müəyyən hazırlıqlar görünür. 2020-dən bəri təkrarladığım, bu onilliyin sonuna doğru gözlənilən (~2028) Çin-Tayvan-ABŞ münaqişəsi isə daha da yaxınlaşır…
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi.

Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin sonu çox yaxın görünür. Bu tipli iğtişaşlar, mitinqlər həmişə olub, lakin hazırda geopolitik mənzərə kəskin dərəcədə fərqlidir və müxtəlif şəxslərin/dairələrin fikirlərini bir yerə topladıqda görünən budur ki, ABŞ-İsrail cütlüyü rejimi devirməkdə bu dəfə qərarlıdırlar. Strateji və ya taktiki olaraq artıq bir vizyonlarının olduğunu düşünürəm İranla bağlı - indiyə qədər real strategiya və ya “endgame” olmadığı üçün bundan çəkinirdilər. Görək hadisələr necə inkişaf edəcək.
39👍13👏1
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa bir daşımadan hələlik söhbət getmir. Yalnız bir raund logistik əməliyyat keçirilib (Britaniyaya) və hələki davamı gəlməyib.

Məqsədlər barədə müxtəlif spekulyasiyalar var: Atlantik okeanında hansısa qaçaq tankeri ələ keçirmək və s. (haradasa hansısa hərbi əməliyyatlar üçün indiki miqdarda hərbi daşıma heçnədir, davamı gəlməlidir və daha irəli məntəqələrə doğru - Britaniyaya yox)

Bu barədə hazırda müxtəlif mənbələrdən analizlər oxuyub məlumatlar toplayıram və növbəti günlərdə diqqətəlayiq yeniliklər olduqda burada yazacam.
👍5810👏3
Fairford (Britaniya) bazası da yüklənməyə davam edir. İranla bir bağlantı olub olmadığını yaxın vaxtlarda bilərik.
17👍9🤔2
azOSINT
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa…
Dünən qeyd etdiyim kimi, hələki Britaniyaya edilən dislokasiyaların məqsədi qaçaq BELLA 1/ MARINERA tankerini ələ keçirmək üçün olub. Bu barədə ABŞ rəsmilərinin açıqlamalarından belə anlamaq olar.

Hazırda görünən budur.
👏20
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
Əlavə olaraq ABŞ/İsrailin hansısa formada İrandakı etirazlara müdaxilə edəcəyi haqqında söhbətlər gəzməkdə davam edir. Amma bunun hansı formada olacağını təxmin etmək olmur hələki.
👍18🤔3
Qrenlandiya üstündə ABŞ ilə Avropa Birliyi arasında ciddi diplomatik krizis yaşanır. Makronun illər öncə dediyi kimi, NATO-nun beyin ölümü yaşanıb. Hadisələrin NATO-nun mövcudluğuna necə təsir edəcəyi hələki çox qeyri-müəyyəndir. ABŞ hansısa zor tətbiq etməyə cəhd etsə AB ölkələrinin dərhal NATO-dan çıxacağı barədə söhbətlər ortaya atılır.
👀19👍4🤔3
azOSINT
Dünən qeyd etdiyim kimi, hələki Britaniyaya edilən dislokasiyaların məqsədi qaçaq BELLA 1/ MARINERA tankerini ələ keçirmək üçün olub. Bu barədə ABŞ rəsmilərinin açıqlamalarından belə anlamaq olar. Hazırda görünən budur.
Boş tanker üçün Şimali Atlantik okeanında qızğın ov davam edir. Tanker qitə sularında yaxınlaşır və Rusiya tankeri qarşılamaq üçün əraziyə sualtı qayıq göndərir.

Boş neft tankerinin əslində boş olmadığını düşünürəm. İrandan Venezuelaya gedən, ABŞın ilkin dayandırma cəhdində istiqamətini dəyişib kəskin manevrlarla geri qayıdan və yolda həm adını həm bayrağını dəyişən (eyni zamanda da gəminin gövdəsinə Rusiya bayrağı rəngləri çəkilib) gəmini Rusiya ordu ilə qarşılamağa çalışırsa, ABŞ 160th SOAR(A) Night Stalkerləri təcili Britaniyaya dislokasiya edib xüsusi əməliyyat hazırlayırsa bu gəmi məncə “boş” deyil. Amma orduların qarşı-qarşı gələcəyi qədər önəmli nə daşıdığı hələki spekulyasiya edilir.
👀21👍6
MARINERA hazırda İslandiya sularına daxil olub.
👀19👍42
Deyəsən ABŞ qüvvələri bazalardan yavaş-yavaş yola düşərək şimala doğru hərəkət edirlər. Ola bilsin gəmini bu gün ələ keçirməyə çalışdılar.

Teorilardan biri belədir ki, Rusiya sualtı qayığı gəmini batırmağa göndərir. Amma sadəcə spekulyasiyadır təbii ki.
👀234👍1
MARINERA gəmisi yarım saat öncə qəfil cənuba manevr edib və sürəti azaldıb. Ola bilsin gəmini ələ keçirmə əməliyyatına start verilib.
👀14👏4👍2
ABŞ qüvvələri MARINERA gəmisini ələ keçirmək üçün əməliyyata başlayıblar.

Görək sonu diplomatik olaraq necə bitəcək.
👀24👍84
azOSINT
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa…
Nəzərə alsaq ki, BELLA-1 (MARINERA) gəmisinin ələ keçirilməsi yekunlaşdı, gəmidə nə olduğu dəqiq bilinənə kimi bu mövzuda aktiv paylaşım etməyi dayandırıram. İlk gün Britaniyaya hərbi daşımalar həyata keçiriləndə çoxları bunların Yaxın Şərq və ya Qrenlandiya üçün olduğunu desə də, tanker variantını heç bir yerli sosial şəbəkə və ya mediada olmasa da doğru bir şəkildə təxmin edə bildik.

Növbəti yeni geopolitik məsələyə kimi hələlik :)
40👍19👏6👀3
Bu paylaşımdan yalnız ciddi böhran, müharibə hazırlığı mənası çıxarmaq olar. Vəziyyət ciddidir. Yəqin ki, elə Çin üçün hazırlıqdır.
👀22👍5
azOSINT
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi. Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin…
İranla bağlı çox qeyri-adi situasiya davam edir. Xeyr, qeyri-adi olan nümayişlərin ölçüsü və ya qarşıdurma deyil.

Qərb mediasının diqqəti bu dəfə qeyri-adidir. Sanki kordinasiyalı bir tapşırıq ilə önəmli sosial media hesabları və media orqanları nümayişləri qeyri-adi adlandırırlar (hansı ki əvvəlki illərdə bundan da qat-qat böyük etirazlar olub).

Görək İran İslam İnqilabını həqiqətən bu dəfə təhdid edə biləcəklərmi.
👍27👏4🤔42👎1