azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
İsrailin İranı vurmaqdan başqa İranı birbaşa döyüşə çəkməyi deyəsən mümkün deyil. Netanyahu əlindən gələni edir ki ABŞ-İran müharibəsini başlatsın, və məncə indiki konflikt mərhələsi dondurulmadan bunu etməyə çalışacaq. Hizbullah rəhbərliyinin 1 ayın içində aradan götürülməsindən sonra növbəti addımın nə olduğunu görmək həm çətindir həm də asandır.
👍24👀7👏1
İsrailin Livanın cənubuna qurudan (limitli) hücum etməsi gözlənilir. BBC və CBS xəbərlərinə görə əməliyyat bu gün başlaya bilər.
👀25👍4👎1
İsrail Livanın cənubunu işğal etmək üçün əməliyyatlara başladı. Hadisələr gözlənilən kimi davam edir.
👍19👎6🤔1
Qarabağ müharibəsi daxil son 4 ildir hər münaqişədə burada vurğuladığım və hər dəfə bütün irili-xırdalı yerli media və sosial şəbəkə kanalları tərəfindən tirajlanan səhv barədə bir də yazım.
Bizim də aktiv istifadə etdiyimiz sursat - termit. Bunlar fosfor bombası deyil! Ərazini yandırmaq, işıqlandırmaq və s üçün istifadə olunan termit sursatıdır.
👍422👏1
İranın yaxın saatlatda İsrailə ballistik raketlərlə birbaşa zərbələr endirəcəyi ilə bağlı xəbərlər etibarlı mənbələrdən mediaya daxil olur. Təcrübəmə əsasən bu dəfə doğruluq payı çoxdur.
👀28👍13
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
👀17
İsfahandan ballistik raketlərin atıldığı bildirilir.

Dəqiqə-dəqiqə xəbərləri paylaşmayacam (feyk nyus daxil kifayət qədər paylaşan hesablar və xəbər kirliliyi yaranır), amma əsas gedişat barədə sıx-sıx məlumat paylaşmağa çalışacam.
👍303👀2
Ballistik raketlər İsraildə hədəflərə çatıb və hədəflərə zərbələr endirir. Xeylisi zərərləşdirilsə də bir o qədəri hədəflərə dəydiyi görülür. Şiddətli partlayışlar müşahidə edilir.
👀145👍3👎2🤔2
Bütün ölkədə həyəcan siqnalı verilir.
👀16👍4🤔2
Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi.

Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas hədəflər hərbi bazalar idi və orada daxildən çox görüntü çıxa biləcəyini hesab etmirəm (Ukrayna Rusiya Avropa İran Azərbaycan Ermənistan və s kimi ölkələrdən fərqli olaraq).

Sıra İsrailin cavab zərbəsindədir, görək nə düşünürlər.
👍24👀3
azOSINT pinned «Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi. Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas…»
İranın bu gün xeyli sayda Xeybər Şekan raketlərindən istifadə etdiyi görülür. Şəkildəki raketlərdən birinin busteridir (yəqin ki, mediada “partlamamış raket” kimi birazdan paylaşılar).
👍27
İsrail bu gün Suriyada və ətraf ərazilərdə xeyli radar və erkən xəbərdarlıq sistemlərini vuraraq sıradan çıxarmışdı. Görəsən bu axşamki (və ya yaxın günlərdə) planladıqları hansısa hava hücumunamı hazırlaşırlar?
👍15👀2
Zərbələrin əsas hissəsi Nevatim aviabazasına endirilib, xeyli ballistik raket hədəfə çatıb. Geolokasiya edilmiş görüntülərdən bunu görmək olur. İsrailin F-35 ləri burada yerləşir. 1-2 gün içərisində zərər haqqında öyrənə bilərik yəqin ki. İsrailin bir neçə saat öncədən hücumdan xəbərdar olması aviasiyanın təhlükəsizliyinin təmin edilmiş ola biləcəyini deməyə əsas verir.
👏19👍51👎1
azOSINT
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
Dünən tanker təyyarələrlə bağlı paylaşımın sadəcə bir açıqlaması var idi: İsrail F-35-lərini havaya qaldıraraq onları ən təhlükəsiz vəziyyətdə saxlayıb.

Qeyd edim ki, məlumatlar var ki, İsraildə aviabazaların uçuş-enmə zolaqları sıradan çıxarsa hərbi təyyarələr Kiprə də enə bilərlər ehtiyat variant kimi.

Nevatimə dəyən zərər haqqında hazırda məlumat yoxdur.
👍15👏2
Hazırki müharibə İran üçün, məncə, onun mövcudluğuna təhdiddir (existential threat). Buna görə də dünən hücum etməyə özlərini məcbur hiss etdilər, baxmayaraq ki, əmindirlər ki, bunlar hamısı İsrailin planlı eskalasiya mərhələləridir (tələ). Sadəcə dünən zərbəyə məcbur qaldılar, məcbur oldular ki, bu tələyə bilə-bilə düşsünlər.

İndi isə İsrail yaranmış fürsətdə İranın nüvə potensialını aradan qaldırmasa (çox çətin bir şeydir, ayrı mövzudur), bu da onun üçün dövlət olaraq varlığına təhdiddir. İranın buna görə bütün var gücü ilə yaxın aylarda bu proqram üçün əlindən gələnindən artığını edəcəyinə əminəm. İsrail isə bu silahın əldə edilməməsi üçün hər şeyi edəcək.

Hər iki dövlət nəzarət edilə bilməyən bir burulğanın içinə girirlər (əsas səbəbkarı məncə Netanyahudur, dolayı yolla isə onilliklərdir İran da bölgədə terror yuvası yetişdirir).
👍43👀21
Edilən qarşılıqlı xəbərdarlıqlardan belə anlayıram ki, yaxın günlərdə İsrail İranı vurarsa, əsas zərbə Xarq adasına olacaq. İranın neft ixracı bu adadan edilir. Buraya zərbə İranın neft ixracının dayanması deməkdir. Yox, ölkə daxilində neftayırma zavodlarına, anbarlara zərbə olarsa, bu sadəcə İrana maddi yük olacaq (kifayət qədər ciddi). Lakin eyni effekti verməyəcək. Nüvə obyektlərinə və Xarq adasına zərbə olarsa İranın yenidən cavab verəcəyi görünür. Lakin sonuncu variantda vəziyyəti yenidən gərginləşdirməyə dəyərmi onlar üçün, tam bilmirəm.

Məsələn Ukrayna heç vaxt Rusiyanın neft ixracı vasitələrinə, müəssisələrinə zərbə vurmur. Yalnız saxlama anbarlarına.

İsrail bunu etsə, Ukrayna da eynisini edəcək.
👍31
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Son peyk görüntülərinə nəzər saldıqda İranın VLCC sinif supertankerlərini ərazidən uzaqlaşdırdığı görünür. Bu, onları qorumaq üçündür. Onu deməyə əsas verir ki, İran da buraya zərbə gözləyir.

Peyk analizlərindən Xarqdaki siloları təhlil etdikdə 25 sentyabra nəzərən 2.6 mbbls (milyon barrel) neft ehtiyatı artdığı görünür. Bu onu deyir ki, anbarlardan çıxış dayanıb və traffik qurudaki saxlama məntəqələrinə yönəldilib. Məsələ budur ki, 40 gün ərzində bu sürətlə o anbarlar tam doluluq həddinə çatacaq.

İsrail buranı vursa, neftin qiyməti həmin gecə 100 dollara yüksələcək. ABŞ seçkilərinə 1 ay qaldığı bir vaxtda buna ABŞ-ın razı olması çətin görünür.
👍333
İsrailin Beyrutda ötən günlərdə etdiyi növbəti hücumda Həsən Nəsrullahın yerinə gələn Həşim Səfiəddinin də öldürüldüyü artıq yüksək ehtimal kimi dəyərləndirilir. Ondan bir neçə gündür xəbər yoxdur.

Əsas məsələ isə, həmin zərbədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin rəhbəri İsmail Qaaninin də öldürüldüyü deyilir. Qaani Qasım Süleymaninin suiqəsdindən sonra onu əvəzləmişdi. Bu iddia da hər keçən gün və saat öz yerini biraz da bərkidir. Artıq bu barədə nüfuzlu nəşrlər də yazmağa başlayıblar.

İddianın doğruluğu öz əksini taparsa, İsrailin yaxın vaxtlarda İrana çox ciddi ölçülü hücum edəcəyini demək olar və bu şəxslərin əvvəlcədən öldürülməsi İsrailin işini bir qədər asanlaşdırır.
👍35👏32
İran Mülki Aviasiya Təşkilatı bu gün axşam 21:00-dan sabah saat 06:00-a kimi olan ölkə ərazisindəki bütün uçuşları ləğv edib. Sabah həm də 7 Oktyabrdır - 1 il olur.

Gallant çərşənbə günü ABŞ-a bir günlük səfər edəcək. Ola bilsin ki, bu tarixə kimi hərəkətlilik olmasın. Tam tərsi olaraq bu səfər elanı, yanıltmaq üçün həmlə də ola bilər.
👀24👍2