Flightradar24 nümayəndəsinin mənə verdiyi məlumata görə, təyyarədən 7700 squawk 05:25 UTC də qəbul edilib. Stenoqramda dispetçerin bu haqda soruşmasından 1, zərbədən 10 dəqiqə sonra.
👍32
ABŞ-da Los Angelesdə baş verən Palisedes yanğınları nəticəsində külə dönən ərazilərin Airbus tərəfindən çəkilmiş 400 meqapiksellik peyk şəkilləri yayımlanıb. Şəkil əlavə olaraq xəritə üzərinə yerləşdirilib.
Bu linkdən baxa bilərsiniz.
Yanan ərazilər dünyanın ən bahalı mülklərinin yerləşdiyi, ən dəyərli rayonlardan hesab olunurdu.
Bu linkdən baxa bilərsiniz.
Yanan ərazilər dünyanın ən bahalı mülklərinin yerləşdiyi, ən dəyərli rayonlardan hesab olunurdu.
👍28❤1
azOSINT
Burada fərz etmək olar ki, quş sürüsü ilə toqquşduğunu düşünən kapitan, hələki qismən işlək vəziyyətdə olan hidravlik sistemlərini də nəzərə alaraq artıq ərazidə təkcə mümkün olan NDB yaxınlaşmasının alınmayacağı qənaətinə gəlmişdir. Çünki tutqun hava şəraiti…
Meduza nəşri tam transkripti yayımlayıb. Tanış ola bilərsiniz.
Xülasə: Aktauya yönəlmək pilotların seçimi olub. Səbəbləri yuxarıda 27 dekabr yazısında ətraflı oxuya bilərsiniz.
Xülasə: Aktauya yönəlmək pilotların seçimi olub. Səbəbləri yuxarıda 27 dekabr yazısında ətraflı oxuya bilərsiniz.
👍22👏1
Trump Kolumbiyaya deportasiya təyyarələrini qəbul etmədiyi üçün çox ağır təcili sanksiyalar tətbiq etdi. Üstündən 20 dəqiqə keçməmiş Kolumbiya prezident administrasiyası:
ABŞ-a prezidentlik təyyarələrimizi göndərərək deportasiya olunanları ölkəyə geri gətirməyə hazırıq.
Bu qədər :)
Xüsusilə növbəti 1 il bizim region da daxil bütün dünya ani ciddi dəyişiklər riski ilə həmişə üz-üzə olacaq.
Unutmayın biz də Qarabağı 2020-də Trumpın hakimiyyəti dönəmində azad etmişdik (Covid qarışıqığının da cüzi rolu vardı, dünyanın başı qarışıq idi)

👍83❤3🤔3
Qəsdən Zelenski tələyə salındı sadəcə. Ana dili ingilis dili olmayan birini, müharibədə olan bir lideri qəsdən Vance provakasiyaya saldı. Unutmayın, Ukraynananı Rusiya işğal edib. Səbəb isə NATO və s deyil. Ukraynanın bir dövlət kimi varlığına Putin 20 ildir qarşıdır.
👍47❤10
Bu işlərin tək çözümü var. Dövlətlər özləri nüvə silahına sahib olmalıdırlar.
👍35
ABŞ Ukraynaya bütün hərbi yardımları dayandırdı.
Avropa, axır ki, ayılmalıdır.
Avropa, axır ki, ayılmalıdır.
👎27👀8👏1🤔1
https://www.twz.com/air/cracks-in-kc-46-pegusus-tankers-halt-all-deliveries
İndi də bununla şantaj edirlər Avropanı. Sən əlində Airbus ola-ola bütün pulu ABŞ-a axıtsan sonu belə olar.
İndi də bununla şantaj edirlər Avropanı. Sən əlində Airbus ola-ola bütün pulu ABŞ-a axıtsan sonu belə olar.
👍15
Ukrayna üçün pis xəbərdir. ABŞ kəşfiyyat məlumatlarını paylaşmağı da dayandırıb.
Silah satışı və yardımları dayandırmağın təsiri daha sonra hiss ediləcək, lakin bunun təsiri daha sürətli hiss ediləcək.
https://www.ft.com/content/c58fccea-00c4-4fad-bc0a-0185b7415579
Silah satışı və yardımları dayandırmağın təsiri daha sonra hiss ediləcək, lakin bunun təsiri daha sürətli hiss ediləcək.
https://www.ft.com/content/c58fccea-00c4-4fad-bc0a-0185b7415579
👎21👍1
Son həftələrdə Britaniyanın İordaniyaya hərbi təyyarələrlə dayanmadan yüklər daşıması və əlavə qüvvələr yığması müşahidə edilir. Və geopolitik mənzərə o qədər qarışıqdır ki, bu bir növ arxa planda və sakit davam edir. Bu yığımın səbəbini düşünəndə İsrailin hanısa şəkildə qorunması variantı ağla gələn ilk ehtimaldır. Bu isə bir halda lazım ola bilər: İrana quru əməliyyatları.
Spekulyasiya edirəm, bəli, amma qaçılmaz sonluq sanki artıq daha sürətlə yaxınlaşır.
Spekulyasiya edirəm, bəli, amma qaçılmaz sonluq sanki artıq daha sürətlə yaxınlaşır.
👀39👍11❤2🤔2
Hətta 2020-də ilk Trump dönəmində belə, məncə, hər kəs, həm ABŞ həm Rusiya Qarabağın Ermənistandan alınmasına və o məsələnin birdəfəlik həllinə tərəfdar idi (İlham Əliyevin tarixi diplomatik nailiyyəti hamını eyni fikir ətrafındq birləşdirə bilməsidir). Və inanıram ki, Zəngəzur dəhlizi üçün də Azərbaycana yaşıl işıq var idi (daha irəli gedib konspirologiya edə bilərəm ki, Ermənistanın bir dövlət kimi mövcudluğu heç kimin vecinə deyildi). Lakin İranın sərt müqaviməti səbəbindən bu baş tutmadı.
İndi isə görünür İsrail vasitəsilə Azərbaycan ABŞ dəstəyinə arxayındır və İranın neytrallaşdırılacağını düşünür.
İndi isə görünür İsrail vasitəsilə Azərbaycan ABŞ dəstəyinə arxayındır və İranın neytrallaşdırılacağını düşünür.
👀36👍13❤9
ABŞ Ukraynaya hərbi yardım və kəşfiyyat dəstəyini yenidən davam etdirib. Ukrayna 30 günlük atəşkəsə razılaşıb.
🤔20👍7
Witkoffun Bakı səfərindən mediada heç yazılmadı. Yolustu Bakı ziyarəti görəsən nə üçün idi? Kimi nəyə razl salırdı və ya nədən çəkindirməyə çalışırdı? Mümkün versiyalar əsaslı görünür.
🤔32👀3👍1
Son illərdə mediada dəfələrlə müharibə ritorikası olub, sonra da səngiyib. Məncə bunların əksəriyyətininin ciddiliyini doğru şəkildə təxmin edə bilmişəm.
Budəfəki ritorika mənə ciddi gəlir. Geopolitik mənzərə o qədər qarışıqdır və hərəkətlidir ki, hər an vəziyyət 180 dərəcə dəyişə və hər şey normala (sakitliyə) dönə bilər.
Lakin bu qarışıqlığın özü də əlavə fürsətlər pəncərəsi açır. Yaxından izləmək lazımdır.

👍29🤔4👀1
İranın bu gün düşdüyü vəziyyət Süleymaninin öldürüldüyü gündən başladı. Və bunu Trump etdi, bunu unutmaq olmaz. İran cavabında ABŞ bazalarına zərbələr endirsə də, məqsədinə çatan ABŞ cavab vermədi və orada dayandı proseslər. Keçən il İran-İsrail döyüşlərindən sonra tərəflər bir-birlərinin güce artıq sınayıblar. Qorxu hədləri, qırmızı cizgilər çoxdan irəli çəkilib. Ona görə də Trumpın və ya Netanyahunun İranın nüvə silahı əldə etməsinə sakit qalacağı variantı mənə çox-çox aşağı görünür (bunu 4 ildi təkrarlayıram).
👍35❤5👀2
Mirzoyan Ermənistanın Azərbaycan tərəfinin sülhü imzalamaq üçün irəli sürdüyü iki təklifi, konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi (bunu həm də Türkiyə bu gün dilə gətirib), qəbul etmədiyini bildirib.
https://oc-media.org/armenia-rejects-azerbaijani-preconditions-for-signing-peace-treaty/
https://oc-media.org/armenia-rejects-azerbaijani-preconditions-for-signing-peace-treaty/
👏13🤔6❤2👍1
Siqnal bunlara da çatıb, əllərindən gələni edirlər ki, mane olsunlar.
Ərdoğanın bugünki kart blanşından sonra mənə elə gəlir ümumi mənzərə budur hesablamalarda:
1) Avropanın dərdi başından aşır və onsuzda onları sayan yoxdur, neytrallaşdırmaq asandır
2) Trumpı yaxşı danışıqla, biraz eqosunu tərifləməklə, hər şeyə razı salmaq olar.