azOSINT
2.81K subscribers
552 photos
63 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
azOSINT pinned «Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…»
azOSINT
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
ABŞ Puerto Riko yaxınlığında və ümuməm Karib dənizində hərbi varlığını son həftələrdə strateji vasitələrlə ciddi şəkildə genişləndirib. Venezualaya hədəflənən hazırlıqlar böyüməyə davam edir.
👎8👀3👍21
Dünən gecə boyunca səhərə qədər Kopenhagen aeroportu naməlum dron təhlükəsinə görə bağlı qaldı. Dronunun böyük olduğu və buna görə təhlükəli olduğu bildirilirdi. Daha sonra gözdən itən və axtarışları davam edən naməlum dron insidentini Danimarka baş naziri və polis rəsmiləri “hücum” olaraq adlandırmağa başlayıblar bu gündən. Eyni səbəbdən qısamüddətli də olsa Oslo aeroportu da dünən uçuşları başqa istiqamətə yönləndirməli olmuşdu. Dronların hansısa naməlum rus gəmisindən qaldırıldığı ilə bağlı spekulyasiyalar dolaşır.

Oxşar insidentlər və ölkələrin reaksiyaları böyüməkdə davam edir.
🤔22👀73
ABŞ Müdafiə Naziri Pit Hegseth yüzlərlə ABŞ hərbi generalı və admiralına gələn həftə Virciniyadakı Dəniz Piyadaları bazasında qısa müddət ərzində toplanmağı əmr edib.

Məsələ ilə tanış olan ondan çox şəxsin bildirdiyinə görə, bu son dərəcə qeyri-adi göstəriş demək olar ki, ABŞ-ın dünyadaki bütün hərbi komandanlarına göndərilib.

“The Post” ilə danışanlar deyiblər ki, heç kim müdafiə nazirinin indiyə qədər bu qədər general və admiralı belə bir toplantıya çağırdığını xatırlamır.


https://www.washingtonpost.com/national-security/2025/09/25/hegseth-generals-quantico-meeting/
👀16🤔51
🇺🇸🇺🇦 ABŞ-ın vitse-prezidenti JD Vance:
• ABŞ “Tomahawk” qanadlı raketlərinin NATO-ya təhvil verilməsini və onların sonradan Ukraynaya göndərilməsini nəzərdən keçirir. Yekun qərar Prezident Trampa məxsusdur.
• Dəyişən amil mövcud reallıqdır: ruslar çoxlu insanı qətlə yetirir, özləri də ağır itkilər verir, lakin əldə etdikləri əhəmiyyətli bir nəticə yoxdur… Təəssüf ki, son həftələrdə müşahidə etdiyimiz odur ki, Rusiya Ukrayna ilə ikitərəfli danışıqlara oturmaqdan imtina edib, həmçinin prezidentin və ya administrasiyanın digər üzvlərinin iştirak edə biləcəyi üçtərəfli görüşlərə də razılıq verməyib… Rusiya ayılmalı və mövcud reallığı qəbul etməlidir. Çoxlu insan həlak olur, lakin onların göstərilə biləcək ciddi nailiyyəti yoxdur. Daha nə qədər insanı itirməyə hazırdırlar? Daha nə qədər insanı qətlə yetirməyə razıdırlar — burada, döyüş meydanında demək olar ki, hərbi üstünlük qazanmadan?
🤔2011👍5
ABŞ-dan Avropaya (Mildenhall, UK) hazırda çoxlu sayda tanker yerdəyişməsi həyata keçirilir. Bu təlim məqsədli də ola bilər (maliyyə ili sonu yerdəyişməsi və ya Cobra Warrior təlimləri) Hər-halda izləmək üçün maraqlıdır.
👍11🤔5
Putinə mülki təyyarəni raketlə vurduğunu kamera qarşısında etiraf etdirmək elə belə iş deyil! Üzrdən daha çox atılan raket barədə etiraf önəmli idi. Tarix yazması üçün.
👍67🤔6👀4👎1👏1
azOSINT
Putinə mülki təyyarəni raketlə vurduğunu kamera qarşısında etiraf etdirmək elə belə iş deyil! Üzrdən daha çox atılan raket barədə etiraf önəmli idi. Tarix yazması üçün.
“You are missing forest for the trees”

Fikrimə qatılmayanlara yalnız bunu deyə bilərəm, ingilis dilində frazadır. Yəni xırda detallardan böyük rəsmi görməyi qaçırırsınız.
👏37👍7🤔21
azOSINT
ABŞ Puerto Riko yaxınlığında və ümuməm Karib dənizində hərbi varlığını son həftələrdə strateji vasitələrlə ciddi şəkildə genişləndirib. Venezualaya hədəflənən hazırlıqlar böyüməyə davam edir.
Nyu-York Tayms ilə danışan yüksək vəzifəli rəsmilərin məlumatına görə, Tramp Administrasiyası Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Cənubi Venesuelada gizli əməliyyatlar, o cümlədən ölümcül əməliyyatlar həyata keçirməyə gizli şəkildə icazə verib. Bu addım administrasiyanın regiondakı narkotik ticarəti kartellərinə və Nikolás Maduronun rəhbərlik etdiyi Venesuela hökumətinə qarşı təzyiq kampaniyasını gücləndirməsinin növbəti mərhələsi hesab olunur.


Qeyd edim ki, ABŞ regionda hərbi hücum gücünü ciddi dərəcədə artırıb.
👀15👏10👎31👍1
Ötən günlərdə SOUTHCOM komandiri admiral Alvin Holseyin istefa verdiyi xəbəri yayıldı.

Bu haqda xəbərləri detallı oxumamışam, amma, məncə, ola bilər ki, hansısa əmrə tabe olmamaq üçün bunu etməli olsun, məsələn Venezualaya mümkün hücum ssenarisi ilə bağlı.

Əlavə olaraq ötən günlərdə Venezuela müxalifət liderinə Nobel sülh mükafatı verilməsi də məncə hazırki spekulyasiyalar çərçivəsində şərh edilməlidir.

Və son olaraq, son bir neçə gündə ABŞ-ın regiona stratejik və taktiki hücum vasitələrini yığması prosesi sürətlənib.
👍19👀42
azOSINT
Ötən günlərdə SOUTHCOM komandiri admiral Alvin Holseyin istefa verdiyi xəbəri yayıldı. Bu haqda xəbərləri detallı oxumamışam, amma, məncə, ola bilər ki, hansısa əmrə tabe olmamaq üçün bunu etməli olsun, məsələn Venezualaya mümkün hücum ssenarisi ilə bağlı.…
Dekabr ayının əvvəllərinə kimi Karib dənizi regionunda qasırğalar sezonudur. Yəqin ki, ABŞ hansısa əməlliyyat planlasa belə, Dekabrın gəlməsini və iqlimin sakitləşməsini gözləyəcək.
👍21👀2
Trinidad və Tobaqo Venezueladan cəmi bir neçə km aralıdadır.
👀13👍1
Venezualada HHM-lərin aktiv şəkildə yerdəyişmələr etdiyi müşahidə edilib. ABŞ isə əlavə hava qüvvələrini bölgəyə cəmləməyə davam edir.
👍14👀5
ABŞ SOUTHCOM tərəfindən USS Gerald R. Ford (CVN-78) təyyarədaşıyan gəmisinin Venezuela sahillərinə göndərilməsi barədə qərar verilib.
👍12👎5👀2
azOSINT
Qarabağ gündəmindən kənar: Dəyərli izləyicilər, Mediamızda və sosial şəbəkələrdə çox yer tutmasa da, hazırda gündəmdə olan bir nömrəli mövzu Rusiyanın yeni hərbi əməliyyatlara (birbaşa) başlamağa hazırlaşmasıdır. Aprel dislokasiyalarında ilk gündən mən də…
2021-ci il oktyabr ayının sonlarına doğru Rusiyanın qeyri-adi şəkildə hərbi yerdəyişmələr etməsi müşahidə olunurdu. Hətta Noyabr əvvəllərində CIA direktorunun Moskvaya gizli səfər etməsi və Rusiyanı işğal fikrindən daşındırmağa çalışması barədə xəbərlər çıxmışdı. Noyabrın ortalarına doğru isə prosesi izləyənlər üçün Rusiyanın yaxın aylarda Ukraynanı işğal etmək üçün hücum edəcəyi dəqiq idi. Mediamızın bu haqda ümumiyyətlə xəbəri olmadığı bir dövrdə bu haqda 2021in payızında bildirmişdim. Təbii ki bu ehtimala inanlar dəhşət az idi (qeyd edim ki, mən özüm Rusiyanın indikindən xeyli daha üstün nəticə əldə edəcəyini düşünürdüm)

Bayden hakimiyyəti Dekabr ayından etibarən fərqli stratrgiya seçərək, ABŞ-ın əlində olan kəşfiyyat məlumatlarını - əsasən, peyk şəkilləri və s. tipli məlumatları mediayaya “sızdırmağa” başladı. Beləcə, müharibədən əvvəlki 2 ay ərzində dünya ictimaiyyəti Putinin niyyətini açıq görə bildi və hansısa bir müharibəyə başlamaq üçün yalançı bəhanə (rus xalqının qırılması və s) uydurmağa imkan verilmədi. Məqsəd tək idi və bu gün də elə qalır - Ukrayna müstəqil dövlət kimi mövcud olmamalıdır. Putinin niyyətinin başqa olduğunu düşünənlər sadəcə özlərini aldadırlar. Bu münaqişənin hansı səviyyəfə donduralacağından asılı olaraq, yaxın illərdə Rusiyanın Baltikyanı ölkələrə də öncə daxildən qarışdıraraq, sonra isə hərbi yolla müdaxilə edəcəyi düşünülür. Bu ssenari avropanın da davranışları nəzərə alınanda qaçılmaz kimi görünür.

Digər cəbhədə isə Çinin Tayvana müdaxilə ehtimalı daha da artıb. 2021də verdiyim 10 illik proqnozun artıq az qala 5 ili geridə qalır və Çin gözləniləndən də sürətli şəkildə ordusunu komplektləşdirməyə və müasirləşdirməyə davam edir. Yaxın 3-4 ildə də orada hansısa hərəkətlilik mümkün görünür artıq.

Trump hakimiyyətinisə hansısa səbəbdən bunlardan narahat kimi görünmür.
23👍14👏3👀2
2 ədəd B-1 Venezuela sahillərində güc nümayişi həyata keçirir.
👀15👎2
azOSINT
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
Miami Herald nəşrinin əldə etdiyi məlumatlara görə ABŞ Venezualaya endirəcəyi zərbələrin hədəflərini və vaxtını artıq dəqiqləşdirib bu hər an baş verə bilər. Maduronun taleyi ilə bağlı qərarın verilib verilməməsi isə hələki qeyri-müəyyəndir
👎11👀103🤔2
Zəfər Günü və Qarabağın azadlığı bayramınız mübarək!

O günlərin dinamikliy, gedişatı, sadəcə müşahidə edənlər üçün belə ağlasığmaz idi. Qələbənin miqyası hər keçən il daha aydın olur. İlk həftə ciddi tərəddüdlərim və hətta məyusluğum var idi. Lakin qısa müddət sonra böyük rəsmə baxdıqda Qarabağın tamamilə azad olacağı, dövlət başçısının niyyəti çox aydın idi. Elə 2022-nin sonlarından bu sonun yaxın olduğu aydın olurdu.

İndi isə qarşıda daha da ciddi sınaqlar durur. Heç bir dövlət hələki bu sonluq üçün tam yekun mövqelənmiş kimi görünmür - Azərbaycan daxil. Yalnız Türkiyə və Mərkəzi Asiya dövlətləri ilə sıx müttəfiqlik şaraitində 5 il ərzində baş tutacaq ABŞ-Çin hərbi qarşıdurmasından minimal ziyanla çıxa bilərik (burada qalib tərəfin olacağını düşünmürəm).

Lakin hələki, Qarabağın azadığının xalq olaraq dadını çıxarmalı, dövlət olaraq isə orada dayanaqlı iqtisadiyyat və demoqrafik şərait qurmağa köklənməliyik.

Xatirə üçün o günlərdə anbaan yenilədiyim qrafikanı da bölüşmək istədim

Bayramınız mübarək!
65👍6👏4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gəncədən qalxan Türkiyə Hava Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi qalxışdan qısa müddət sonra Tbilisi yaxınlığında qəza edib. Uçuşun son anlarında nə sürət nə də hündürlükdə anormallıq görünür.

Axtarış tədbirlərinin davam etdiyi deyilir.
6🤔5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qəza anına qədər stabil sürətdə və hündürlükdə qalxışa davam etdiyi görülür. Görəsən anidən belə parçlanmağa nə səbəb olub?
👎15🤔52