İsrail bu gün Suriyada və ətraf ərazilərdə xeyli radar və erkən xəbərdarlıq sistemlərini vuraraq sıradan çıxarmışdı. Görəsən bu axşamki (və ya yaxın günlərdə) planladıqları hansısa hava hücumunamı hazırlaşırlar?
👍15👀2
azOSINT
İranın bu gün xeyli sayda Xeybər Şekan raketlərindən istifadə etdiyi görülür. Şəkildəki raketlərdən birinin busteridir (yəqin ki, mediada “partlamamış raket” kimi birazdan paylaşılar).
Balistik raket, daşıyıcı və döyüş başlığının hərəkət sxemi
👍19👎1
Zərbələrin əsas hissəsi Nevatim aviabazasına endirilib, xeyli ballistik raket hədəfə çatıb. Geolokasiya edilmiş görüntülərdən bunu görmək olur. İsrailin F-35 ləri burada yerləşir. 1-2 gün içərisində zərər haqqında öyrənə bilərik yəqin ki. İsrailin bir neçə saat öncədən hücumdan xəbərdar olması aviasiyanın təhlükəsizliyinin təmin edilmiş ola biləcəyini deməyə əsas verir.
👏19👍5❤1👎1
azOSINT
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
Dünən tanker təyyarələrlə bağlı paylaşımın sadəcə bir açıqlaması var idi: İsrail F-35-lərini havaya qaldıraraq onları ən təhlükəsiz vəziyyətdə saxlayıb.
Qeyd edim ki, məlumatlar var ki, İsraildə aviabazaların uçuş-enmə zolaqları sıradan çıxarsa hərbi təyyarələr Kiprə də enə bilərlər ehtiyat variant kimi.
Nevatimə dəyən zərər haqqında hazırda məlumat yoxdur.

👍15👏2
Hazırki müharibə İran üçün, məncə, onun mövcudluğuna təhdiddir (existential threat). Buna görə də dünən hücum etməyə özlərini məcbur hiss etdilər, baxmayaraq ki, əmindirlər ki, bunlar hamısı İsrailin planlı eskalasiya mərhələləridir (tələ). Sadəcə dünən zərbəyə məcbur qaldılar, məcbur oldular ki, bu tələyə bilə-bilə düşsünlər.
İndi isə İsrail yaranmış fürsətdə İranın nüvə potensialını aradan qaldırmasa (çox çətin bir şeydir, ayrı mövzudur), bu da onun üçün dövlət olaraq varlığına təhdiddir. İranın buna görə bütün var gücü ilə yaxın aylarda bu proqram üçün əlindən gələnindən artığını edəcəyinə əminəm. İsrail isə bu silahın əldə edilməməsi üçün hər şeyi edəcək.
Hər iki dövlət nəzarət edilə bilməyən bir burulğanın içinə girirlər (əsas səbəbkarı məncə Netanyahudur, dolayı yolla isə onilliklərdir İran da bölgədə terror yuvası yetişdirir).

👍43👀2❤1
Edilən qarşılıqlı xəbərdarlıqlardan belə anlayıram ki, yaxın günlərdə İsrail İranı vurarsa, əsas zərbə Xarq adasına olacaq. İranın neft ixracı bu adadan edilir. Buraya zərbə İranın neft ixracının dayanması deməkdir. Yox, ölkə daxilində neftayırma zavodlarına, anbarlara zərbə olarsa, bu sadəcə İrana maddi yük olacaq (kifayət qədər ciddi). Lakin eyni effekti verməyəcək. Nüvə obyektlərinə və Xarq adasına zərbə olarsa İranın yenidən cavab verəcəyi görünür. Lakin sonuncu variantda vəziyyəti yenidən gərginləşdirməyə dəyərmi onlar üçün, tam bilmirəm.
Məsələn Ukrayna heç vaxt Rusiyanın neft ixracı vasitələrinə, müəssisələrinə zərbə vurmur. Yalnız saxlama anbarlarına.
İsrail bunu etsə, Ukrayna da eynisini edəcək.

👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Son peyk görüntülərinə nəzər saldıqda İranın VLCC sinif supertankerlərini ərazidən uzaqlaşdırdığı görünür. Bu, onları qorumaq üçündür. Onu deməyə əsas verir ki, İran da buraya zərbə gözləyir.
Peyk analizlərindən Xarqdaki siloları təhlil etdikdə 25 sentyabra nəzərən 2.6 mbbls (milyon barrel) neft ehtiyatı artdığı görünür. Bu onu deyir ki, anbarlardan çıxış dayanıb və traffik qurudaki saxlama məntəqələrinə yönəldilib. Məsələ budur ki, 40 gün ərzində bu sürətlə o anbarlar tam doluluq həddinə çatacaq.
İsrail buranı vursa, neftin qiyməti həmin gecə 100 dollara yüksələcək. ABŞ seçkilərinə 1 ay qaldığı bir vaxtda buna ABŞ-ın razı olması çətin görünür.

👍33❤3
İsrailin Beyrutda ötən günlərdə etdiyi növbəti hücumda Həsən Nəsrullahın yerinə gələn Həşim Səfiəddinin də öldürüldüyü artıq yüksək ehtimal kimi dəyərləndirilir. Ondan bir neçə gündür xəbər yoxdur.
Əsas məsələ isə, həmin zərbədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin rəhbəri İsmail Qaaninin də öldürüldüyü deyilir. Qaani Qasım Süleymaninin suiqəsdindən sonra onu əvəzləmişdi. Bu iddia da hər keçən gün və saat öz yerini biraz da bərkidir. Artıq bu barədə nüfuzlu nəşrlər də yazmağa başlayıblar.
İddianın doğruluğu öz əksini taparsa, İsrailin yaxın vaxtlarda İrana çox ciddi ölçülü hücum edəcəyini demək olar və bu şəxslərin əvvəlcədən öldürülməsi İsrailin işini bir qədər asanlaşdırır.

👍35👏3❤2
İran Mülki Aviasiya Təşkilatı bu gün axşam 21:00-dan sabah saat 06:00-a kimi olan ölkə ərazisindəki bütün uçuşları ləğv edib. Sabah həm də 7 Oktyabrdır - 1 il olur.
Gallant çərşənbə günü ABŞ-a bir günlük səfər edəcək. Ola bilsin ki, bu tarixə kimi hərəkətlilik olmasın. Tam tərsi olaraq bu səfər elanı, yanıltmaq üçün həmlə də ola bilər.

👀24👍2
Gallantın bu gecə ABŞ-a səfər etməsinə Netanyahu icazə verməyib.
Səbəbi ABŞ-ın İsrailin İrana zərbə üçün planını tam dəstəkləməməsi olub.
Bir qeyd də edim.
Xəbərlərə görə, İsrail İrana endirəcəyi zərbələr zamanı nüvə obyektlərinə hücum etməyəcək (ABŞ-ın əlavə tankerlər və bunkerbusterləri olmadan, onsuzda, bunu bacarmayacaq). Zərbənin enerji infrastrukturuna və hərbi obyektlərə olacağı daha çox gözlənilir artıq. Lakin bir məqam da var. İran gözlənilənlərin tam əksinə, bu dəfə İsrailə çox aydın şəkildə ultimatum verib ki, daha da güclü əks-zərbə endirməyə çəkinməyəcək.
Belə olduqda isə İsrail artıq başqa çarəsinin qalmadığını bildirərək nüvə obyektlərinə zərbə endirə bilər.
Yəni, indiki situasiyada hər iki variantda Netanyahunun əli avantajlı görünür. İran növbəti dəfə İsrailə zərbə endirsə (cavab olaraq) ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdən başqa şansı qalmayacaq.
Hər halda nüvə obyektlərinə zərbə yüksək ehtimal kimi görünür.
Görək gözlənilmədən deeskalasiya addımı gələcəkmi diplomatiyadan.

👍35❤3👀2
Kann News xəbər verir ki, Netanyahu, Müdafiə Naziri Gallant və digər hökumət nazirləri İran üzərinə İsrail hücumunun intensivliyi və vaxtı barədə razılığa gəliblər.
Planı təhlükəsizlik şurası da təsdiqləməlidir.

👍23👎3👀3🤔1
İsrailin son günlərdə Qəzzada sivil insanların diri-diri yanaraq ölümə məhkum etməsindən sonra, bu gün Almaniya Xarici İşlər Naziri Boerbek açıqlamasında bildirib ki, İsraili sivilləri öldürmək bahasına belə olsa tam dəstəkləyirlər və sivillərin zərər görməsindən çəkinməyəcəklər.
Səviyyə və insanlıq bu qədər aşağı düşüb. Bizə də illərlə heç burnu da qanamayan ermənilərə görə insanlıq dərsi veriblər guya.

👎65👍10👀2
Ötən gecə ABŞ Yəməndə Husilərə qarşı aviazərbələr endirib. Bura qədər her şey normaldır.
Lakin zərbələr bunkerlərə qarşı və B-2 Spirit stels bombardmançı təyyarələrlə həyata keçirilib. Hava hücumundan müdafiəsi primitiv və minimala yaxın olan Husilərə qarşı.
Rəsmi açıqlama isə daha maraqlıdır.
“Hardened underground weapons storage locations” ifadəsi ilə başlayaraq, “Amerikanın, düşmənlərimizin əlçatmaz yerlərdə saxlamağa çalışdığı obyektləri hədəfləmə qabiliyyəti”ni vurğulayır. Bu ifadə B-2-nin xüsusi olaraq GBU-57 Massive Ordnance Penetrator ilə zərbə qabiliyyətini birbaşa önə çıxarır. Qeyd edim ki, GBU-57 14 tondur! Husilərin hansısa hədəfinə bu qədər güclü və sayca çox limitli olan silahla zərbə endirmək məntiqli görünmür. Bu yalnız İrana mesaj ola bilər.
Əgər GBU-57 yox JDAM istifadə olunubsa, bu dəfə də B-2 nin niyə istifadə olunması sual doğurur - yenə də hədəf İrana açıq mesajdır.
İranın nüvə silahları vurulacaqsa bu yalnız bu tiplu güclü silahlarla edilə bilər (amma ardıcıl eyni yer bir neçə dəfə vurulmalıdır ki, dağın içinə qazılmış mərkəzlər dağıdıla bilsin).

👍48❤4👏3🤔3👀1
İsrail yaxın saatlarda Livana, xüsusilə Beyruta ciddi aviazərbələr endirəcək. Hədəf Hizbullahın maliyyə mərkəzlərini və mənbələrini sıradan çıxarmaqdır.
Livan da yavaş-yavaş dağıdılır.
Livan da yavaş-yavaş dağıdılır.
👀23👍8👎6❤1
Deyəsən Türkiyə çox ciddi bir müharibə gözləyir və bu ehtimalı kifayət qədər real görür (yaxın bir-iki il ərzində). Öcalan haqqında yeni çıxışların bundan başqa açıqlaması yoxdur.
👀24👎3👍1
Etibar etdiyim bir neçə mənbənin yazdıqlarından anladığım qədərilə, İsrailin İrana hücumu bu ay bitməmiş reallaşa bilər.
ABŞ prezident seçkilərinə isə 12 gün qalıb.

👀33🤔6👍4👎2
Gözlədiyim kimi bu həftə sonu İrana zərbələr reallaşdı. Son cümə günündə regiona ABŞ-ın ciddi sayda tanker təyyarələri göndərməsi yaxın günlərdə zərbə olacağını deyirdi və belə də oldu. Lakin gözləniləndən çox daha zəif və limitli (yaxşı ki) hücum oldu deyə bilərik.
Geriyə dönüb baxdıqda isə bunun əslində gözlənilən olduğunu da söyləmək olar, çünki bundan daha güclü zərbə regionu və dünyanı yeni krizisə aparacaqdı - enerji infrastrukturuna zərbə neftin qiymətini anidən 20-30 faiz qaldıra bilərdi, strateji obyektlərə zərbə isə İrandan cavabı özü ilə gətirəcəkdi.
Bir ayda İrandan edilən açıqlamalar yaxından izlədiyim son 5-6 ildə ən konkret olan idi. Çox açıq bildirildi ki, geriyə zərbə olacaq. Bu, çox effektiv oldu İsraili çəkindirmək üçün. Potensialı nə qədərdir bu ayrı mövzudur, lakin İran həmişə açıqlamalarında qorxaq görünürdü. İndi daha qərarlıdır.
Görək necə olur. Bu raund da bitmiş görünür. İranın cavab zərbəsi endirməsi səhv olardı özü üçün. Yəqin ki, olmayacaq.

👍31🤔4👀3❤1
Zərbələr də qarşılıqlı olaraq həmişə şənbə günü olur ki, səhm və enerji bazarları dalğalanmasın boşuna :).
👏31👍14❤2
Gəlin sürətli şəkildə alternativlərə baxaq:
1) Cavab zərbəsi verilmir, raund bitir
2) İran öldürülmüş hərbçilərini də bəhanə gətirərək zərbə endirir, İsrail fürsətdən istifadə bu dəfə daha ciddi hücum edir
3) İsrail bu dəfə yalnız HHM-ləri hədəf alaraq yalnız növbəti zərbəyə hazırlıq görüb və əsas zərbə qarşıdadır
4) Trump seçildikdən sonra növbəti raundu birbaşa İsrail-ABŞ ittifaqı başladaraq İranın nüvə potensialını hədəf ala bilər.
Əlavə olaraq bu gecə İsrail sübut etdi ki, İranın dərinlikdə olan obyektlərini yüksək dəqiqliklə taktiki nüvə silahı ilə vura bilər (çatdırılma sistemi dünən uğurla test edilmiş oldu).

👍25❤2
İran tərəfdən isə dərslərdən əsas biri budur ki, yaxşı planlaşdırıb öncədən xəbərdarlıqsız zərbə endirsə, İran İsrailin hərbi infrastruktunu sıradan çıxara bilər (oxu: ərazi çox kiçikdir, və İranın çatdırılma sistemləri uğurla sınaqdan keçib). Amma təbii ki, kəşfiyyat amili və ABŞ-ın İsrail üçün işləməsi bunu çox çətin edir. İndi düşünün İran nüvə silahı əldə edir və çatdırılma sistemləri onsuzda test edilib.
❤14👍7👎5👀2🤔1