azOSINT
3.52K subscribers
648 photos
67 videos
7 files
293 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
azOSINT
Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…
Rusiya ABŞ ilə apardığı Ukrayna danışıqlarını maksimum uzadaraq, ABŞ ilə eyni düşündüyünü imitasiya etməyə çalışır. Bunu edərək həm də Avropa Birliyini Amerikanın gözündə zəif, gücsüz və səhv olaraq görülməsini təmin edirlər. Məqsəd isə bəllidir: bir neçə il sonra Baltikyanı ölkələrin işğalına başldadıqları zaman özlərini haqlı göstərmək.
👍26👎5
🤔164👍2👀1
azOSINT
Suriyada HTŞ müxalif qüvvələri dünən səhərdən Hələb istiqamətində ciddi əks-hücuma başlayıblar. Hizbullahın və İranın zəifləməsi ilə birlikdə bu sürətlərini qorusalar Hələb müxaliflərin əlinə keçə bilər. Hələbi itirsə Əsədin taleyi də sual altına düşəcək.…
Keçən il Suriyada noyabr ayının bu günləri başlayan hərəkətlilik zamanı hələ elə ilk gündə həmin temp davam edərsə Əsədin devriləcəyini yazmışdım. Nəinki Əsəd günlər sonra devrildi, hətta Colani ABŞ prezidenti ilə dost da oldu.

Dünyada geopolitik dəyişikliklərin baş vermə sürəti çox artıb - elə Azərbaycan da Qarabağın və regionun taleyini sıfırdan cəmi 4 ay içində dəyişdi.
26👍14👏1
Avropa Parlamentinin Polşalı deputatı, Venezualaya bu axşam B-2-lərlə vurulacağı barədə xəbərdarlıq edib.

Məlumatın real olması həm də ona görə mümkündür ki, Avropa ABŞ-ın Ukrayna məsələsində mövqeyinə görə ona əsəbidir və əlinə keçən kəşfiyyat məlumatını bu formada paylaşaraq sanki qisas almağa çalışır. Sırf bu sadaladığım səbəbə görə, bu paylaşıma bir qədər ciddi yanaşıram. Ümumən götürdükdə isə, hələki heçnə dəqiq deyil zamanlama baxımından.
👀21👍10🤔43
Öncə peyk şəkillərində, ardınca isə kənardan çəkilən görüntülərdə Dominikan Respublikasının Las Americas aeroportuna ABŞ HQ-a məxsus ən azı 10 ədəd KC-135 tanker təyyarəsi cəmləşdirildiyi görülür.
👀18👍82👎2
Çox maraqlı şeylər baş verir. Rusiya Trumpı tam ələ ala bildiyini görəndən sonra sanki false flag ops ilə yazılmamış müharibə “qanunlarını” pozaraq Zelenskiyə və ya Ukrayna hökumət binalarına hücum edəcək. Mən belə görürəm.

Qeyd edim ki, Lavrov bu gün iddia edib ki, Ukrayna Putinin iqamətgahına hücum etməyə cəhd edib və Rusiya buna adekvat cavab verəcək və zərbə hədəfləri artıq müəyyən edilib.
🤔20👍5👎2👀21
Çox rahat manipulyasiya edilə bilir Tramp
👎10
🤔9👍32
Fighterbomberin çağırışları çox mətləblərdən xəbər verir
👀5👍2
Bütün izləyicilərin yeni ili mübarək! Qarşıdakı il hamı üçün uğurlu və düşərli il olsun.

Mənim üçün də çox maraqlı və həmişə yaddaqalan olacaq bir il olub və bu ili mənim üçün ideal təsvir edən bir şəkil (və ya fikir deyək) paylaşmaq istəyirəm.

Səhvlər bir dərsdir, amma etməkdən çəkindiyiniz, riskini almadığınız şeylərin mümkün nəticələri sonsuzdur. Ona görə risk alın, hərəkət edin, cəhd edin. Pis halda dərs alacaqsız, yaxşı halda əla olacaq. Uduzmamısınızsa, o deməkdir ki, risk almamısınız. Risk almasanız, qalib gələ bilməzsiniz.

Xoş istirahətlər! 🙂
63👍12
Bu il İran-İsrail-ABŞ münaqişəsinin ikinci raundu olacaq kimi görünür. Hələ tam aydın siqnallar olmasa da, müəyyən hazırlıqlar görünür.

2020-dən bəri təkrarladığım, bu onilliyin sonuna doğru gözlənilən (~2028) Çin-Tayvan-ABŞ münaqişəsi isə daha da yaxınlaşır, hətta az qala qaçılmaz görünür.

Əlavə olaraq yaxın illərdə Rusiyanın Baltikyanı ölkələrə hücum edib etməyəcəyi ilə bağlı ən dəqiq siqnallar da yəqin ki bu il ərzində artıq görünəcək.
👏22👍7
Daha aydın olması üçün yazım ki, məncə bu hər üç münaqişə baş verəcək. Olmama ehtimalını mən şəxsən görmürəm
👍21
Hələki media və ya sosial şəbəkələrimizdə olmadığına görə aktiv şəkildə bir müddət paylaşacam.
👀25👍1
ABŞ Venezuelaya hücuma başlayıb, paytaxt Karakas havadan bombalanır. Çox sayda partlayış baş verir və Chinooks helikopterləri şəhər üzərində dövrə vurur.
👀311
ABŞ xüsusi təyinatlıları Chinhook helikopterlərlə ərazilərə endirilir
🤔202
Anladığım qədərilə yerli vaxtla 02:00 da ilkin zərbələr HHM hədəflərini aradan götürüb və qaranlıqdan istifadə edərək ilk qüvvələr müəyyən ərazilərə yerləşdirilib. Yeni dalğa zərbələrin gələcəyi çox aydındır.
👍28
160th Special Operiations Aviation Regiment (SOAR - Xüsusi Təyyinatlı Hava Əməliyyatları Polku) ABŞ-ın ən elit xüsusi təyinatlı qruplarındandır.

Bu qrup MH-60 Black Hawk və MH-47 Chinhook helikopterləri ilə xüsusi formasiyalarda əsasən gecə saatlarında uçaraq elit Delta qruplarını, dəniz pişikləri dəstələrini (SEAL), bəzən də ordu qruplarını (rangers) endirmə nöqtələrinə az qala hədəf vaxtdan 30 saniyədən də az dəqiqlə çatdıra bilirlər, buna görə də Night Stalkers adlanır bu qrup. ABŞ-ın ilk olaraq onları sahəyə göndərməsi Maduronun qısa müddətdə devirmədən bu əməliyyatların dayanmayacağını göstərir.
👍37👀32👏2
ABŞ eyni vaxtda həm İranı qarışdırıb, həm də Venezuelaya hərəkətə keçir. Dünya çox qaranlıq yerlərə sürətlə getməyə davam edir 6 ildir artıq - Qasım Süleymani öldürülən gündən. Bu gün də il dönümüdür həmin hadisənin. O gün sanki hər şeyin başlanğıcı oldu.
👀31👍101