azOSINT
2.78K subscribers
547 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Pentaqon Yaxın Şərqə Patriot batareyaları daşıdığını rəsmi olaraq təsdiqləyib.
Əlavə olaraq, NBC-ə danışan mənbələr əlavə THAAD HHM batareyasının da Yaxın Şərqə yerləşdirildiyini bildirir.

Bu isə ABŞ-ın daha ciddi ssenarilər üçün hazırlaşdığını göstərir.

İran səbrsiz davranıb ilk zərbəni endirməyə cəhd edə bilər. Hələki qarşıdaki həftələrdə açıq təhdid mərhələlərindən keçiləcək, bundan sonra tərəflərin danışığa nə qədər yaxın olduğunu görmək mümkün olacaq.
👀27👍2
azOSINT
Donald Trumpın Xameyniyə göndərdiyi məktubda yeni nüvə razılaşması üçün 2 ay vaxt (deadline) qoyulduğu bildirilirdi, və bu vaxt mayın əvvəli (5) bitir. Dünən axşam isə ABŞ Diego Garcia ətrafında Mayın 1 i bitəcək NOTAM elan edib. Xatırladım ki, son günlərdə…
İsrailli yüksək rütbəli rəsmi Channel 14-ə bildirib:

“İranın səhv edərək bizə yüzlərlə raketlə hücum etməsi ehtimalına qarşı hazırlaşırıq. Müdafiə sahəsində amerikalılarla əməkdaşlığımız başqa bir səviyyəyə qalxır, bu, indiyə qədərki ən yaxşı əməkdaşlıqdır. Buraya yerləşdirilən əlavə batareya bizim onlarla birgə fəaliyyət planımızın bir hissəsidir.”

“Trampın iranlılara verdiyi son tarix təxminən bir ay sonradır – hər şey masadadır.”
👍16👎31
Bu onilliyin sonuna proqnozlaşdırılan Çinin Tayvanı işğal planı, bu sürətlə getsə yaxın 1-2 ildə də baş verə bilər. Çinin hazırlıqları daha da aqresivləşib. Onlara sadəcə biraz da vaxt lazımdır ki, həm rekord sürətlə gəmi istehsalını lazımi səviyyəyə çatdırsınlar, həm də yeni nəsil təyyarələri silahlanmaya qəbul etsinlər.

Bu müddətdə baş verən ticarət müharibələrinin səs küyündən isə sadəcə olaraq fürsət kimi istifadə edirlər.
👍28👀3👎2
Bir həftədən çoxdur ABŞ-ın Əfqanıstandakı Baqram aviabazasına yenidən qayıtdığı barədə əsasən ciddi olmayan mənbələrdə xəbərlər tirajlanır.

Hələki, ən son peyk şəkillərində nə Kabulda, nə də Baqramda hansısa ABŞ təyyarəsi və ya digər avadanlığı görünmür.

İrana zərbə hazırlığı üçün xüsusi önəmi yoxdur bu məkanın. Amma yenə də ABŞ-ın Baqrama geri qayıtması çox ciddi hadisə olardı. Bu baş versə, daha ciddi siqnalları yəqin ki, yaxın günlərdə görərik.
👍142
Türkiyə - İsrail toqquşmasının yaşanma ehtimalı həddən artıq çoxalmışdı (hələ də az deyil uzun müddətli baxsaq). Bu addım çox önəmlidir.
👍32
Dünən İsrail nümayəndə heyəti danışıqlar üçün Bakıya gələrkən Türkiyə hava sahəsini tamamilə yan keçməli olublar.
👍20🤔11👎8
Mike Pompeo memuarlarında yazır ki, 2019-cu ildə yuxuda olarkən ona Hindistan rəhbərliyindən təcili zəng gəlir - Pakistan nüvə silahlarını hərəkətə keçirib, birazdan bizə nüvə zərbəsi endirəcək. Pompeo bir neçə dəqiqə vaxt istəyir və Pakistan rəhbərliyinə zəng edir. Pakistan rəhbərliyi isə deyir ki, biz nüvə silahlarımızı hərəkətə keçirməmişik, amma bayaq məlumat almışıq ki, Hindistan silahlarını start vəziyyətinə gətirib və bizi vuracaq.

Pompeo təcili hərəkətə keçir və tərəfləri sakitləşdirib heç bir tərəfin nüvə silahlarını hərəkətə keçirmədiyi barədə onları inandıra bilir. Beləcə hər an başlaya biləcək dəhşətli müharibənin qarşısı alınır.

Bu iki dövlət belə bir faciəyə 2019-da bu qədər yaxın olublar. Hazırda isə vəziyyət daha ciddidir. Ciddi hərbi eskalasiya siqnalları olmasa da, ritorika çox sərtdir.
👍333🤔3
Hindistanın Pakistana hücumu növbəti 24-36 saat ərzində başlaya bilər. Bu barədə Pakistan höküməti kəşfiyyat məlumatlarına əsasən rəsmi açıqlamada bildirib.
👎20👀4🤔2👍1
azOSINT
Dünən İsrail nümayəndə heyəti danışıqlar üçün Bakıya gələrkən Türkiyə hava sahəsini tamamilə yan keçməli olublar.
Netanyahunun Bakı səfərininin ləğvinin səbəbi Türkiyənin hava sahəsindən uçuşa icazə verməməsi göstərilir. Lakin bu qətiyyən inandırıcı deyil, çünki alternativ marşrut mövcuddur.
👍24🤔1
Hindistanın az öncə Kəşmir bölgəsinə endirdiyi raket zərbələrindən sonra verdiyi açıqlama deeskalasiya cəhdi kimi göründü mənə. Görək Pakistanın cavabı necə olacaq.

Açıqlamada deyilir:


"Indian Armed Forces launched "Operation Sindoor" hitting terrorist infastructure in Pakistan and Pakistani Kashmir.

Indian Armed Forces carried out precision strike at terrorist camps.

No Pakistani military facilities have been targeted."
👍11👀3
Pakistan əks-zərbə olaraq artilleriya atışlarına başlayıb - hələki yalnız təmas xəttində.
👍27
ABŞ mart ayı ərzində Hind Okeanındaki Diego Garciya hərbi bazasına yerləşdirdiyi 6 ədəd B-2dən sonra dünəndən 4 ədəd B-52 ağır strateji bombardmançı təyyarələr adaya yola düşüb. Həvəskar radiodalğa dinləyən keçmiş hərbçilərin yazdığına görə artıq Avstraliya üzərində olan qrup yaxın saatlarda adaya çatacaq.

Bunun rotasiya yoxsa əlavə qruplaşma olduğunu yaxın günlərdə görəcəyik.
👍13👎1
Media dolaşan bu videolar oyun qrafikalardır. Pakistan-Hindistan müharibəsi tarixin gördüyü ən bol feyk nyuslu münaqişə olma potensialına malikdir, ona görə hər xəbərə ehtiyatla yanaşın.
👍31👏21👀1
Bu arada, mən inanmıram Hindistan-Pakistan müharibəsi böyüsün və Kəşmirdən kənara çıxsın (gərginliyin hazırki səviyyədən biraz da artacağı istisna olunmur amma)

ABŞ hazırda çox məhsulların istehsalını Çindən Hindistana keçirməyə çalışır. Çin ilə də Pakistan müttəffiqdir. Çinə destabilizasiya maraqlıdır. Lakin ABŞa İranın nüvə proqramına fokuslandığı vaxtda və Çindən qopmağa çalışdığı iqtisadi şəraitdə Hindistanda əlavə qarışıqlıq sərf etmir.
👍23👀1
Diego Garcia bu gün. İlk qrup B-52 artıq adaya enib.

6x B-2
2x B-52
6x KC-135
1x C-5 Galaxy
👍223👀1
azOSINT
Bu arada, mən inanmıram Hindistan-Pakistan müharibəsi böyüsün və Kəşmirdən kənara çıxsın (gərginliyin hazırki səviyyədən biraz da artacağı istisna olunmur amma) ABŞ hazırda çox məhsulların istehsalını Çindən Hindistana keçirməyə çalışır. Çin ilə də Pakistan…
Hindistanın bu səhərki dron hücumlarından sonra fikrimi pessimist olaraq dəyişirəm. Hadisələr yavaş-yavaş nəzarətdən çıxa bilər tərəflər belə məsuliyyətsiz davransalar (əsas da Hindistan)
🤔16👀2👍1
azOSINT pinned «Hindistanın bu səhərki dron hücumlarından sonra fikrimi pessimist olaraq dəyişirəm. Hadisələr yavaş-yavaş nəzarətdən çıxa bilər tərəflər belə məsuliyyətsiz davransalar (əsas da Hindistan)»
azOSINT
Deyəsən Türkiyə çox ciddi bir müharibə gözləyir və bu ehtimalı kifayət qədər real görür (yaxın bir-iki il ərzində). Öcalan haqqında yeni çıxışların bundan başqa açıqlaması yoxdur.
O vaxt mənə çox qeyri-adi gələn və bu barədə ilk gündən paylaşım etdiyim proses sonda PKK-nın özünü buraxması ilə nəticələndi.

Görək Öcalanın həbs məsələsində hansısa bir dəyişiklik olacaqmı.

Ümumi götürdükdə isə, əlbəttə, nəyinsə həll olunduğunu düşünmürəm.
👍13👀1