azOSINT
2.81K subscribers
552 photos
63 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
🤔8👍7
Aclıqdan ölümə məhkum edilən Qəzzalıların qida yardımı ərazilərində cəmləşməsinin peyklərə yansıyan görüntüsü
🤔293👍3👀1
👀24👍2🤔21
Amerikada yaşayan jurnalist Alex Raufoğlu bildirir ki, cümə günü Ağ Evdə İlham Əliyev və Paşinyan arasında Trump vasitəçiliyi ilə görüş olacaq və sülh sazişi imzalanacaq.

Bu haqda yerli mediadan yalnız hələki haqqın.az yazıb (Alex Raufoğlunun xəbəri əsasında lakin ona istinad etməyərək).
Hələlik digər mənbələrdə bu haqda xəbər yoxdur
👀285👍4👏4
Trumpın cümə gününə olan proqramı yayılıb
🤔27👍9
azOSINT
Witkoffun Bakı səfərindən mediada heç yazılmadı. Yolustu Bakı ziyarəti görəsən nə üçün idi? Kimi nəyə razl salırdı və ya nədən çəkindirməyə çalışırdı? Mümkün versiyalar əsaslı görünür.
Razılaşmaların və bəyanatların son hallarını gözləmək lazımdır ki, kimin üçün nə qədər yaxşı və ya pis olduğunu dəyərləndirə bilək.

Lakin Witkoffun vaxtilə haqqında heç danışılmayan səfərinin nəticəsini 5 ay sonra görürük. O dövrdə bu səfərdən öncə Azərbaycan aktiv yeni hərbi əməliyyat təhdidləri də edərək (Aprel ayı üçün), Ermənistanı müəyyən konsessiyalara məcbur edə bildi.
👍336
azOSINT
ABŞ-la Rusiyanın münasibətləri stabilləşib, İran çökdürülüb. Türkiyənin çəkisi artıb. Neft qiymətləri də artsa (müəmmalıdır orta perspektivdə) və iqtisadiyyata təhdid daha da azalsa, yaxın 1 ildə Zəngəzurla bağlı diskursda köklü dəyişiklik görə bilərik.
İranın neytrallaşmasından heç 2 ay keçmədən Zəngəzur yolu ilə bağlı ABŞ-ın həmləsi gecikmədi.

Razılaşmaların şərtləri çox maraqlıdır, gözləyək.
👏40👍118👀2
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
20👀14👎2🤔1
Rusiya dronları gecə Polşa hava sahəsinə daxil olublar. Polşa hava qüvvələri həyəcan siqnalı ilə qaldırılıb və dronlar vurularaq zərərsizləşdirilib. Digər NATO ölkələrindən əlavə AWACSlar da dəstək üçün Polşaya göndərilib. Bir neçə milyon əhaliyə müvəqqəti evakuasiya əmri verilib, yerli özünümüdafiə qüvvələri altivləşdirilib (dronların axtarışı üçün).

Bütün Polşa təhlükəsizlik və hökumət aparatı gecə boyunca xalqı məlumatlandırmağa davam ediblər və bu fakt vəziyyətin nə qədər kritik olduğunu deməyə imkan verir.
🤔25👍10👀8
Polşada hazırda Lublində HHM siqnalları işə düşüb. Rusiyanın göndərdiyi dronlar Polşaya daxil olmağa bu gün də davam edir.
👀20👍4👎2🤔1
Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir. Müharibə qapıdadır və reallığa çox yaxındır.
👍34🤔115👀1
azOSINT pinned «Polşaya olan hücumun ardınca Rusiya bu gün də Estoniya hava sahəsini misli görünməmiş şəkildə pozdu. Bu hadisələrin bir neçə dəfə də təkrarlanması halında olanlar yalnız bir nəticəyə aparacaq: müharibə Baltik ölkələrinə yayılacaq. Avropa boşuna zaman itirir.…»
azOSINT
Bu gündən Venezuela ətrafında baş verənlərə daha çox diqqətlə baxmaq lazımdır. ABŞ sakitcə daha irimiqyaslı bir əməliyyata hazırlaşır kimi görünür.
ABŞ Puerto Riko yaxınlığında və ümuməm Karib dənizində hərbi varlığını son həftələrdə strateji vasitələrlə ciddi şəkildə genişləndirib. Venezualaya hədəflənən hazırlıqlar böyüməyə davam edir.
👎8👀3👍21
Dünən gecə boyunca səhərə qədər Kopenhagen aeroportu naməlum dron təhlükəsinə görə bağlı qaldı. Dronunun böyük olduğu və buna görə təhlükəli olduğu bildirilirdi. Daha sonra gözdən itən və axtarışları davam edən naməlum dron insidentini Danimarka baş naziri və polis rəsmiləri “hücum” olaraq adlandırmağa başlayıblar bu gündən. Eyni səbəbdən qısamüddətli də olsa Oslo aeroportu da dünən uçuşları başqa istiqamətə yönləndirməli olmuşdu. Dronların hansısa naməlum rus gəmisindən qaldırıldığı ilə bağlı spekulyasiyalar dolaşır.

Oxşar insidentlər və ölkələrin reaksiyaları böyüməkdə davam edir.
🤔22👀73
ABŞ Müdafiə Naziri Pit Hegseth yüzlərlə ABŞ hərbi generalı və admiralına gələn həftə Virciniyadakı Dəniz Piyadaları bazasında qısa müddət ərzində toplanmağı əmr edib.

Məsələ ilə tanış olan ondan çox şəxsin bildirdiyinə görə, bu son dərəcə qeyri-adi göstəriş demək olar ki, ABŞ-ın dünyadaki bütün hərbi komandanlarına göndərilib.

“The Post” ilə danışanlar deyiblər ki, heç kim müdafiə nazirinin indiyə qədər bu qədər general və admiralı belə bir toplantıya çağırdığını xatırlamır.


https://www.washingtonpost.com/national-security/2025/09/25/hegseth-generals-quantico-meeting/
👀16🤔51
🇺🇸🇺🇦 ABŞ-ın vitse-prezidenti JD Vance:
• ABŞ “Tomahawk” qanadlı raketlərinin NATO-ya təhvil verilməsini və onların sonradan Ukraynaya göndərilməsini nəzərdən keçirir. Yekun qərar Prezident Trampa məxsusdur.
• Dəyişən amil mövcud reallıqdır: ruslar çoxlu insanı qətlə yetirir, özləri də ağır itkilər verir, lakin əldə etdikləri əhəmiyyətli bir nəticə yoxdur… Təəssüf ki, son həftələrdə müşahidə etdiyimiz odur ki, Rusiya Ukrayna ilə ikitərəfli danışıqlara oturmaqdan imtina edib, həmçinin prezidentin və ya administrasiyanın digər üzvlərinin iştirak edə biləcəyi üçtərəfli görüşlərə də razılıq verməyib… Rusiya ayılmalı və mövcud reallığı qəbul etməlidir. Çoxlu insan həlak olur, lakin onların göstərilə biləcək ciddi nailiyyəti yoxdur. Daha nə qədər insanı itirməyə hazırdırlar? Daha nə qədər insanı qətlə yetirməyə razıdırlar — burada, döyüş meydanında demək olar ki, hərbi üstünlük qazanmadan?
🤔2011👍5
ABŞ-dan Avropaya (Mildenhall, UK) hazırda çoxlu sayda tanker yerdəyişməsi həyata keçirilir. Bu təlim məqsədli də ola bilər (maliyyə ili sonu yerdəyişməsi və ya Cobra Warrior təlimləri) Hər-halda izləmək üçün maraqlıdır.
👍11🤔5
Putinə mülki təyyarəni raketlə vurduğunu kamera qarşısında etiraf etdirmək elə belə iş deyil! Üzrdən daha çox atılan raket barədə etiraf önəmli idi. Tarix yazması üçün.
👍67🤔6👀4👎1👏1