Axşam.az
4.61K subscribers
10.3K photos
4.45K videos
6.73K links
Şou-biznes saytı
Download Telegram
Bu ilin ilk 6 ayında Bakı metrosundan 111 milyondan çox sərnişin istifadə edib.

Ən çox sərnişin may ayında daşınıb və onların sayı 20 milyon 672 min nəfəri keçib.

Ötən yarımildə 9 milyon 822 min sərnişin daşıyan “Koroğlu” stansiyası TOP 10 siyahısına liderlik edib.

//“Bakı Metropoliteni” QSC
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bir neçə gün əvvəl vəfat edən qayınanasının arzusunu gerçəkləşdirdi
👍5😁1
"35 gün sonra tapıldı, əsəbimdən heç danışdırmadım"

Ətraflı: https://axsam.az/site/?name=xeber&news_id=185727
Əməkdar artist Vasif Məhərrəmli bir neçə gün əvvəl Türkiyədə istirahətdə olarkən vəfat edən bəstəkar Ruslan Əhmədoğlunun ölümündən danışıb.

Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində onun dənizə yıxılaraq vəfat etdiyini bildirib:

"Ruslanın ölümü faciəli oldu. Ayın 3-də gecə səfərə gedirdi, danışdıq. Dedi, bilet almışam, 4 gecəlik Antalyada ən gözəl hotelə gedirəm. Uşağı ilə dənizdə olub. Telefon otaqda qaldığı üçün həyat yoldaşı gedib onu götürsün. Deyirdi sudurqam var. Birdən sudurqası tutub və ağzıüstə suya yıxılıb. Uşaq da elə bilib atası zarafat edir. Amma su dərin olmayıb, dayaz imiş".
Bakıda və Abşeron yarımadasında iyulun 12-də havanın yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 35-39° isti, dağlarda isə gecə 10-15°, gündüz 20-25° isti olacaq.
İyulun 12-15-də havanın maksimal temperaturu artacaq.

Bu barədə Axşam.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.
1😭1