Əxlaq və Mərifət
2.69K subscribers
1.86K photos
18 videos
21 files
4.23K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
Nə üçün inkişaf etmirik?

1️⃣ Səhv və xətalarımıza görə adətən başqalarını günahlandırırıq.

2️⃣ Rahatlıq və dincliyimizdən keçmək istəmədiyimiz üçün pis vərdişlərimizdən və ziyanlı münasibətlərimizdən əl çəkə bilmirik.

3️⃣ Biz öz dəyərimizi başqalarının fikirləri ilə ölçürük.

4️⃣ Uğursuzluq qorxusunun bizə qalib gəlməsinə və passiv (fəaliyyətsiz) qalmağımıza razı oluruq.

5️⃣ İşimiz-gücümüz "kaş ki"lər ilə başlayan fikirlərimizdir.

6️⃣ Həmişə diqqətimizi elə şeylərə yönəldirik ki, həmin şeylər bizim nəzarətimizdən kənardadır.

7️⃣ Daim özümüzü və istəklərimizi inkar edirik, bizə faydalı olub-olmadığını bilmədiyimiz işlərlə günümüzü keçiririk.

t.me/axlaq
İndiyə qədər heç olubmu ki, hansısa işi yarımçıq qoyasınız, axıra çatdırmayasınız? Məsələn, Quran əzbərləmək, xarici dil öyrənmək, idman, mütaliə, dərs almaq...
Anonymous Poll
6%
Xeyr, olmayıb. Mən bütün işlərimi axıra çatdıra bilirəm.
53%
Bəli, olub. Bəzi işlərim yarımçıq qalıb.
31%
Bəli, olub. İşlərimin çoxu yarımçıq qalır, sona çatdıra bilmirəm.
10%
Mənim bütün işlərim yarımçıqdır.
Əxlaq və Mərifət
İndiyə qədər heç olubmu ki, hansısa işi yarımçıq qoyasınız, axıra çatdırmayasınız? Məsələn, Quran əzbərləmək, xarici dil öyrənmək, idman, mütaliə, dərs almaq...
Dostlar, İşlərin yarımçıq qalması müxtəlif səbəblərdən ola bilər, amma, əsasən iki səbəbdən baş verir. Yəni işləri sona çatdıra bilməmək, əslində iki səbəbdəndir:
1. İzzəti-nəfsin yaralı (zədəli) olması. İzzəti-nəfs, yəni ləyaqət və heysiyyət.
2. Pis əhval-ruhiyyə. Yəni davamlı qəmginlik halı.
🌍 Bu gündən etibarən aşağıdakı beş sahədə hər gün ən azı bir dərəcə tərəqqi və inkişaf edək.👇

1⃣ Bədənin idarə olunması.

🟢 İbadətlər, idman, sağlam qidalanma, çəkiyə nəzarət, bədən görünüşünə diqqət yetirmək, eləcə də siqaret, qəlyan, qəhvə və digər fiziki asılılıqları tərk etmək.

2⃣ Emosiyaların idarə olunması.

🔴 Qəzəb, aqressiya, əsəbilik, depressiya, əhval-ruhiyyənin pozulması, ümidsizlik, mənfi nəticələri olan həzz axtarışının qarşısını almaq.

3⃣ Maliyyə məsələlərinin idarə olunması.

🔵 Gəlir və xərclər arasında tarazlıq, istehlakda qənaət və həyatın maliyyə cəhətdən idarə edilməsi.

4⃣ Zamanın idarə olunması.

🟡 Vaxtın idarə edilməsi, planları vaxtından əvvəl yerinə yetirmək, görüləsi işləri təqib etmək və vaxtında əməl etmək.

5⃣ Münasibətlərin idarə olunması.

🟠 Başqaları ilə fərdi və sosial münasibətlərini idarə etmək (dostlar, ailə, qohumlar və digər qarşılıqlı əlaqələr).

t.me/axlaq
İnsanın əsl qiyməti.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

"Sizin canlarınızın qiyməti və dəyəri ancaq Cənnətdir. Buna görə də onları həmin qiymətdən başqa heç nəyə satmayın."

🟢 Bəli, həqiqət bundan ibarətdir ki, Cənnət, ilahi lütf və mərhəmətin beşiyidir.

💠 Cənnət bütün maddi və mənəvi nemətləri minnətsiz və zillətsiz özündə cəmləşdirib. Cənnət Allahın bəndəsindən razı qaldığı əbədiyyət evidir.

💎 Cənnət pak insanların, təqvalı alimlərin, mücahidlərin, şəhidlərin və övliyaların məkanıdır. Cənnət mələklərin əhlinə xidmət etdiyi məkandır.

🔆 Cənnət, əhlinin qonşuları peyğəmbərlər, övliyalar olduğu məkandır. Cənnət boş və bihudə sözlər danışılmayan və eşidilməyən yerdir.

📖 Qurani-kərim Vaqiə surəsinin 25 və 26-cı ayələrində buyurur:

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا
إِلَّا قِيلًا سَلَامًا سَلَامًا

"Onlar orada boş və mənasız sözlər eşitməyəcəklər, "salam"dan başqa bir söz olmayacaq."

🌍 Dünyanın bütün nemətləri bir yerə cəm olunsa, Cənnətin bir neməti ilə müqayisə edilə bilməz.

📝 İmam Musa Kazım əleyhissalam buyurur:

إن أعظم الناس قدراً الذي لا يرى الدنيا لنفسه خطراً أما إن أبدانكم ليس لها ثمن إلا الجنة فلا تبيعوها بغيرها

"Dəyərli insan o kəsdir ki, dünyanı öz vücudunun qiyməti hesab etmir. Bilin və agah olun ki, sizin vücudunuzun qiyməti yalnız Cǝnnətdir. Odur ki özünüzü Cənnətdən ucuz heç nəyə satmayın."

📚 əl-Kafi 1-ci cild 19-cu səhifə

t.me/axlaq
Azad insan varmı?!

📝 Əmirəlmöminin Əli əleyhissalam dünya maddiyyatının dəyərsiz, insan vücudunun isə dəyərli və qiymətli varlıq olmasına işarə edərək buyurur:

ألا خر يدع هذه الألماظة لاهلها؟ إنه ليس لانفسكم ثمن إلا الجنة، فلا تبيعوها إلا بها

"Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (alçaq dünyanı) öz əhlinin ixtiyarına buraxsın?

🌍 Yəni bu dünyaya çox insanlar gəlmiş, nemətlərindən bəhrələnib getmişlər. Sanki qalıqları sizə çatıb, dünyanın özündən fayda apara bilməyiblər, o ki qaldı artığından fayda əldə edilsin.

⚫️ Şəhvət düşkünü, var-dövlət hərisi olan insanlar özlərini dünyaya olan bağlılıqdan azad edə bilməzlər, əksinə, dünyada istədiklərinə çatmaq üçün əllərindən gələni etməyə hazırdırlar.

⭕️ Dardüşüncəli, dünyapərəst insanlar öz canlarını və ruhlarını dünyanın dəyərsiz maddiyyatına qurban verirlər.

🌐 Şübhəsiz ki, İmam Əli əleyhissalam sözügedən kəlamda tərki-dünyalığa işarə etməmişdir. Çünki insan yaşaması üçün çalışmalı, ruzi qazanmalıdır. Əks-təqdirdə insan başqalarına möhtac olub zillətə sürüklənər; fəqirlik və yoxsulluq insanı başqalarından asılı vəziyyətə salar.

✔️ Burada əsas məqsəd budur ki, insan dünyaya bağlılıq nəticəsində izzətini, mənliyini və şərəfini itirməsin.

t.me/axlaq
Audio
Həqiqətən də, yalnız Allaha ibadət etmək yolunda 2 əsas təhlükə var:
1. Yaxın təhlükə, Nəfs, istəkləri ilə
2. Uzaq təhlükə, Şeytan, istəkləri ilə.
🕋 İnsanı yaşadan məhz ilahi eşqdir.
Məhz bu eşqə görə fədakarlıq edirəm. Məhz bu eşqə görə mən dünyaya etinasızlıqla baxıram və daha ali cəhətlər görürəm. Məhz bu eşqin vasitəsilə dünyaya baxdığım zaman mən dünyanı gözəl görürəm və gözəlliyə pərəstiş edirəm. Məhz ilahi eşqin sayəsində mən Allahı hiss edirəm və Allaha ibadət edirəm, həyatımı və varlığımı Ona həsr edirəm.
Eşq mənim həyatımın məqsədi və yaşayışımın hərəkətverici qüvvəsidir. Mən heç vaxt eşqdən gözəl bir şey görməmişəm və eşqdən başqa bir şey istəməmişəm.

📚 ariflərin_etiraflarından

@axlaq
🌍 Dünya öyüd-nəsihət almaq yeridir.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

مَنْ لَمْ يَعْتَبِرْ بِغِيَرِ الدُّنْيَا وَ صُرُوفِهَا لَمْ تَنْجَعْ فِيهِ الْمَوَاعِظُ

"Kim dünyəvi işlərin dəyişməsi və haldan-hala düşməsindən nəsihət və ibrət almazsa, sözlə deyilən moizə və nəsihət ona təsir etməz."

📚 Qurərul-hikəm 10804-cü hədis

💎 Daxili nöqteyi-nəzərdən qavrayış və qəbulların insanın qəlbinə və canına daxil olması üçün iki qapısı var. Biri göz (görmə) və digəri qulaq (eşitmə). İnsanlar normal olaraq bəzi şeyləri görür və bəzi şeyləri eşidirlər.

🟢 Şübhə yoxdur ki, görmə qabiliyyəti insanlara eşitmə gücündən daha çox təsir edir.
Əgər vizual (gözlə görmə) cəhətiniz sizə təsir etmirsə, bilin ki, eşitmə cəhətiniz də sizə təsir etmir.

🌍 Belə ki, əgər kimsə dünyanın dəyişdiyini və haldan-hala düşməsini görüb ibrət almırsa, yəni bu dünyanın “dili”ndən dərs almazsa, bilməlisiniz ki, insanların danışıq dili ona heç bir təsir göstərməyəcək.

🌍 Dünyanın "dili" belədir ki, bu dünya insanların hər zaman istədiklərinə nail ola bildikləri yer deyil. Arzularının bəzisinə nail olursan, bəzilərinə yox. Dünya eniş-yoxuşlarla doludur.

🌐 Bir gün var-dövləti, məqamı və s. olan bir insan görürsən, o biri gün isə həmin adamı gücsüz və zəlil görürsən. Bir gün şərəf zirvəsində, bir gün isə rəzil vəziyyətdə!

⭕️ Əgər gözün ilə gördüklərindən heç bir öyüd-nəsihət götürməsən, bil ki, qulağınla eşitdiklərin də səndə heç bir müsbət təsir buraxmaz.

🟡 İnsan bu dünya işlərinə diqqətsiz yanaşmamalıdır; Əksinə, düşünməli və öyüd-nəsihət götürməlidir.

🔵 Bütün məsələlərdə ibrətlər və dərslər var. İşdə, həyatda, rabitələrdə və ümumiyyətlə hər şeydə nəsihət, moizə və dərslər var.

🟠 Biz dünyada baş verən hadisələrdən, dəyişikliklərdən, eniş-yoxuşlardan ibrət və dərs almalıyıq. Gözünlə gördüyün şeylər daxildə sənə öyüd-nəsihət etməsələr, bil ki qulağına nə desələr, sənə təsir etməyəcək.

t.me/axlaq
🔆 Özünüzə dostlar tapın, amma...

İmam Rza əleyhissalam buyurur:

عن محفوظ بن خالد ، عن محمد بن يزيد قال : سمعت الرضا
عليه السلام يقول : من استفاد أخا في الله استفاد بيتا في الجنة

“Allaha xatir (Allahın razılığı üçün) özünə dost seçən insan sanki cənnətdə özünə ev seçmişdir.”

📚 Vəsailuş-şiə 12-ci cild 16-cı səhifə 15521-ci hədis

1⃣ İslam dini ictimai dindir! Tərkidünyalıq, guşənişinlik, tənhalıq, cəmiyyətdən uzaqlaşma, dağlara çəkilmə, evdən çölə çıxmamaq dini deyil.

🔷 Hərçənd başqa din və məzhəblər guşənişinliyi və cəmiyyətdən uzaqlaşmağı fəzilət və üstünlük bilirlər, cəmiyyətdən kənar gəzən və dağlara çəkilən yaxud evdən çölə çıxmayan adamları az qala müqəddəs adam kimi qələmə verirlər.

🕋 Halbuki İslam dini hər bir müsəlmanı özünə daha çox dostlar tapmağa rəğbətləndirir. Fürui-dinin iki mühüm vacibatı olan “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmə” pirnsipi İslamın ictimailiyə verdiyi dəyərin təzahürüdür.

2⃣ Lakin İslam dininin dostluq ilə əlaqədar göstəriş və təlimatı qeyd-şərtsiz deyil. İslam dininə əsasən dostluq “əxən-fillah”, yəni “Allaha xatir dostluq” olmalıdır.

🔲 Allah üçün olmayan dostluq əslində dostluq deyil, xudbinlik və təkəbbürlükdür. Həmçinin Allahdan başqa hər şey fani və müvəqqəti olduğuna görə Allah üçün olmayan dostluqların hamısı müvəqqətidir.

📖 Odur ki, Qurani-kərim Zuxruf surəsinin 67-ci ayəsində buyurur:

الْأَخِلَّاءُ يَوْمَئذِ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ

“Təqvalılar (əməlisalehlər) müstəsna olmaqla, o gün (Qiyamət günü dünya) dostları bir-birinə düşmən olacaqlar.”

3⃣ Allaha xatir dostluq etmək insanın mənəvi təkamülünə səbəb olur və əslində bir növ ibadət sayılır.

💠 Ona görə də İmam Rza əleyhissalam bu hədisdə “özünə cənnətdə ev seçmişdir” deyə buyurur.

t.me/axlaq
Həya pərdəsinin yırtılmasına nələr səbəb olur?

📝 İmam Rza əleyhissalam buyurur:

المذيع بالسيئة مخذول والمستتر بالسيئة مغفور له

"Aşkar günah edən və onu yayan şəxs xar olar. İlahi əfv isə günahını gizlədən şəxsə şamil olar."

📚 əl-Kafi 2-ci cild 428-ci səhifə

🔥 Günah açıq-aşkar ediləndə ondan olan qorxu hissi itir və insanın həya pərdəsi yırtılır, beləliklə, insanlar daha böyük günahlar etməyə ürəklənirlər. Buna görə də hədislərdə aşkar şəkildə edilən günahın gizli şəkildə edilən günahdan böyük olduğu qeyd edilib.

☑️ Buna görə də heç nədən çəkinmədən və ictimai fikrə əhəmiyyət vermədən aşkar günah edən şəxsin qeybətinin edilməsinə icazə verilib.

💢 Həmçinin bu səbəbdən günah aşkar ediləndə və xalq ondan xəbər tutanda həmin şəxsə aşkar cəza verilməsi göstərişi verilib. Bunun səbəbi günahın zəhmini yerinə qaytarmaq və ictimai abir-həya pərdəsinin yırtılmasının qarşısını almaqdır.

💥 İnsanların günahının ifşa edilməsi də onların ürəklənməsinə və həyasının azalmasına səbəb olur. Buna görə də onlar bəzən dil və ya əməlləri ilə "biz artıq rüsvay olmuşuq, islanmışın yağışdan nə qorxusu?!" və yaxud "iş-işdən keçib, daha heç nəyin faydası yoxdur" kimi sözlər deyirlər. Halbuki əgər bu kimi hallarda insan özünü bilməməzliyə vursa, günahkarın həyasının qorunmasına kömək etmiş olar.

🔰 Buna görə də İslam təlimlərində bəzən kiçik günahın yenidən təkrar edilməsi böyük günah sayılıb. Çünki günahın təkrar edilməsi insanın gözündə günahın çirkinliyinin azalmasına və onun həya pərdəsinin yırtılmasına səbəb olur.

t.me/axlaq
🌍 Hər gün özündən hesab çəkmək və özünə nəzarətin nəticəsi.

📝 İmam Rza əleyhissalam buyurur:

مَن حاسَبَ نَفسَهُ رَبِحَ، وَ مَن غَفِلَ عَنها خَسِرَ، وَ مَنِ اعتَبرَ اَبصَرَ

"Kim öz hesabını apararsa fayda görər, kim özünə (və əməllərinə) etinasızlıq göstərərsə zərər görər, ibrət götürən şəxs isə bəsirətli olar."

📚 Müsnədul-İmam Rza əleyhissalam 1-ci cild 302-ci səhifə

🌐 Həyatın gedişi hiss olunmur. Amma "mühasibə", yəni özü ilə hesablaşmaq onu hiss etdirir və bizə maddi, elmi, cismi və mənəvi sərmayələrinizin xərclənməsini göstərir.

İnsanların gündəlik məşğuliyyətlər ilə başını qatması və günlər, həftələr, aylar, illərin keçməsi insanı qəflət halına düçar edir və “necə getdi?” sualını cavabsız qoyur.

🕋 Dini rəhbərlərin əxlaqi tövsiyələrində qeyd olunan “hesablama” proqramı bizi bu qəflət və etinasızlıqdan uzaqlaşdırır, söz, hərəkət, xasiyyət, qarşılıqlı əlaqə və həyat nailiyyətlərinin qiymətləndirilməsində həssas və ayıq edir. Hesablamada həm əməldə, həm niyyətdə, həm motivasiyada, həm də sözdə diqqətli olmaq lazımdır, məsələn:

➡️ Bir gündə nə qədər danışırıq
➡️ Bütün bu sözlərin içində Allah bəyənən nə qədər xeyir və faydalı söz var və nə qədəri yalan, mənasız və faydasızdır?

➡️ Gün ərzində çoxlu insanlarla rastlaşırıq. Bəs bu rabitələr, qəzəb, gülüş, tənqid, təriflər, hörmətlər, laqeydliklər, ora-bura getmək nəyə görədir? Motivasiya nədir, halaldır, haramdır? Bu paxıllıqdanmı, yoxsa mərhəmətdənmi?

💠 Həyat qiymətli nemət və sərmayədir, bitdikdə bir daha geri qayıtmayacaq.
Bəs hara, kimə və nəyə görə xərclənir? Bizim xeyrimizədir, yoxsa zərərimizə? Allah yolundadır, yoxsa şeytanın və nəfsin yolunda?

t.me/axlaq
🌐 Əgər işinizi təxirə salmağa davam edirsinizsə, bunu bilməlisiniz:

1- Lazım olan bir işi etməmək sizdən onu etməkdən daha çox zehni enerji alır.

2- Cəmi beş dəqiqəlik bir şey etməyə qərar versəniz, çox güman ki, o işi nəticəyə qədər davam edəcəksiniz.

3- Bir işi nə qədər tez bitirsəniz, gününüz müsbət enerji və hədəfə doğru davam etmək üçün həvəs və motivasiya ilə dolacaq.

@axlaq
🟢  Nicat, yalnız itaət və əməl ilədir.

📝 İmam Məhəmməd Baqir əleyhissalam səhabəsi Cabir Cöfiyə buyurdu:

أَبْلِغْ شِیعَتَنا، أَنَّهُ لا یُنالُ ما عِنْدَ اللهِ إِلاَّ بِعَمَل

"Bizim şiələrimizə çatdır ki, Allahın bəxşiş və mərhəmətinə nail olmağın yeganə yolu əməl etməkdir."

📚 əl-Kafi 2-ci cild 300-cü səhifə

⭕️ Bəziləri elə bilirlər ki, möminlik iddiası etməklə, həmçinin Həzrət Muhəmməd (s) və Əhli-beytə (ə) sevgisini nümayiş etdirməklə vəzifələrini yerinə yetirmiş olurlar.

🔲 Əlini əlinin üstünə qoymaqla, heç bir iş görməməklə, gününü yalnız zikr saymaq və dua oxumaqla keçirənlər Allaha yaxınlaşdıqlarını güman edirlər.

⚠️ Halbuki İmam Məhəmməd Baqir əleyhissalam bildirir ki, xeyr, əsla belə deyil. Məqsəd, hədəf və arzulara əməlsiz çatmaq mümkün deyildir.

🕋 İmanlı insan itaət və əməl etmək, həmçinin vəzifə və öhdəliklərini yerinə yetirməklə Allaha yaxınlaşa bilər.
Allahın göstərişlərinə itaət edən və əməl əhli olan şəxs Allaha daha yaxındır.

 Həqiqət bundan ibarətdir ki  İslam dini əməli əsas sayır, həqiqi möminlər Əhli-beyt əleyhimussalama tabe olan və əməl əhli olan şəxslərdir. Necə ki, Əhli-beyt əleyhimussalam da əməl əhli olmuşlar.

🔰 Qurani-kərim də bu həqiqəti hamıya elan edir:

➡️ Yəhudilər özlərini İbrahim peyğəmbərə nisbət verib deyirdilər ki, İbrahim bizdəndir.
➡️ Xristianlar isə deyirdilər ki, xeyr, İbrahim bizdəndir.

📖 Qurani-kərim Ali-İmran surəsinin 68-ci ayəsində onların hər ikisinin sözünün yanlış olduğunu bildirərək buyurur:

إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَٰذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُوا

"Şübhəsiz, insanların İbrahimə ən yaxın və ən layiq olanı ona tabe olanlardır."

🔆 İbrahim peyğəmbərə tabe olmağın mənası əməl əhli olmaqdır.

t.me/axlaq