azOSINT
2.78K subscribers
547 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırdı.

Avropa, axır ki, ayılmalıdır.
👎27👀8👏1🤔1
https://www.twz.com/air/cracks-in-kc-46-pegusus-tankers-halt-all-deliveries


İndi də bununla şantaj edirlər Avropanı. Sən əlində Airbus ola-ola bütün pulu ABŞ-a axıtsan sonu belə olar.
👍15
Ukrayna üçün pis xəbərdir. ABŞ kəşfiyyat məlumatlarını paylaşmağı da dayandırıb.
Silah satışı və yardımları dayandırmağın təsiri daha sonra hiss ediləcək, lakin bunun təsiri daha sürətli hiss ediləcək.


https://www.ft.com/content/c58fccea-00c4-4fad-bc0a-0185b7415579
👎21👍1
Son həftələrdə Britaniyanın İordaniyaya hərbi təyyarələrlə dayanmadan yüklər daşıması və əlavə qüvvələr yığması müşahidə edilir. Və geopolitik mənzərə o qədər qarışıqdır ki, bu bir növ arxa planda və sakit davam edir. Bu yığımın səbəbini düşünəndə İsrailin hanısa şəkildə qorunması variantı ağla gələn ilk ehtimaldır. Bu isə bir halda lazım ola bilər: İrana quru əməliyyatları.
Spekulyasiya edirəm, bəli, amma qaçılmaz sonluq sanki artıq daha sürətlə yaxınlaşır.
👀39👍112🤔2
Hətta 2020-də ilk Trump dönəmində belə, məncə, hər kəs, həm ABŞ həm Rusiya Qarabağın Ermənistandan alınmasına və o məsələnin birdəfəlik həllinə tərəfdar idi (İlham Əliyevin tarixi diplomatik nailiyyəti hamını eyni fikir ətrafındq birləşdirə bilməsidir). Və inanıram ki, Zəngəzur dəhlizi üçün də Azərbaycana yaşıl işıq var idi (daha irəli gedib konspirologiya edə bilərəm ki, Ermənistanın bir dövlət kimi mövcudluğu heç kimin vecinə deyildi). Lakin İranın sərt müqaviməti səbəbindən bu baş tutmadı.

İndi isə görünür İsrail vasitəsilə Azərbaycan ABŞ dəstəyinə arxayındır və İranın neytrallaşdırılacağını düşünür.
👀36👍139
ABŞ Ukraynaya hərbi yardım və kəşfiyyat dəstəyini yenidən davam etdirib. Ukrayna 30 günlük atəşkəsə razılaşıb.
🤔20👍7
Witkoffun Bakı səfərindən mediada heç yazılmadı. Yolustu Bakı ziyarəti görəsən nə üçün idi? Kimi nəyə razl salırdı və ya nədən çəkindirməyə çalışırdı? Mümkün versiyalar əsaslı görünür.
🤔32👀3👍1
Son illərdə mediada dəfələrlə müharibə ritorikası olub, sonra da səngiyib. Məncə bunların əksəriyyətininin ciddiliyini doğru şəkildə təxmin edə bilmişəm.

Budəfəki ritorika mənə ciddi gəlir. Geopolitik mənzərə o qədər qarışıqdır və hərəkətlidir ki, hər an vəziyyət 180 dərəcə dəyişə və hər şey normala (sakitliyə) dönə bilər.
Lakin bu qarışıqlığın özü də əlavə fürsətlər pəncərəsi açır. Yaxından izləmək lazımdır.
👍29🤔4👀1
İranın bu gün düşdüyü vəziyyət Süleymaninin öldürüldüyü gündən başladı. Və bunu Trump etdi, bunu unutmaq olmaz. İran cavabında ABŞ bazalarına zərbələr endirsə də, məqsədinə çatan ABŞ cavab vermədi və orada dayandı proseslər. Keçən il İran-İsrail döyüşlərindən sonra tərəflər bir-birlərinin güce artıq sınayıblar. Qorxu hədləri, qırmızı cizgilər çoxdan irəli çəkilib. Ona görə də Trumpın və ya Netanyahunun İranın nüvə silahı əldə etməsinə sakit qalacağı variantı mənə çox-çox aşağı görünür (bunu 4 ildi təkrarlayıram).
👍355👀2
Mirzoyan Ermənistanın Azərbaycan tərəfinin sülhü imzalamaq üçün irəli sürdüyü iki təklifi, konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi (bunu həm də Türkiyə bu gün dilə gətirib), qəbul etmədiyini bildirib.

https://oc-media.org/armenia-rejects-azerbaijani-preconditions-for-signing-peace-treaty/
👏13🤔62👍1
From White House readout
👀19👍4
Caliber iddiasını təkrarlayır.
👀231👍1
Siqnal bunlara da çatıb, əllərindən gələni edirlər ki, mane olsunlar.
Ərdoğanın bugünki kart blanşından sonra mənə elə gəlir ümumi mənzərə budur hesablamalarda:
1) Avropanın dərdi başından aşır və onsuzda onları sayan yoxdur, neytrallaşdırmaq asandır
2) Trumpı yaxşı danışıqla, biraz eqosunu tərifləməklə, hər şeyə razı salmaq olar.
👍35
Fransanın İrandakı vətəndaşlarına ölkəni dərhal tərk etməsi çağırışı xəbərləri əsassızdır. Beləki, rəsmi mənbələrin heç birində bu barədə xəbər tapmadım. Yalnız Fransanın ümumi səyahət xəbərdarlığı siyahısında ən son yanvarda yenilənmiş səhifədə İranın təhlükəli olması və vətəndaşlarına tərk etməsini məsləhət bilməsi haqqında elan var.

Qeyri-adi xəbərlər gördükdə həmişə ilkin mənbələri sorğulamağınızı həmişəki kimi, tövsiyyə edirəm.
👍35👏111🤔1
Trumpın Ukrayna-Rusiya məsələləri üzrə nümayəndəsi Witkoffun Tucker Carlsonla olan müsahibəsini dinləməyinizi tövsiyə edirəm.

İki ehtimal var: ya bunlar həqiqətən də Rusiyaya işləyirlər, ya da indiki administrasiya tamamilə idiotlardan ibarətdir.

Hərhalda ikinci ehtimal daha güclüdür.

https://x.com/tuckercarlson/status/1903207340696014945?s=46
👏27👀8👍6
The Atlantic jurnalının baş redaktoru səhvən ABŞın ən yüksək rəsmilərinin toplandığı (Trump xaric hər kəs) Signal qrupuna əlavə edilib.

Jurnalistin Yəmənə endirilən zərbələrin planlaşdırılması mərhələsini təsvir etdiyi yazıda əsas məqam indiki administrasiyanın, xüsusilə JD Vancein avropaya necə nifrət etdiyini bildirməsidir.

Bu böyük skandalda üzə çıxan tondan avropa rəsmiləri növbəti siyasi gedişlərində yüz faiz dərs çıxaracaqlar.

İndiki administrasiya həqiqətən də idiotdur. Avropanın əvvəlki axmaqlıqlarına və keçmiş administrasiyanın bütün səhvlərinə rəğmən.

https://www.theatlantic.com/politics/archive/2025/03/trump-administration-accidentally-texted-me-its-war-plans/682151/?taid=67e185a0142e3e00010cde92&utm_campaign=the-atlantic&utm_content=true-anthem&utm_medium=social&utm_source=twitter
👀17👍51
İnboxunuzu spamladığım üçün üzr istəyirəm. Bu gün üzrlü sayın
😂😂😂
22👏7👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ABŞ-ın hərbi qüdrəti ordusunun və ya texnikasının sayının böyüklüyndə, təyyarələrinin döyüş qabiliyyətində, kəşfiyyatının gücündə deyil, onun logistik qabiliyyətindədir, dünyanın ən ağlasığmaz yerlərinə az qala 24-48 saat içində həmin ərazini nəzəri olaraq işğal edə biləcək bir ordunu yığa bilməsindədir.

Normal xəritəyə baxsanız Hind Okeanı kimi gördüyünüz bu böyük ərazidə Diego Garcia adlı çox kiçik bir ada var, və o adada ABŞ-ın hərbi bazası yerləşir.

Diego Garciaya bir neçə gündür sürətli şəkildə tanker təyyarələri dislokasiya edilir.
👍36👏41
azOSINT
The Atlantic jurnalının baş redaktoru səhvən ABŞın ən yüksək rəsmilərinin toplandığı (Trump xaric hər kəs) Signal qrupuna əlavə edilib. Jurnalistin Yəmənə endirilən zərbələrin planlaşdırılması mərhələsini təsvir etdiyi yazıda əsas məqam indiki administrasiyanın…
Deməli bu hekayənin digər maraqlı və dəhşətli tərəfi də var.
Bu Signal qrupuna Witkoff 13 Martda əlavə edilib. Onun Kremlində (sonra da Bakıda) olduğu gün. 13 Mart Moskva vaxtilə 23:28 də qrupa əlavə edilib. Onun təyyarəsi isə Moskvadan Bakıya 01:53 də havalanıb. Ümumi düşüncə budur ki, iki saat yarım təyyarədə oturub gözləmiş olmaz (şəxsi hökümət jetidir, kortejlə birbaşa aprona gəlir və s.).

Deməli qrupa əlavə edildiyi vaxt çox güman ki, Witkoff elə Kremlində olub. Nəzərə alsaq ki, Signal appi onların məxfi hökumət telefonlarına yox, gündəlik telefonlarına yüklü olub, onun həmin vaxt o telefona oranın wifi şəbəkəsinə qoşulmuş olması ehtimalı kifayət qədər yüksəkdir. Və budur, artıq FSB qeyri-adi mürəkkəb casus texnologiyalardan istifadə etmədən ABŞ dövlət aparatının ən məxfi planlarını real vaxtda oxumuş olur.

Bu yuxarıdaki keyz baş verməmiş olsa belə, bu kiçik ehtimalın real olması özü dəhşətlidir.
👍351👎1
Mövzu barədə son paylaşım. Söhbət appin təhlükəsiz olub-olmamasından getmir. Ümumiyyətlə mobil telefonlar dövlət səviyyəli təhlüklərə qarşı çox həssadır müdafiəsi güclü deyil.

Çox keçməz 1-2 günə yeni söhbət yaranar bu mövzudan yayınarıq :).

Onsuzda regionumuz qaynayır.
👍30