azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
🤔9👍32
Fighterbomberin çağırışları çox mətləblərdən xəbər verir
👀5👍2
Bütün izləyicilərin yeni ili mübarək! Qarşıdakı il hamı üçün uğurlu və düşərli il olsun.

Mənim üçün də çox maraqlı və həmişə yaddaqalan olacaq bir il olub və bu ili mənim üçün ideal təsvir edən bir şəkil (və ya fikir deyək) paylaşmaq istəyirəm.

Səhvlər bir dərsdir, amma etməkdən çəkindiyiniz, riskini almadığınız şeylərin mümkün nəticələri sonsuzdur. Ona görə risk alın, hərəkət edin, cəhd edin. Pis halda dərs alacaqsız, yaxşı halda əla olacaq. Uduzmamısınızsa, o deməkdir ki, risk almamısınız. Risk almasanız, qalib gələ bilməzsiniz.

Xoş istirahətlər! 🙂
63👍12
Bu il İran-İsrail-ABŞ münaqişəsinin ikinci raundu olacaq kimi görünür. Hələ tam aydın siqnallar olmasa da, müəyyən hazırlıqlar görünür.

2020-dən bəri təkrarladığım, bu onilliyin sonuna doğru gözlənilən (~2028) Çin-Tayvan-ABŞ münaqişəsi isə daha da yaxınlaşır, hətta az qala qaçılmaz görünür.

Əlavə olaraq yaxın illərdə Rusiyanın Baltikyanı ölkələrə hücum edib etməyəcəyi ilə bağlı ən dəqiq siqnallar da yəqin ki bu il ərzində artıq görünəcək.
👏22👍7
Daha aydın olması üçün yazım ki, məncə bu hər üç münaqişə baş verəcək. Olmama ehtimalını mən şəxsən görmürəm
👍21
Hələki media və ya sosial şəbəkələrimizdə olmadığına görə aktiv şəkildə bir müddət paylaşacam.
👀25👍1
ABŞ Venezuelaya hücuma başlayıb, paytaxt Karakas havadan bombalanır. Çox sayda partlayış baş verir və Chinooks helikopterləri şəhər üzərində dövrə vurur.
👀311
ABŞ xüsusi təyinatlıları Chinhook helikopterlərlə ərazilərə endirilir
🤔202
Anladığım qədərilə yerli vaxtla 02:00 da ilkin zərbələr HHM hədəflərini aradan götürüb və qaranlıqdan istifadə edərək ilk qüvvələr müəyyən ərazilərə yerləşdirilib. Yeni dalğa zərbələrin gələcəyi çox aydındır.
👍28
160th Special Operiations Aviation Regiment (SOAR - Xüsusi Təyyinatlı Hava Əməliyyatları Polku) ABŞ-ın ən elit xüsusi təyinatlı qruplarındandır.

Bu qrup MH-60 Black Hawk və MH-47 Chinhook helikopterləri ilə xüsusi formasiyalarda əsasən gecə saatlarında uçaraq elit Delta qruplarını, dəniz pişikləri dəstələrini (SEAL), bəzən də ordu qruplarını (rangers) endirmə nöqtələrinə az qala hədəf vaxtdan 30 saniyədən də az dəqiqlə çatdıra bilirlər, buna görə də Night Stalkers adlanır bu qrup. ABŞ-ın ilk olaraq onları sahəyə göndərməsi Maduronun qısa müddətdə devirmədən bu əməliyyatların dayanmayacağını göstərir.
👍37👀32👏2
ABŞ eyni vaxtda həm İranı qarışdırıb, həm də Venezuelaya hərəkətə keçir. Dünya çox qaranlıq yerlərə sürətlə getməyə davam edir 6 ildir artıq - Qasım Süleymani öldürülən gündən. Bu gün də il dönümüdür həmin hadisənin. O gün sanki hər şeyin başlanğıcı oldu.
👀31👍101
Bu mesajı bildirişsiz paylaşıram - görəsən bu kanalın niyə izləyicisi heç vaxt çoxalmır)) sayımız nə azalır nə artır
👀57🤔28👍2422
ABŞ Qərb Yarımkürəsini tamamilə öz nəzarətinə keçirərək, öz iqtisadiyyatını isə Çindən maksimum uzaqlaşdıraraq özü üçün yeni dünya düzəni qurur. Təbii ki, hamısı Çindən tam uzaqlaşmağına gətirib çıxaracaq hadisələrə hazırlıq üçündür. Vaxtları az olduğunu özləri də bilirlər.
👏36👍81
Hazırda heç bir yeni zərbə yoxdur Venezuelada. Tam sakitlikdir bir saatdan artıqdır.
👀191
Amerika Rusiyaya 3 saatlıq xüsusi hərbi əməliyyatın necə keçirildiyini öyrətdi :)
👍7110👎1
azOSINT
Bu il İran-İsrail-ABŞ münaqişəsinin ikinci raundu olacaq kimi görünür. Hələ tam aydın siqnallar olmasa da, müəyyən hazırlıqlar görünür. 2020-dən bəri təkrarladığım, bu onilliyin sonuna doğru gözlənilən (~2028) Çin-Tayvan-ABŞ münaqişəsi isə daha da yaxınlaşır…
2 Yanvardakı yazımda, Venezuelanı məqsədli şəkildə qeyd etməmişdim, hətta şərhdə bu haqda olan suala ayrıca cavab vermişdim. Çünki Maduronun devriləcəyi 100% ehtimal olan dəqiq bir şey idi.

Hazırda isə yeni bir şeyi müşahidə edirəm - İran haqqında. Rejimin sonu çox yaxın görünür. Bu tipli iğtişaşlar, mitinqlər həmişə olub, lakin hazırda geopolitik mənzərə kəskin dərəcədə fərqlidir və müxtəlif şəxslərin/dairələrin fikirlərini bir yerə topladıqda görünən budur ki, ABŞ-İsrail cütlüyü rejimi devirməkdə bu dəfə qərarlıdırlar. Strateji və ya taktiki olaraq artıq bir vizyonlarının olduğunu düşünürəm İranla bağlı - indiyə qədər real strategiya və ya “endgame” olmadığı üçün bundan çəkinirdilər. Görək hadisələr necə inkişaf edəcək.
39👍13👏1
Son bir gündə ABŞ Britaniyadakı RAF Mildenhall aviabazasına intensiv daşımalar həyata keçirib və 160th SOAR(A)-ya məxsus (Maduronu ələ keçirən qrup-haqlarında yuxarıda məlumat vermişəm) helikopterlər buraya yerləşdirilib. Qeyd edim ki, Yaxın Şərqə hansısa bir daşımadan hələlik söhbət getmir. Yalnız bir raund logistik əməliyyat keçirilib (Britaniyaya) və hələki davamı gəlməyib.

Məqsədlər barədə müxtəlif spekulyasiyalar var: Atlantik okeanında hansısa qaçaq tankeri ələ keçirmək və s. (haradasa hansısa hərbi əməliyyatlar üçün indiki miqdarda hərbi daşıma heçnədir, davamı gəlməlidir və daha irəli məntəqələrə doğru - Britaniyaya yox)

Bu barədə hazırda müxtəlif mənbələrdən analizlər oxuyub məlumatlar toplayıram və növbəti günlərdə diqqətəlayiq yeniliklər olduqda burada yazacam.
👍5810👏3