Əxlaq və Mərifət
2.7K subscribers
1.85K photos
18 videos
21 files
4.22K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
ƏSL ZƏNGİNLİK

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

لا غِنَى كَالْعَقْلِ وَ لَا فَقْرَ كَالْجَهْلِ

"Ağıl kimi sərvət yoxdur. Nadanlıq kimi yoxsulluq yoxdur."

📚 Nəhcül-bəlağə 54-cü hikmət

💠 Zənginlik iki qismə bölünür: xarici-zati zənginlik və daxili-zati zənginlik.

1⃣ Xarici-zati zənginlikdə məqsəd budur ki, insan məqam, vəzifə, qüdrət, dostlar, pul və s. amillər kimi zatından xaric olan amillər vasitəsilə başqalarından ehtiyacsız olur. Bu növ zənginlik etibarsız olduğundan insanın ruhi-mənəvi susuzluğunu aparmır.

⭕️ Elə buna görə də əksər sərvətlilər ən susuz, yəni ən möhtac insanlardır! Bəhluldan: "Bir şəxs insanların ən yoxsuluna maddi yardım etməyi nəzir etsə, kimə yardım etməlidir?" - deyə soruşduqda, dedi: "Xəlifə Harun ǝr-Rəşidə!"

2⃣ Batini-zati zənginlik isə odur ki, insan xarici vasitələrə güvənmədən öz daxili istedad və bacarıqlarından istifadə edərək, iman, özünǝetimad, qənaət, Allaha təvəkkül və təqva kimi böyük nemətlər sayəsində batini-zati zənginliyə nail və başqalarından ehtiyacsız olsun.

🟢 İmam Əli əleyhissalam bu məqama ucalan şəxslərdən idi. Elə buna görə də iyirmi beş il sükut etdiyi müddətdə dağ kimi müqavimət göstərir və qüdrətə çatdıqda da, qüdrət əsiri olmur, əksinə qüdrəti özünə əsir edərək dünyaya arxa çevirir.

🌍 Bəli, Əmirəlmöminin Əli əleyhissalam qüdrət sahibi olduğu halda (zahiri xəlifəlik dövründə), dünyanı
"yamaqlı ayaqqabısından" ,
"çəyirtkənin ağzında çeynənmiş yarpaqdan",
"dişi keçinin asqırığından"
və "cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən" də dəyərsiz hesab edir!
Budur həqiqi və əbədi nemət!

t.me/axlaq
Alimlər bütün işlər üçün günün ən yaxşı vaxtını aşağıdakı kimi bilirlər:

1⃣ 03:00 - 05:00
Qeyb və məna aləmi ilə rabitə üçün insanın ruhi-mənəvi vəziyyətinin ən yaxşı vaxtı.

2⃣ 05:00 - 07:00
Ən çətin işlər üçün ən yaxşı zaman. Çətin zehni işlər, ağır mütaliələr (fəlsəfi, irfani, məntiqi, əqli... kitablar) üçün ən münasib vaxt.

3⃣ 08:00 - 09:00
Mütaliə üçün ən yaxşı vaxtdır.

4⃣ 10:00 – 12:00
Yüksək beyin fəaliyyəti zamanıdır.

5⃣ 14:00 - 16:00
İnsanın fikrini cəmləməsi çətinləşir və konsentrasiyası (diqqəti) azalır, yuxululuq halı daha çox olur.

6⃣ 16:00 – 18:00
Fiziki fəaliyyət üçün ən yaxşı vaxtdır.

7⃣ 18:00-20:00
Yaradıcılıq qabiliyyəti ən yüksək səviyyədə olur.

t.me/axlaq
🕋 İş və zəhmətin Allah yanında dəyəri.

🛠 İşləmək məsələsi İslam düşüncəsində o qədər önəmlidir ki, Həzrət Muhəmməd (s) işləyən hər bir insanı Allah yanında sevimli şəxs hesab edərək bildirir: “Allah-taala peşəsi və işi olan mömini sevir”.

🔰 Sevimli Peyğəmbərimizin (s) həyat yolu haqqında hədislər və tarixi sənədlərdə bildirilir ki, o həzrət (s) əxlaqi fəzilət sahibi olan hər hansı bir möminlə qarşılaşdıqda, ona verəcəyi ilk sual onun işi və peşəsi ilə bağlı olardı.
Əgər o adam işsiz olsaydı və onun heç bir sənəti, peşəsi olmasaydı, həzrət Muhəmməd səllAllahu əleyhi və alih onu özündən uzaqlaşdırar və buyurardı:

سَقَطَ مِنْ عَیْنِی

"Gözümdən düşdü".

📚 Biharul-ənvar 100-cü cild 9-cu səhifə

@axlaq
🔆 Özünə hörmət etmək, yəni izzəti-nəfsi və heysiyyətini qorumaq nəfəs almaqdan daha zəruridir.

🏠 Uşağın ləyaqətinin və özünə hörmətinin gücləndirilməsinə diqqət yetirmək uşağın inkişafı və tərbiyəsində ən vacib məsələlərdən biridir.

❤️ Sadə dillə desək, özünə hörmət və heysiyyəti, mənliyi qorumaq insanın öz dəyəri və əhəmiyyəti ilə bağlı malik olduğu inamdır.

🟩 Özünə hörmət hər yaşda insan üçün çox vacibdir, lakin uşaq üçün özünə hörməti gücləndirmək nəfəs almaq kimi zəruri məsələdir.

🏘 Uşaqların özünə hörmətini artırmağın yolları:

1️⃣ Uşağa qərar vermək imkanı vermək.

2️⃣ Uşağa aktiv diqqət.

3️⃣ Həvəsləndirmək.

4️⃣ Uşağa olan sevgini ifadə etmək.

5️⃣ Elastiklik, mülayimlik təlimi.

6️⃣ Müstəqillik hissini uşağa ötürmək.

7️⃣ Müxtəlif variantların, yəni müxtəlif halal və düzgün seçimlərin uşağa təqdim edilməsi.

9️⃣ Uşağa onun yaşı, gücü və zehninə uyğun olaraq məsuliyyətin verilməsi.

🔟 Dini inancların dərinləşdirilməsi, İslami hökmlərin (şəriətin) və tövhid maarifinin tədriclə uşaqlara öyrədilməsi.

t.me/axlaq
Audio
İmam Rza əleyhissalam buyurur:
Mömin bu 3 sifətə sahib olmayınca həqiqi mömin ola bilməz. O sifətlərin biri Rəbbin, biri Peyğəmbərin, biri isə Allahın vəlisinin sifəti və xüsusiyyətidir.
Allah-taaladan olan sifət, sirr saxlamaqdır, insanların eyiblərini gizlətməkdir.
🔴 Cəhənnəm əhlinin ən çox naləsi.

💠 Əmirəlmöminin Əli əleyhissalam cəhənnəm əhlinin sifətləri haqqında "Cəhənnəmdəki od əhli ən çox nəydən şikayət edər?" sualının cavabında belə buyurub:

"Həqiqətən cəhənnəm əhlinin nalə və iniltiləri ən çox təsvifdəndir (sonraya saxlamaqdandır)."

📚 Camius-Səadat 3-cü cild 46-cı hədis

🔰 Təsvif, yəni:

➡️ Bugünkü işi sabaha saxlamaq...
➡️ Bu gün artıq keçdi, sabah edəcəm...
➡️ Sabahdan qeybət etməyəcəm...
➡️ Sabah gedib halallıq alacam...
➡️ Sabahdan bütün namazları əvvəl vaxtında qılacam...

🌍 Uğur qazanmaq istəyən şəxs bu gündən başlamalıdır.
İşi sabaha saxlamaq şeytanın hiyləsidir.

t.me/axlaq
💠 Fərdi bacarıqlar.

Əziz dost, əgər bir şəxs sənə hədiyyə verərsə👇

1️⃣ Heç vaxt onun hədiyyəsini rədd etmə və başqasına vermə.

2️⃣ Həmin hədiyyəni həvəslə və tam zövqlə qəbul et.

3️⃣ Ona təşəkkür etməyi unutma.

4️⃣ Onun sənə olan mehribanlığını bərabər və ya daha yaxşı hədiyyə ilə ödə.

5️⃣ Hədiyyəni bəyənmirsənsə, bunu qarşı tərəfə hiss etdirmə.

6️⃣ Əgər mümkünsə hədiyyəni elə həmin məclisdə (yerdə) istifadə et, yaxud ən azından hədiyyəni aç.

7️⃣ Onu və sənə verdiyi hədiyyəni təriflə.

@axlaq
♻️ İki nəfər heç zaman doymaz.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur :

"İki nəfər heç vaxt doymaz: Elm axtarışında olan və dünya istǝyǝn."

🔶 Elm əhlinin doymamasına gəlincə, elmin saysız və sərhədsiz şaxələri və növləri vardır ki, nə qədər məsələlər aşkar olsa, yenə də digər bir məchulu məlum etmək istəyər.

📖 Qurani-kərim Yusif surəsinin 76-cı ayəsində buyurur:

وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيم

"Hər bir bilik sahibindən üstün bir bilən var."

🔷 İkinci bir tərəfdən isə elm ruhu təravətləndirir və elə əsl həqiqətdə ruhun qidası elmdir. Elm axtarışında olanlar, alimlər heç zaman elm öyrənməkdən doymaz, əldə etdikləri elmi nailiyyətlərlə kifayətlənməyib daha yenisini əldə etmək istəyərlər.

🔰 Qədim zamanlarda hansısa bir elmi məsələni öyrənmək üçün uzun və məşəqqətli səfərlərə çıxardılar, hətta məsum İmamdan (ə) bir hədisi və yaxud məsələni öyrənmək üçün günlərlə yol gedərdilər.

🌍 Dünya malını istəyənlərin də maddiyyata olan istəkləri və bağlılıqları onları heç zaman doyurmaz. Onlar da daha çox dünya malı əldə etmək üçün bir çox ölkələri gəzib dolaşırlar.

📝 İmam Musa Kazım əleyhissalam buyurur:

مثل الدنيا مثل ماء البحر، كلما شرب منه العطشان ازداد عطشاً حتى يقتله

"Dünya dənizin suyuna bənzəyir, nə qədər bu sudan içilsə, bir o qədər susuzluq artar, öldürənə qədər içirdǝr."

📚 Tuhəful-uqul 396-cı səhifə

🌐 Dünyaya olan hərislik və tamah insanın cismi və ruhi rahatlığını əlindən alır. Belə insanların var-dövlətləri, yaxud dünya işlərindən bəzisi təhlükəyə uğradıqda yerə göyə ah-nalə edib ağızlarına gələni danışarlar, hətta dözümsüzlük edib intihar belə edirlər.

t.me/axlaq
🕌 Ziyarət etməyin səbəb və əhəmiyyəti.

Həzrət Muhəmmədi (s) və məsum İmamları (ə) ziyarət etmək, onların müqəddəs hərəmlərində olmaq insanın qəlbinin saflaşmasına, ruhunun tərəqqi və paklğına, həyat çətinliklərinin asanlaşması və məişət dərdlərinin aradan qalxmasına kömək edir.

🟩 Hər kim məsum imamların (ə) ziyarəti vasitəsilə onlara təvəssül edib sığınarsa, həmin şəxsin qəlbi ilahi nurla nurlanar. Ziyarət etmək istəyində olan insanın bu yolda attdığı addımlar məhəbbət, sədaqət, batini cazibə və qəlbin istəyinin əmri ilə addımları hərəkətə keçər.

🟨 Ziyarət, əslində, zəvvarın sədaqətinin həqiqi şahididir və bu səbəbdən də o, sevgilisi və İmamının hüzuruna çatmaq üçün səfərin əzab-əziyyətini və xərclərini, eləcə də bu səfərin qorxu və mümkün təhlükəsini öz üzərinə götürür.

🕋 İnsan məsum İmama (əleyhissalam) məhəbbət və sədaqət orbitinə yaxınlaşdıqca, həmin müqəddəs eşq və məhəbbət nəfsin kamilləşməsi və nəfsinin paklanması üçün çarə, hidayətedici və hərəkətvericidir.

🔆 Ziyarət edən şəxs bu ziyarətini təvazökarlıqla, xüzu və xüşu ilə, və İmama(ə) ehtiyacla yerinə yetirməli, arzu-istəklərinin həyata keçməsi və günahlarının bağışlanması üçün Allah dərgahında Məsumlara (əleyhissalam) sığınmalı, hacətlərini onlardan istəməli və əmin olmalıdır ki, onların xeyir-duası və lütfü ilə inşallah, onun duaları qəbul olacaq və arzuları yerinə yetiriləcəkdir.

🕋 Çünki Məsumların (ə) vasitəsilə arzu və istəklərin yerinə yetirilməsi Allah-taalanın iradəsi və təqdiridir.

t.me/axlaq
Nə üçün inkişaf etmirik?

1️⃣ Səhv və xətalarımıza görə adətən başqalarını günahlandırırıq.

2️⃣ Rahatlıq və dincliyimizdən keçmək istəmədiyimiz üçün pis vərdişlərimizdən və ziyanlı münasibətlərimizdən əl çəkə bilmirik.

3️⃣ Biz öz dəyərimizi başqalarının fikirləri ilə ölçürük.

4️⃣ Uğursuzluq qorxusunun bizə qalib gəlməsinə və passiv (fəaliyyətsiz) qalmağımıza razı oluruq.

5️⃣ İşimiz-gücümüz "kaş ki"lər ilə başlayan fikirlərimizdir.

6️⃣ Həmişə diqqətimizi elə şeylərə yönəldirik ki, həmin şeylər bizim nəzarətimizdən kənardadır.

7️⃣ Daim özümüzü və istəklərimizi inkar edirik, bizə faydalı olub-olmadığını bilmədiyimiz işlərlə günümüzü keçiririk.

t.me/axlaq
İndiyə qədər heç olubmu ki, hansısa işi yarımçıq qoyasınız, axıra çatdırmayasınız? Məsələn, Quran əzbərləmək, xarici dil öyrənmək, idman, mütaliə, dərs almaq...
Anonymous Poll
6%
Xeyr, olmayıb. Mən bütün işlərimi axıra çatdıra bilirəm.
52%
Bəli, olub. Bəzi işlərim yarımçıq qalıb.
32%
Bəli, olub. İşlərimin çoxu yarımçıq qalır, sona çatdıra bilmirəm.
10%
Mənim bütün işlərim yarımçıqdır.
Əxlaq və Mərifət
İndiyə qədər heç olubmu ki, hansısa işi yarımçıq qoyasınız, axıra çatdırmayasınız? Məsələn, Quran əzbərləmək, xarici dil öyrənmək, idman, mütaliə, dərs almaq...
Dostlar, İşlərin yarımçıq qalması müxtəlif səbəblərdən ola bilər, amma, əsasən iki səbəbdən baş verir. Yəni işləri sona çatdıra bilməmək, əslində iki səbəbdəndir:
1. İzzəti-nəfsin yaralı (zədəli) olması. İzzəti-nəfs, yəni ləyaqət və heysiyyət.
2. Pis əhval-ruhiyyə. Yəni davamlı qəmginlik halı.
🌍 Bu gündən etibarən aşağıdakı beş sahədə hər gün ən azı bir dərəcə tərəqqi və inkişaf edək.👇

1⃣ Bədənin idarə olunması.

🟢 İbadətlər, idman, sağlam qidalanma, çəkiyə nəzarət, bədən görünüşünə diqqət yetirmək, eləcə də siqaret, qəlyan, qəhvə və digər fiziki asılılıqları tərk etmək.

2⃣ Emosiyaların idarə olunması.

🔴 Qəzəb, aqressiya, əsəbilik, depressiya, əhval-ruhiyyənin pozulması, ümidsizlik, mənfi nəticələri olan həzz axtarışının qarşısını almaq.

3⃣ Maliyyə məsələlərinin idarə olunması.

🔵 Gəlir və xərclər arasında tarazlıq, istehlakda qənaət və həyatın maliyyə cəhətdən idarə edilməsi.

4⃣ Zamanın idarə olunması.

🟡 Vaxtın idarə edilməsi, planları vaxtından əvvəl yerinə yetirmək, görüləsi işləri təqib etmək və vaxtında əməl etmək.

5⃣ Münasibətlərin idarə olunması.

🟠 Başqaları ilə fərdi və sosial münasibətlərini idarə etmək (dostlar, ailə, qohumlar və digər qarşılıqlı əlaqələr).

t.me/axlaq