🌍 Ölümdən qorxmağın 2 əsas səbəbi
📝 İmam Məhəmməd Təqi əleyhissalamdan bir çox müsəlmanların ölüm anından qorxmalarının səbəbini soruşarkən həzrət buyurdu:
لانهم جهلوه فکرهوه و لو عرفوه و کانوا من اولياء الله عز و جل لاحبوه و لعلموا ان الآخرة خير لهم من الدنيا
“Çünki ondan xəbərsizdirlər, ona görə də ölümü xoşlamırlar. Əgər onu tanısaydılar və Allahın dostlarından olsaydılar onu sevərdilər, həm də bilərdilər ki, onlar üçün axirət həyatı dünyadan daha xeyirlidir.”
📚 Məaniyul-əxbar 290-cı səhifə 8-ci hədis
🌐 İnsanların böyük əksəriyyəti ölümdən qorxur. Görəsən, bunun səbəbi nədir? Araşdırdıqda məlum olur ki, ölümdən qorxmaq əsasən aşağıdakı iki amildən biri ilə bağlıdır:
🅰 Bir çoxları ölümü puç olmaq kimi başa düşürlər.
✔️ Məlum məsələdir ki, insanda puçluğa qarşı qorxu hissi olur. Ölümü də yoxluq kimi qəbul etsək, insan ölümdən də qorxacaq.
🔴 Hətta həyatın ən şirin anlarında belə nə vaxtsa bu dünya həyatının sona çatacağı barədə düşünmək dünyanın şirinliyini zəhərə çevirir.
🅱 Ölümü yoxluq kimi deyil, yeni və əbədi bir həyatın başlanğıcı hesab edən insanlar etdikləri günahlara görə ondan qorxurlar.
➡️ Çünki ölüm onları öz pis əməllərinin cəzasına yaxınlaşdırır. Buna görə də cəzadan bacardıqları qədər uzaq olmağa çalışırlar.
💠 Peyğəmbər və İmamların (onların hamısına Allahın salamı olsun) vəzifələrindən biri də insanları bu qorxudan xilas etməkdir.
1⃣ Allahın göndərdiyi Peyğəmbərlər insanların qəlbində ölümdən sonrakı əbədi həyata iman yaratmışlar.
2⃣ Peyğəmbərlər gəlib insanlardan ölümdən qorxu hissini uzaqlaşdırmış, ölümü onların gözündə əsl anlamında -axirət həyatına bir müqəddimə kimi göstərmişlər.
3⃣ Peyğəmbərlər insanları yaxşı əməllər görməyə dəvət etmişlər ki, pis əməllərin ucbatından ölümdən qorxmaq fikri də onların ağlından çıxsın.
✅ Buna görə də imanlı və təqvalı insanlar bu dünya həyatının başa çatmasından qətiyyən qorxmurlar.
t.me/axlaq

Telegram
Əxlaq və Mərifət
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan

🕋 Günahdan çəkinməyi və harama baxmamağı İmam Məhəmməd Təqi əleyhissalamdan öyrənək.
⛔️ Çəkinməkdən və harama baxmamaqdan məqsədin nə olduğunu çoxları səhv başa düşürlər, elə bilirlər ki, çəkinməkdən məqsəd günahlarla qarşılaşmamaqdadır. Halbuki bu cür rəftar həmin insanın günahlara meyilli olmasını amma özünü zorla gizlətməsini göstərir. Yalnız evdə və ya məsciddə orurub cəmiyyət içinə çıxmamaqla təqvalı, imanlı, əxlaqlı və ixlaslı olduğunu güman edir.
👁👁 Çəkinmək budur ki, sənin gözlərin haramlara baxmamaqla fəxr etsin.
✍ “Abbasi xəlifəsi Məmun bir zaman imam Muhəmməd Təqi əleyhissalamı Bağdada çağırdı. Saray adamlarına tapşırıq verdi ki, iki yüz (200) nəfər ən gözəl və cəzbedici qızlara cazibəli paltarlar geyindirin, o qızlara tapşırın ki, imam Məhəmməd Təqi (ə) karvandan düşən kimi iki yüz gözəlin hamısı İmamın pişvazına çıxsınlar. O, hara baxsa gözü gözəllərə düşsün, günaha batsın, camaat da onun qızlara tamaşa etdiyini görsünlər, İmam insanların yanında alçalsın.
Karvan gəlib Bağdada çatdı, imam Məhəmməd Təqi əleyhissalam karvandan başını aşağı salaraq düşdü, Məmunun yanına gəlib çatanadək başını qaldırmadı. Məmun hiylə ilə düşünülmüş planının boşa çıxmasından narahat oldu. Amma özünü o yerə qoymadı, özünü itirmədən uca səslə camaata dedi: -ey camaat, gördünüzmü bu şəxsin təqvasını (Təqi sözünün mənası da elə Təqvalı deməkdir), elə isə mənim qızım ərə getməyə bu şəxsdən daha yaxşı insana rast gələ bilməz...”
🔰 Deməli, çəkinmək budur ki, nə vaxt günah etməyə şərait yaranarsa günah etməyəsən.
♻️ Əziz dost! Günah sənin qarşından çəkilən deyil, bu sənsən ki, günah etməməklə ixlası və xalisliyi qəlbində çiçəkləndirir, inkişaf etdirirsən.

🕌 Hər dəfə namaz qılandan sonra özünə de:👇
🔆 İndi aramlıq və dinclik sənin həyatını bürüyüb.
🏠 Özünün və ailənin inkişafı üzərində rahatlıqla çalışa bilərsən.
⏰ Və vaxtını mənasız mübahisələrə sərf etməyəcəksən!
@axlaq

🕋 Həmd olsun hər şeyi bilən və hər şeyə qadir olan Allaha!
✅ "Ey Rəbbim! Məni hər bir işə sədaqət və haqq ilə daxil et, məni haqq ilə çıxar və Öz tərəfindən mənə kömək edən bir dəlil ver!"
🕌 Ey mərhəmətli və səxavətli Allahım.
🔆 Bizə bəxş etdiyin hər bir nemətə şükür etdik, səxavətli və bağışlayan olduğun üçün başqa bir nemət verdin.
👉 Beləliklə, daha bir şükür etməyi bizə vacib etdin.
🌍 Bu gedişlə biz hər gün Sənə borcluyuq, Sən isə hər gün bizə sevgi və mehribanlıqla bizə nemətlər verirsən.
🟦 Sənin bizim minnətdarlığımıza ehtiyacın yoxdur, amma bizim hər gün, hər an sənin nemətlərinə, mehribanlığına və mərhəmətinə ehtiyacımız var.
🪐 Allahım, Sənə şükür olsun.
Əlhəmdulillahi Rabbil aləmin!

⏰ Bu gün, yəni Zilhiccə ayının 1-i xanım Fatimə əleyhasalam ilə əmirəlmöminin Əli əleyhissalamın izdivacı, yəni evləndikləri gündür.
💠 Bu xoşbəxt ailə bütün bəşəriyyət üçün yaxşı kişi və yaxşı qadının xüsusiyyətlərini həqiqi mənada aydın şəkildə göstərmişdir. Xoşbəxt ailəyə nail olmaq üçün ən gözəl örnək və ən gözəl nümunə bu iki məsum şəxsin qurduqları nurla dolu olan bir ailədir.
📖 Qurani-kərim Nur surəsinin 36-cı ayəsində buyurur:
فىِ بُيُوتٍ أَذِنَ اللَّهُ أَن تُرْفَعَ وَ يُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَ الاَصَالِ
“(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi və Onun adı zikr edilən o evlərdir ki, orada səhər-axşam Onu gözəl adlarla mədh edərlər.”
🕋 Bəli, həyatda elə insanlar var ki, onlar paklığı, imanı sayəsində və qəlblərini Allaha bağlamaqla bütün vücudlarına İlahi rəng qatmışlar. Onların ürəklərinin Allaha bağlanması nəticəsində İlahi nura elə qərq olmuşlar ki, bu nur onların yaşadığı evlərdən bütün aləmə yayılmışdır.
🔶 Əhli-sünnənin məşhur alimlərindən olmuş Suyuti öz təfsirində Nur surəsinin 36-cı ayəsinin mənası barədə İbn Mərdunədən belə bir hədis nəql edir:
و أخرج ابن مردويه عن أنس بن مالك و بريدة قال قرأ رسول الله صلى الله عليه و سلم هذه الآية فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ فقام اليه رجل فقال اى بيوت هذه يا رسول الله قال بيوت الأنبياء فقام اليه أبو بكر فقال يا رسول الله هذا البيت منها لبيت علي و فاطمة قال نعم من أفاضلها
“Allahın Rəsulu səllAllahu əleyhi (və alihi) və səlləm “(Bu İlahi nur) ucaldılmasına Allahın izin verdiyi...” ayəsini oxudu. Orada olanlardan biri ayağa qalxıb dedi: -Ey Allahın Peyğəmbəri (s) bu (ayədəki evlərdən məqsəd) hansı evlərdir? (Peyğəmbər) buyurdu: -Peyğəmbərlərin evləridir. Bu zaman Əbubəkr ayağa qalxdı və dedi: -Ey Allahın Peyğəmbəri! Əlinin (ə) və Fatimənin (ə) evi də həmin (ayədəki) evlərdəndir? (Peyğəmbər buyurdu: Bəli (əlbəttə, hətta) onların ən üstünlərindəndir (ən fəzilətlilərindəndir).”
📚 əd-Durrul-mənsur (müəllif: Əbdurrəhman ibn Əbubəkr Suyuti) 5-ci cild 50-ci səhifə
✅ Bəli, əmirəlmöminin Əli əleyhissalam və xanım Fatimə əleyhasalam həqiqi bəndəlik və xalis itaətləri nəticəsində öz evlərini elə nurlandırmışlar ki, Allah Qurani-kərimdə onların evini vəsf etmiş, hədislərdə isə sevimli Peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih onların evini “peyğəmbərlərin evlərindən biri” olaraq insanlara tanıştmışdır.
🏠 Həzrət Əli əleyhissalamın və xanım Fatimənin (ə) evi elə bir evdir ki, o evdə heç vaxt Allaha üsyan edilməyib; qeybət, yalan, xəyanət, vəfasızlıq kimi pis xüsusiyyətlər o evə yaxın düşməyib.
🌐 O evdə gecə namazlarında pis qonşular üçün xeyir dualar edilib.
🌐 Mələklər o evdə yalnız Allaha xalis itaət və ibadətin şahidi olmuşlar.
🌐 O evdən Qurani-Kərim tilavətinin səsi əskilməmişdir.
🌐 O ev insanların elm və maarif ehtiyaclarını təmin etmişdir. Həm maddi yoxsulluğa düçar olanlar, həm də elm, hikmət və mərifət acları o evdən qidalanmışlar...

💠 Arzularınıza və məqsədlərinizə çatmaq üçün heç bir xüsusi sirr və ya mürəkkəb tapşırıqlar axtarmayın.
🌍 Biz tarix boyu bir çox baş verən hadisələr barədə eşitmişik ki, xəzinə xəritəsi həmişə ən sadə şeylərdə olub və bu sadəlik səbəb olub ki, heç kim onlara inanmayıb və ya bunu qeyri-mümkün hesab edib.
🌐 Tarixin qəhrəmanları və böyük insanları qeyri-adi deyillər və onlar başqa planetdən gəlməyiblər, sadəcə olaraq hər gün sadə gündəlik işlərlə məşğul olublar və bir neçə illik ardıcıl çalışmaq və təkrarlardan sonra ustad və bacarıqlı olublar.
🔆 Hansı yolun sizin hədəf və məqsədizə getdiyini bilməli, bu yolu tutmalı və yemək-içmək kimi hər gün tətbiq etməlisiniz.👇
👉 Bu, sizi uğur və müvəffəqiyyətin zirvəsinə yüksəldəcək; Təkcə maddi dünyada deyil, mənəvi aləmdə də.
⚠️ Rəmz və sirlərin sadə olduğunu unutmayın!

🔥 İçi od olan hədiyyə.
🎁 İnsanların hədiyyələrini qəbul edib daha yaxşı hədiyyələrlə əvəz etmək lazım və çox yaxşı iş olsa da, kimsə əgər rüşvət məqsədilə hədiyyə vermək istəyirsə, hər bir insan mütləq ondan çəkinməlidir.
🔲 Əşəs ibn Qeysin bir problemi vardı, gecənin bir aləmində Əmirəlmöminin Əli əleyhissalam üçün bir şirniyyat hədiyyə gətirir ki, özünü yaxın dost kimi göstərsin və İmamın (ə) fikrini onun xeyrinə dəyişdirsin.
⭕️ Əşəs yüksək vəzifə istəyirdi, amma İmam (ə) razı deyildi.
🌐 Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur:
"Bu heyrətamiz bir hadisədir. Gecə bir nəfər yanımıza gəldi və əlində şirniyyatla dolu qab vardı. Sanki, o qabda zəhərli ilanın tüpürcəyi ilə qarışmış və nifrət etdiyim bir qarışıq var idi. Mən ona dedim: "Bu zəkatdır, yoxsa sədəqə? Bunların hər ikisi bizə, yəni Peyğəmbər əhlinə haramdır...
Allaha and olsun ki, əgər mənə yeddi iqlimi onların göylərinin altında olanlarla birlikdə (yəni bütün varlıq aləmini) versələr ki, haqsız yerə bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, mən heç vaxt bunu etmərəm. Həqiqətən də, sizin dünyanız mənim yanımda çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir".

🌍 Həyatda orta yolu tutmaq lazımdır.
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
"O kəslərdən olma ki, saglam olanda xudbin va məğrur olar, çətinliyə düşəndə isə ümidisizləşər”.
✔️ Onun halında baş verən bu ziddiyyət - onun sağlam olanda qürrələnməsi, çətinliyə ürcah olanda isə ümidini itirməsi də təəccüb doğuran məsələlərdəndir və onun iman və iradəsinin zəifliyinin, nəfsi istəklərin əsiri olmasının göstəricisidir.
🔷 Halbuki sağlamlıq etibar ediləsi şey deyil və bir küləklə bada gedə, bir günün, hətta bir saatın içində əldən çıxa bilər.
🔴 Həmçinin bəla və çətinlik əbədi deyil və insanın ümidsizlik və məyusluğa düçar olmasına səbəb olmamalıdır. Çünki bəzən qurtuluş çətinliklərin içindən çıxır.
📝 İmam Əli əleyhissalam başqa bir hədisdə belə buyurur:
"Çətinliklər özünün son həddinə çatanda qurtuluş yaxınlaşır, bəla halqaları daralanda rahatlıq gəlib çatar."
📖 Qurani-Kərim Hud surəsinin 9-10-cu ayələrində buyurur:
وَلَئِنْ أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ
وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ
"Əgər Öz tərəfimizdən insana bir nemət daddırsaq, sonra da bunu ondan geri alsaq, şübhəsiz ki, o, məyus və nankor olacaq. Əgər başına gələn bir müsibətdən sonra ona nemətlər daddırsaq, mütləq: "Çətinliklər məndən sovuşdu (bir də gəlməz)", - deyəcək, qəflət və sevinc içində batıb özünü öyəcək."
🔰 Dəyərli "Kafi" kitabında Həzrət Muhəmmədin (s) belə buyurması nəql edilib:
"Bir gün Musa peyğəmbər (ə) oturmuşdu, birdən İblis başında uzun və rəngarəng papaq onun yanına gəldi. İblis Musanın yanına çatanda papağını başından götürdü və onun qarşısında dayanıb salam verdi. Musa onun kim olduğunu soruşdu. O, İblis olduğunu dedi. Musa dedi: "Allah səni heç vaxt bizə qonşu etməsin!" İblis dedi: "Mən Allah dərgahında malik olduğun məqama görə sənə salam verməyə gəldim". Musa dedi: "Bəs bu papaq nədir?" İblis dedi: "Mən bu rəngarəng papaqla Adəm övladının ürəyini (hərəsini bir cür) ələ alıram". Musa dedi: İnsan hansı günahı edəndə sən ona hakim olursan? Mənə bu barədə məlumat ver".
İblis dedi: "Qürrələnəndə, əməlini böyük sayanda, günahı gözünə kiçik görünəndə".
📚 əl-Kafi 2-ci cild 314-cü səhifə

⚠️ Qərar çıxarmağa tələsməyək.
🕋 Allah-taala Kəhf surəsinin 68-ci ayəsində buyurur:
وَ كَيْفَ تَصْبِرُ عَلَى مَا لَمْ تُحِطْ بِهِ خُبْراً
"Bir şeydən xəbərin olmadığı halda necə səbir edə bilərsən?"
⭕️ Xəbərsizlik və biliksizlik insanı səbirsiz edir, halbuki zehni idarə etmənin ən yüksək səviyyəsi hər şeyə görə sual verməmək və yersiz mübahisə etməməkdir;
💎 Zehnini idarə etmək gücünə sahib ol və daim öz bilik və əminliklərinə istinad et.
✅ Birinin hər hansı müəmmalı hərəkət və rəftarını görəndə, fikirləş ki, bəlkə də onun əsaslı səbəbi var. Dini göstərişlərimizdə zehni idarə etmə üsulu budur.
👉 Məsələn, bir kişinin hansısa qadınla əl sıxdığını gördün. De ki, "bəlkə də onun məhrəmidir."
Beləcə fikrinizi idarə etməlisiniz. Ən pis senarinin, yəni pis fikirlərin ağlınıza gəlməsinə imkan verməyin.
🔲 Hətta qarşı tərəfin günah etdiyini artıq anladığınız zamanda da fikrinizi yenidən idarə edin və deyin ki, "dünən gecədən indiyədək on dörd saat keçib, yəqin ki o, istiğfar edib və bağışlanma diləyib. Mən özüm necəyəm? Günah edən kimi peşman olub tövbə edirəm, deməli, bu da artıq tövbə edib".
⭕️ Siz ona günahkar kimi baxmamalısınız, çünki dini göstərişlərin əksəriyyətinin əsası zehnin düzgün idarə olunmasına əsaslanır.

🌍 Səfərə hazır olaq!
📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:
أَيُّهَا النَّاسُ اتَّقُوا اللَّهَ الَّذِى إِنْ قُلْتُمْ سَمِعَ وَ إِنْ أَضْمَرْتُمْ عَلِمَ وَ بَادِرُوا الْمَوْتَ الَّذِى إِنْ هَرَبْتُمْ مِنْهُ أَدْرَكَكُمْ وَ إِنْ أَقَمْتُمْ أَخَذَكُمْ وَ إِنْ نَسِيتُمُوهُ ذَكَرَكُمْ
“Ey insanlar! Danışdığınız sözləri eşidən və qəlbinizdə gizlətdiyinizi bilən Allahdan qorxun. Ölümü qarşılamağa hazır olun ki, əgər ondan (ölümdən) qaçsanız sizi tapacaq, əgər bir yerdə dayansanız sizi tutacaq, əgər siz onu untutsanız (o sizi unutmayaraq sorağınıza gəlməklə) özünü sizə xatırladacaq.”
📚 Nəhcül-bəlağə 203-cü (194-cü) hikmətli kəlam
📖 Qurani-kərimin ayələri bütün insanlara xəbərdarlıq edir ki, Allah-taalanın varlığını unutmasınlar. Həqiqətən Allah-taala sizin söz və danışıqlarınızı eşidir, qəlbinizdə saxladığınız və heç kimə demədiyiniz sirlərinizdən, batini məqsəd və nəzərlərinizdən də agahdır.
🌐 Ölümü qarşılamağa hazır olmaqdan məqsəd budur ki, insan adi həyatını yaşamaqla yanaşı bu dünyanın fani özünün isə öləcəyini yaddan çıxarmasın. Özünü bir müsafir bilsin ki, səfər ləvazimatını yığıb hazırlayıb və onu çağıran kimi tez həmin hərəkət edəcəyi yerə gedəcəkdir.
🕌 Necə ki, ziyarətə gedəndə adətən gediş günü əvvəldən bəlli olmur, tapşırılır ki, hər şeyinizi hazır edin, sizə zəng olunan kimi filan yerə gələrsiniz.
🔲 Çünki ölüm qaçılmaz və labüd olan bir səfərdir, istisnasız olaraq hər bir insan bu səfərə getməlidir. Onun vaxtı isə heç kimə bəlli deyil, hər dəqiqə və hər saniyə insanın sorağına gələrək onu əbədi axirət aləminə hərəkətə səsləyə bilər.
⛔️ Çalışsın ki, boynunda qəza namazları, qəza orucları və insan haqları olmasın. Pislik, qeybət, bədgümanlıq, söyüş, şərləmək, böhtan, acılamaq və sair günahlar vasitəsilə kimlərin haqqını tapdalayıbsa onlardan halallıq alsın. Onu bu əbədi səfərdə giriftar və əziyyət edəcək hər bir günahdan çəkinsin.
🟩 Ölümə hazır olmağın başqa bir faydası isə budur ki, insan rahat və dinc həyat yaşayır, onun həyatı həyəcan və narahatlıqlarla əhatə olunmayıb, stres və depresiyasız ömür sürür.
🪐 Amma ölümə hazır olmayan insanlar daima sıxıntı içindədirlər, həyəcan və nigaranlıq onların canından çıxmır, özlərini rahat hiss edə bilmirlər, nə qədər özlərini güldürməyə yaxud vaxtlarının bir hissəsini əyləncələrə sərf etsələr belə qəlblərindən mənşəyi və səbəbi bilinməyən qorxu, həyacan, nigaranlıq və iztirab çıxmır.

Bir gün qəflət yuxusundan oyanacaq və başa düşəcəksən ki, sevdiyin şeyləri etməyə vaxtın qalmayıb.
Elə isə onları indi et.
@axlaq
Elə isə onları indi et.
@axlaq
💠 Müdrik olana qədər dayanma.
📖 Qurani-kərim Həcc surəsinin 46-cı ayəsində belə buyurur:
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا
"Nə üçün yer üzündə gəzib dolaşmırlar ki, düşünən və həqiqətləri dərk edən qəlbləri olsun?!"
👉 Yəni gedin dünyanı gəzin ki, anlayan və düşünən bir qəlbə sahib olasınız.
🌍 "Yer üzünü gəzmək" o deməkdir ki, siz bu yer üzündə bir yerdə məskunlaşıb orada ev tikdikdə oraya ürək bağlama, fikrin, zikrin bu məhdud yer olmasın.
🏠 Başqa sözlə desək, evin olsun, orada yaşa, amma qəlbin orada qalmasın.
İşin, mağazan, ofisin olsun, amma zehnin və ağlın daim hərəkətdə olsun.
🔰 Quran buyurur ki, görməklə, eşitməklə, mütaliə etməklə, fikirləşməklə... səyahət et ki, qəlbin həmişə agah, oyaq, ayıq və xəbərdar olsun.
🔆 Buna görə də insanın qəlb nurunun onun özünə yol tapması üçün ilk addım budur ki, müdrik olmaq üçün burada qalmağı düşünmək əvəzinə zehni və düşüncəsi vasitəsilə buradan başqa yerlərə, üfüqlərə, göylərə, mələkut aləminə sarı hərəkət etsin, təki özü müdrik, ağlı kamil olsun.

🌍 Həyatda uğur qazanmış insanların sirri nədir?
1⃣ Birinci sirr:
✅ Pulu əsas məqsədlərinə çevirmirlər. Pul məqsəd və hədəflərə çatmaq üçün vasitələrdən biridir.
2⃣ İkinci sirr:
✅ Qovulmaqdan, uzaqlaşdırılmaqdan və çıxarılmaqdan qorxmurlar. Çünki heç kimə və heç nəyə o qədər ifrat dərəcədə bağlanmırlar ki, onlardan uzaqlaşmaqdan qorxmalı olalar.
3⃣ Üçüncü sirr:
✅ Onlar həmişəkindən daha çox çalışırlar. Səyləri davamlıdır.
4⃣ Dördüncü sirr:
✅ Həyatda qarşıya çıxan uğursuzluq və məğlubiyyətləri tərəqqi amili hesab edirlər. Çünki həyatın çətinliklərindən dərs alırlar.
5⃣ Beşinci sirr:
✅ Səbir edirlər, çünki uğur səbir və müqavimətin yolundadır.
6⃣ Altıncı sirr:
✅ Dalana çatanda yollarını dəyişirlər. Bilirlər ki, uğur və müvəffəqiyyətin minlərlə qapıları var, bir qapını bağlı gördükdə o biri qapıya tərəf gedirlər.
7⃣ Yeddinci sirr:
✅ Özlərinin güclü tərəflərini bilir, zəif cəhətlərini düzəldirlər. Daim öz üzərlərində çalışır və özlərini islah etməklə məşğuldurlar.
8⃣ Səkkizinci sirr:
✅ Düzgün və əxlaqlı yaşayırlar, bacardıqca başqalarının əlindən tutur və insanlara kömək edirlər.
9⃣ Doqquzuncu sirr:
✅ Həmişə səhər tezdən yuxudan dururlar. Səhərlər ən geci saat 6-da oyanırlar.
🔟 Onuncu sirr:
✅ Mütaliə etmək və mütaliə etdikləri barədə təfəkkür etmək onların ən sevimli məşğuliyyətidir.
t.me/axlaq
1⃣ Birinci sirr:
✅ Pulu əsas məqsədlərinə çevirmirlər. Pul məqsəd və hədəflərə çatmaq üçün vasitələrdən biridir.
2⃣ İkinci sirr:
✅ Qovulmaqdan, uzaqlaşdırılmaqdan və çıxarılmaqdan qorxmurlar. Çünki heç kimə və heç nəyə o qədər ifrat dərəcədə bağlanmırlar ki, onlardan uzaqlaşmaqdan qorxmalı olalar.
3⃣ Üçüncü sirr:
✅ Onlar həmişəkindən daha çox çalışırlar. Səyləri davamlıdır.
4⃣ Dördüncü sirr:
✅ Həyatda qarşıya çıxan uğursuzluq və məğlubiyyətləri tərəqqi amili hesab edirlər. Çünki həyatın çətinliklərindən dərs alırlar.
5⃣ Beşinci sirr:
✅ Səbir edirlər, çünki uğur səbir və müqavimətin yolundadır.
6⃣ Altıncı sirr:
✅ Dalana çatanda yollarını dəyişirlər. Bilirlər ki, uğur və müvəffəqiyyətin minlərlə qapıları var, bir qapını bağlı gördükdə o biri qapıya tərəf gedirlər.
7⃣ Yeddinci sirr:
✅ Özlərinin güclü tərəflərini bilir, zəif cəhətlərini düzəldirlər. Daim öz üzərlərində çalışır və özlərini islah etməklə məşğuldurlar.
8⃣ Səkkizinci sirr:
✅ Düzgün və əxlaqlı yaşayırlar, bacardıqca başqalarının əlindən tutur və insanlara kömək edirlər.
9⃣ Doqquzuncu sirr:
✅ Həmişə səhər tezdən yuxudan dururlar. Səhərlər ən geci saat 6-da oyanırlar.
🔟 Onuncu sirr:
✅ Mütaliə etmək və mütaliə etdikləri barədə təfəkkür etmək onların ən sevimli məşğuliyyətidir.
t.me/axlaq
Telegram
Əxlaq və Mərifət
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
✅ Gözəl xüsusiyyətlərin nümunələri...
✍️ İmam Məhəmməd Təqi əleyhissalam buyurur:
مِنْ حُسْنِ خُلُقِ الرَّجُلِ كَفُّ أَذاهُ، وَمِنْ كَرَمِهِ بِرُّهُ لِمَنْ يَهْواهُ، وَمِنْ صَبْرِهِ قِلَّةُ شَكْواهُ، وَمِنْ نُصْحِهِ نَهْيُهُ عَمّا لَا يَرْضاهُ، وَمِنْ رِفْقِ الرَّجُلِ بِأَخِيهِ تَرْكُ تَوْبِيخِهِ بِحَضْرَةِ مَنْ يَكْرَهُ، وَمِنْ صِدْقِ صُحْبَتِهِ إِسْقاطُهُ المَؤُونَةَ، وَمِنْ عَلَامَةِ مَحَبَّتِهِ كَثْرّةُ المُوافَقَةِ وَقِلَّةُ الْمُخالَفَةِ
1. İnsanın gözəl əxlaqının əlaməti başqasına əziyyət verməməsi,
2. kəramətinin (alicənablığının) əlaməti pislik edənə yaxşılıq etməsi,
3. səbrinin əlaməti şikayətinin azlığı,
4. öyüd-nəsihətdə səmimiliyin əlaməti bəyənmədiyi pis işlərdən çəkinməsi,
5. (din) qardaşı ilə dostluğunun əlaməti onu xoşlamadığı insanların qarşısında danlamaması,
6. sözdə sədaqətinin əlaməti onun (dostunun) xərclərini ödəməsi,
7. mömin şəxsə məhəbbətinin əlaməti isə əksər hallarda onunla razılaşması və onunla az müxalifət etməsidir.”
📚 Əd-durrun-nəzim 223-cü səhifə