Əxlaq və Mərifət
2.7K subscribers
1.84K photos
18 videos
21 files
4.21K links
Əxlaq, əqaid və təfsir dərsləri
Əxlaq ayələrinin və Əxlaq hədislərinin şərhi
Nəfsin islahı və Əxlaqi problemlərin müalicəsi
Əxlaqi tərəqqi və seyri-sülukun yolları
@Rza_iravan
Download Telegram
🕋 İlahi-qürbə və kamala çatmaq, saleh bəndə olmaq istəyən şəxsin əsas vəzifəsi.

İnsan üçün əsas vacib olan indiyə qədər əldə etdiyi "öz kamillik sifətlərini qoruyub saxlamaq"dır. Yəni insan əqidə, əxlaq və əməl cəhətdən hansı səviyyəyə çatırsa, həmin səviyyəsini qoruyub saxlaya bilməyi bacarmalıdır.

Nə qədər ki, insanın əqidə əsası və qəlb əxlaqı güclü deyil, o, var gücü əqidə və etiqadını möhkəmləndirmək haqqında düşünməlidir.

🚫 Bu, o mənaya deyil ki, bütün məktəbləri gəzsin və bütün sözləri dinləsin. Bu cür əməl tərzi insanın haqq yoldan inhirafına və həm də əqidə və fikri sabitliyinin aradan getməsinə səbəb olar.
Və nəticədə, həmin insanın əqidə prinsiplərinin təməli kövrək və nöqsanlı olur.
Eləcə də şəxsi rəy və öz fikirlərinə əsaslanıb hərəkət etmək, həmçinin mütaliə edərək öz başa düşdüyü kimi onu anlamaq insanı tərəqqidən yayındırar.

🔴 Elələri var ki, ümumiyyətlə, ağıla söykənərək hərəkət etmir.

Əgər insan hər yetənin sözünə diqqət edib dinləsə, heç bir maarifdə elmi yəqinliyə çatmaz.

🕋 İlahi-qürbə və kamala çatmaq, xalis və saleh bəndə olmaq istəyən şəxs kamal yoluna bələd olan müəllimin elmindən istfadə etməlidir.

t.me/axlaq
Audio
Mühüm bir suala cavab
Atan sənə fəda olsun!

🔷 “Atası ona fəda olsun” kəlməsi tarixdə, yalnız iki xanıma söylənilmişdir, onların birincisi sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) qızı Fatimə əleyhasalama dəfələrlə və müxtəlif hadisələr buyurmasıdır; nümunə olaraq o hadisələrin birini xatırlayaq:

1⃣ “Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih canının parası dediyi qızı üçün təzə toy paltarı almışdı. Xanım o paltarı geyərək toyda əyləşmişdi. Axşam vaxtı qapıya bir yoxsul qadın gəldi və dedi: "Ey Peyğəmbərin şərəfli qızı, paltarım cırılıb. Artıq paltarın vasa mənə paltar ver. Xanım Fatimə əleyhasalam evə daxil oldu. Əynindəki təzə toy paltarını gətirib həmin o qadına verdi, özü isə ev paltarını geyindi. Bir azdan Sevimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alih qızı Fatimə əleyhasalamı Əmirəlmöminin Əli əleyhissalamın evinə aparmaq üçün evə gəldi. Qızını köhnə paltarda görüb buyurdu: Qızım, sənə aldığım təzə paltar bəs hanı?! Həzrət Fatimə əleyhasalam buyurdu: Atacan, təzə paltarımı qapıya gələn və paltara ehtiyacı olan yoxsul qadına verdim. Allahın Rəsulu (s) qızını qucaqlayaraq buyurdu: -Atan sənə fəda olsun.”

2⃣ İkinci isə imam Musa Kazım əleyhissalamın öz qızı Fatimə Məsuməyə (ə) söylədiyi “atan sənə fəda olsun” sözüdür.

➡️ Bildiyiniz kimi xanım Fatimə Məsumə (ə) yüksək elmi məqama malik olduğu üçün öz zamanının əhalisinin suallarına və dinlə bağlı şübhələrinə kamil və tutarlı cavablar vermişdir. Tarixi sənədlərdə oxuyuruq:

💎 “Uzaq bir şəhərdən bir dəstə elm əhli və ziyarətçi imam Musa Kazım əleyhissalam ülə görüşüb özlərinin və ondandan bu barədə xahiş etmiş insanların suallarını o həzrətdən soruşmaq üçün Mədinə şəhərinə gəlmişdilər. Onlar həmin sualları vərəqlərə yazmışdılar ki, cavabları da həmin vərəqlərə qeyd edilsin. Həmin vaxt imam Musa Kazım əleyhissalam səfərdə olduğundan suallar yazılmış vərəqləri o həzrətin azyaşlı qızı Fatiməyə verdilər. Səhəri gün yenidən İmamın (ə) evinə baş çəkdilər ki, əgər o həzrət səfərdən qayıdıbsa suallarının cavabını alsınlar, ancaq İmamın (ə) hələ səfərdə olduğunu bildikdə sullarını istədilər və “gələn dəfə gələndə görüşüb suallarımıza cavab alarıq” dedilər. Onlar xanım Fatimə Məsumənin (ə) onların suallarını cavablandırdıqlarını gördükdə sevindilər, çoxlu təşəkkür və minnətdarlıq edərək Mədinə şəhərinindən çıxaraq öz şəhərlərinə sarı yala düşdülər. Yolda imam Musa Kazım əleyhissalam ilə rastlaşdılar və sual vərəqləri ilə əlaqədar başlarına gələn macəranı o həzrətə danışdılar. İmam Musa Kazım əleyhissalam o sualların qızı Fatimə Məsumə tərəfindən yazılan cavablarını nəzərdən keçirib buyurdu: “Atası ona fəda olsun”.

💠 Sonda qeyd edək ki, həzrət Muhəmmədin (s) və imam Musa Kazımın (ə) hər birinin öz qızı Fatiməyə “atası ona fəda olsun” söyləmələri o iki xanımın (hər ikisinə Allahın salamı olsun) uca İlahi məqamlara sahib olduqlarının göstəricisidir. “Atası ona fəda olsun” sözü insanın həmin şəxsə olan sevgi və məhəbbətinin şiddətinin və sonsuzluğunun təzahürüdür.

t.me/axlaq
🕋 Tövbənin əsas sütunları.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

التَّوْبَةُ عَلَى ارْبَعَةِ دَعائِمٍ : نَدَم بِالْقَلْبِ، وَ اسْتِغْفارُ بِاللّسانِ وَ عَمَلٌ بِالْجَوَارِحِ وَ عَزْمُ انْ لا يَعُودَ

"Tövbə dörd sütun üzərində möhkəmlənmişdir:
1. batini peşmançılıq
2. dildə istiğfar
3. əməldə istiğfar
4. günaha bir daha qayıtmamaq üçün ciddi qərar."

🌍 Tövbə adlı böyük bina dörd sütun üzərində qurulmuşdur. Başqa sözlə, tövbə insanın bütün varlığında aşkar olunmalıdır.

1⃣ Tövbədə ilk addım daxili peşmançılıqdır. Tövbə edən şəxsin qəlbi, ruhu və canında dəyişiklik və inqilab baş verir və qurşandığı günaha qarşı nifrət hissi yaranaraq peşman olur.

2⃣ Daxili peşmançılıq tövbədə ilk addım olsa da, onunla bitmir. İnsanın daxildə baş qaldıran inqilab və dəyişiklik digər bədən üzvlərinə də öz təsirini qoymalı, peşmançılıq qəlbin aynası, əqlin nümayəndəsi və insan şəxsiyyətinin açarı sayılan dilin vasitəsilə aşkar olmalı, qəlbi peşmançılıqdan sonra dil də günahdan tövbə etməlidir.

3⃣ Peşmançılıq hissi dildən digər üzvlərə də ötürülməli və onları əksüləmələ vadar etməlidir ki, insan keçmişini təmizləmək üçün bir iş görə bilsin. Bu mərhələdə onun üzvləri tövbənin bünövrəsini möhkəmlətmək üçün üç əsaslı iş yerinə yetirə bilər:

a) Camaatın günahlar vasitəsilə tapdanan haqlarını ödəsin. Məsələn, qeybətini qıran şəxsdən halallıq alsın, qəlbini sındırdığı şəxsin razılığını cəlb etsin və s. Bir sözlə, haqqı boynunda olan şəxsin haqqını əda etsin.

b) Allahın haqqını da əda etsin; tərk etdiyi ibadətləri yerinə yetirsin, əgər həmin ibadətlərin cəriməsi (kəffarəsi) varsa, cəriməsini ödəsin və onları ölümdən sonra həvalə etməsin!

c) Keçmiş pislikləri, xəta və günahları yaxşılıqlar ibadətlərlə aradan qaldırsın.

4⃣ Gələcəkdə günahın tərki üçün ciddi qərarda olmaq lazımdır. Yəni tövbə insana ömrünün sonuna qədər yolu göstərir. İmam Əli əleyhissalamın bu hədisdə buyruğuna əsasən🔽
➡️ tövbə insanda böyük dəyişiklik yaradır və yalnız dilə aid deyildir!

🌐 Əlbəttə, tövbənin cəmiyyətə təsiri də böyükdür, günaha əl atmış cəmiyyət də tövbədən sonra bu dörd mərhələni keçməlidir.

t.me/axlaq
💠 Güclü sözünün mənasını yalnız o şəxs bütün vücudu ilə anlayır ki,
həyatında aldığı zərbələr, çəkdiyi əzablar, sinədə gizlətdiyi ağrılar, sıxıntı və problemlər, gizlin düşən göz yaşları min dəfəyə çatsa belə, arxasında heç kimi olmasa belə, min birinci dəfə davam etmək üçün yenidən ayağa qalxacaq, cücərəcək, yaşıllaşacaq, meyvə verəcəklər!

@axlaq
Üç mühüm insan.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

قامَتِ الدُّنْيا بِثَلاثَةِ : بِعَالِمِ ناطِقٍ مُسْتَعْمِل لِعِلْمِهِ، وَ بِغَنِي لا يُبْخَلُ بِمالِه عَلَى اهْلِ ِدينِ اللَّه عَزَّوَجَلَّ، وَ بِفَقِيرٍ صابِرٍ. فَاذا كَمَ الْعَالِمُ عِلْمَهُ، وَ بَخِلَ الْغَنِيُّ، وَ لَمْ يَصْبِرِ الْفَقِيرُ، فَعِنْدَها الْوَيْلُ وَ التَّبُورُ

“Dünya üç şəxsin vasitəsilə möhkəmlənər:
1. Öz elmini işlədən (onun əsasında davranan və onu insanlara öyrədən) natiq alim,
2. Allahın ehtiyaclı bəndələrinə öz mal-dövlətini verməkdə simiclik etməyən varlı
3. Səbirli (pula görə dinini və ya əxlaqını fəda etməyən) yoxsul. Buna əsasən, alim öz elmini gizlətdikdə (və başqalarına öyrətmədikdə), varlı simiclik etdikdə (yoxsullara yaxşılıq etmədikdə) və yoxsul səbir etmədikdə, dünyanı müsibət və həlak bürüyəcəkdir."

📚 Biharul-ənvar 10-cu cild 119-cu səhifə

🟩 Bu hədisdə alimdən məqsəd elmli və təqvalı mömindir.

🟢 Alim natiq olmalı, fəsahət və bəlağətlə danışmağı bacarmalıdır. Əks-təqdirdə, yerin altında gizli qalan xəzinətək cəmiyyətə faydasız olacaqdır.

💠 Demək, imam Əlinin (ə) nəzərində natiqlik alimin ayrılmaz hissəsidir. Necə ki, o həzrətin özü də kamil alim nümunəsi və misilsiz fəsahət və bəlağət qabiliyyətinə malik idi.

🌐 Bununla yanaşı, danışığı həzrət Məhəmmədin (s) sözləri kimi olmalıdır. Belə ki
Qurani-Kərimdə buyurulur: "O (həzrət Məhəmməd (s), ilahi tapşırıqların çatdırılmasında) əsla nəfsi istəkləri ilə danışmır." (Nəcm surəsi 3-cü ayə)

🕋 Alimin söhbəti nəfsi istəklərinə deyil, Allahın razılığına əsaslanmalıdır!

🔰 Natiq alim insanları haqqa dəvət etməzdən öncə özü ona əməl etməli və tərki vacib olan əməlləri tərk etməlidir. Belə alim "rǝbbani" və "ilahi" adlanır.

🔰 Hədislərə əsasən belə alimin üzünə, hətta evinin qapısına baxmaq və məclislərində iştirak etmək ibadət, sözləri isə Allah yolunda cihad sayılır.

🌐 Əgər alim öz elmini yayaraq camaatdan qabaq özü ona əməl edərsə, varlı simiclik etməyib yoxsulların qayğısına qalarsa və yoxsullar da çətinliklərə dözüb səbir edərsə, cəmiyyət çətinliklərə məruz qalmaz. Alim öz elmini elmsevərlərin ixtiyarında qoymadığı, varlı yoxsulun qayğısına qalmadığı və yoxsul səbir etmədiyi zaman dünyaya müsibət və həlakət hökm sürəcək.

t.me/axlaq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İnsanın qəlbi qönçələrlə dolu olan bir bağçaya bənzəyir.
Əgər qönçələri mehribanlıq və sevgi ilə sulasan, onlar açılacaq.
Əgər nifrət və kin-küdurətlə sulasan, qönçələr quruyacaq.

@axlaq
🌐 Bunları etməklə cəmiyyətdə öz mövqeyini yaxşılaşdır:

1⃣ Özün olmaqdan, olduğun kimi görünməkdən utanma.

2⃣ Özündən gözləntilərini çoxalt, amma başqalarından gözləntilərini azalt.

3⃣ Heç vaxt başqaları kimi olmaq üçün düşüncə tərzini dəyişmə.

4⃣ Özünə inan.

5⃣ Anı yaşa. Keçmişin xatirələri və ya gələcəyin xəyalları ilə bu gününü itirmə.

6⃣ Yox deməyi öyrən.

7⃣ Elə işlər et ki, həmin işlərin doğru olduğuna ürəkdən inanırsan.

8⃣ Fərqli olmaqdan qorxma.

9⃣ Cəmiyyətdəki insanlara hörmət və mehribanlıqla yanaş.

🔟 Sahib olduqlarına görə hər gün Allaha şükür et.

t.me/axlaq
🕋 Möminin şərəf və izzəti.

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

احْسَنُ حِلْيَةِ الْمُؤْمِنُ التَّواضُعُ

"Möminin ən yaxşı zinəti təvazökarlıqdır."

Möminin zinət və bəzəyi adlanan təvazökarlıqla bağlı yüzlərlə ayə və hədislər vardır.

♻️ Təkəbbür və xudbinliyin antonimi olan təvazökarlıq bütün insanlar, xüsusilə elm əhli və cəmiyyətə örnək sayılanlar üçün böyük əhəmiyyət kəsb edir.

➡️ Təvazökarlıq üç qismə bölünür:

1. Allah dərgahında təvazökarlıq;

2. Allahın bəndələri müqabilində təvazökarlıq;

3. Haqqın müqabilində təvazökarlıq.

💠 Allah dərgahında və bəndələrinin müqabilində təvazökarlıqda məqsədin nə olduğu aydındır. Əlbəttə, burada Allahın bəndələrində, əsasən, möminlər nəzərdə tutulur. Kafir və düşmənlər müqabilində təvazökarlığın mənası yoxdur, əksinə onların müqabilində başıuca olmaq lazımdır.

🟩 Haqqın müqabilində təvazökarlığa gəldikdə isə, birinci və ikinci qisimdən olan təvazökarlığa sahib olan şəxslərin çoxu ona çatdıqda çox böyük sınağa çəkilirlər, hətta bəziləri bu sınağı keçə bilməyib yolu azırlar:👇

👉 İnsan öz səhv və xətalarını cürətlə qəbul etməli, çətin olsa da və hətta qarşı tərəfin yaşı, təhsili və ictimai mövqeyi aşağı olsa da, həmişə haqqa təslim olmalıdır!

t.me/axlaq
ƏSL ZƏNGİNLİK

📝 Əmirəlmöminin Əli əleyhissalam buyurur:

لا غِنَى كَالْعَقْلِ وَ لَا فَقْرَ كَالْجَهْلِ

"Ağıl kimi sərvət yoxdur. Nadanlıq kimi yoxsulluq yoxdur."

📚 Nəhcül-bəlağə 54-cü hikmət

💠 Zənginlik iki qismə bölünür: xarici-zati zənginlik və daxili-zati zənginlik.

1⃣ Xarici-zati zənginlikdə məqsəd budur ki, insan məqam, vəzifə, qüdrət, dostlar, pul və s. amillər kimi zatından xaric olan amillər vasitəsilə başqalarından ehtiyacsız olur. Bu növ zənginlik etibarsız olduğundan insanın ruhi-mənəvi susuzluğunu aparmır.

⭕️ Elə buna görə də əksər sərvətlilər ən susuz, yəni ən möhtac insanlardır! Bəhluldan: "Bir şəxs insanların ən yoxsuluna maddi yardım etməyi nəzir etsə, kimə yardım etməlidir?" - deyə soruşduqda, dedi: "Xəlifə Harun ǝr-Rəşidə!"

2⃣ Batini-zati zənginlik isə odur ki, insan xarici vasitələrə güvənmədən öz daxili istedad və bacarıqlarından istifadə edərək, iman, özünǝetimad, qənaət, Allaha təvəkkül və təqva kimi böyük nemətlər sayəsində batini-zati zənginliyə nail və başqalarından ehtiyacsız olsun.

🟢 İmam Əli əleyhissalam bu məqama ucalan şəxslərdən idi. Elə buna görə də iyirmi beş il sükut etdiyi müddətdə dağ kimi müqavimət göstərir və qüdrətə çatdıqda da, qüdrət əsiri olmur, əksinə qüdrəti özünə əsir edərək dünyaya arxa çevirir.

🌍 Bəli, Əmirəlmöminin Əli əleyhissalam qüdrət sahibi olduğu halda (zahiri xəlifəlik dövründə), dünyanı
"yamaqlı ayaqqabısından" ,
"çəyirtkənin ağzında çeynənmiş yarpaqdan",
"dişi keçinin asqırığından"
və "cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən" də dəyərsiz hesab edir!
Budur həqiqi və əbədi nemət!

t.me/axlaq
Alimlər bütün işlər üçün günün ən yaxşı vaxtını aşağıdakı kimi bilirlər:

1⃣ 03:00 - 05:00
Qeyb və məna aləmi ilə rabitə üçün insanın ruhi-mənəvi vəziyyətinin ən yaxşı vaxtı.

2⃣ 05:00 - 07:00
Ən çətin işlər üçün ən yaxşı zaman. Çətin zehni işlər, ağır mütaliələr (fəlsəfi, irfani, məntiqi, əqli... kitablar) üçün ən münasib vaxt.

3⃣ 08:00 - 09:00
Mütaliə üçün ən yaxşı vaxtdır.

4⃣ 10:00 – 12:00
Yüksək beyin fəaliyyəti zamanıdır.

5⃣ 14:00 - 16:00
İnsanın fikrini cəmləməsi çətinləşir və konsentrasiyası (diqqəti) azalır, yuxululuq halı daha çox olur.

6⃣ 16:00 – 18:00
Fiziki fəaliyyət üçün ən yaxşı vaxtdır.

7⃣ 18:00-20:00
Yaradıcılıq qabiliyyəti ən yüksək səviyyədə olur.

t.me/axlaq
🕋 İş və zəhmətin Allah yanında dəyəri.

🛠 İşləmək məsələsi İslam düşüncəsində o qədər önəmlidir ki, Həzrət Muhəmməd (s) işləyən hər bir insanı Allah yanında sevimli şəxs hesab edərək bildirir: “Allah-taala peşəsi və işi olan mömini sevir”.

🔰 Sevimli Peyğəmbərimizin (s) həyat yolu haqqında hədislər və tarixi sənədlərdə bildirilir ki, o həzrət (s) əxlaqi fəzilət sahibi olan hər hansı bir möminlə qarşılaşdıqda, ona verəcəyi ilk sual onun işi və peşəsi ilə bağlı olardı.
Əgər o adam işsiz olsaydı və onun heç bir sənəti, peşəsi olmasaydı, həzrət Muhəmməd səllAllahu əleyhi və alih onu özündən uzaqlaşdırar və buyurardı:

سَقَطَ مِنْ عَیْنِی

"Gözümdən düşdü".

📚 Biharul-ənvar 100-cü cild 9-cu səhifə

@axlaq
🔆 Özünə hörmət etmək, yəni izzəti-nəfsi və heysiyyətini qorumaq nəfəs almaqdan daha zəruridir.

🏠 Uşağın ləyaqətinin və özünə hörmətinin gücləndirilməsinə diqqət yetirmək uşağın inkişafı və tərbiyəsində ən vacib məsələlərdən biridir.

❤️ Sadə dillə desək, özünə hörmət və heysiyyəti, mənliyi qorumaq insanın öz dəyəri və əhəmiyyəti ilə bağlı malik olduğu inamdır.

🟩 Özünə hörmət hər yaşda insan üçün çox vacibdir, lakin uşaq üçün özünə hörməti gücləndirmək nəfəs almaq kimi zəruri məsələdir.

🏘 Uşaqların özünə hörmətini artırmağın yolları:

1️⃣ Uşağa qərar vermək imkanı vermək.

2️⃣ Uşağa aktiv diqqət.

3️⃣ Həvəsləndirmək.

4️⃣ Uşağa olan sevgini ifadə etmək.

5️⃣ Elastiklik, mülayimlik təlimi.

6️⃣ Müstəqillik hissini uşağa ötürmək.

7️⃣ Müxtəlif variantların, yəni müxtəlif halal və düzgün seçimlərin uşağa təqdim edilməsi.

9️⃣ Uşağa onun yaşı, gücü və zehninə uyğun olaraq məsuliyyətin verilməsi.

🔟 Dini inancların dərinləşdirilməsi, İslami hökmlərin (şəriətin) və tövhid maarifinin tədriclə uşaqlara öyrədilməsi.

t.me/axlaq
Audio
İmam Rza əleyhissalam buyurur:
Mömin bu 3 sifətə sahib olmayınca həqiqi mömin ola bilməz. O sifətlərin biri Rəbbin, biri Peyğəmbərin, biri isə Allahın vəlisinin sifəti və xüsusiyyətidir.
Allah-taaladan olan sifət, sirr saxlamaqdır, insanların eyiblərini gizlətməkdir.