Gördüyüm qədərilə, İsrail Hizbullah müharibəsi yaxınlaşır. Yaxın müddətdə güclü toqquşma gözlənilir. Amma Hizbullahın zəif olmamasını (atəş gücü çoxdur) nəzərə alsaq, çox uzun müddətli sürməməlidir. Amma birinci hücümü İsrailin edəcəyini güman edirəm. Hizbullah 1 saat qabaq əmin də olsa risk etməz ilk zərbəni endirməyə.
👀16👏10👍7🤔3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Donald Trumpın Pensilvaniyadaki mitinqində atəş açılıb. Trump ərazidən uzaqlaşdırılarkən qulağından qan açıldığı görünür. Atış səsi gələn anda qulağını tutmasından qulaqdan zərbə aldığını demək olar.
👀18👍2
azOSINT
Gördüyüm qədərilə, İsrail Hizbullah müharibəsi yaxınlaşır. Yaxın müddətdə güclü toqquşma gözlənilir. Amma Hizbullahın zəif olmamasını (atəş gücü çoxdur) nəzərə alsaq, çox uzun müddətli sürməməlidir. Amma birinci hücümü İsrailin edəcəyini güman edirəm. Hizbullah…
Dünənki Majdal Shams hücumunun Hizbullah tərəfindən edilməsi artıq dəqiqdir kimi görünür. Netanyahu ABŞ-dan qayıtdıqdan sonra, qaçınılmaz olan genişmiqyaslı İsrail-Hizbullah döyüşlərinə daha da yaxın olacağıq.
👍23
İsrail təcili şəkildə şimal xəstəxanalarına rezervist həkimlərin (xüsusən cərrahların) toplanışına başlayıb. Bunu həkim-anastezioloq olan rezervistlərin (hansı ki, mən izləyirəm) sosial şəbəkədən bir müddətlik uzaqlaşmağa başlamağından anlamaq olar.
Döyüşün miqyası böyük olsa da, tam miqyaslı bir müharibəyə çevriləcəyini zənn etmirəm.

👍27👀6
Elan edilmiş NOTAM-lara baxdıqda İranın (və Hizbullah) bu gün İsrailə zərbə endirmə ehtimalı yüksəkdir.
👍24👀7👎2👏1
“Financial Times”ın Rusiya ilə bağılı araşdırmasında, Rusiyanın NATO ilə mümkün toqquşması halında dəniz qüvvələrində təlimlər keçirərək Avropada nüvə başlıqlı raketlərıə vura biləcəyi hədəflərin siyahısı dərc edilib. Siyahıda Cənubi Qafqazdan yalnız Azərbaycan var.
https://www.ft.com/content/237e1e55-401d-4eeb-875b-03fe68f81575
t.me/azOSINT

👎22👍5
Bundan əvvəlki paylaşımda FT məqaləsi ilə bağlı xeyli şərhlər gəldi. Ümumi təəssüratım yeniləndi ki, insanlar xəbər oxuyur amma analiz edə bilmir, analiz oxuyur amma anlaya bilmir. Həmin məqaləni açıb oxumaq əvəzinə (FT abunəliyi yoxdursa da digər platformalarda məqaləni tapmaq olur) başlıqdan, sadəcə bir screenshotdan məna çıxarırlar. O xəbər barədə əlavə bir şərh verməyəcəm. Sadəcə nüvə müharibəsi doktrinlərinin necə formalaşması, güclü dövlətlərin önümüzdəki onilliklərdə baş verə biləcək konfliktlərə hansı şəkildə reaksiya verə biləcəyini sənədləşdirərək saxlaması və s barədə məlumat bu səhifənin izləyiciləri daxil hər kəsdə çox azdır. Bunlar çox maraqlı mövzulardır, araşdırıb oxumağınızı tövsiyyə edirəm, mövcud geopolitikaya baxışınızın formalaşmasına çox kömək edəcək.
Gələk İsrail-İran münaqişəsinə.
Təkrarlamaqda fayda var ki, hələ illər əvvəldən açıq şəkildə şəxsi fikrimi bildirirdim ki, İsrail daim İranı vurmağa və daha geniş regional müharibə başlatmağa çalışır və bu, onun əsas məqsədidir, xüsusilə də Netanyahunun.
Bugünki gərginliklər də göstərir ki, əvvəlki proqnozlara uyğun olaraq bu yaxın gələcəkdə baş verəcək. Mövzud eskalasiya mərhələsindən az öncə İsraildə tibbi rezervistlərin və tankçıların çağırılması diqqətimi çəkmişdi və paylaşmışdım. Görünür İsrail öz edəcəyi hücumun gözləninən nəticələri barədə tədbirlər görürmüş
Haniyehin öldürülməsindən bəri yalnız bir dəfə İran hücumunun yaxın olduğunu düşünüb paylaşmışam, onda da yanıldım. İndi isə daim hər gecə xəbərlər çıxsa da, əlbəttə ki, uzun illərdir hadisələrin, konfliktlərin necə başlamasını izləyən bir adama bir hücumun nə vaxt qaçılmaz olması məlum olur. Hər gün fake ajiotaj yaratmağın mənası yoxdur.
Bu hücumun Aprel ayındaki kimi şou məqsədli olacağını düşünmürəm. İran dronlardan çox ballistik raketlərdən istifadə edəcək. Eyni zamanda Hizbullah da paralel zərbə endirməyi qərara alsa, İsrailə həqiqi zərbə dəymiş olacaq və bu yeni regional müharibəyə gətirib çıxara da bilər. İranın da çəkindiyi bu olduğu üçün ehtiyatlı planlama aparmaq istəyir. Çünki Hizbullah İsrailə İranla birlikdə zərbə endirdə, İsrail də Livana zərbə endirəcək. Və orada regional müharibə alovlansa əvvəlkilərdən fərqli olaraq Türkiyənin kənarda dayanacağını rahatlıqla düşünə bilmirəm. Necəsə müdaxil olmağa çalışacaq. Özünü İslam dünyasının lideri statusunda gördüyü üçün buna məcbur hiss edə bilər.
Hər halda, buna görədir ki, İran hazırda çəkindirilə bilir (bəlkdə də elə Türkiyə tərəfindən). Mənə elə gəlir ki, hər şeyə baxmayaraq yenə də hücumun olma ehtimalı daha çoxdur. Yeniliklər olduqca paylaşmağa çalışaram.
Kursk əməliyyatlarına gəldikdə isə, sürpriz bir sonluqla nəticələnməsini gözləmirəm. Hərhalda Rusiya rezerv briqadaları ilə əks-hücuma keçib geri qovmağa cəhd edəcək. Ola bilsin ki, dağıntıdan yayınmaq üçün planlama gedir. Buna baxmayaraq Ukraynanın nailiyyəti çox böyükdür və hər şeyin Ukrayna üçün pis getdiyi vaxtda onlara ciddi üstünlük qazandırır (əsasən psixoloji).
*Fikirlərimi istəyənlər üçün yazacaqlarım bu qədərdir. Xatırlatma: ekspert və ya analitik deyiləm, sadəcə şəxsi düşüncələrimi bölüşürəm.*

👍62👏3❤2
İsrailin bu gün yerli vaxtla səhər saat 05:00-da Hizbullahın 6000-dən çox uzaq mənzilli raket və dronlarla bütün İsrail ərazisinə hücum edəcəyi kəşfiyyatını aldığı deyilir.
Bundan sonra yüzlərlə döyüş təyyarəsi ilə saat 04:30-da qəfildən Livanda saat 5-də zərbə üçün proqramlaşdırılmış 40-dan çox atış nöqtəsini məhv edib.
Nəticədə cəmi hazırlanan 6000 raket içindən cəmi 320-ə yaxın atıla bilib (bu Hizbullahın öz açıqlasığı rəqəmdir) və çoxu zərərsizləşdirilib. Qəfil yaxalanan Hizbullah hazırda Fuad Şükrün qisası üçün “uğurlu” əməliyyat barədə açıqlama verir və Nəsrullahın çıxış etməsi gözlənilir. Belə.

👍29👎3👀3👏2
Hizbullah rəsmi təsdiq edib ki, 320 raketlə zərbə endirilib.
Livan rəhbərliyi Təhlükəsizlik Şurasının iclasını çağırıb, həmçinin İsrail də. Nəsrullahın da çıxış edəcəyi deyilir. Zərbə görüntüləri bütün mediyayala birdir, Hizbullah mediası da qarşılıqlı hücumlardan yazır.
Mən də XƏBƏRİ paylaşmışam, içində şəxsi fikir yoxdur, analiz elementi yoxdur, hansısa tərəfə istiqamətlənmə yoxdur (heç vaxt olmayıb). Yuxarıdaki paylaşımdan bu nəticələri çıxaran varsa, onun öz işidir.
Bu arada, birdəfəyə 6 min raket ata bilmək Hizbullah üçün çətin iş deyil.
Əslində isə döyüşən iki tərəf üçün də bu raund yaxşı nəticələnib. Yuxarıdaki şərhlərdən birində də deyildiyi kimi, bəli, əgər, həqiqətən də Hizbullahın bu miqyasda hücum planı var idisə, bu çox ciddi müharibəyə gətirib çıxaracaqdı, bəlkə də hazırda müharibədən xəbərlər oxuyurduq. İki tərəfdən də həm hərbi, həm mülki itki minimaldır kimi görünür və iki tərəf də özünü qalib elan edir.

👍17
İsrailin Hizbullaha etdiyi hücum iki üsulla mümkün ola bilər:
1) Həqiqətən uzaqdan müdaxilə üsulu ilə (hacking və s.) batareyaların anidən qızmasına səbəb olmaq
2) İstehsal prosesinə sızaraq daxilə kiçik partlayıcı qurğular yerləşdirmək
Hücumun bu gün həyata keçirilməsi ciddi siqnal ola bilər. Son günlər İsrailin Livanın cənubuna əməliyyatlara hazırlaşması barədə xəbərlər yayılırdı. Hazırda demək olar ki, bütün (!) Hizbullah orta (və yüksək) komandir heyəti yaralı olduğu üçün İsrail hücuma keçəcəyi təqdirdə qarşı tərəfin müdafiəsində ciddi xaos yaşanacaq.
Bugünki hücum bütün aspektlərdən tarixə keçəçək bir əməliyyatdır.

👍39👀5❤3
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa bölüşəcəm. Hələlik iddiaya şübhəylə yanaşmaq lazımdır.
👍15👎3
azOSINT
İlkin olaraq iddialar var ki, İsrailin bir neçə dəqiqə öncə Beyruta endirdiyi zərbələrin hədəfi Hizbullah lideri Həsən Nəsrullah olub. Netanyahunun tələsik olaraq Nyu-Yorkda iştirak etdiyi iclası tərk etdiyi bildirilir. Xəbərə aid etibarlı əlavə detallar olsa…
Məlumatı İsrail ordusu təsdiqləyib. Hələki, Hizbullahdan rəsmi açıqlama olmasa da, doğrudur kimi görünür.
Son günlərdə İsrail Hizbullahın bütün hərbi rəhbərliyini öldürdü. Əlavə olaraq peycer partlayışları ilə də kiçik və orta rəhbər heyətini də əsasən sıradan çıxarmışdı.

👍32👏4🤔3❤2
İranın nüvə silahını əldə etməkdən başqa şansı yoxdur, bu artıq çox aydındır. Və bunu çox yaxın vaxtda yekunlaşdıra bilməsələr İsrailin növbəti hədəfi İran olacaq. İsrailin İranın nüvə silahı əldə etməsinə göz yumması ssenarisini mən şəxsən çox təsəvvür edə bilmirəm. 4 ildən bu yana dediyim kimi İsrailin birbaşa İranı vurması məncə artıq daha da yaxındır. Hər keçən il buna biraz da yaxınlaşırıq. Bunu hazırda biraz qeyri-müəyyən edən ABŞ-da hakimiyyət dəyişikliyidir. Düzdür, İsrailin ABŞ diqtəsi ilə hərəkət etmədiyini də çox yaxşı görürük hər gün.
Bu arada İsrailin növbəti hədəfi hərhalda Sinwar olacaq.

👍19🤔2❤1
İsrailin İranı vurmaqdan başqa İranı birbaşa döyüşə çəkməyi deyəsən mümkün deyil. Netanyahu əlindən gələni edir ki ABŞ-İran müharibəsini başlatsın, və məncə indiki konflikt mərhələsi dondurulmadan bunu etməyə çalışacaq. Hizbullah rəhbərliyinin 1 ayın içində aradan götürülməsindən sonra növbəti addımın nə olduğunu görmək həm çətindir həm də asandır.
👍24👀7👏1
İsrailin Livanın cənubuna qurudan (limitli) hücum etməsi gözlənilir. BBC və CBS xəbərlərinə görə əməliyyat bu gün başlaya bilər.
👀25👍4👎1