azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Zərbələr də qarşılıqlı olaraq həmişə şənbə günü olur ki, səhm və enerji bazarları dalğalanmasın boşuna :).
👏31👍142
Gəlin sürətli şəkildə alternativlərə baxaq:

1) Cavab zərbəsi verilmir, raund bitir

2) İran öldürülmüş hərbçilərini də bəhanə gətirərək zərbə endirir, İsrail fürsətdən istifadə bu dəfə daha ciddi hücum edir

3) İsrail bu dəfə yalnız HHM-ləri hədəf alaraq yalnız növbəti zərbəyə hazırlıq görüb və əsas zərbə qarşıdadır

4) Trump seçildikdən sonra növbəti raundu birbaşa İsrail-ABŞ ittifaqı başladaraq İranın nüvə potensialını hədəf ala bilər.

Əlavə olaraq bu gecə İsrail sübut etdi ki, İranın dərinlikdə olan obyektlərini yüksək dəqiqliklə taktiki nüvə silahı ilə vura bilər (çatdırılma sistemi dünən uğurla test edilmiş oldu).
👍252
İran tərəfdən isə dərslərdən əsas biri budur ki, yaxşı planlaşdırıb öncədən xəbərdarlıqsız zərbə endirsə, İran İsrailin hərbi infrastruktunu sıradan çıxara bilər (oxu: ərazi çox kiçikdir, və İranın çatdırılma sistemləri uğurla sınaqdan keçib). Amma təbii ki, kəşfiyyat amili və ABŞ-ın İsrail üçün işləməsi bunu çox çətin edir. İndi düşünün İran nüvə silahı əldə edir və çatdırılma sistemləri onsuzda test edilib.
14👍7👎5👀2🤔1
ABŞ-ın Qətərdəki Al-Udeid aviabazasına 4 ədəd B-52 Stratofortress ağır bombardmançı təyyarələri ötən bir neçə gündə yerləşdirilib. Hazırda Aralıq dənizi üzərində əlavə 2 ədəd B-52 Qətərə doğru uçuşa davam edir. Gün sonunda Qətərdə artıq 6 B-52 olmuş olacaq.
👀30👍1👎1
ABŞ-ın Orta Şərqdəki ən böyük bazasına 6 ədəd B-52 dislokasiya etdiyini bu gün yazmışdım.

Bu, 2019-dan bəri regiona ilk B-52 yerləşdirilməsi faktıdır (daha öncə, bir cüt B-52 ABŞ-dan regiona gələr, havada dövrə vurub birbaşa Amerikaya qayıdardı. Dislokasiya 5 ildə ilkdir.

Bu həm də bölgədən ayrılan Linkoln aviadaşıyıcı zərbə qrupunun əvəzinə ABŞ-ın etdiyi gedişdir. Eyni zamanda qeyd edim ki, B-52-lərdən 5-i nüvə başlığı daşıma qabiliyyətinə malikdir.

Əlavə olaraq tanker təyyarələr, F-15E zərbə qrupları və birazdan bölgəyə çatacaq destroyerlərlə ABŞ İrana açıq mesaj verir.
👀23👍5
Çoxları xatırlamaz. 2020 7 noyabr gündüz bu video ilk əlimə keçmişdi, axşama kimi başqa dəqiqləşdirmələr aparıb axşam Şuşanın bizdə olduğunu geolokasiya ilə elan etmişdim. Böyük beynəlxalq xəbər agentlikləri, analitiklər son dəqiqə kimi keçirdi. Sonralar bu video məşhurlaşdı və tarixə keçdi. Həmin günlər gecə gündüz video geolokasiya edirdim. Yəqin ki, Qarabağı əlimin içi kimi tanıyırdım.
👍1067👏7
1-ci paylaşım- Burnundan Erməni tanıyırdım.
2-ci paylaşım - Xankəndindən videonu gecənin qaranlığında geolokasiya etmişdim.

Maraqlı anlar idi.
👍83👏9
Ukrayna Rusiya ərazisinə ATACMS ilə zərbə endirib.

Bununla eyni vaxtda Rusiya yeni nüvə doktrinini rəsmi şəkildə dərc edib. Yeni doktrində nüvə silahından istifadə ilə bağlı kritik səviyyə (threshold) aşağı endirilib - “Rusiyanın mövcudiyyətinə təhdid”dən“ “Ərazi bütövlüyünə təhdid” səviyyəsinə endirilib. Bu təhdid isə böyük həcmdə olan zərbə nəticəsində gəlməlidir, və ya sadəcə zərbə barədə məlumat nüvə silahının istifadəsinə icazə verəcək.
Yeni sənəddə Belarusa qarşı hücum da nüvə silahından istifadə üçün səbəb olaraq göstərilib.

Rusiya 3 il ərzində daim yeni nüvə silahı təhdidləri ilə çıxış edir, yeni deyil. Hər dəfə ciddiyə alınmadıqda təhdidini biraz da ciddiləşdirir. Budəfəki məlumatlar əvvəlkilərdən daha ciddidir, lakin reaksiyaların necə olacağını görmək üçün gözləmək lazımdır.
👀22👍52
Hazırda əminəm ki, Rusiya İsrail-İran münaqişəsində taktiki nüvə silahının istifadəsini gözləyir, eynisini də İsrail Ukrayna-Rusiya müharibəsi üçün gözləyir. Adiləşməsi üçün bəhanə lazımdır.
👀32👍6
azOSINT pinned «Hazırda əminəm ki, Rusiya İsrail-İran münaqişəsində taktiki nüvə silahının istifadəsini gözləyir, eynisini də İsrail Ukrayna-Rusiya müharibəsi üçün gözləyir. Adiləşməsi üçün bəhanə lazımdır.»
Az öncə Kiyevdəki ABŞ səfirliyi müharibə başlayandan bəri ilk dəfə belə bir qeyri-adi xəbərdarlıq yayımlayıb.
Mən bu formada bir mesajın yayımlandığını daha öncə görməmişəm.
👀16👍6
İddialara görə ABŞ səfirliyinin xəbərdarlığı Rusiyanın Kapustin Yardan RS-26 qitələrarası stratejik ballistik raketlə Ukraynaya zərbə endirəcəyi ilə əlaqədardır.

Hazırda Kiyevə HHM sirenaları aktivləşib. Görək iddialar nə qədər doğru olacaq.

Mən RS-26 iddialarını çox etibarlı hesab etmirəm.
👎14👀5👍2
Ukrayna bu gün Rusiyaya Storm Shadow qanadlı raketi ilə zərbələr endirib.

Qərbin mövqeydindəki bu ani dəyişiklik maraqlıdır.
👀16👍7
Rusiya bu səhər Dnepr şəhərini MIRV başlıqları daşıyan Qitələrararsı Ballistik Raketlərlə (ICBM) vurub. Hər bir MIRV başlıq (multiple independently targetable reentry vehicle) 6 ədəd müstəqil döyüş başlığı daşıyır və ballistik raket atmosferə yenidən daxil olduqda başlıqlar ayrılır və hər biri təyin olunmuş hədəfə irəliləyir (müstəqil şəkildə)

Bu raketlər daha çox nüvə başlığı daşımaq üçün nəzərdə tutulur. Hər bir salvoda atılan raketlər hədəf ölkə üzərində ayrılaraq daha çox başlığa çevrilir və müdafiə sistemlərini yararaq maksimal zərərə nail olur.

Bu, ICBM-lərin real döyüşdə ilk istifadə faktıdır.
👎18👀12👍4
azOSINT
Rusiya bu səhər Dnepr şəhərini MIRV başlıqları daşıyan Qitələrararsı Ballistik Raketlərlə (ICBM) vurub. Hər bir MIRV başlıq (multiple independently targetable reentry vehicle) 6 ədəd müstəqil döyüş başlığı daşıyır və ballistik raket atmosferə yenidən daxil…
Bu iddianın təm əsaslandırılması üçün bir qədər də gözləmək lazım olacaq deyəsən. Daha çox analizlər əldə edib bir neçə saat sonra yenidən fikirlərimi bölüşəcəm. Ola bilər ki, ICBM yox, IRBM olsun, yəni qitələrarası yox orta mənzilli ballistik raket. Hələki, məlumatlar çox qeyri-dəqiqdir.
👍221
Rusiyanın yaxın günlərdə Ukrayna Ali Radasını vuracağı xəbəri yayılıb. Rada Dekabra kimi iclaslarını təxirə salıb. Eskalasiya durmadan artır
👎19👀7👍3🤔1
Suriyada HTŞ müxalif qüvvələri dünən səhərdən Hələb istiqamətində ciddi əks-hücuma başlayıblar. Hizbullahın və İranın zəifləməsi ilə birlikdə bu sürətlərini qorusalar Hələb müxaliflərin əlinə keçə bilər.

Hələbi itirsə Əsədin taleyi də sual altına düşəcək. Türkiyə üçün də yeni fürsətlər doğacaq. Tel Rıfata hücum edib oranı ələ keçirmə perspektivi yaranır.

Çox maraqlı hadisələr cərəyan edir.
31👍16👀6👏3
azOSINT
Suriyada HTŞ müxalif qüvvələri dünən səhərdən Hələb istiqamətində ciddi əks-hücuma başlayıblar. Hizbullahın və İranın zəifləməsi ilə birlikdə bu sürətlərini qorusalar Hələb müxaliflərin əlinə keçə bilər. Hələbi itirsə Əsədin taleyi də sual altına düşəcək.…
Müxaliflər Hələbə doğru hücuma başladılar. İlk başda heç kəs Hələbə bu qədər yaxınlaşmağı, Hələbin hədəfdə olduğunu gözləməzkən, sürət və hücumun tempi o qədər çox və ağlasığmazdır ki (müdafiə çox bərbaddır, o ayrı), hazırda Hələbin ələ keçirilməsindən danışılır.
👍306
👍23