azOSINT
2.78K subscribers
547 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Hindistanın Pakistana hücumu növbəti 24-36 saat ərzində başlaya bilər. Bu barədə Pakistan höküməti kəşfiyyat məlumatlarına əsasən rəsmi açıqlamada bildirib.
👎20👀4🤔2👍1
azOSINT
Dünən İsrail nümayəndə heyəti danışıqlar üçün Bakıya gələrkən Türkiyə hava sahəsini tamamilə yan keçməli olublar.
Netanyahunun Bakı səfərininin ləğvinin səbəbi Türkiyənin hava sahəsindən uçuşa icazə verməməsi göstərilir. Lakin bu qətiyyən inandırıcı deyil, çünki alternativ marşrut mövcuddur.
👍24🤔1
Hindistanın az öncə Kəşmir bölgəsinə endirdiyi raket zərbələrindən sonra verdiyi açıqlama deeskalasiya cəhdi kimi göründü mənə. Görək Pakistanın cavabı necə olacaq.

Açıqlamada deyilir:


"Indian Armed Forces launched "Operation Sindoor" hitting terrorist infastructure in Pakistan and Pakistani Kashmir.

Indian Armed Forces carried out precision strike at terrorist camps.

No Pakistani military facilities have been targeted."
👍11👀3
Pakistan əks-zərbə olaraq artilleriya atışlarına başlayıb - hələki yalnız təmas xəttində.
👍27
ABŞ mart ayı ərzində Hind Okeanındaki Diego Garciya hərbi bazasına yerləşdirdiyi 6 ədəd B-2dən sonra dünəndən 4 ədəd B-52 ağır strateji bombardmançı təyyarələr adaya yola düşüb. Həvəskar radiodalğa dinləyən keçmiş hərbçilərin yazdığına görə artıq Avstraliya üzərində olan qrup yaxın saatlarda adaya çatacaq.

Bunun rotasiya yoxsa əlavə qruplaşma olduğunu yaxın günlərdə görəcəyik.
👍13👎1
Media dolaşan bu videolar oyun qrafikalardır. Pakistan-Hindistan müharibəsi tarixin gördüyü ən bol feyk nyuslu münaqişə olma potensialına malikdir, ona görə hər xəbərə ehtiyatla yanaşın.
👍31👏21👀1
Bu arada, mən inanmıram Hindistan-Pakistan müharibəsi böyüsün və Kəşmirdən kənara çıxsın (gərginliyin hazırki səviyyədən biraz da artacağı istisna olunmur amma)

ABŞ hazırda çox məhsulların istehsalını Çindən Hindistana keçirməyə çalışır. Çin ilə də Pakistan müttəffiqdir. Çinə destabilizasiya maraqlıdır. Lakin ABŞa İranın nüvə proqramına fokuslandığı vaxtda və Çindən qopmağa çalışdığı iqtisadi şəraitdə Hindistanda əlavə qarışıqlıq sərf etmir.
👍23👀1
Diego Garcia bu gün. İlk qrup B-52 artıq adaya enib.

6x B-2
2x B-52
6x KC-135
1x C-5 Galaxy
👍223👀1
azOSINT
Bu arada, mən inanmıram Hindistan-Pakistan müharibəsi böyüsün və Kəşmirdən kənara çıxsın (gərginliyin hazırki səviyyədən biraz da artacağı istisna olunmur amma) ABŞ hazırda çox məhsulların istehsalını Çindən Hindistana keçirməyə çalışır. Çin ilə də Pakistan…
Hindistanın bu səhərki dron hücumlarından sonra fikrimi pessimist olaraq dəyişirəm. Hadisələr yavaş-yavaş nəzarətdən çıxa bilər tərəflər belə məsuliyyətsiz davransalar (əsas da Hindistan)
🤔16👀2👍1
azOSINT pinned «Hindistanın bu səhərki dron hücumlarından sonra fikrimi pessimist olaraq dəyişirəm. Hadisələr yavaş-yavaş nəzarətdən çıxa bilər tərəflər belə məsuliyyətsiz davransalar (əsas da Hindistan)»
azOSINT
Deyəsən Türkiyə çox ciddi bir müharibə gözləyir və bu ehtimalı kifayət qədər real görür (yaxın bir-iki il ərzində). Öcalan haqqında yeni çıxışların bundan başqa açıqlaması yoxdur.
O vaxt mənə çox qeyri-adi gələn və bu barədə ilk gündən paylaşım etdiyim proses sonda PKK-nın özünü buraxması ilə nəticələndi.

Görək Öcalanın həbs məsələsində hansısa bir dəyişiklik olacaqmı.

Ümumi götürdükdə isə, əlbəttə, nəyinsə həll olunduğunu düşünmürəm.
👍13👀1
Dünyanın dəyişim sürəti inanılmazdır
👍381👀1
Son həftələr ABŞ-İsrailin İranı vurmaq planlarının ləğv olunması, gücü çatmaması və ya ləngiməsi barədə çox xəbərlər “sızdırılır” nüfuzlu ABŞ mediası tərəfindən.
Mənə sanki hansısa mümkün zərbənin sürpriz elementini qoruması üçün edilən məlumat kirliliyi yaratmaq cəhdi kimi gəlir bunlar. Zərbə olduqda bunun gözləniməz anda gəlməsi üçün. Bunun üçünsə həftələr və ya aylar lazım ola bilər. Ki, rəqib tam rahatlaşdığı an hərəkətə keçəsən.
👍214🤔3👎1👀1
Yaxın bir neçə gündə (və ya sabah) İran-İsrail gərginliyində eskalasiya gözlənilir. Əvvəl də gözlənildiyi kimi, danışıqlar nəticə vermir. İran nüvə iddialarından, təbii olaraq, əl çəkmir. Qarşı tərəf də kompromisə getmir.
👀252
👀18
ABŞ-ın Bağdaddakı səfirliyi az qala keçilməz qala kimidir. Oranı ABŞ təxliyyə edirsə, vəziyyət ciddidir.
👍242👀1
Bütün işarələr İsrailin İrana hücum edəcəyini göstərir. Artıq şübhə qalmayıb kimi görünür. Yaxın bir neçə gündə bu baş verə bilər. Tək alternativ ehtimal İranı son bir dəfə masada razılığa gətirmək üçün güc göstərisi və mesaj ötürmə ola biləcəyidir, lakin İranın hansısa yeni güzəştə gedəcəyi ehtimal daxilində görünmür, uzun illərdir. Olsa çoxdan olardı.
👍312👀1
Dünən təxmin etdiyim kimi, Kurilla İsrailə bu şənbə günü səfər edəcək. 🤔
👍12👀1