azOSINT
2.78K subscribers
547 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Bu arada tankerlər təyyarələri bortda aparmır təbii ki. Dragging də deyilir buna hərbi jarqonda
👍191
azOSINT
Azərbaycanın Xankəndini güc yolu ilə azad etməsinə az ehtimal verirəm. Bölgədəki güclər balansının problemsiz bunu həll etməyə imkan verəcəyini düşünmürəm. Amma bir məsələ də var ki, Türkiyədəki seçkilərdə mövcud iqtidarın dəyişməsi ehtimalı rəsmi Bakını müəyyən…
2023 6 martda həm qısa zamanda Xankəndinin alınacağı, həm də 2025 də İsrailin İranı vuracağını dediyimi bir nəfər xatırlatdı. Özüm də unutmuşdum. Boş vaxtım çox olub deyəsən))
41👍18👀6
Bu xəbər əhəmiyyət daşımır, boş söhbətdir. Rutin əməliyyatdır. Gördünüzsə, o mənbələrə bir də çox etibar etməyin
👍312
HIFI33/34 kodlu B-762 tanker təyyarələri San Fransisko üzərindən Sakit Okeana missiya düzülüşündə yola çıxıblar. Adətən bu kodlu missiyalar B-1,B-2 və ya B-52 aparırlar arxalarınca. B-52-lərin DG-da olduğunu nəzərə alsaq, B-2 daşıya bilərlər. Amma nəsə demək üçün hələki tezdir
👍141👀1
Daha çox tankerlər Sakit Okeana doğru yola çıxıb. Nə daşıdıqları məlumdur demək olar. Deməyə söz yoxdur, yəqin ki, ABŞ son yerdəyişmələrini edir. Bazarlar bağlandıqdan sonra hərəkətə keçmə ehtimalı artır.
14👀8👍2👎1
azOSINT pinned Deleted message
Altus AFB-dan qalxan 4-4 olaraq qısa məsafəli formasiyada düzülmüş 8 ədəd KC-135 tankerləri Whiteman AFB-dən qalxan təyyarələrə (çox güman B-2ləri) yanacaq dolduraraq Altusa geri dönüblər.

Whitemandan qalxan kimi yanacaq doldurma səbəbi isə bu təyyarələrin həqiqətən B-2 olması və tam dolu silahlarla qalxması ilə əlaqələndirilə bilər.

Qeyd edim ki, günün növbəti hissəsi üçün Hawaii üzərində yanacaqdoldurma üçün NOTAM elan edilib. Həmin NOTAM ərazisinə yaxın əlavə poliqon da aktiv edilib (orada PMRF poliqonu yerləşir). Həmin ərazinin isə B-2 formalı olması diqqət çəkir.
16👀5👍3
azOSINT
Altus AFB-dan qalxan 4-4 olaraq qısa məsafəli formasiyada düzülmüş 8 ədəd KC-135 tankerləri Whiteman AFB-dən qalxan təyyarələrə (çox güman B-2ləri) yanacaq dolduraraq Altusa geri dönüblər. Whitemandan qalxan kimi yanacaq doldurma səbəbi isə bu təyyarələrin…
Travis AFB-dən qalxan 2-2 formasiyalı 4 ədəd KC-46 tankerləri 5 saat öncə Whiteman AFB-dən qalxan və hazırda uçuşunu qərbə doğru davam etdirən B-2ləri ikinci dəfə yanacaqla təmin edib Travisə geri qayıtdılar.

B-2-lər çox güman Andersen AFB-ə (Guam) doğru uçuşlarını davam etdirirlər.
👍14👀32
Tankerlərin qoşulduğu təyyarələrin uçuş kodları MYTEE21-dir. Bu kodlar əvvəllər dəfələrlə B-2 missiyaları üçün istifadə olunub. Həm də tələffüzü radiolarda “mayti” olaraq eşidilir, hansı ki, mighty (qüdrətli, əzəmətli) sözünün oxunuşu ilə eynidir. Maraqlı seçimdir.
👍21👀21
B-2 bombardmançı təyyarələr son yanacaqdoldurmalarını edərək Sakit Okean üzərində səyahətlərinə başladılar. Guam və ya Diego Garciaya gedəcəkləri hələki dəqiq deyil. Növbəti yanacaqdoldurma Havay adaları üzərində olacaq. Ordan sonra Diego Garciyaya getsələr Avstraliya üzərindən keçəcəklər və bu zaman yüksəktezlikli radiodanışıqlardan biləcəyik yəqin ki, həm də əlavə yanacaqdoldurma lazım olacaq.
Birbaşa İrana hücum da mümkündür və biraz məntiqli görünür. Bombalı halda yola çıxılması bu ehtimalın planda olduğunu göstərir, həm də bu gün gecə Trumpın Milli Təhlükəsizlik Şurası iclası olacaq, ordan çıxan qərarla bomberlərə birbaşa hücum və ya gözləmə əmri veriləcək.
👍19👀9🤔21👏1
azOSINT
Altus AFB-dan qalxan 4-4 olaraq qısa məsafəli formasiyada düzülmüş 8 ədəd KC-135 tankerləri Whiteman AFB-dən qalxan təyyarələrə (çox güman B-2ləri) yanacaq dolduraraq Altusa geri dönüblər. Whitemandan qalxan kimi yanacaq doldurma səbəbi isə bu təyyarələrin…
Hawaii adaları üçün verilən NOTAM saatı yaxınlaşdıqca (15:00 ZULU time) artıq 3 tanker öz mövqelərinə doğru uçmağa başlayıb. Birazdan yanacaqdoldurma başlayacaq və B-2 lər ya Guama (Andersen AFB) ya da Diego Garciyaya doğru davam edəcəklər.

Qeyd etdiyim kimi, Whitemandan qalxdıqdan dərhal sonra tankerlərlə yanacaq doldurmaları onların artıq havaya tam dolu silahla qalxdığından xəbər verir və belə olduqda birbaşa zərbə ehtimal daxilindədir.
👀25👍8🤔31
ABŞ-a məxsus C-17A Globemaster Ammandan (İordaniya) təcili evakuasiya uçuşu həyata keçirəcək. Təyyarə yük göyərtəsində 350 sərnişin daşımaq üçün icazə alıb və uçuşu Raven elit təhlükəsizlik qüvvələri müşaiyət edəcək.

ABŞ hazırlıqlarını davam etdirir.
👍19🤔4
Hələlik ehtimal budur ki, dünən səhər Missuri Whiteman AFB-dən 9+ B-2 havalanıb və onlardan 3+-ü qərbə Atlantik okeanına doğru uçub, 6-sı isə Sakit okeana doğru. 6 B-2 aldatma planının bir parçası olaraq uçuşa davam edib, ondan daha tez qısa yolla çatan B-2lər isə zərbəni endiriblər.

Fərqli də ola bilər, zaman keçdikcə daha aydın biləcəyik (və ya heç vaxt).
👍23👀41
Peyk şəkillərində 6 dəlik müşahidə olunur. 2 fərqli salvo ilə (3-3) 6 bomba ilə zərbə endirilib. Nə qədər ziyan dəyib, hələlik bilinmir.
👍16🤔63👀2
Qətər hava sahəsini bağladı. Hazırda Qətərə enməyə hazırlaşan Qatar Airways daxil bütün aviaşirkətlər region ölkələrinin aeroportlarına yönləndirilir.

ABŞ, Britaniya daxil bir çox ölkələr Qətərdəki vətəndaşlarına təhlükəsiz yerlərdə qalmaları xəbərdarlığını edib.
👀174👍1
Məncə hamının gözlədiyindən daha çox gərginlik olacaq. Döyüşlərin şiddətinin çox kəskin olacağını düşünürəm (səhv çıxsam sevinərəm). İranın itirəcək nəyisə qalmayıb məncə.
👍20👀11🤔2
İlk zərbələr Al-Udaid bazasına dəyməyə başladı. Hələki İran 6 raket atıb Qətərə doğru
👍12🤔3👀3👏1
Yaxşı qurtardıq. Mənə elə gəlir İran bu qədər qorxaq davam etsə, yaxın aylarda Xameyniyə qarşı əməliyyat da görə bilərlər. Görək hazırki gərginlik nə vaxt bitir.
👏16👍51👀1