azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa bölüşəcəm. Hələlik iddiaya şübhəylə yanaşmaq lazımdır.
👍15👎3
azOSINT
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa…
Məlumatı İsrail ordusu təsdiqləyib. Hələki, Hizbullahdan rəsmi açıqlama olmasa da, doğrudur kimi görünür.

Son günlərdə İsrail Hizbullahın bütün hərbi rəhbərliyini öldürdü. Əlavə olaraq peycer partlayışları ilə də kiçik və orta rəhbər heyətini də əsasən sıradan çıxarmışdı.
👍32👏4🤔32
İranın nüvə silahını əldə etməkdən başqa şansı yoxdur, bu artıq çox aydındır. Və bunu çox yaxın vaxtda yekunlaşdıra bilməsələr İsrailin növbəti hədəfi İran olacaq. İsrailin İranın nüvə silahı əldə etməsinə göz yumması ssenarisini mən şəxsən çox təsəvvür edə bilmirəm. 4 ildən bu yana dediyim kimi İsrailin birbaşa İranı vurması məncə artıq daha da yaxındır. Hər keçən il buna biraz da yaxınlaşırıq. Bunu hazırda biraz qeyri-müəyyən edən ABŞ-da hakimiyyət dəyişikliyidir. Düzdür, İsrailin ABŞ diqtəsi ilə hərəkət etmədiyini də çox yaxşı görürük hər gün.

Bu arada İsrailin növbəti hədəfi hərhalda Sinwar olacaq.
👍19🤔21
azOSINT pinned «İranın nüvə silahını əldə etməkdən başqa şansı yoxdur, bu artıq çox aydındır. Və bunu çox yaxın vaxtda yekunlaşdıra bilməsələr İsrailin növbəti hədəfi İran olacaq. İsrailin İranın nüvə silahı əldə etməsinə göz yumması ssenarisini mən şəxsən çox təsəvvür edə…»
İsrailin İranı vurmaqdan başqa İranı birbaşa döyüşə çəkməyi deyəsən mümkün deyil. Netanyahu əlindən gələni edir ki ABŞ-İran müharibəsini başlatsın, və məncə indiki konflikt mərhələsi dondurulmadan bunu etməyə çalışacaq. Hizbullah rəhbərliyinin 1 ayın içində aradan götürülməsindən sonra növbəti addımın nə olduğunu görmək həm çətindir həm də asandır.
👍24👀7👏1
İsrailin Livanın cənubuna qurudan (limitli) hücum etməsi gözlənilir. BBC və CBS xəbərlərinə görə əməliyyat bu gün başlaya bilər.
👀25👍4👎1
İsrail Livanın cənubunu işğal etmək üçün əməliyyatlara başladı. Hadisələr gözlənilən kimi davam edir.
👍19👎6🤔1
Qarabağ müharibəsi daxil son 4 ildir hər münaqişədə burada vurğuladığım və hər dəfə bütün irili-xırdalı yerli media və sosial şəbəkə kanalları tərəfindən tirajlanan səhv barədə bir də yazım.
Bizim də aktiv istifadə etdiyimiz sursat - termit. Bunlar fosfor bombası deyil! Ərazini yandırmaq, işıqlandırmaq və s üçün istifadə olunan termit sursatıdır.
👍422👏1
İranın yaxın saatlatda İsrailə ballistik raketlərlə birbaşa zərbələr endirəcəyi ilə bağlı xəbərlər etibarlı mənbələrdən mediaya daxil olur. Təcrübəmə əsasən bu dəfə doğruluq payı çoxdur.
👀28👍13
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
👀17
İsfahandan ballistik raketlərin atıldığı bildirilir.

Dəqiqə-dəqiqə xəbərləri paylaşmayacam (feyk nyus daxil kifayət qədər paylaşan hesablar və xəbər kirliliyi yaranır), amma əsas gedişat barədə sıx-sıx məlumat paylaşmağa çalışacam.
👍303👀2
Ballistik raketlər İsraildə hədəflərə çatıb və hədəflərə zərbələr endirir. Xeylisi zərərləşdirilsə də bir o qədəri hədəflərə dəydiyi görülür. Şiddətli partlayışlar müşahidə edilir.
👀145👍3👎2🤔2
Bütün ölkədə həyəcan siqnalı verilir.
👀16👍4🤔2
Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi.

Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas hədəflər hərbi bazalar idi və orada daxildən çox görüntü çıxa biləcəyini hesab etmirəm (Ukrayna Rusiya Avropa İran Azərbaycan Ermənistan və s kimi ölkələrdən fərqli olaraq).

Sıra İsrailin cavab zərbəsindədir, görək nə düşünürlər.
👍24👀3
azOSINT pinned «Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi. Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas…»
İranın bu gün xeyli sayda Xeybər Şekan raketlərindən istifadə etdiyi görülür. Şəkildəki raketlərdən birinin busteridir (yəqin ki, mediada “partlamamış raket” kimi birazdan paylaşılar).
👍27
İsrail bu gün Suriyada və ətraf ərazilərdə xeyli radar və erkən xəbərdarlıq sistemlərini vuraraq sıradan çıxarmışdı. Görəsən bu axşamki (və ya yaxın günlərdə) planladıqları hansısa hava hücumunamı hazırlaşırlar?
👍15👀2
Zərbələrin əsas hissəsi Nevatim aviabazasına endirilib, xeyli ballistik raket hədəfə çatıb. Geolokasiya edilmiş görüntülərdən bunu görmək olur. İsrailin F-35 ləri burada yerləşir. 1-2 gün içərisində zərər haqqında öyrənə bilərik yəqin ki. İsrailin bir neçə saat öncədən hücumdan xəbərdar olması aviasiyanın təhlükəsizliyinin təmin edilmiş ola biləcəyini deməyə əsas verir.
👏19👍51👎1
azOSINT
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
Dünən tanker təyyarələrlə bağlı paylaşımın sadəcə bir açıqlaması var idi: İsrail F-35-lərini havaya qaldıraraq onları ən təhlükəsiz vəziyyətdə saxlayıb.

Qeyd edim ki, məlumatlar var ki, İsraildə aviabazaların uçuş-enmə zolaqları sıradan çıxarsa hərbi təyyarələr Kiprə də enə bilərlər ehtiyat variant kimi.

Nevatimə dəyən zərər haqqında hazırda məlumat yoxdur.
👍15👏2
Hazırki müharibə İran üçün, məncə, onun mövcudluğuna təhdiddir (existential threat). Buna görə də dünən hücum etməyə özlərini məcbur hiss etdilər, baxmayaraq ki, əmindirlər ki, bunlar hamısı İsrailin planlı eskalasiya mərhələləridir (tələ). Sadəcə dünən zərbəyə məcbur qaldılar, məcbur oldular ki, bu tələyə bilə-bilə düşsünlər.

İndi isə İsrail yaranmış fürsətdə İranın nüvə potensialını aradan qaldırmasa (çox çətin bir şeydir, ayrı mövzudur), bu da onun üçün dövlət olaraq varlığına təhdiddir. İranın buna görə bütün var gücü ilə yaxın aylarda bu proqram üçün əlindən gələnindən artığını edəcəyinə əminəm. İsrail isə bu silahın əldə edilməməsi üçün hər şeyi edəcək.

Hər iki dövlət nəzarət edilə bilməyən bir burulğanın içinə girirlər (əsas səbəbkarı məncə Netanyahudur, dolayı yolla isə onilliklərdir İran da bölgədə terror yuvası yetişdirir).
👍43👀21