azOSINT
2.78K subscribers
547 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
İranın bu gün düşdüyü vəziyyət Süleymaninin öldürüldüyü gündən başladı. Və bunu Trump etdi, bunu unutmaq olmaz. İran cavabında ABŞ bazalarına zərbələr endirsə də, məqsədinə çatan ABŞ cavab vermədi və orada dayandı proseslər. Keçən il İran-İsrail döyüşlərindən sonra tərəflər bir-birlərinin güce artıq sınayıblar. Qorxu hədləri, qırmızı cizgilər çoxdan irəli çəkilib. Ona görə də Trumpın və ya Netanyahunun İranın nüvə silahı əldə etməsinə sakit qalacağı variantı mənə çox-çox aşağı görünür (bunu 4 ildi təkrarlayıram).
👍355👀2
Mirzoyan Ermənistanın Azərbaycan tərəfinin sülhü imzalamaq üçün irəli sürdüyü iki təklifi, konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi (bunu həm də Türkiyə bu gün dilə gətirib), qəbul etmədiyini bildirib.

https://oc-media.org/armenia-rejects-azerbaijani-preconditions-for-signing-peace-treaty/
👏13🤔62👍1
From White House readout
👀19👍4
Caliber iddiasını təkrarlayır.
👀231👍1
Siqnal bunlara da çatıb, əllərindən gələni edirlər ki, mane olsunlar.
Ərdoğanın bugünki kart blanşından sonra mənə elə gəlir ümumi mənzərə budur hesablamalarda:
1) Avropanın dərdi başından aşır və onsuzda onları sayan yoxdur, neytrallaşdırmaq asandır
2) Trumpı yaxşı danışıqla, biraz eqosunu tərifləməklə, hər şeyə razı salmaq olar.
👍35
Fransanın İrandakı vətəndaşlarına ölkəni dərhal tərk etməsi çağırışı xəbərləri əsassızdır. Beləki, rəsmi mənbələrin heç birində bu barədə xəbər tapmadım. Yalnız Fransanın ümumi səyahət xəbərdarlığı siyahısında ən son yanvarda yenilənmiş səhifədə İranın təhlükəli olması və vətəndaşlarına tərk etməsini məsləhət bilməsi haqqında elan var.

Qeyri-adi xəbərlər gördükdə həmişə ilkin mənbələri sorğulamağınızı həmişəki kimi, tövsiyyə edirəm.
👍35👏111🤔1
Trumpın Ukrayna-Rusiya məsələləri üzrə nümayəndəsi Witkoffun Tucker Carlsonla olan müsahibəsini dinləməyinizi tövsiyə edirəm.

İki ehtimal var: ya bunlar həqiqətən də Rusiyaya işləyirlər, ya da indiki administrasiya tamamilə idiotlardan ibarətdir.

Hərhalda ikinci ehtimal daha güclüdür.

https://x.com/tuckercarlson/status/1903207340696014945?s=46
👏27👀8👍6
The Atlantic jurnalının baş redaktoru səhvən ABŞın ən yüksək rəsmilərinin toplandığı (Trump xaric hər kəs) Signal qrupuna əlavə edilib.

Jurnalistin Yəmənə endirilən zərbələrin planlaşdırılması mərhələsini təsvir etdiyi yazıda əsas məqam indiki administrasiyanın, xüsusilə JD Vancein avropaya necə nifrət etdiyini bildirməsidir.

Bu böyük skandalda üzə çıxan tondan avropa rəsmiləri növbəti siyasi gedişlərində yüz faiz dərs çıxaracaqlar.

İndiki administrasiya həqiqətən də idiotdur. Avropanın əvvəlki axmaqlıqlarına və keçmiş administrasiyanın bütün səhvlərinə rəğmən.

https://www.theatlantic.com/politics/archive/2025/03/trump-administration-accidentally-texted-me-its-war-plans/682151/?taid=67e185a0142e3e00010cde92&utm_campaign=the-atlantic&utm_content=true-anthem&utm_medium=social&utm_source=twitter
👀17👍51
İnboxunuzu spamladığım üçün üzr istəyirəm. Bu gün üzrlü sayın
😂😂😂
22👏7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq işğal edə biləcək bir ordunu yığa bilməsindədir.

Normal xəritəyə baxsanız Hind Okeanı kimi gördüyünüz bu böyük ərazidə Diego Garcia adlı çox kiçik bir ada var, və o adada ABŞ-ın hərbi bazası yerləşir.

Diego Garciaya bir neçə gündür sürətli şəkildə tanker təyyarələri dislokasiya edilir.
👍36👏41
azOSINT
The Atlantic jurnalının baş redaktoru səhvən ABŞın ən yüksək rəsmilərinin toplandığı (Trump xaric hər kəs) Signal qrupuna əlavə edilib. Jurnalistin Yəmənə endirilən zərbələrin planlaşdırılması mərhələsini təsvir etdiyi yazıda əsas məqam indiki administrasiyanın…
Deməli bu hekayənin digər maraqlı və dəhşətli tərəfi də var.
Bu Signal qrupuna Witkoff 13 Martda əlavə edilib. Onun Kremlində (sonra da Bakıda) olduğu gün. 13 Mart Moskva vaxtilə 23:28 də qrupa əlavə edilib. Onun təyyarəsi isə Moskvadan Bakıya 01:53 də havalanıb. Ümumi düşüncə budur ki, iki saat yarım təyyarədə oturub gözləmiş olmaz (şəxsi hökümət jetidir, kortejlə birbaşa aprona gəlir və s.).

Deməli qrupa əlavə edildiyi vaxt çox güman ki, Witkoff elə Kremlində olub. Nəzərə alsaq ki, Signal appi onların məxfi hökumət telefonlarına yox, gündəlik telefonlarına yüklü olub, onun həmin vaxt o telefona oranın wifi şəbəkəsinə qoşulmuş olması ehtimalı kifayət qədər yüksəkdir. Və budur, artıq FSB qeyri-adi mürəkkəb casus texnologiyalardan istifadə etmədən ABŞ dövlət aparatının ən məxfi planlarını real vaxtda oxumuş olur.

Bu yuxarıdaki keyz baş verməmiş olsa belə, bu kiçik ehtimalın real olması özü dəhşətlidir.
👍351👎1
Mövzu barədə son paylaşım. Söhbət appin təhlükəsiz olub-olmamasından getmir. Ümumiyyətlə mobil telefonlar dövlət səviyyəli təhlüklərə qarşı çox həssadır müdafiəsi güclü deyil.

Çox keçməz 1-2 günə yeni söhbət yaranar bu mövzudan yayınarıq :).

Onsuzda regionumuz qaynayır.
👍30
azOSINT
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq…
Dünən Whiteman AFB-dən Avstraliya üzərindən Diego Garciaya 3 ədəd B-2 stels bombardmançı döyüş təyyarələri dislokasiya edilmişdi. İndi isə San Fransiskodaki stansiyalara qoşulub tezlikləri dinləyən həvəskarlar əlavə 3 (və ya 4) B-2nin Whitemandan Diego Garciaya Avstraliya üzərindən uçuşuna icazə verildiyini bildirirlər.
Beləcə DG-yə son 2 gün ərzində xeyli sayda tanker və ən azı 6 B-2 yerləşdirilmiş oldu.

Hələki bunların Husilərə qarşı istifadə olunacağı düşünülür. Lakin həmin əməliyyatlar bitsə belə yəqin ki, İran üçün hazır vəziyyətdə bir neçə ay orada gözləyəcəklər.
🤔8👀7
Donald Trumpın Xameyniyə göndərdiyi məktubda yeni nüvə razılaşması üçün 2 ay vaxt (deadline) qoyulduğu bildirilirdi, və bu vaxt mayın əvvəli (5) bitir.

Dünən axşam isə ABŞ Diego Garcia ətrafında Mayın 1 i bitəcək NOTAM elan edib.

Xatırladım ki, son günlərdə DG-ya B-2 stels bombardmançı təyyarələr, tanker və hərbi karqo təyyarələri cəmləşdirilməkdədir.
👍29👀3👎1
Diego Garciada 26 marta olan vəziyyət:

7 x KC-135 tanker
1 x C-17
1 x P-8A
3 x B-2 Spirit

Əlavə B2lər (4) də hanqarlardadır
👀285
azOSINT
Donald Trumpın Xameyniyə göndərdiyi məktubda yeni nüvə razılaşması üçün 2 ay vaxt (deadline) qoyulduğu bildirilirdi, və bu vaxt mayın əvvəli (5) bitir. Dünən axşam isə ABŞ Diego Garcia ətrafında Mayın 1 i bitəcək NOTAM elan edib. Xatırladım ki, son günlərdə…
Axios nəşrinin son günlər Diego Garciaya edilən disloksiyalarla bağlı hazırladığı xəbərdə ABŞ rəsmisinin verdiyi məlumata görə “B-2-lərin adaya cəmləşdirilməsi Trumpın İrana xəbərdarlığı ilə əlaqəsiz deyil”.

Başqa sözlə, ABŞ rəsmiləri bildirirlər ki, son dislokasiyalar İrana xəbərdarlıq üçün həyata keçirilir.
👍153
ABŞ son iki gündə Cənubi Koreyadakı Osan Aviabazasından Bəhreyndəki İsa Aviabazasına dayanmadan daşınma həyata keçirir.
Qeyd edim ki, Osan AB ABŞ üçün regionda önəmli logistik mərkəzdir və əsasən HHM sistemləri saxlanılır. Yaxın Şərqə buradan Patriot HHM-lərin köçürüldüyü düşünülür.

Son günlər Osana ən az 13 C-17A eniş edib və uçuşlar Osana dünyanın dörd bir yanından gəliblər. Onlardan 4-ü qısa fasilədən sonra Bəhreynə yola düşüblər. Digərlərinin də belə etdiyi düşünülür.

Əlavə olaraq Ramstein və Avropadakı digər bazalardan da Yaxın Şərqə fasiləsiz şəkildə köçürmələr davam edir.

Son olaraq isə Guamda lövbər salan Carl Vinson təyyarə daşıyan gəmisi və döyüş qrupu Yaxın Şərqə doğru yola çıxıb və təxmini 1-2 həftə ərzində Yaxın Şərqə çatacaq.

Xatırladım ki, son bir həftə ərzində ABŞ Hind Okeanındaki Diego Garcia aviabazasına bilinən ən azı 6 ədəd B-2 (bütün B-2lərin 1/3ü) dislokasiya edib. Və bununla bərabər həmin döyüş qrupu üçün lazımi silah sursat.
👍21👀91
Pentaqon Yaxın Şərqə Patriot batareyaları daşıdığını rəsmi olaraq təsdiqləyib.
Əlavə olaraq, NBC-ə danışan mənbələr əlavə THAAD HHM batareyasının da Yaxın Şərqə yerləşdirildiyini bildirir.

Bu isə ABŞ-ın daha ciddi ssenarilər üçün hazırlaşdığını göstərir.

İran səbrsiz davranıb ilk zərbəni endirməyə cəhd edə bilər. Hələki qarşıdaki həftələrdə açıq təhdid mərhələlərindən keçiləcək, bundan sonra tərəflərin danışığa nə qədər yaxın olduğunu görmək mümkün olacaq.
👀27👍2
azOSINT
Donald Trumpın Xameyniyə göndərdiyi məktubda yeni nüvə razılaşması üçün 2 ay vaxt (deadline) qoyulduğu bildirilirdi, və bu vaxt mayın əvvəli (5) bitir. Dünən axşam isə ABŞ Diego Garcia ətrafında Mayın 1 i bitəcək NOTAM elan edib. Xatırladım ki, son günlərdə…
İsrailli yüksək rütbəli rəsmi Channel 14-ə bildirib:

“İranın səhv edərək bizə yüzlərlə raketlə hücum etməsi ehtimalına qarşı hazırlaşırıq. Müdafiə sahəsində amerikalılarla əməkdaşlığımız başqa bir səviyyəyə qalxır, bu, indiyə qədərki ən yaxşı əməkdaşlıqdır. Buraya yerləşdirilən əlavə batareya bizim onlarla birgə fəaliyyət planımızın bir hissəsidir.”

“Trampın iranlılara verdiyi son tarix təxminən bir ay sonradır – hər şey masadadır.”
👍16👎31
Bu onilliyin sonuna proqnozlaşdırılan Çinin Tayvanı işğal planı, bu sürətlə getsə yaxın 1-2 ildə də baş verə bilər. Çinin hazırlıqları daha da aqresivləşib. Onlara sadəcə biraz da vaxt lazımdır ki, həm rekord sürətlə gəmi istehsalını lazımi səviyyəyə çatdırsınlar, həm də yeni nəsil təyyarələri silahlanmaya qəbul etsinlər.

Bu müddətdə baş verən ticarət müharibələrinin səs küyündən isə sadəcə olaraq fürsət kimi istifadə edirlər.
👍28👀3👎2