azOSINT
2.78K subscribers
543 photos
62 videos
7 files
258 links
OSINT - Open Source Intelligence: Açıq mənbələrdən araşdırma işləri
Download Telegram
Hizbullah rəsmi təsdiq edib ki, 320 raketlə zərbə endirilib.
Livan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını çağırıb, həmçinin İsrail də. Nəsrullahın da çıxış edəcəyi deyilir. Zərbə görüntüləri bütün mediyayala birdir, Hizbullah mediası da qarşılıqlı hücumlardan yazır.

Mən də XƏBƏRİ paylaşmışam, içində şəxsi fikir yoxdur, analiz elementi yoxdur, hansısa tərəfə istiqamətlənmə yoxdur (heç vaxt olmayıb). Yuxarıdaki paylaşımdan bu nəticələri çıxaran varsa, onun öz işidir.

Bu arada, birdəfəyə 6 min raket ata bilmək Hizbullah üçün çətin iş deyil.

Əslində isə döyüşən iki tərəf üçün də bu raund yaxşı nəticələnib. Yuxarıdaki şərhlərdən birində də deyildiyi kimi, bəli, əgər, həqiqətən də Hizbullahın bu miqyasda hücum planı var idisə, bu çox ciddi müharibəyə gətirib çıxaracaqdı, bəlkə də hazırda müharibədən xəbərlər oxuyurduq. İki tərəfdən də həm hərbi, həm mülki itki minimaldır kimi görünür və iki tərəf də özünü qalib elan edir.
👍17
Sizin üçün primitiv bir analiz. Bu lançerdən bir atış nöqtəsində 10-12 ədəd olsa, 40 atış nöqtəsində 6000 atışa hazır raket edir.
👍213👏2
İsrailin Hizbullaha etdiyi hücum iki üsulla mümkün ola bilər:

1) Həqiqətən uzaqdan müdaxilə üsulu ilə (hacking və s.) batareyaların anidən qızmasına səbəb olmaq

2) İstehsal prosesinə sızaraq daxilə kiçik partlayıcı qurğular yerləşdirmək


Hücumun bu gün həyata keçirilməsi ciddi siqnal ola bilər. Son günlər İsrailin Livanın cənubuna əməliyyatlara hazırlaşması barədə xəbərlər yayılırdı. Hazırda demək olar ki, bütün (!) Hizbullah orta (və yüksək) komandir heyəti yaralı olduğu üçün İsrail hücuma keçəcəyi təqdirdə qarşı tərəfin müdafiəsində ciddi xaos yaşanacaq.

Bugünki hücum bütün aspektlərdən tarixə keçəçək bir əməliyyatdır.
👍39👀53
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa bölüşəcəm. Hələlik iddiaya şübhəylə yanaşmaq lazımdır.
👍15👎3
azOSINT
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa…
Məlumatı İsrail ordusu təsdiqləyib. Hələki, Hizbullahdan rəsmi açıqlama olmasa da, doğrudur kimi görünür.

Son günlərdə İsrail Hizbullahın bütün hərbi rəhbərliyini öldürdü. Əlavə olaraq peycer partlayışları ilə də kiçik və orta rəhbər heyətini də əsasən sıradan çıxarmışdı.
👍32👏4🤔32
İranın nüvə silahını əldə etməkdən başqa şansı yoxdur, bu artıq çox aydındır. Və bunu çox yaxın vaxtda yekunlaşdıra bilməsələr İsrailin növbəti hədəfi İran olacaq. İsrailin İranın nüvə silahı əldə etməsinə göz yumması ssenarisini mən şəxsən çox təsəvvür edə bilmirəm. 4 ildən bu yana dediyim kimi İsrailin birbaşa İranı vurması məncə artıq daha da yaxındır. Hər keçən il buna biraz da yaxınlaşırıq. Bunu hazırda biraz qeyri-müəyyən edən ABŞ-da hakimiyyət dəyişikliyidir. Düzdür, İsrailin ABŞ diqtəsi ilə hərəkət etmədiyini də çox yaxşı görürük hər gün.

Bu arada İsrailin növbəti hədəfi hərhalda Sinwar olacaq.
👍19🤔21
azOSINT pinned «İranın nüvə silahını əldə etməkdən başqa şansı yoxdur, bu artıq çox aydındır. Və bunu çox yaxın vaxtda yekunlaşdıra bilməsələr İsrailin növbəti hədəfi İran olacaq. İsrailin İranın nüvə silahı əldə etməsinə göz yumması ssenarisini mən şəxsən çox təsəvvür edə…»
İsrailin İranı vurmaqdan başqa İranı birbaşa döyüşə çəkməyi deyəsən mümkün deyil. Netanyahu əlindən gələni edir ki ABŞ-İran müharibəsini başlatsın, və məncə indiki konflikt mərhələsi dondurulmadan bunu etməyə çalışacaq. Hizbullah rəhbərliyinin 1 ayın içində aradan götürülməsindən sonra növbəti addımın nə olduğunu görmək həm çətindir həm də asandır.
👍24👀7👏1
İsrailin Livanın cənubuna qurudan (limitli) hücum etməsi gözlənilir. BBC və CBS xəbərlərinə görə əməliyyat bu gün başlaya bilər.
👀25👍4👎1
İsrail Livanın cənubunu işğal etmək üçün əməliyyatlara başladı. Hadisələr gözlənilən kimi davam edir.
👍19👎6🤔1
Qarabağ müharibəsi daxil son 4 ildir hər münaqişədə burada vurğuladığım və hər dəfə bütün irili-xırdalı yerli media və sosial şəbəkə kanalları tərəfindən tirajlanan səhv barədə bir də yazım.
Bizim də aktiv istifadə etdiyimiz sursat - termit. Bunlar fosfor bombası deyil! Ərazini yandırmaq, işıqlandırmaq və s üçün istifadə olunan termit sursatıdır.
👍422👏1
İranın yaxın saatlatda İsrailə ballistik raketlərlə birbaşa zərbələr endirəcəyi ilə bağlı xəbərlər etibarlı mənbələrdən mediaya daxil olur. Təcrübəmə əsasən bu dəfə doğruluq payı çoxdur.
👀28👍13
İsrailin bütün tanker təyyarələri havadadır. Hamısı.
👀17
İsfahandan ballistik raketlərin atıldığı bildirilir.

Dəqiqə-dəqiqə xəbərləri paylaşmayacam (feyk nyus daxil kifayət qədər paylaşan hesablar və xəbər kirliliyi yaranır), amma əsas gedişat barədə sıx-sıx məlumat paylaşmağa çalışacam.
👍303👀2
Ballistik raketlər İsraildə hədəflərə çatıb və hədəflərə zərbələr endirir. Xeylisi zərərləşdirilsə də bir o qədəri hədəflərə dəydiyi görülür. Şiddətli partlayışlar müşahidə edilir.
👀145👍3👎2🤔2
Bütün ölkədə həyəcan siqnalı verilir.
👀16👍4🤔2
Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi.

Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas hədəflər hərbi bazalar idi və orada daxildən çox görüntü çıxa biləcəyini hesab etmirəm (Ukrayna Rusiya Avropa İran Azərbaycan Ermənistan və s kimi ölkələrdən fərqli olaraq).

Sıra İsrailin cavab zərbəsindədir, görək nə düşünürlər.
👍24👀3
azOSINT pinned «Əsas hücum dalğası bitdi. 200 civarı raket atıldığı ehtimal olunur, xeyli hissəsi hədəfə çatdı. İran İsrailin HHMlərini yara bildi. Amma zərərin miqyasını aydın görə biləcəyimizi düşünmürəm, çünki İsrail bu sahədə çox yaxşıdır, senzura çox güclüdür. Əsas…»
İranın bu gün xeyli sayda Xeybər Şekan raketlərindən istifadə etdiyi görülür. Şəkildəki raketlərdən birinin busteridir (yəqin ki, mediada “partlamamış raket” kimi birazdan paylaşılar).
👍27
İsrail bu gün Suriyada və ətraf ərazilərdə xeyli radar və erkən xəbərdarlıq sistemlərini vuraraq sıradan çıxarmışdı. Görəsən bu axşamki (və ya yaxın günlərdə) planladıqları hansısa hava hücumunamı hazırlaşırlar?
👍15👀2